chez
chien
OBASTAN VİKİ
Chicago Bulls
Çikaqo Bullz — İllinoys ştatının Çikaqo şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. == Tarixi == Bu klubun əsası 1966-cı ildə qoyulub. Lakin şəhərdə ona qədər də komandalar da mövcud idi. Hal-hazırda Vaşinqton Uizards olan Pekers və 1946-cı ildən 50-ci ilə qədər mövcud olan Steqs, Çikaqonun şanlı tarixi 90-cı illərə təsadüf edir. Maykl Cordanın hegemonluğu dönəmində Çikaqo 6 dəfə NBA çempionu olub. 1996-cı il mövsümündə isə onlar 70 qələbə həddini aşan yeganə komanda kimi tarixə düşüblər. 1998-ci il finalında Yuta Cazla 6-cı final oyunu Liqa tarixində ən yüksək auiditoriya toplamaqla da yadda qalıb.
Chicago Tribune
Chicago Tribune - ABŞ "Tribune Company" şirkəti tərəfindən istehsal edilən və ABŞ ölkəsində 8 ən çox oxunan qəzetlərdən biridir. Çikaqoda İllinoys şəhərində buraxılır. Əsası Ceyms Kelli, Con E. Uiler ve Cozef K.C. Forrest tərəfindən qoyulmuş və ilk hazırlanma tarixi 10 iyun 1847-ci il tarixində gərçəkləşdirilmişdi.
Chiclana de la Frontera
Chiclana de la Frontera — İspaniyanın Andalusiya muxtar regionunun Kadis vilayətində yerləşən bələdiyyə və şəhər.Onun meri Ernesto Marindir və 2012-ci ildə, şəhərin əhalisi 82.565 olmuşdur. San Fernando, Medina-Sidonia, Conil de la Frontera, Puerto Real, və Vejer de la Frontera ilə həmsərhəddir.
Evidently Chickentown
Evidently Chickentown (azərb. Şübhəsiz ki, çolpa şəhəri‎) — Böyük Britaniya şairi Con Kuper Klark tərəfindən yazılmış poema. Poema faydasızlıq və qıcıqlandırma hissi yaratmaq üçün təkrarlanan təhqirlərdən istifadə edir. Klarkın 1980-ci ildə buraxılmış "Snap, Crackle & Bop" albomunun bir hissəsi olan poemanın sözlərində realizm, musiqisində isə qorxuducu və tündməcaz notalar mövcuddur.Poemanın sözləri Endrü Ceyms Freyzer Bler tərəfindən Kapitan Hemiş Bler təxəllüsü altında yazılmış "The Bloody Orkneys" əsəri ilə oxşarlığı var. Klark 2009-cu ildə bildirmişdir: "Mən onu bilə-bilə koplayamadım. Lakin mən yəqin ki, həmin peomanı illər əvvəl dinləmişəm. Bu, heyranedicidir"."Evidently Chickentown" Denni Boylun 2001-ci ildə çəkdiyi "Fahişə" və Jak Audiarın 2012-ci ildə çəkdiyi "Pas və sümük" filmində səsləndirilib. Klark Anton Korbeynin 2007-ci ildə çəkdiyi "Kontrol" filmində özünü canlandırır və bu peomanı səsləndirir. Peoma həmçinin, ABŞ dram teleserialı olan "Sopranolar"ın 2007-ci ildə çəkilmiş "5-ci mərhələ" adlı seriyasının axırında səsləndirilib. "The A.V. Club" saytının müəllifi Şon O'Nil qeyd edir ki, peoma "şit pivə və soyuq çipsdən şikayət edən britaniyalı bir avaranın sözləri ilə nyu-yorklu bir mafia adamının dilxorluğunu birtəhər təsvir edərək teleserialın ən kəskin və ən effektiv musiqili momentini canlandırır".
Falco chicquera
Qızılı boyunlu qızılquş (lat. Falco chicquera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Kentucky Fried Chicken
KFC (Kentucky Fried Chicken - ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. == Tarixi == === KFC-nin 11 şəfalı otu və sousu === KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Coca Cola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.
Salvia chicamochae
Salvia chicamochae (lat. Salvia chicamochae) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Senecio chicharrensis
Senecio chicharrensis (lat. Senecio chicharrensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
University of Chicago Press
University of Chicago Press (ing. Çikaqo Universiteti Nəşriyyatı) — ABŞ-nin ən qədimlərindən olan və ən böyük universitet nəşriyyatı.

Digər lüğətlərdə

а́кающий бродя́жить кобелёк на́семеро ремнецве́тник угнета́емая физико-математи́ческий абсци́сса инове́рческий ню́хальщик перестила́ть привезти́ прицы́кнуть ял маганый Финляндия akinesia bibliomancy brightness piragua pondage rootstalk Sasebo soapery энклитика