Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çilov
Çilov (əvvəlki adı: Jiloy) — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Jiloy qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Jiloy şəhər tipli qəsəbə Çilov şəhər tipli qəsəbə, Jiloy qəsəbə inzibati-ərazi vahidi Çilov qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Çilov qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çilov qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Çilov qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. == Tarixi == Xəzər dənizinin Abşeron körfəzində eyniadlı arxipelaqa aid olan adadır. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis adlanıb. Qəsəbə daha çox neft hasilatı ilə tanınmışdır. 1949-cu ildə qəsəbə statusu almışdır. == Əhalisi == Əhalisi 1,7 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və qismən də kənd təsərrüfatı sahələrində çalışır.
Çilov (ada)
Çilov — Xəzər dənizində, Abşeron arxipelaqında ada. == Ümumi məlumat == Çilov Xəzər dənizində Azərbaycana məxsus adadır, ərazisi 11,5 km² təşkil edir. Bu ada Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir. Pirallahı adası ilə arasında 60–70 km-lik dəniz yolu (boğaz) var. Uzunluğu 4,5 km, eni 3,3 km təşkil edir. Ada da qumlu-gillicəli torpaqlar üstündür, amma ərazi bütünlüklə dəniz qumu və balıqqulağı ilə örtülmüşdür. Ən hündür yeri 8 m təşkil edir. Sahilləri çox girintili-çıxıntılıdır. Şimal-qərbində Urunos yarımadası, cənub-qərbində isə Cənub Dili burnu yerləşir. == İqlimi == Vegetasiyası yarımsəhra bitkilərindən ibarətdir.
Çilov adası
Çilov — Xəzər dənizində, Abşeron arxipelaqında ada. == Ümumi məlumat == Çilov Xəzər dənizində Azərbaycana məxsus adadır, ərazisi 11,5 km² təşkil edir. Bu ada Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir. Pirallahı adası ilə arasında 60–70 km-lik dəniz yolu (boğaz) var. Uzunluğu 4,5 km, eni 3,3 km təşkil edir. Ada da qumlu-gillicəli torpaqlar üstündür, amma ərazi bütünlüklə dəniz qumu və balıqqulağı ilə örtülmüşdür. Ən hündür yeri 8 m təşkil edir. Sahilləri çox girintili-çıxıntılıdır. Şimal-qərbində Urunos yarımadası, cənub-qərbində isə Cənub Dili burnu yerləşir. == İqlimi == Vegetasiyası yarımsəhra bitkilərindən ibarətdir.
Çilov mayakı
Çilov mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Çilov mayakına həsr olunmuşdur.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Lobya-çilov plov
Lobya-çilov plov — Bu plovu adətən Novruz bayramı qabağı, axır çərşənbə axşamı hazırlayırlar. Onu quru balıq ya da qızardılmış balqabaqla verirlər. Tərkibi: qoyun əti - 221q, ərinmiş yağ - 50q, ağ lobya - 50q, düyü - 100q, kişmiş - 40q, baş soğan - 40q, zəfəran - 0,1q, darçın - 0,2q, istiot - 0,1q, duzQarnir kimi duzlu quru balıq – xəşəm və ya kütümHazırlanması: Hər paya 2-3 tikə ət götürülür, duz, istiot vurulub soğanla qızardılır, zəfəran şirəsi və bulyon əlavə edilib hazır olunca bişirilir. Lobya və düyü ayralıqda bişirilir və süzülərək qarışdırılıb dəmə qoyulur. Kişmiş yağ içində ayrıca bişirilir. Süfrəyə verildikdə boşqaba düyü ilə lobya çəkilir, üstünə kişmiş, qazmaq qoyulur, yağ tökülür və darçın səpilir. Ət ayrıca verilir.
Aidon
Aidon Oy — Şimali Avropada ağıllı şəbəkə üçün ağıllı ölçmənin həllərinə və xidmətlərinə diqqət yetirən Finlandiya texnologiya şirkəti. Şirkət 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində təsis edilmişdir. Şirkətin Finlandiya, Norveç və İsveçdə ofisləri mövcuddur. == Tarixi == Aidon 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində yeddi nəfərlik startap şirkəti kimi təsis edilmişdir. 2004-cü ildən bəri Aidon Şimali Avropada 2,5 milyondan çox nöqtənin ölçülməsi üçün müqavilə imzalamışdır. == Xidmətləri == Aidon Şimali Avropa enerji paylayıcı sistem operatorlarına (DSOs) sənaye interneti və ağıllı şəbəkə texnologiyalarını paylayır və onları gündən-günə təkmilləşdirir. Şirkət Finlandiya, Norveç və İsveçdə fəaliyyət göstərir. Hal-hazırda şirkətin Şimali Avropada 2,5 milyondan çox hesablayıcısı var.
