Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Flutter
Flutter — Google tərəfindən yaradılmış açıq mənbəli UI proqram təminatı tərtibat dəsti (SDK). Hər hansısa bir veb brauzer, Fuchsia, Android, iOS, Linux, macOS və Windows üçün vahid kod bazasında kross platforma proqramlar hazırlamaq üçün istifadə olunur. İlk dəfə 2015-ci ildə bəhs edilən Flutter 2017-ci ilin mayında yayımlandı. Flutter-in ilk versiyası "Sky" kimi tanınırdı və Android əməliyyat sistemində işləyirdi. O 2015-ci ildə Dart tərtibatçılarının zirvə toplantısında, saniyədə 120 kadr sürətlə (FPS) render edə bilmək funksiyası ilə təqdim edildi. 2018-ci ilin sentyabrında Şanxayda keçirilən Google Developer Day-in əsas çıxışı zamanı Google, Flutter 1.0-dan əvvəlki son əsas buraxılış olan Flutter Release Preview 2-ni elan etdi. 4 dekabr 2018-ci ildə Flutter 1.0 Flutter Live tədbirində təqdim edildi və bu freymvorkun ilk stabil versiyası oldu. 11 dekabr 2019-cu ildə Flutter 1.12 Flutter Interactive tədbirində yayımlandı. 6 may 2020-ci ildə Dart proqram təminatının inkişaf etdirilməsi dəsti (SDK) 2.8 və Flutter 1.17.0 yayımlandı, bu da iOS cihazlarında performansı təxminən 50% yaxşılaşdıran Metal API dəstəyi, həmçinin yeni Material vidcetləri və şəbəkə izləmə tərtibat alətləri əlavə etdi. 3 mart 2021-ci ildə Google onlayn Flutter Engage tədbiri zamanı Flutter 2-ni təqdim etdi.
Plotter
Plotter — (yun. γράφω) mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
Elektrostatik plotter
Elektrostatik plotter – görüntünü kağız üzərində qələmlə cizgilər çəkmək yolu ilə deyil, nöqtəli rastr əsasında formalaşdıran plotter növü. Standart plotterlər məlum koordinatlar üzrə cizgilər çəkən vektor qurğular olsalar da, elektrostatik plotterlər görüntünü elektrostatik örtüklü kağıza köçürür (vurur). Bundan sonra, boyaq hissəcikləri vurulmuş nöqtələr özlərinə cəzb olunmaqla kağız boyaq maddəsində emal olunur və görüntünün yaranması başa çatır. Bu anlamda elektrostatik plotterlər funksional olaraq ənənəvi plotterlərdən daha çox lazerli printerlərə oxşayır. Elektrostatik plotterlər iri, mürəkkəb şəkilləri qələmli plotterlərdən təxminən 50 dəfə tez yarada bilir, buna görə də, onlar bahalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Matthaus Seutter
Georq Matthaus Seutter (1678-1757)—Almaniya coğrafiyaşünası. == Həyatı == Məşhur alman coğrafiyaşünası Georg Matthäus Seutter (1647-1756) öz xəritəsində bütün cənubi Qafqazı Azərbaycan və Şirvanın tərkibində göstərmişdir. Bu xəritədə Ermənistan ümumiyyətlə yoxdur, onun ərazisi Azərbaycanın tərkibində göstərilir.
Yozef Blatter
Yozef Blatter (10 mart 1936[…], Fisp[d][…]) — 1998–2015-ci illər arasında FİFA prezidenti. Blatteri Avelajın tələbəsi adlandırmaq olar. O, 20 il məhz Avelajın rəhbərliyi altında FİFA-da müxtəlif vəzifələrdə çalışıb. FİFA ən böyük zərəri Blatterin dövründə çəkib. 2002-ci ildə Dünya Çempionatı ərəfəsində İsveçrə kompaniyaları dünya futbol qurumunu 100 milyon dollar ziyana saldılar. Bu hal Blatterin hakimiyyətinin sonu ola bilərdi, amma prezident vəziyyətdən çıxış yolunu tapdı. Əsasən şərq ölkələrindən dəstək alan FİFA rəhbəri kürsüsünü qoruyub saxladı. Blatter həmçinin bu yaxındarda futbolun 2500 metr hündürlükdə oynanılmasının əleyhinə qərar qəbul olunmasının istəyirdi. Hətta bu məsələ FİFA-nın iclaslarının birində müzakirə də olunmuşdu, amma Cənubi Amerikada bəzi dövlətlər həmin qərarın qəbul olunmasına ciddi şəkildə etiraz etdilər. Latın Amerikasının bir neçə siyası xadiminin məsəyə müdaxilə etməsi Blatteri geriyə addım atmağa vadar etdi.
