Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Liber
Liber (isp. Llíber) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 21,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1056 nəfərə çatmışdır.
Limberq Qutierrez
Limberq Qutierrez Moyika (18 iyun 1998-ci ildə anadan olub) — Uruqvay Primyera Divizion təmsilçilərindən olan Klub Nasyonal de Futbol klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Boliviya futbolçusudur. O, keçmiş Boliviya milli futbolçusu olan Limberq Qutierrezin oğludur. == Milli karyerası == Qutierrez Boliviya milli futbol komandasında debütünü 23 mart 2017-ci ildə 2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsi görüşünüdə Kolumbiya millisinə qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Xuan Aponteni əvəz etmişdir. Həmin görüşdə Boliviya rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur.
Şelimber döyüşü
Şelimber döyüşü — 18 oktyabr 1599-cu ildə Mixay Cəsurun (rum. Mihai Viteazul) başçılıq etdiyi valaxiya ordusu və Andraş Batorinin başçılıq etdiyi transilvaniya-macar ordusu arasında Şelimber kəndi tərəfdə (Sibiu yaxınlığında) baş verən döyüş. == Arxa plan == 1950-ci sonlarında valaxiya hökümdarı Mixay Cəsur osmanlılar döyüşmək üçün Transilvaniyaya yollandı. Eyni zamanda qonşu hökümdarlar transilvaniyalı Andraş Batori və moldaviyalı Ieremia Movilya Polşa dövləti ilə dostluq edirdilər. 1598-ci ildə Mixay osmanlılarla sülh müqaviləsi imzaladı, ancaq hər iki tərəf anlayırdı ki, münaqişə hələ bitirilməmişdir. Transilvaniya knyazlığı Osmanlılarla dostluq münasibətlərini saxlayan Polşa dövlətinin təsiri altına düşəndə, Valaxiyanin ətrafında düşmənlərin mövqeyiləri daha da gücləndi. Yalnız Habsburqlar Mixay ilə birləşməyə hazır idilər. 9 iyun 1598-ci ildə Praqada bağlanan müqavilənin nəticəsində Valaxiya Müqəddəs Roma İmperiyasının vassal dövlətinə çevrildi, əvəzində imperator Mixayın 5 000-lik muzdla tutulan döyüşçünün xərclərini qarşılamaq öhdəsini götürdü. Mixay ittifaqı bərkitməyə qərar verdi və imperator Rudolfun razılığı ilə Transilvaniyaya hücuma başladı.
Kvinten Timber
Kvinten Rayan Krispito Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Yurrien ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Kvinten atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kvinten Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Yurrien Timber
Yurrien David Norman Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Kvinten ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Yurrien atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 2 noyabr 2018-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Yurrien Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Gavia imber
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Liber Sereyni
Liber Sereyni Moskera (isp. Líber Seregni Mosquera; 13 dekabr 1916, Montevideo – 31 iyul 2004, Montevideo) — Uruqvay hərbi və ictimai xadimi, general. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" beynəlxalq Lenin mükafatı laureatı (1983). Ölkədə bərqərar olmuş xalqa zidd rejimə etiraz əlaməti olaraq 1969-cu ildə istefa vermişdir. 1971-ci ildən Uruqvay Kommunist Partiyası və ölkənin digər mütərəqqi partiya və təşkilatlarını birləşdirən Geniş Cəbhənin İcraiyyə Komitəsinin sədri olmuşdur. Odur ki, bu təşkilat 1973-cü il mürtəce hərbi çevrilişindən sonra gizli fəaliyyət göstərmişdir. Sülh, demokratiya və Uruqvay xalqının sosial tərəqqisi uğrunda apardığı mubarizə ustundə dəfələrlə təqiblərə məruz qalmış, 1978-ci ildə isə hərbi tribunalın əsassız hökmü ilə 4 il həbs cəzasına məhkum edilmişdir. Ölkənin və dünyanın mütərəqqi qüvvələrinin tələbi ilə 1984-cü ilin martında azad olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Frente Amplio: Gral.