Ardov
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Digov
Digov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 18 nəfərdir. == Toponimiyası == Lerik rayonunun Mistan inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin ətəklərindədir. Oykonim Digah coğrafi adının yerli tələffüz forması olub, "kənd yeri" mənasındadır.
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir.
Siyov
Siyov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1018 nəfərdir. == Toponimikası == Kəndin adı ərazidəki Qarasuçayın və Qarasutəpə dağının adı ilə bağlı yaranmışdır. Oykonim Qarasu adının talış dilindəki qarşılığıdır. == Bitki örtüyü == Taxus baccata – iynə yarpaqlılar nümayəndələrindən olmaqla – Qafqaz meşələrində geniş yayılmışdır. Bu növ iynə yarpaqlı ağac və kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov kəndi yaxınlığında qaraçöhrə meşəliyi yaradır. Burada Taxus baccata-dan başqa Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 32 növ olduğunu A.A.Qrossheym 1926-cü ildə, müəlliflərdən biri isə (akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox düzgün olaraq A.A.Qrossheym bu meşəliyin sonradan bərpası ilə izah edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. Qaraçöhrənin isə bir hissəsi yandırılmışdır.
Ərdov
Məcidov
Məcidov — soyad. Tələt Məcidov — iqtisad elmləri namizədi Rəfayel Məcidov — Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı (1993–2002-ci illərdə). Seyfulqabit Məcidov — XX əsr Qaraqalpaq ədəbiyyatının yaradıcılarından biri. Balababa Məcidov — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İlqar Məcidov – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsinin şəhidi. Şahbaba Məcidov — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı. Qiyas Məcidov — Ləzgi yazıçı və dramaturqu. Əmirhüseyn Məcidov — Azərbaycan rejissoru.
Aleksandr Jidkov
Aleksandr Jidkov — Azərbaycan futbolçusu. Futbolçu kimi Rusiyada Anji və Tom klublarında forma geyinmiş Jidkovun məşqçilik karyerası da Rusiya ilə bağlıdır. O, indiyədək Torpedo-Metallurq (2004-cü il), Oryol (2005-ci il), Tom (2006-cı il, 2008-ci il) və Volqada (Tver, 2009-cu il) qapıçılarla işləyən məşqçi olub. Azərbaycan milli futbol komandasında 21 oyun keçirmiş (1994-98-ci illərdə) Aleksandr 1987-ci ildə SSRİ idman ustası adını alıb.
Xidiv
Xidiv (osm. خدیو ḫidīv) — Osmanlı imperiyası dövründə Misir xidivliyinin idarəçisinə verilən titul.
Çilov-Neft Daşları bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cüdo
Cüdo (Cü - yumşaq, Do – yol) və ya dzü-do — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. == Yaranması == Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir.
Qdov
Qdov — Rusiya Federasiyasında yerləşən şəhər Pskov vilayətinə daxildir
Altay Səidov
Altay Ağasəid oğlu Səidov (Seyidov) (11 iyul 1926, Bakı – 10 sentyabr 2015) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979) == Həyatı == Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib. O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir.Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib. == Bədii tərtibat işləri == == Mükafatları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh.