Zepp Blatter

Osqud-Şlatter xəstəliyi
Osqud-Şlatter xəstəliyi (ing. Osgood-Schlatter) – budun dördbaşlı əzələsinin vətərinin birləşdiyi qamış sümüyünün qabarcığının iltihabı və periostitidir. Daha çox yeniyetmə oğlanlarda fiziki yükdən sonra yaranır.
Aktiv shutter 3D sistemi
Aktiv shutter 3D sistemi — bu gün 3D Xpand da adlandırılan 3D texnologiyasıdır. Bu, ən yüksək keyfiyyətli 3D təsvir texnikasıdır, çünki rəng və detal itkisi yoxdur. Lakin, ekranı müntəzəm olaraq yeniləmək zərurəti ilə əlaqədar olaraq, bahalı texnologiya və elektron komponentləri olan eynək tələb edir. == İşləmə prinsipi == Active Shutterdə, Polarizasiyalı 3D texnikasında olduğu kimi, iki kamera ilə çəkilişlər həyata keçirilir, lakin şəkillər üst-üstə qoyulmur, bir-birinin ardınca yayımlanırlar. Yəni əvvəlcə sağ kameranın çəkdiyi görüntü, sonra isə sol kameranın çəkdiyi görüntü çox sürətlə ekrana proyeksiya edilir. Xpand eynəklərinin ortasında uzaqdan idarəetmə sensoru mövcuddur. İdarəetmə pultlarında olduğu kimi, ekrandan bu sensora gələn ayrıca siqnal hazırda hansı kameranın şəklinin ekranda əks olunduğunu göstərir. Sağ kameranın şəkli eynəkdəki elektronikaya gəlirsə, eynəyin sol hissəsini qaraldır və həmin görüntünü yalnız sağ gözünüzün qəbul etməsinə şərait yaradır. Solda da eyni məntiqlə sağ şüşə qaraldılır.
Fetch the Bolt Cutters
Fetch the Bolt Cutters — ABŞ müğənnisi Fiona Epplın beşinci studiya albomu. 17 aprel 2020-ci ildə Epic Records tərəfindən buraxılıb.
Martin Lüter
Martin Lüter (alm. Martin Luther‎ [ˈmaɐ̯tiːn ˈlʊtɐ] dinlə; 10 noyabr 1483[…], Lyuterştadt-Aysleben, Müqəddəs Roma imperiyası – 18 fevral 1546[…], Lyuterştadt-Aysleben, Müqəddəs Roma imperiyası) — Almaniyada reformasiyanın başçısı, alman protestantlığının (lüteranlıq) banisi. 1517-ci ildə katolik kilsəsinə qarşı 95 tezisi ilə çıxış etmişdi. == Həyatı == Böyük dini islahatçı kimi tanınan Martin Lüter 10 noyabr 1483-cü ildə Almaniyanın Eysleben şəhərində, kəndli ailəsində doğulmuşdur. On üç yaşında ikən atası onu Eyzenax şəhərindəki kilsə məktəbinə oxumağa yollamışdır. Burada Ursula Kott adlı xeyirxah bir qadınla tanış olan Lüter dörd ildən sonra onun köməyi ilə Erfurt Universitetinə daxil olmuşdur. 1502-ci ildə bakalavr, üç ildən sonra isə fəlsəfə magistri dərəcəsi almışdır. Atasının təzyiqi ilə hüquqşünas peşəsinə yiyələnən Martin gözlənilmədən rahib olmaq qərarına gəlmiş və 1507-ci ildə avqustinçilər monastırına getmişdir. Rəvayətə görə, onun rahib olmasının səbəbi, tufan vaxtı ölüm qorxusuna düşərək, "Müqəddəs Anna, məni xilas et, sağ qalsam, monastıra gedəcəyəm" andı verməsi ilə əlaqədardır. Avqustinçilər cəmiyyətinin başçısı, Lüterin dostu İohann Ştaupits idi.
Hans Lüter
Hans Lüter (alm. Hans Luther‎;10 mart 1879[…], Berlin – 11 may 1962[…], Düsseldorf) — Alman dövlət xadimi, maliyyəçi və diplomat, Almaniya kansleri (1925-1926), Reyxsbank prezidenti (1930-1933). == Gəncliyi == Hans Lüter 1879-cu il martın 10-da Almaniyanın Berlin şəhərində anadan olub. 1897-ci ildə Leybniz Gimnaziyasını bitirdikdən sonra Cenevrə Universitetində hüquq fakültəsində təhsil almağa başlayır. Daha sonra Berlin və Kil universitetilərində əlavə təhsil alıb. Dövlət hüquq imtahanlarından fərqlənmə diplomu ilə keçmişdir. 1907-ci ilin martında asessor rütbəsi üçün imtahandan sonra Lüter Maqdeburq magistratında hüquq şöbəsinin müdiri təyin edildi. 1907-ci ildə birinci arvadı ilə evləndi. Onların dörd qızı var idi, onlardan ikisi körpəlikdə öldü. 1913-cü ilin fevralında Prussiya Şəhərlər İttifaqının kommersiya direktoru vəzifəsini tutdu.
