Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sağ çıqqıltı
Sağ çıqqıltı (ing. Right-click) - siçanın sağ (ikinci) düyməsinin çıqqıldadılması. Windows əməliyyat sistemində sağ çıqqıltıdan, adətən, kontekst menyusunun (CONTEXT MENU) açılması üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cizgili qızılquş
Cizgili qızılquş (lat. Falco zoniventris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Çınqılotu
Çınqılotu (lat. Geum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Acomastylis Greene Coluria R.Br. Erythrocoma Greene Neosieversia Bolle Novosieversia F.Bolle Oncostylus (Schltdl.) F.Bolle Oreogeum (Ser.) E.I.Golubk. Orthurus Juz. Parageum Nakai & H.Hara Sieversia Willd. Stylypus Raf. Taihangia T.T.Yu & C.L.Li Waldsteinia Willd. == Növləri == Hələb çınqılotu (Geum aleppicum Jacq.) Bolqar çınqılotu (Geum bulgaricum) Kanada çınqılotu (Geum canadense Jacq.) Yapon çınqılotu (Geum japonicum) Geum laciniatum Murr. Geum macrophyllum Willd.
Çınqıl
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Hələb çınqılotu
Hələb çınqılotu (lat. Geum aleppicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Yayılması == Orta Asiyada, Şimali Amerikada Rusiyanın Avropa hissəsində, Sibirdə, Uzaq Şərqdə yayılmışdır. == Sinonimləri == Geum aleppicum var. bipinnatum (Batalin) Hand.-Mazz. Geum aleppicum var. glabricaule (Juz.) Vorosch. Geum aleppicum subsp. strictum (Sol.) R.T.Clausen Geum aleppicum var. strictum (Sol.) Fernald Geum besserianum Fisch.
Çay çınqılotu
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
Şəhər çınqılotu
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Bolqar çınqılotu
Bolqar çınqılotu (lat. Geum bulgaricum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Kanada çınqılotu
Kanada çınqılotu (lat. Geum canadense) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Yapon çınqılotu
Yapon çınqılotu (lat. Geum japonicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Gümüşü çingil
== Təbii yayılması == Yabanı halda İranda və Şimali-Qərbi Monqolustanda, Zaqafqaziyada və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m, sallaq zoğlara malik, gövdəsinin rəngi qonur koldur. Bitkinin yarpaqlaması mürəkkəb, 3-6 cüt gümüşü cütlələkvari çılpaq yarpaqlardan ibarətdir. Yarpaqların üzəri bozumtul, gümüşü tükcüklərlə örtülmüş olur. Uc hissədəki tək yarpaq tikanla əvəz olunmuşdur. Bu tikanlar qışda yarpaqcıqlar töküldükdən sonra saplaqlarla birlikdə gövdə üzərində uzun müddət qalır. Yarpaqaltlıqları bizvari tikanlara çevrilmişdir. Çiçəkləri 2-3 ədəd olmaqla yarpaqların qoltuğundakı salxımlarda yerləşir. Kasayarpaqları dişli olub, 3-6 sm uzunluğunda, enli, üçbucaq formasındadır. Tacı bənövşəyi, qırmızımtıl, çəhrayı və ya ağ, uzunluğu 15-18 mm-dir.
Çinili köşk
Çinili köşk — Topqapı Sarayının kənar qala divarlarının içində yerləşir. 1472-ci ildən qalma bir köşkdür. Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən yazlıq saray və ya köşk olaraq tikdirilmişdir. Memarı qəti olaraq bəlli olmasa da, bəzi mənbələr Memar Çevik Sinan tərəfindən inşa edildiyini bildirilir. Sırça Köşk və ya Sırça Saray kimi də adlandırılır. 1875-1891-ci illərdə Muzeyi Hümayun (İmperiya Muzeyi) olaraq xidmətə verilmişdir. 1953-cü ildə Türk və İslam İncəsənəti Muzeyi olaraq açılmıştır. Daha sonra İstanbul Arxeologiya Muzeyinin tərkibinə qatılmışdır. Muzeydə Səlcuqlu və Osmanlı dövrlərindən qalma İznik çinisi və keramika nümunələri nümayiş etdirilir. == Quruluşu == Köşkün daxilində dörd iç eyvanı və bunları birləşdirən tək bir qübbə, künclərdə dörd, biri əsas olmaqla beş otağı vardır.
