Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Conch Republic
Conch Respublikası, ABŞ-yə məxsus olan Florida Keysin bir hissəsi sayılan Key Westdə yerləşən və heç bir ölkə tərəfindən tanınmayan bir mikrodövlətdir. 23 aprel 1982-ci ildə ABŞ-dən ayrılmasının elanından sonra regionun turizm fəaliyyəti artmışdır.
Bosch
Robert Bosch GmbH (ümumi halda Bosch) — elektronika və mühəndislik firması. Şirkət 1886-cı ildə Almaniyanın Ştutqart şəhərində yaradılmışdır. Dünyanın ən böyük avtomobil hissələri istehsalçısıdır.
Cache
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Concu
Concu (Hanqıl:전주) Cənubi Koreyanın ən böyük 16 Şəhərindən biri olub, Şimali Colla vilayətinin mərkəzidir. Bura həm şəhər həm də kənd kimi tanınır. Concu adının hərfi mənası "Mükəmməl bölgə" ( Hanca: 全 (전;con)- mükəmməl, 州 (주;cu)- bölgə) deməkdir. Bura Koreyanın milli yeməklərinə, tarixi binalarına, idman fəaliyyətlərinə, yaradıcı festivallarına görə əsas turizm məzkəzi hesab olunur. 2012-ci il may ayında, UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"-nin bir hissəsi olaraq Concu qastronomiya sahəsində "Yaradıcı Şəhər" olaraq seçilib. Bu şərəflə şəhərin min illərdir nəsildən nəsilə ötürülən ənənəvi ev yeməkləri, fəal ictimai və özəl qida araşdırmaları, istedadlı aşpazları yetişdirmək sistemi və fərqli yemək festivallarına ev sahibliyi etməsi qiymətləndirilir. == Tarixi == Bekçe krallığı cənub-qərbi Koreyada,indiki Concunun yerləşdiyi ərazidə yerləşmişdir. İnanılır ki, Concu şəhəri b.e.ə 57-ci ildə bazar şəhəri kimi qurulub. Concu (Bekçe ilə birlikdə) Şila krallığı və Çinin Tan sülaləsi tərəfindən 660-cı ildə fəth edildi. Qısa müddətə Şila krallığının bir parçası oldu və 685-ci ildə Concu, 9 chu (krallığın əyalət mərkəzi)-dan biri oldu.
Leach
Vilyam Elford Liç (ing. William Elford Leach 2 fevral 1790, Plimut, Devon qraflığı – 25 avqust 1836 və ya 26 avqust 1836) — İngiltərə zooloqu və dəniz bioloqu. == Çap olunmuş işləri == Zoological Miscellany (1814–1817) Monograph on the British Crabs, Lobsters, Prawns and other Crustacea with pendunculated eyes (1815–1817) Systematic catalogue of the specimens of the indigenous Mammalia and birds in the British Museum (1816) (1882-ci il nəşri) Synopsis of the Mollusca of Great Britain (circulated 1820, but not published until 1852).
Catch the Catch
Catch The Catch (azərb. Mənfəəti tutun‎) – C. C. Catch-in 1986-cı ildə çıxardığı ilk albomudur. Albomda C. C. Catch tərəfindən «I Can Lose My Heart Tonight», «Cause You Are Young» və «Strangers By Night» kimi sinqllar mühüm yer tutur.
Catch the Catch (albom)
Catch The Catch (azərb. Mənfəəti tutun‎) – C. C. Catch-in 1986-cı ildə çıxardığı ilk albomudur. Albomda C. C. Catch tərəfindən «I Can Lose My Heart Tonight», «Cause You Are Young» və «Strangers By Night» kimi sinqllar mühüm yer tutur.
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Koch
Karl Lüdviq Kox (alm. Carl Ludwig Koch‎; 21 sentyabr 1778 – 23 avqust 1857, Nürnberq, Mərkəzi Frankoniya) — Almaniya entomoloqu və araxnoloqu. O, çoxlu sayda hörümçəkləri təsnif etmişdir. == Əsərləri == Die Pflanzenläuse, Aphiden. Lotzbeck, Nürnberg 1857. Übersicht des Arachnidensystems. Zeh, Nürnberg 1837–50. Deutschlands Crustaceen, Myriapoden und Arachniden. Pustet, Regensburg 1835–44. Die Arachniden.
2K Czech
2K Czech — mərkəzi Çexiyada yerləşən şirkət, Videooyun yaradıcısı. 1997-ci ildə Illusion Softworks adı ilə qurulmuşdur.
