NOTCH

notch1

n 1. nişan qoyma, nişanlama; to cut / to make a ~ on a stick ağacda kərtik açmaq (hesablamaq məqsədilə); For each day he spent on the island, he cut / made a notch on a stick Adada keçirdiyi hər gün üçün o, ağac üzərində bir kərtik qoyurdu; 2. nişan, işarə, damğa, kərtik; yarıq; oyuq, çuxur, qazıq; aralıq; cızıq; 3. diş (mişarda, daraqda və s.); 4. dar keçid / dərə (dağda); 5. səviyyə; dərəcə; to the lowest ~ son dərəcəyə qədər; Prices are at the lowest notch Qiymətlər ən aşağı həddədir;

◊ top ~ ən yüksək nəticə, yüksək keyfiyyət

notch2

v 1. kərtikləmək, kərtik açmaq; çapmaq, yarmaq; oyuq açmaq; doğramaq, kəsmək; to ~ smth. down on a stick ağac üzərində bir şeyi kərtik açmaqla qeyd etmək; 2. doğramaq, mişarlamaq (ağacı); 3. oxu yaya qoymaq;

◊ to ~ smth. up bir şey qazanmaq; to ~ up heavy gains böyük gəlir əldə etmək

NOTATION
NOTCHED