Aqil Məcidov
Aqil Aydın oğlu Məcidov (3 aprel 1998, Tovuz rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Məcidov 1998-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2005-2016-cı illərdə A. Puşkin adına tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aqil Məcidov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Aqil Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məcidov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuzda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Məcidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Məcidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Babək Abidov
Babək Vəfadar oğlu Abidov (3 may 1992; Dəvəçi, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Babək Abidov 1992-ci ilin 3 may günündə Şabran rayonunun (dövrünün Dəvəçi rayonu) Zeyvə kəndində anadan olub. == Hərbi xidməti == Kiçik gizir Babək Abidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Babək Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Abidov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Babək Abidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Bilal Səidov
Bilal Səidoviç Səidov (10 iyun 1914 – 15 noyabr 1994, Qroznı) — SSRİ, çeçen aktyoru, teatr rejissoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, jurnalisti və Çeçen-İnquş Dram Teatrının direktoru, Çeçen-İnquş kukla teatrının direktoru, Çeçen-İnquşetiya Yazıçılar Birliyinin və SSRİ Yazıçılar İttifaqının üzvü (1939), SSRİ Jurnalistlər İttifaqının üzvü (1958). == Həyatı == Bilal Səidov 1914-cü ildə Çeçenistanın Makheti kəndində kəndli ailəsində anadan olub. Doğma kəndində orta məktəbdə, sonra Qroznıda teatr studiyasında təhsil almışdır. 1933–1936-cı illərdə Şota Rustaveli adına Tbilisi Teatr Studiyasında oxumuşdur. Orada rejissor ixtisasına yiyələnmişdir. Evə qayıtdıqdan sonra Çeçen-İnquş Dram Teatrında aktyor və rejissor köməkçisi olaraq çalışmağa başlamışdır.1941–1942-ci illərdə Qırmızı Orduda xidmət etmişdir. Sonra "Qırmızı Bayraq" qəzetinin məsul katibi işləmişdir. Sürgün edildiyi illərdə ticarətlə məşğul olub. 1957–1959-cu illərdə vətənə qayıtdıqdan sonra "Leninsky Put" respublika qəzetinin xüsusi müxbiri idi. 1960–1961-ci illərdə respublika kukla teatrının direktoru, X. Nuradilov adına Çeçen-İnquş Dram Teatrının ədəbi bölməsinin rəhbəri olub.
Ceyhun Ocadov
Ceyhun Ocadov (d. 27 iyun 1984, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 26 yanvar 2017, Bakı, Azərbaycan) — Azərbaycan müasir incəsənət rəssamı. == Həyatı == 1984-cü il iyunun 27-də Bakıda doğulub. 1991-ci ildən 2001-ci ilə qədər Bakıda 53 saylı orta məktəbdə oxuyub. 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub.2012-ci il dekabrın 18-də Ceyhun Ocadov rəssam Faiq Əhmədi onun işlərini plagiat etməsində ittiham edib. == Sərgiləri == === Qrup sərgiləri === 2003 — Aluminium. Art + New Technologies. Beynəlxalq incəsənət sərgisi. Bakı, Azərbaycan 2004 — Male & Female.
Ciddu Krişnamurti
Ciddu Krişnamurti (ing. Jiddu Krishnamurti) — Hind əsilli filosof, yazıçı. == Həyatı == 1895-ci il 12 may tarixində Hindistanın cənubunda Madras yaxınlığında Madanapalle şəhərində kasıb bir ailənin 8-ci uşağı kimi dünyaya göz açmışdır. 1904-cü ildə kiçik qardaşı ilə həyətdə oynayarkən “Theosophical Society”nin Hindistandakı liderlərindən birinin diqqətini çəkmişdir və fövqəladə xüsusiyyətə sahib olması, dünyagörüşü etibarı ilə yaşıdlarından fövqəladə səviyyədə seçilməsi onun ən nəhayət “Theosophical Society”nin baş lideri ilə tanış olmasına gətirib çıxardı. 15 yaşında olarkən Krişnamurti, artıq TS`nin yaratdığı “Şərq Ulduzu” təşkilatının lideri seçildi. 1919-cu ildə universitetə daxil olaraq fransız və sanskrit dillərində dərs almağa başladı. Getdikcə daha da özünü dərk edən Krishnamurti lideri olduğu təşkilatın əslində heçbir məna kəsb etmədiyini anladı, çünki hər hansısa bir təşkilat ya da bir dərnək insanı özünə çatdırmağı əngəlləyir. Buna görə 1929-cu ildə təşkilatı ləğv etdi. Bundan sonra bütün dünyanı dolaşaraq insanlar ilə tanış olaraq onlarla münasibətdə olmağı qərara aldı. Hollandiya, Hindistan, Yeni Zelandiya, Cənubi Amerika, İngiltərə, Fransa, İsveçrənin müxtəlif kənd və ya bölgələrində olaraq minlərlə insanla söhbət etdi.
Dirov (İran)
Dirov (fars. ‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 567 nəfər yaşayır (202 ailə).