Boom Beach
Boom Beach — "Supercell" şirkəti tərəfindən iOS və Android platformaları üçün yaradılmış real zamanlı strategiya oyunu. İlk olaraq 11 noyabr 2013-cü ildə Kanadada, ardınca 26 mart 2014-cü ildə dünya miqyasında buraxılmışdır. == Qərargah == Qərargah oyunun ən vacib binasıdır. Bir ada bazasının qərargahı dağıdıldığı anda o baza məhv edilir. Qərargah yüksəldikcə; O, yeni bölmələr, yeni qayıq xüsusiyyətləri və yeni binalar tikmək imkanı kimi bir çox xüsusiyyətləri təmin edir. 18 avqust 2020-ci ildə gələn yeniləmə ilə artırıla bilən maksimum səviyyə 23-dən 24-ə yüksəldi. == Haqqında == Boom Beach, digər düşmən adalarına hücum etmək üçün qoşun toplamaq və gücləndirmək, digər oyunçuların hücumlarına müqavimət göstərmək üçün müdafiə binalarını tikmək və təkmilləşdirməyə əsaslanan bir oyundur. Bu cəhətlərinə görə oyun digər Supercell oyunu olan Clash of Clans-a bənzəyir. Bununla belə, Boom Beach hekayəsi nəhəng bir arxipelaqda baş verir. == Müdafiə binaları == Snayper Qülləsi: Oyunda inşa edilən ilk müdafiə binasıdır.
Carach Angren
Carach Angren — Holland simfonik blək metal qrupu, 2003-cü ildə yaradılmışdır. Onların ilk EP albomu 2005-ci ildə "Ethereal Veiled Existence" adlı albomları olmuşdur. Bu mini EP albomdan sonra qrup 2007-ci ildə "Maddening Media" albom şikəti ilə müqavilə imzalayaraq, ilk studio "Lammendam" adlı albomlarını 2008-ci ildə çıxartdılar. Daha sonra onların ikinci albomu 26 fevral 2010-cu ildə "Death Came Through a Phantom Ship" adlı albomları olmuşdur. Bu albomdan sonra qrup Dark Funeral, Zonaria və Nefarium kimi qruplarla Avropa turlarına qatılaraq konsertlər də çıxış etmişdir.
Chaco Müharibəsi
Çako müharibəsi 1932–1935 ci illərdə Paraqvay və Boliviya arasında Qran-Çako (hansı ki orada böyük neft ehtiyatının olması ehtimal edilirdi. Bununla belə yalnız 2012-ci ildə bu ehtiyyatlar aşkarlanır) vilayətinə sahiblənmə uğrunda baş verib. Bu Latın Amerikası tarixinə ən qanlı müharibə kimi düşüb. == Müharibənin tarixi == Ərazi mübahisəsi Boliviya və Paraqvay Şimali Canko ərazisinə sahiblənmə hələ dövlərin müstəqillik elan edilməsindən başlayır. Belə ki Paraqvay 1811, Boliviya isə 1825 ci illərdə qurtuluşunu elan etdir. Paraqvay daha tez qurtuluşu elan etməsi ona bir çox üstünlüklər verir. Paraqvay bölgə də öz qoşunlarını yerləşdirir və inzibati hakimiyyətini qurur. Bu əraziyə Braziliyada iddia edir. Bu çətinliklərin səbəbi İspaniyanın hakimiyyəti zamanında burada dəqiq sərhədin müəyyənləşdirməməsi idi. Bu isə ərazinin quraq olması, iqlimi və əhali tərəfindən az məskunlaşmasın təsir edirdi.
Clash Royale
Clash Royale — "Supercell" şirkəti tərəfindən yaradımış və nəşr edilmiş real zamanlı, pulsuz, çox oyunçulu videooyun. Oyun stolüstü kart oyunları, qala müdafiəsi və MOBA oyunlarından olan elementləri özündə birləşdirir. Oyun dünya miqyasında 2 mart 2016-cı ildə buraxılıb. "Clash Royale" oyun bazarında bir ildən az müddətdə 1 milyard dollar gəlir əldə edib. "Sensor Tower" şirkətinin məlumatına görə "Clash Royale" oyunun üç il ərzində qazandığı gəlir 2.5 milyard dollardır. Bu "Clash of Clans" oyunun ilk spin-off seriyasıdır. == Oynanış == Oyunda gümüş, qızıl, nəhəng, sehrli, epik, əfsanəvi kral sandığı, tac sandığı, turnir sandığı əfsanəvi sandıq var. Bu sandıqlar oyunun sonunda tapıla bilər və ya qiymətli daşlarla satın alına bilər. Bu sandıqlardan alacağınız kartlarla 8 kart destesi yaradaraq digər onlayn oyunçularla eyni vaxtda döyüşə biləcəyiniz bu oyunda maksimum 50 nəfərlik klanlar da var.Döyüş kuboklarını toplaya bilərsiniz. Oyunda 5 növ kart növü var: Ümumi, Nadir, Epik Əfsanəvi və Çempion.
