Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eucalyptus oil
Eucalyptus oil (lat. Eucalyptus oil) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Standard Oil
Standard Oil Company, Inc. —1870-1911-ci illərdə fəaliyyət göstərmiş ABŞ mərkəzli neft hasilatı, nəqli, emalı və marketinqi şirkəti. Standard Oil fəaliyyətinin zirvəsində dünyanın ən böyük neft şirkəti idi və onun uğuru onun həmtəsisçisi və sədri Con Rokfelleri "bütün zamanların ən varlı amerikalıları" və "tarixin ən varlı insanları" sırasına daxil etmişdir. Dünyanın ilk və ən böyük transmilli korporasiyalarından biri olan şirkətin tarixi 1911-ci ildə ABŞ Ali Məhkəməsinin onun qeyri-qanuni inhisar olduğuna qərar verməsi ilə başa çatmışdır. Şirkət 1863-cü ildə Rokfeller və Henri Flaqler tərəfindən təsis edilib və 1870-ci ildə korporasiyaya çevrilib. Standard Oil neft məhsulları bazarında əvvəlcə emal sektorunda üfüqi inteqrasiya yolu ilə, daha sonra sonrakı illərdə şaquli inteqrasiya yolu ilə üstünlük təşkil etdi. Standard Oil tresti hasilat və logistikanı asanlaşdırdı, xərcləri aşağı saldı və rəqibləri üstələdi. Tənqidçilər şirkəti rəqibləri məhv etmək və digər biznesləri təhdid edən inhisar yaratmaq üçün "aqressiv" qiymətlərdən istifadə etməkdə günahlandırdılar. Rokfeller 1897-ci ildə təqaüdə çıxana qədər şirkətin sədri kimi rəhbərlik etdi. O, əsas səhmdar olaraq qaldı və 1911-ci ildə trestin 43 kiçik şirkətə dağılması ilə Rokfeller müasir tarixin ən varlı insanı oldu, çünki bu fərdi müəssisələrin ilkin gəlirləri tək bir iri şirkətin gəlirindən qat-qat böyük idi.
Marathon Oil Tower
Marathon Oil Tower — Texas ştatının Hyuston şəhərində yerləşən göydələndir. Tikintinin hündürlüyü 171 metrdir, 41 mərtəbəsi var və 1981-ci ildə tikintisi başa çatmışdı.
Nobel Oil Group
Nobel Oil Group - əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən və sonradan beynəlxaq miqyasa çıxaraq ABŞ, Böyük Britaniya və Rumıniya bazarına daxil olan şirkətlər qrupudur. Qrup, neft-qaz sektorunda kompleks istismar xidmətləri göstərir, həmçinin özünün kəşfiyyat və hasilat üzrə imkan, bacarıq və potensialını inkişaf etdirir. NEQSOL Holdingə daxildir. İş adamı və xeyriyyəçi Nəsib Həsənov NEQSOL Holding-in təsisçisi və 100% sahibidir. == Tarix və inkişaf == “Nobel Oil Ltd” şirkəti ilk olaraq, Xəzər regionunda neft-qaz sənayesi üçün xidmətlər təklif edən texniki xidmət təchizatçısı kimi 2005-ci ildə Nəsib Həsənov tərəfindən yaradılmışdır. Sözü gedən xidmətlərə quyuların əsaslı təmiri, qazma, quraşdırma, tikinti, mühəndis-layihələndirmə və texniki xidmət, təmir və istismar xidmətləri daxildir.2013-cü ildə Nobel Oil şirkəti öz fəaliyyətinin, həmçinin təşkilati bacarıqların, strateji məqsədlərin, fəaliyyət göstərdiyi bazarların, regional və qlobal miqyasda inkişaf istiqamətlərinin, qiymətləndirilməsini hərtərəfli əhatə edən strateji araşdırma həyata keçirmişdir. Nəticədə, 2014-cü ildə şirkətin biznes proseslərinin beynəlxalq standartlara uyğun təşkil etmək məqsədi ilə korporativ strukturu yenidən təşkil edilmişdir. Beləliklə, neft-qaz sənayesinin bütün xidmət seqmentləri Nobel Oil Services (UK) Limited şirkəti altında birləşdirilmişdir, neft yataqlarının kəşfiyyatlı və neft-qaz hasilatı fəaliyyəti isə ayrıca Nobel Oil E&P (UK) Limited şirkəti (Nobel Upstream ticarət nişanı) altında təşkil edilmişdir. Nobel Oil Services (UK) Limited 25 iyun 2014-cü il tarixində Birləşmiş Krallıqda qeydiyyatdan keçirilərək yaradılmışdır. Nobel Oil Services (UK) Limited şirkəti Global Energy Solutions MMC, Prokon MMC, Abşeron Qazma MMC, Llamrei DMCC və sair şirkətlərin ana şirkətidir.