Naftali Herts İmber
Naftali Herts İmber və ya Naftali Zvi İmber (ivr. ‏נפתלי הרץ אימבר‏‎, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; 27 dekabr 1856 – 8 oktyabr 1909, Manhetten, Nyu-York ştatı) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair. == Həyatı == Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibətilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir. 1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (ivr. ‏ברקאי‏‎, Barkay) nəşr olunmuşdur.
The Classical Music of Azerbaijan: Chamber Volume 6
The Classical Music of Azerbaijan: Chamber Volume 6 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış altıncı və sonuncu albomdur. Adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda olan simfonik əsərləri daxil edilmişdir. Ümumilikdə alboma səkkiz Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Qəmbər Hüseynli, Azər Rzayev və Həsən Rzayevin on bir əsəri daxil edilmişdir. Əsərlər Azərbaycan Dövlət Simfonik Orkestrı, Ramiz Quliyev və Oleq Qreçko tərəfindən ifa edilmişdir. == Alboma daxil olan əsərlər == Üzeyir Hacıbəyov (1885-1948) Arazbari (1928) Aşıqsayağı (1931) Qara Qarayev (1918-1982) Fortepiano üçün prelüd I (1950) Fortepiano üçün prelüd II (1950) Fortepiano üçün prelüd III (1950) Fikrət Əmirov (1922-1984) Nizami (1947) Vasif Adıgözəlov (1936-2003) Qərənfil (1959) (tarda Ramiz Quliyev) Aqşin Əlizadə (d. 1937) Cəngi (1982) (qoboyda Oleq Qreçko) Qəmbər Hüseynli (1916-1961) İlk Məhəbbət (1952) (tarda Ramiz Quliyev) Azər Rzayev (d. 1930) Qaytağı (1994) (tarda Ramiz Quliyev) Həsən Rzayev (d.
Alimlər Köşkü
Alimlər Köşkü və ya Alimlər Pavilyonu ― İran İslam Respublikası tərəfindən Vyanadakı Birləşmiş Millətlər Təşkilatının ofisinə bağışlanan bir abidədir. Xatirə abidəsinin İran İslam Respublikası Xəbər Agentliyi tərəfindən verilən məlumata görə İslam və Əhəməni memarlığının birləşməsi olduğu iddia edilir, lakin sonuncusu dekorativ xüsusiyyətlərdə açıq şəkildə üstünlük təşkil edir; xüsusilə Fars sütunları və digər xüsusiyyətləri Persepolis və digər yerlərdə qalmış Əhəməni memarlığı nümunələrindən götürülmüşdür. Çaxartaq köşk forması, İslamdan əvvəlki dövrlərdən bu günə qədər qalmış Fars memarlığının bir nümunəsidir. Köşkün içərisində dörd məşhur Fars orta əsr alimlərindən olan Ömər Xəyyam, Əl-Biruni, Məhəmməd ibn Zəkəriyyə ər-Razi və İbn-Sinanın (Avisena) heykəlləri vardır. Bu abidə 2009-cu ilin iyununda İranın elmdəki dinc inkişafları münasibətilə bağışlanmışdır. Bu abidə Alireza Nazem Alroaya tərəfindən dizayn edilmiş və Sadeh Architecture City Construction tərəfindən inşa edilmişdir.
Çələmbər (Ərdəbil)
Çələmbər (fars. چلمبر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsində, Givi kəndistanında, Səncid qəsəbəsindən 10 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (25 ailə).
Ləmbər (Meşkinşəhr)
Ləmbər (fars. لمبر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 562 nəfər yaşayır (161 ailə).