Conah Lomu
Conah Tali Lomu (ing. Jonah Tali Lomu; d. 12 may 1975 — ö. 18 noyabr 2015) — Yeni Zelandiya reqbiçisi.
Corca Meloni
Giorgia Meloni 22 oktyabr 2022-ci ildən İtaliyanın baş naziri vəzifəsini icra edən italyan siyasətçi və bu vəzifədə olmuş ilk qadındır. 2006-cı ildən Deputatlar Palatasının üzvü, 2014-cü ildən İtaliyanın Qardaşları (Fdl) siyasi partiyasının başçısı və 2020-ci ildən Avropa Mühafizəkarlar və İslahatçılar Pariyasının prezidentidir.
Corce Corceksu
Corce Corceksu (12 sentyabr 1887 – 1 sentyabr 1964, Buxarest) — rumın dirijoru, violonçelçalan. == Həyatı == Buxarest konservatoriyasını (K. Dimitreskunun violonçel sinfini) bitirmiş (1910), Berlində Ali musiqi məktəbində X. Bekkerin violonçel sinfində (1910–14) oxumuş, burada kompozisiya və dirijorluqla da məşğul olmuşdur. 1911–16-cı illərdə simli "Marto-kvartet"in heyətində violonçel ifaçısı kimi çıxış etmişdir. == Fəaliyyəti == 1916–18-ci illərdə R. Ştraus və A. fon Nikişdən dirijorluq dərsi almışdır. Dirijor kimi debütü Berlin filarmonik orkestri ilə olmuşdur (1918). Buxarest filarmoniyasının orkestrini (1920) yaratmış (hazırda C. Enes ku ad. Simfonik orkestr), 1944-cü ilə qədər və 1954–64-cü illərdə onun baş dirijoru olmuşdur. 1922–40-cı illərdə (fasilələrlə) Buxarest Opera Teatrının dirijoru və direktoru, 1950–53-cü illərdə Buxarest konservatoriyasının professoru idi. Repertuarında müasir musiqi əsas yer tuturdu.
Corce Enesku
Corce Enesku (19 avqust 1881[…] – 4 may 1955[…], Parisin 8-ci rayonu[d], Fransa) — Rumıniya bəstəkarı və musiqiçisi. == Həyatı == Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub və burada skripkada ifasına görə ilk mükafatını qazanıb. Eneskunun əsərləri arasında Edip operasını (Oedipe, 1936), 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar. Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olubdur. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir. Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.
Corco Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri. == Məlumat == Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir. == Sport == "Olimpia Milano" basketbol yığımın prezidentidir.
Corco Kinalya
Corco Kinalya (it. Giorgio Chinaglia; 24 yanvar 1947, Karrara, Toskana – 1 aprel 2012[…], Neapol) — İtaliyalı keçmiş futbolçu, hücumçu. Karyerasına İngiltərədə başlayıb. Sonra İtaliyaya köçür və burada ilk bir neçə mövsümü aşağı liqalarda oynayır. 1969-cu ildə "Latsio" klubuna transfer edilir, Roma klubunda iki yüzdən çox oyun keçirdib. "Latsio" ilə 1973/74 mövsümündə İtaliya çempionluğunu qazanır və çempionatın bombardiri olur. Karyerasının ikinci yarısını dörd dəfə Şimali Amerika Futbol Liqasını qazandığı "New York Cosmos" klubunda keçirdib.254 oyunda (pley-off da daxil olmaqla) 242 qol vuraraq Şimali Amerika Futbol Liqası tarixinin ən yaxşı bombardiridir. 2000-ci ildə ABŞ Futbol Şöhrət Salonuna düşur və eyni zamanda "Latsio" tarixinin ən böyük oyunçusu hesab edilir. Karyerasını başa vurduqdan sonra idman funksioneri kimi çalışıb. Bir neçə dəfə iqtisadi cinayətlərə görə mühakimə olunub.