Martin Lüter King
Martin Lüter Kinq (ing. Martin Luther King, Jr.; 15 yanvar 1929[…], Atlanta – 4 aprel 1968[…], Memfis, Tennessi) — 1955-ci ildən 1968-ci ildə baş vermiş qətlinə qədərki dövrdə afroamerikan insan haqları hərəkatının ən üzdə olan liderlərindən biri, dini rəhbər və aktivist. Corciya ştatının Atlanta şəhərində anadan olmuşdur. Xristian inancından və Mahatma Qandinin fəaliyyətindən ilhamlanaraq həyata keçirdiyi dinc itaətsizlik və zorakılığa baş vurmama yolları ilə insan haqları uğrunda apardığı mübarizəyə görə tanınır. Kinq 1955-ci ildə həyata keçirilmiş Montqomeri avtobus boykotunu təşkil etmiş və 1957-ci ildə Cənub Xristianları Liderlik Konfransının ilk prezidenti olmuşdur. Bu təşkilat ilə 1962-ci ildə Corciyanın Albani şəhərində irqi ayrı seçkiliyə qarşı uğursuz mübarizə təşkil etmişdir. 1963-cü il dinc Birminqem etirazlarının təşkilinə kömək etmişdir. 1963-cü il Vaşinqtona yürüşün təşkilatçılarından biri olmuş və orada özünün məşhur "Mənim bir arzum var" nitqini demişdir. 14 oktyabr 1964-cü ildə Kinq irqi ayrı-seçkiliyə qarşı apardığı mübarizəyə görə Nobel Sülh mükafatını qazanmışdır. 1965-ci ildə Selmadan Montqomeriyə yürüşün təşkilinə kömək etmişdir.
Martin Lüter Kinq

Zik və Lüter
Zik və Lüter bir (ing. Zeke and Luther) Disney XD orjinal serialıdır. Mövzu olaraq 2 yaxın dostun Dünya üzrə ən möhtəşəm kaykaycılar olmağı istəməkləridir. Serialın aktyorları Hatç Dano, Adam Hiks, Deniel Körtis Li ve Rayan Nyumandır. Rayan Nyuman serialda ilk 2 sezonunda əsas rolllarda ,3.sezonda isə xüsusi qonaq aktrisa olaraq çox az seriyada iştirak edir. Çəkiliş yeri Gilroy, Kaliforniyanın şimalıdır. İlk nümayişi ABŞ-də 10 iyun 2009-cu ildə olmuşdur. İkinci sezon nümayişi 15 mart 2010-cu ildə, üçüncü sezon nümayişi 28 fevral 2011-ci ildə olmuşdur. Serial ABŞ-də 2 aprel 2012-ci il tarixində iki seriyalıq xüsusi bir filmlə son seriyasını yayımlamışdır.
Lüter Corc Simciyan
Lüter Corc Simciyan (ing. Luther Simjian; 28 yanvar 1905, Qaziantep, Osmanlı imperiyası – 23 oktyabr 1997) — əslən Osmanlı ermənilərindən olan ABŞ ixtiraçısı və sahibkarı. Məhsuldar və peşəkar ixtiraçı olan Simciyan əsasən optika və elektronika ilə bağlı 200-dən çox patentə sahibdir. Onun ilk bankomatı ixtira etdiyi iddia edilir, lakin bu, mübahisəli mövzu olaraq qalır. O, həmçinin uçuş simulyatoru, özünə fokuslanan kamera, teleprompter və bir çox başqa qurğular kimi müxtəlif cihazların patentlərinə sahibdir. == Həyatı == 1905-ci ildə Osmanlı imperiyasının Antəp şəhərində anadan olmuşdur. Simciyan 1915-ci ildə ailəsi ilə Hələbə qaçmış, burada 5 il yaşamışdır. O, gənc yaşlarında Beyruta, oradan Fransaya köçmüş, 1920-ci ilin sonunda isə Konnektikut ştatının Nyu-Heyven şəhərinə yerləşmişdir. Ömrünün sonlarına doğru Simciyan Florida ştatının Fort-Loderdeyl şəhərində kiçik bir tədqiqat laboratoriyası tikmiş və burada çalışmışdır. O, 23 oktyabr 1997-ci ildə vəfat etmişdir.
Zik və Lüter (teleserial, 2009)