Çinili məscid külliyəsi
Çinili məscid külliyəsi — İstanbulda XVII əsrə aid külliyə. Osmanlı sultanı I Əhmədin məşhur hasəkisi və IV Muradla I İbrahimin anası olan Validə Kösəm Sultan tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, məktəb, hamam və çeşmədən ibarətdir. Külliyə hasarla iki hissəyə ayrılır. Daxildə qalan hissədə məscid və mədrəsə, hasardan çöldə isə qoşa hamamlar, məktəb və çeşmə yerləşir. Məscidin qapısındakı kitabədə mədrəsədən söz açılmır. Buna görə də, mədrəsənin o illərdə deyil, daha sonra tikildiyi düşünülür. Sarayın baş memarı Qoca Qasım ağa tərəfindən inşa olunan külliyə yerləşdiyi səmtə də adını vermişdir.Külliyənin xərclərinin maliyələşdirilməsi üçün banisi Validə Kösəm Sultanın İstanbul, Rumeli, Anadolu, Məkkə və Mədinədə 1617 və 1639 tarixlərində inşa etdirdiyi imarətlərin gəlirləri bura vəqf olunmuşdur. == Strukturu == === Çinili məscidi === Adını daşıdığı küçənin mərkəzində yerləşən məscid kvadrat planlı və tək gümbəzlidir. 20 mərmər sütunun üzərində saxladığı taxta tavanlı bu məscidin divarlarının üst hissəsində 3, aşağı hissələrində isə dəmir konstrukturlu 2 pəncərə məscidin daxilinin işıqlandırılmasında rol oynayır. Məscidin daxili gümbəzi də daxil olmaqla tamamilə çini ilə örtülüdür.
Ordubad çınqıl-qum qarışığı yatağı
Ordubad çınqıl-qum qarışığı yatağı- Ordubad şəhərindən cənubda,dəmir yolu stansiyasından 400 metr şimal-şərqdədir. == Ümumi məlumat == Geoloji quruluşunda qayma,çınqıl,çaqıl və qum qarışığından ibarət Üst dördüncü dövr yaşlı allüvial-prolüvial çöküntülər iştirak edir.Sahəsi 0.64 kvadrat kilometr,faydalı qatın qalınlığı 5.25-5.95 metrdir.Texnoloji tədqiqatlara görə,çaqıl-çınqıl-qayma qarışığı "200" beton istehsalında dəmir yolu tikintisində ballast örtük kimi istifadəyə yararlıdır.Yatağın sənaye ehtiyatı 6974 min kubmetr təşkil edir.Yataq istismar olunur.
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II — Naxçıvan şəhərindən 10 km şimal-şərqdədir. == Haqqında == Geoloji quruluşunda Müasir dövrün çaqıl , çınqıl və qum qarışığından ibarət allüvial-prolüvial çöküntüləri iştirak edir. Sahəsi. 2 km2, faydalı qatın qalınlığı 4,5-6,2 metrdir. Texnoloji tədqiqatlara görə, çınqıl-qum qarışığı “250” markalı adi və hidrotexniki beton istehsalına yararlıdır Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 11047 min m3-dir. Yataq 1979-cu ildən istismar olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı-I
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı- I — Naxçıvan şəhərinin cənub hissəsindədir. == Haqqında == Geoloji quruluşunda müasir dövrün çaqıl, çınqıl, qayma və qum qarıçığından ibarət allüvial çöküntüləri iştirak edir. Çaqıl-çınqıl qarışığı yuvarlaqlaşmış əhəngdaşı, qumdaşı, andezit -dasit və diorit süxurlarından ibarətdir. Yatağın sahəsi 1,33 km2, faydalı qatın qalınlığı 9,7-9,8 metrdir. Texnoloji tədqiqatların nəticələrinə görə, çaqıl-çınqıl qarışığı “200-250” markalı beton, asfalt-beton istehsalına və hidrotexniki qurğuların tikintisinə yararlıdır. Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 27957 min m3 -dir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.