Corco Morandi
Corco Morandi (20 iyul 1890[…], Boloniya – 18 iyun 1964[…], Boloniya) — əsasən natürmort əsərləri ilə tanınan italyan rəssam. == Həyatı == Corco Morandi 1890-cı ildə Bolonyada anadan olmuşdur. 1907-ci ildə İncəsənət Akademiyasına daxil olmuşdur. O burada XIV əsr təsvir incəsənəti ilə geniş şəkildə tanış olmuşdur. Rembrandt haqqında kitablar oxuyan Morandi qravür hazırlamağa başlamışdır. İlk illərdə əsasən kubizm və sezan cərəyanlarına yönəlmişdir. 1914-cü ildə futurist əsərlər yaratmağa başlamışdır. Həmin il Bolonyada bir məktəbdə incəsənət dərsi verməyə başlamış və burada 1929-cu ilə qədər işləmişdir. Hazırda Bolonyada onun əsərlərinin sərgiləndiyi muzey yerləşir. 1915-ci ildə Birinci dünya müharibəsinə qatılmaq üçün orduya yazılmış, amma səhhətindəki problemlərə görə əsgərlikdən ayrılmışdır.
Corco Napolitano
Corco Napolitano (29 iyun 1925, Neapol – 22 sentyabr 2023, Roma) — İtaliya Respublikasının onbirinci prezidenti (2006-2015). == Həyatı == 29 iyun 1925-ci ildə Neapol şəhərində anadan olmuşdur. == Siyasi fəaliyyəti == 1942-ci ildə Neapol Universitetində qeyri-qanuni kommunist tələbə təşkilatının üzvü olmuş və gizli antifaşist mübarizəsində iştirak etmişdir. 1945-ci ildə İtaliya Kommunist Partiyasının (İKP) üzvü olmuşdur. 1947-ci ildə Neapol Universitetinin hüquqşünaslıq fakültəsini bitirmişdir. 1953-cü ildə İtaliya parlamentinin üzvü seçilmişdir. 1962-ci ildə İKP-nin rəhbərliyinə seçilmiş, iqtisadi siyasət və İtaliyanın cənubunun inkişafı məsələləri ilə məşğul olmuşdur. 1991-ci ildə Kommunist ideologiyasından imtina etmiş, İKP-nin əsasında yaradılmış "Sol Demokratik Partiya"nın liderlərindən biri olmuşdur. 1992–1994-cü illrədə İtaliya Parlamentinin Deputatlar Palatasına sədrlik etmişdir. 1996–1998-ci illərdə R. Prodi hökumətində Daxili İşlər Naziri olmuşdur.
Corco Vazari
Corco Vazari (it. Giorgio Vasari; 30 iyul 1511[…], Arezzo, Florensiya Respublikası – 27 iyun 1574[…], Florensiya, Böyük Toskana hersoqluğu) —İtaliya rəssamı, Renessans mədəniyyətinin görkəmli nümayəndələrindən biri. == Həyatı == Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.
Corco Parizi
Corco Parizi (it. Giorgio Parisi; 4 avqust 1948, Roma) — 2021-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən italyan fiziki.
Czech Airlines
CSA Czech Airlines (çex. ČSA; rəsmi adı: çex. České aerolinie, ing. Czech Airlines, «Çexiya Hava Yolları») — Çexiya Respublikasının ən iri aviaşirkəti, milli aviadaşıyıcısıdır. Qərargahı Praqa Hava limanında yerləşir. Aviaşirkət Avropa, Yaxın Şərq və Asiyanın müxtəlif regionlarına avia daşımalar həyata keçirir. Aviaşirkət həmçinin, Çarter reysləri və yük daşımaları da həyata keçirir. SkyTeam avia alyansının üzvüdür. Tez-tez uçan sərnişinlər üçün sadiqlik proqramı "OK Plus" adlanır. == Rəhbərliyi == Bir səhmdar şirkət olan Czech Airlines avia şirkətinin əsas səhmdarları Travel Service Airlines şirkətidir.
Ocaçi
Ocaçi (serb. Оџаци) — Serbiyanın Voyevodina muxtar bölgəsi, Qərbi Bax mahalında bir şəhər. Eyni adlı icmanın inzibati mərkəzidir. Voyevodinanın qərbində, Belqraddan 151 km məsafədə yerləşir. Şəhər çoxsaylı kiçik göllərlə əhatə olunmuşdur. Bu bölgədə ovçuluq və balıqçılıq yaxşı inkişaf etmişdir. Trans-Avropa velosiped yolu «Euro Velo 6» Ocaçinin üzərindən keçir. 31 dekabr 2011-ci il tarixinə şəhər əhalisi 8 795 nəfər təşkil etmişdir. Bunların təxminən 83%-i serblər, 3%-i macarlar, 1,5%-i isə yuqoslavlardır. == Tarixi == Şəhər haqqında ilk yazılı qeyd 1522-ci il sənədində tapılmışdır.
Çaça
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.