Ehram Məcidov
Ehram Məcidov - Beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti. == Həyatı == Ehram Xudu oğlu Məcidov 1979-cu ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Beynəlxalq Universitetinə qəbul olmuşdur. == İdman karyerası == Ehram Məcidov 8 yaşından idmanla məşğul olmağa başlayıb. 1986-cı ildə Biləsuvar rayonunda fəaliyyət göstərən boks dərnəyinə qatılıb. 1990-cı ildən 1994-cü ilədək isə KARATE DO idman növü ilə məşğul olub. 1995- ci ildə fəaliyyət göstərən “Dinamo idman cəmiyyətində” müəllimləri - mərhum Rauf Cabbarov və Balasən Eynullayevdən boks idman növü üzrə dərs alıb. 2000-ci ildə idman karyerasını müəllimi Çingiz Eyvazovun yanında kikboksinq sahəsində davam etdirib. 2004-cü ildən idmançı kimi fəaliyyət göstərdiyi “Neftçi sağlamlıq mərkəzində” baş məşqçi olaraq çalışmış. 2010-2015-ci illərdə kikboksinq üzrə böyüklərdən ibarət millinin, 2015-2016-cı illərdə isə gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi olub.
Eidos Interactive
Eidos Interactive (deyilişi /ˈaɪdɒs/, eye-dos) – mərkəzi ofisi İngiltərədə yerləşən, oyun yaradan və nəşr edən şirkət. Hal-hazırda Square Enix şirkətinin tərkib hissəsidir. Eidos – həmçinin həyat bloklarının genetik koduna, Aristotel tərəfindən qoyulan addır. Eidos Interactive – in ABŞ, Kanada, Almaniya, Fransa, Avstraliya və Yaponiya da filialları vardır. Eidos 22 aprel 2009-cu ildə rəsmən Square Enix şirkətinin bir hissəsi olub. Square Enix Avropa filialının yenidən təşkilatlanmasından sonra Eidos Interactive yeni yaradılacaq Square Enix Europe adı altında birləşdiriləcəkdir. == Tarix == === Şirkətin yaranması və inkişafı === Sonradan Eidos-un ana şirkətinə çevrilən Eidos plc 1990-cı ildə təsis edilmişdir və Acorn Archimedes kompyuterləri üçün video sıxılması və nizamsız montaj üzrə ixtisaslanmışdır. Şirkət London fond birjasında dövr edirdi. Səhmlərin kəskin yüksəlişindən və hüquqlara dair suallardan sonra şirkət oyun sektorunda bir sıra böyük udmalar etdi. Nəticədə 1995-ci ildə Domark Group Limited (Domark), Simis və Big Red Software kimi videooyun şirkətləri Eidos tərkibinə salındı.
Eldar Məcidov
Eldar Məcidov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məcidov Eldar Tofiq oğlu 26 avqust 1965-ci il Bakı şəhərində dünyaya göz açmışdır. 1972-ci ildə Yasamal rayon 52 saylı məktəbin birinci sinfinə getmiş 1982-ci ildə bu məktəbi bitirmişdir. 1983-cü ildə orduya çağırıan Eldar hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçirir. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Azərbaycan İncəsənət İnstituna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə getməyi qərara alır. == Döyüşlərdə iştirakı == Eldar Məcidov 9 may 1992-ci ildə "N" saylı hərbi hissəyə qeyd olunur və cəbhəyə yola düşür. O, cəbhədə tezliklə öz şücaətini göstərmişdi. Yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olmuşdur.
Cıdır
Cıdır - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən yeniyetmələr və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Cıdır oyunu Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biri. Cıdır xalq oyunun Azərbaycanda yayılması "Kitabi-Dədə Qorqud" boylarından Nizami Gəncəvinin "Xosrov və Şirin" pomasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir. == Oyunun qaydaları == Cıdırın keçirildiyi meydan, gün və şərtlə əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar. Cıdır iştirakçılarından kim meydanı birinci qət edərsə, o yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini – onun başlanmasını və qurtarmasını zurnaçılar dəstəsi müşayət edir. Cıdır özünə- məxsus musiqi nömrəsi olur.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.
