CİLOV

сущ. кьенер, жилав; // пер. итӀаатдик хуьн, гъил-кӀвач ахъайиз тагун патал алат; ** başına cilov keçmək пер. кьилел кьенер акьалж хьун, гъил-кӀвач кутӀун хьун, мехъерун (эвленмиш хьун); (əlindən) cilov gəmirmək (гъиляй) кьенерар жакьун, садакай гзаф хъел акатун, рикӀе кин хуьн, адаз жаза гун патал фирсет жагъурун; cilovda saxlamaq кьенерар кӀевиз кьун, залпандда хуьн, табийвилик хуьн, гъиле хуьн; cilovu əlində olmaq кьенер гъиле хьун, тамам аслу хьун, итӀаатдик хьун; cilovundan tutub geri çəkmək кил. cilovunu yığışdırmaq (yığmaq, çəkmək, dartmaq); cilovunu (əldən) buraxmaq (vermək) залпанд (кьенер) гъиляй ахъаюн, кьенер гъуьргъуь авун (бушарун), вичиз кӀанивал (кьилди-кьилихъ) ахъаюн; cilovunu əlində saxlamaq кил. cilovda saxlamaq; cilovunu yığışdırmaq (yığmaq, çəkmək, dartmaq) кьенер ялун (кӀватӀун, чӀугун) кил. ip (ipini çəkmək).
CİLLİK
CİLOVDAR
OBASTAN VİKİ
Cilovdar
Cilovdar-Orta çağdan xanlıq dövrünədək sarayda şah və ailəsinə qulluq edən məmur. Cilovdarlar əyan-əşrəfin atının cilovundan yapışıb, minməyə kömək edirdilər. Xanımları isə getdikləri yerə qədər müşayiət edirdilər. I Şah Abbas Səfəvinin Şahqulu ağa Çəmişgəzəkli adlı cilovdarı vardı. Sivil qaydada isə toy alayının önündə at belində gedən gəlin qızı ər evinə aparan atı cilovundan tutub onun başını çəkərək aramla addımlayan şəxsə verilən ad. Qızı ər evinə yola salan "qız evi adamları" arasında yengədən sonra yer tutan bu şəxs qızın doğma dayısı, kiçik qardaşı, yaxud oğlan sağdışı olardı. O, gəlin qıza at üstə və ya miniyə qalxıb-düşməkdə kömək edər, onu bəy qapısına çatdırıb oğlan adamlarına tapşırdıqdan sonra geriyə, qızın dədəsi evinə qayıdardı. Onun "cilovkəş / cilavdar" (Naxçıvan) deyiliş şəkilləri və "inandar", "rikabdar" adları da vardı.
Cilovdar (Miyanə)
Cilovdar (fars. جلودار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Kağızkonan bölgəsinin eyniadlı kəndistanında, Xalxal-Miyanə avtomobil yolunun 4 kilometrliyindədir.
Cilovdarlı
Cilovdarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Cilovdarlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Xatınlı kənd inzibati-ərazi vahidinin Çilovdarlı kəndi Qədirli kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Etnotoponimdir. Cilovdarlılar vaxtilə şahsevənlər hərbi ittifaqına daxil olmuş, I Şah Abbasın hakimiyyəti illərində (XVII əsrin əvvəlləri) Gəncəbasara gəlmişlər. Cilovdarlıq səfəvilər dövründə xüsusi vəzifə olmuş və bu vəzifənin icrası ayrılıqda bir tayfaya tapşırılmışdır. Mənbələrdə cilovdarlar oğuzların bəydili tayfasının bir qolu kimi qeyd olunur. Cilovdar "cilov tutan, cilov verən", "ordunun on hissəsində gedən" deməkdir. Füzuli rayonundakı Qazaxlar kəndinin məhəllələrindən biri də Cilovdarlı adlanır. Bir başqa mənbədə isə Cilovdar "öndə gedən", "karvanbaşı" deməkdir.
Cilovluq
Azərbaycan türklərinin Cilovluq faciəsi 1918-ci ilin qanlı mart günlərində Urmu, Xoy və Salmasda minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib. == Quzeydə mart faciəsi == Tarix boyu istər Quzey Azərbaycan, istərsə də Güney Azərbaycan türklərinə qarşı yadelli işğalçılar və qonşu xalqlar tərəfindən daim amansız qırğınlar törədilib. Azərbaycan türklərini faciəsi Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ikiyə bölünməsindən, bir az da keçmişə qayıtdıqda Çaldıran döyüşündən başlanır. Çaldıran döyüşündə zəmanənin iki superdövləti: Azərbaycan Səfəvilər dövləti ilə Osmanlı imperiyası qarşı-qarşıya gəldi və bu qanlı döyüşdən sonra Qızılbaş dövlətində Azərbaycan türklərinin mövqeyi zəiflədi. Şah İsmayıl Xətainin qurduğu böyük və bütöv Azərbaycan dövlətinin əsasları sarsılmağa, bütövlüyü pozulmağa başladı. Bunun məntiqi nəticəsi özünü Gülüstan və Türkmənçay müqavilələrində göstərdi. Azərbaycan Rusiya və Qacar dövləti tərəfindən iki yerə parçalandı. Və Azərbaycan türklərinin faciələri başlandı. Tülkü kimi marıqda dayanmış azsaylı millətlər millətimizi zəif və parçalanmış görüb böyük müttəfiqlərinə arxalanaraq üstümüzə ayaq açmağa başladılar. Vətənin Quzeyində yaşayan Azərbaycan türkləri rus-erməni fitnəkarlığına, vəhşiliklərinə hədəf oldu, Güney türkləri isə fars-kürd-assur birləşmələrinin basqılarına məruz qaldı.
Cilovxanlı
Cilovxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündə yerləşir. Clovxan variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsi muğanlı tayfasının cilovxanlı tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, bu nəsil Salyan rayonu ərazisindən gəlmişdir.
Cilovxanlı (Zərdab)
Cilovxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Şirvan düzündə yerləşir. == Tarixi == Clovxan variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsi muğanlı tayfasının cilovxanlı tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, bu nəsil Salyan rayonu ərazisindən gəlmişdir.
Cilovxanlı məscidi
Cilovxanlı məscidi — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbəsində orta əsrlər zamanı inşa edilmiş məscid. Məscid qəsəbənin ən böyük məhəllələlərindən olan Cilovxanlı məhəlləsində inşa edilmişdir. Məhz bu məhəllənin adına görə də belə adlanır. == Tarixi == Məscidin ətrafında tapılan orta əsrlərə aid şirli və şirsiz keramika məmulatları və yerli xalqın fikirləri göstərir ki, məscidin əsası XV əsrdə qoyulmuşdur. == Memarlığı == Daşdan inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Məscid dördkünc formalı böyük salondan ibarətdir. Daxildə qadınlar üçün ikinci mərtəbə düzəldilmişdir. Qapı və pəncərələr yuxarıdan tağ şəkilli tamamlanmışdır. Mehrabı tağ şəkilli taxçadan ibarətdir. Bərpa zamanı məscid daşdan inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir.1988-ci ildə məsciddə bərpa işləri aparılmışdır.

Digər lüğətlərdə