Alimlər binası (Novoçerkassk)
Alimlər binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərində mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. Bina Ataman küçəsi ünvanında yerləşir. Bina 1909-cu ildə inşa edilmişdir. Modern stilinə sahibdir. Binsnın layihə rəhbəri Cənubi Rusiya Dövlət Donsk Politexnik Universitetinin arxitektur kafedrasının müəllimi Q. M. Salnikova məxsusdur. Layihənin müəllifi 1911-ci ilə qədər burada yaşamışdır. Sonradan isə o, binanı universitet kitabxanasına icarəyə vermişdir. Özü isə digər əraziyə köçmüşdür. Bir müddət sonra bina mədəni mərkəzə çevrilmişdir.
Alimlər evi (Bakı)
Alimlər evi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Neftçilər prospektində bina. Memarlığını Sadıq Dadaşov və Mikayıl Hüseynovun etdiyi binanın tikintisi 1946-cı ildə başa çatmışdır. Binanın yaxınlıqlarında Bəhram Gur heykəli yerləşir. Bina II Dünya müharibəsindən sonrakı dövrdə Sovet Azərbaycanı memarlığının inkişafında mühüm bir mərhələ hesab edilir. == Məşhur sakinləri == Binanın layihəsinin müəllifi, memar, akademik Mikayıl Hüseynov (m. 9), SSRİ xalq artisti Rəşid Behbudov, şair, sənətşünaş, prof. Cəfər Xəndan, Azərbaycan SSR Nazirlər Sovetinin sədri, neft geoloqu, prof. Ənvər Əlixanov, SSRİ-nin əməkdar təyyarəçisi Nurəddin Əliyev, yazıçı Mir Cəlal Paşayev, ADU rektoru Mehdi Əliyev, Azərbaycan SSR EA prezidentləri, akademiklər Zahid Xəlilov, Musa Əliyev; akademiklər, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri İlyas Abdullayev, Şirəli Məmmədov, Feyzulla Qasımzadə; Azərbaycan MEA müxbir-üzvü Abdulla Muxtarov kimi məşhur şəxslər Alimlər evində yaşamışlar. Bundan başqa, akademiklər, Fuad Qasımzadə, MAA rektoru Arif Paşayev, ADA rektoru, XİN müavini, prof. Hafiz Paşayev də müxtəlif illərdə bu binada yaşamışlar.
Dünya alimlər kuboku
Dünya alimlər kuboku — 50-dən çox ölkədən iştirak edən tələbələrlə beynəlxalq bir sıra akademik proqramdır. Müsabiqə, DemiDec tərəfindən, xüsusilə DemiDec'in prezidenti Daniel Berdichevsky tərəfindən 2006-cı ildə təsis edilmişdir. Dünya Olimpia Kuboku "gələcək alim və liderlərin qlobal birliyi" adını çəkdi . Bu, müxtəlif mədəniyyətlərdən tələbələrə bu günə aid olan məsələləri və fikirləri müzakirə etmək üçün bir araya gətirir. == Yarışların formatı == Ümumdünya Olimpiya Kubokunun komandası ümumiyyətlə üç şagirddən ibarətdir, lakin xüsusi şəraitdə iki nəfər ola bilər. Komandalar adətən eyni məktəbdən gələn şagirdlərdən ibarətdir, lakin qarışıq qruplara icazə verilir. Şagirdlər digər məktəblərdən və ya hətta digər ölkələrdən olan tələbələrə daxil ola biləcək "müstəqil" komandalar yaratmağı seçirlər. Hər komanda dörd standart, dəyirmi tədbirdə iştirak edir. Komandalar hər hansı bir regional mərhələdə iştirak edə bilərlər. Əgər komandalar regional mərhələdə iştirak edə bilmirlərsə də, qlobal turnirdə iştirak etmək istəməyəcəklərsə, onlar bir joker meydançaya uyğun ola bilərlər.
Kürd alimlər siyahısı
Kürd İslam alimləri, elm insanları və filosoflar siyahısı. Caban əl-Kurdi, Peyğəmbər Məhəmməd səhabəsi. Zozan, Peyğəmbər Məhəmməd qadın səhabəsi.