Çelov
Çelov — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Coğrafiyası == Çalov kəndi rayon mərkəzindən 5 km şimal qərbdə Böyük Qafqaz dağlarının çənub-şərq ətəklərində,dəniz səviyyəsindən təxminən 980 m yüksəklikdə yerləşir. == Tarixi == Kənd əhalisi Böyük Vətən müharibəsindən əvvəl 250 təsərrüfatda birləşib, 1948-1949-cu illərdə 150 təsərrüfat Salyan rayonunun Kürsəngi deyilən ərazisinə köçmüşdür. Kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə “Təpəli” ,Axundlu, Yolqıraği,Alyar və sair qışlaqları olmuşdur. Kəndin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Kənd məscidi 1873-cu ildə tikilmişdir. 1918-ci ildə həmin məscid ermənilər tərəfindən yandırılmışdır. 1930-cu ildə məscid bərpa olunaraq əvvəl ibtidai məktəb, sonralar isə kitabxana kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin mart soyqrımında Çalov kənd sakinlərindən 7 nəfər öldürülmüş, onlarla sakin yaralanmışdır. Hal-hazırda Çalov kəndində 1700-dən çox əhali yaşayır.
Çexov
Çexov — Rus soyadı. Bu soyadı olan tanınmışlarAnton Çexov — görkəmli rus yazıçısı. Aleksandr Çexov — Anatoli Çexov — Sovet snayperi Valeri Çexov — Şahmatçı İvan Çexov — leytenantYaşayış məntəqələriÇexov (şəhər) — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir. Çexov (stansiya) — Moskva vilayətində stansiya. Çexov (qəsəbə) — Bryanski vilayətində qəsəbə.
Çiloe
Çiloe adası́ (isp. Isla de Chiloé) — Sakit okeanda yerləşən, Çiliyə məxsus olan ada. Sahəsi 8394 km² təşkil edir. Çiloe arxipelaqının əsas adası olaraq arxipelaqın 91,4 % ərazisini təşkil edir (9181 km²). == Yerləşməsi == Sahəsinə görə Çilinin Odlu Torpaqdan sonra ikinci adasıdır. Cənubi Amerikanın isə sahəsinə görə dördüncü adasıdır. Onun şimaldan cənuba uzunluğu 190 km, maksimal hündürlüyü 1048 metr təşkil edir. Şərqdən qərbə eni 60 km-dir. Şərqi təpəli düzənliklərdən ibarətdir. Ada materikdən Ankud körfəzi və Korkovado körfəzi şərqdən, Cakao boğazı şimaldan, Quafo boğazı ilə isə cənubdan ayrılır.
Çiqoç
Çiqoç (xorv. Čigoć)-Xorvatiyanın Posavina rayonunda yerləşən kənddir. Bu kənd Sisak Bələdiyyəsinə daxildir. Kənd Sava çayının sahilində yerləşmişdir və Slavonia regionunda yerləşən Lonsko polye Milli Parkının ərazisinə daxildir. 2001-ci ilin statistikasına görə kəndin əhalisi 114 nəfərdir.. Bu kənd ağ leyləkləri ilə məşhurdur. 1994-cü ildə Çiqoç kəndi Avropanın leyləklər kəndi adını almışdır. Azsaylı əhalisi olan kəndin əsas əhalisi yaşlı təbəqədir. Kəndin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Bu da ağ leyləkləri özünə cəlb edir və onlar burada yuva qurmağa başlayırlar.
Çjlov
Çelov — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Coğrafiyası == Çalov kəndi rayon mərkəzindən 5 km şimal qərbdə Böyük Qafqaz dağlarının çənub-şərq ətəklərində,dəniz səviyyəsindən təxminən 980 m yüksəklikdə yerləşir. == Tarixi == Kənd əhalisi Böyük Vətən müharibəsindən əvvəl 250 təsərrüfatda birləşib, 1948-1949-cu illərdə 150 təsərrüfat Salyan rayonunun Kürsəngi deyilən ərazisinə köçmüşdür. Kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə “Təpəli” ,Axundlu, Yolqıraği,Alyar və sair qışlaqları olmuşdur. Kəndin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Kənd məscidi 1873-cu ildə tikilmişdir. 1918-ci ildə həmin məscid ermənilər tərəfindən yandırılmışdır. 1930-cu ildə məscid bərpa olunaraq əvvəl ibtidai məktəb, sonralar isə kitabxana kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin mart soyqrımında Çalov kənd sakinlərindən 7 nəfər öldürülmüş, onlarla sakin yaralanmışdır. Hal-hazırda Çalov kəndində 1700-dən çox əhali yaşayır.
Çudovo
Çudovo — Rusiya Federasiyasında yerləşən şəhər Novqorod vilayətinin tərkibinə daxildir