Cola
Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (içki) — sərinləşdirici içki.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Coan Eyken
Con Eyken (ing. Joan Aiken; 4 sentyabr 1924[…] – 4 yanvar 2004[…]) — fövqəltəbii bədii ədəbiyyat və uşaqların alternativ tarix romanları üzrə ixtisaslaşmış ingilis yazıçısı idi. 1999 -cu ildə uşaq ədəbiyyatındakı xidmətlərinə görə MBE mükafatına layiq görülmüşdür. 1968 -ci ildə Conatan Keyp tərəfindən nəşr olunan Fısıltı Dağı üçün bir qrup İngilis uşaq yazıçısının bənzərsiz bir kitab mükafatı olan Xranitel Uşaq Bədii Mükafatını qazandı. Payız Gecəsi üçün Edgar Allan Poe Mükafatını (1972) qazandı. == Bioqrafiyası == Eyken 4 sentyabr 1924-cü ildə Sussexdəki Rye şəhərindəki Mermaid Street-də anadan olmuşdur. Atası Amerikalı Pulitzer Mükafatlı şair Konrad Eyken (1889-1973) idi. Böyük qardaşı yazıçı və tədqiqatçı kimyaçı Con Eyken (1913–1990), böyük bacısı isə yazıçı Ceyn Eyken Hodge (1917–2009) idi. Anası, Kanada əsilli Cesse Makdonald (1889–1970), Kembricdəki Redklif kollecindən məzun idi. Cessi 1930-cu ildə ingilis yazıçısı Martin Armstronqla evləndi.
Coan Fonteyn
Coan Fonteyn (ing. Joan Fontaine) - Oskar mükafatı sahibi ingilis akstrisa. Bir başqa Oskar mükafatı sahibi aktrisa olan Oliviya de Hevillendin bacısıdır. 1943-cü ildə ABŞ vətəndaşlığına keçmişdir. Əsl adı "Coan de Bovuar de Hevillend" olan Coan Fonteyn 1940-ci ildə çəkilən, Alfred Hiçkokun rejissorluğunu etdiyi "Rebekka" filmindəki rolu ilə tanınır. 15 dekabr 2013-də ABŞ-nin Kaliforniya ştatında vəfat etmişdir.
Coan Krauford
Coan Krauford (ing. Joan Crawford; 23 mart 1904[…], San Antonio, Texas – 10 may 1977[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan aktrisa.
Coan Krouford
Coan Krauford (ing. Joan Crawford; 23 mart 1904[…], San Antonio, Texas – 10 may 1977[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan aktrisa.
Coan Kuiqli
Coan Sesil Kuiqli (ing. Joan Ceciel Quigley) - amerikalı astroloq, yazıçı. Nensi Reyqanın ABŞ-nin birinci xanımı olduğu dövrdə astroloq kimi bir xeyli məşhurluq qazanmışdır. Nensi vasitəsilə Coan Ronald Reyqanın cədvəlinin hazırlanması üçün astroloji məsləhətlər vermişdir. Bu məsləhətlərə mətbuat konfransların, debatların başlama vaxtı, Konqresə müraciət və ya prezident təyyarəsinin nə zaman uçması kimi bildirişlər daxil idi. Kviqli astrologiya üzrə 3 kitabın və “Ağ evin astroloqu” kimi fəaliyyət göstərməsi haqda memuarların müəllifidir. == Bioqrafiyası == Coan Kviqli 10 aprel 1927-ci il tarixində Missuri ştatının Kanzas-siti şəhərində anadan olmuşdur. Onun anası Zelda Kviqli həmçinin astrologiya ilə maraqlanmışdır. Atası Con isə vəkil olmuşdur. Öz bacısı Rutla birlikdə Coan özəl məktəblərdə təhsil almışdır.
Coan Riverz
Coan Riverz (ing.
Coan Roulinq
Coan "Co" Mürrey (ing. Joanne "Jo" Murray, qızlıq soyadı — Roulinq (ing. Rowling); 31 iyul 1965[…]) — Britaniyalı yazıçı. Coan Ketlin Roulinq (ing. J. K. Rowling, Joanne Kathleen Rowling) adı altında, dünyanın 65-dən çox dilinə tərcümə edilən Harri Potter romanlar seriyasının yazıçısı kimi bilinir. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır və o cümlədən bir müddət dünyanın ən varlı qadını idi. O, həmçinin Robert Qalbreyt (ing. Robert Galbraith) adı altında Kormoran Strayk detektiv romanlar seriyasını yazır. == Həyatı == Valideynləri: Piter Ceyms Roulinq (ing. Peter James Rowling) və Enn Volant (ing.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == İstehsalı == Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
Coel Filds
Coel Filds — amerikalı serial senaristi.
Cola acuminata
Sivri kola (lat. Cola acuminata) - kola cinsinə aid bitki növü.
Cola nitida
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Elyana Boal
Elyane Boal (d. 28 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Elyane Boal
Elyane Boal (d. 28 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Goal.com
== Goal.com == Goal.com, 19 dildə və 36 ayrı edisyonla nəşr edən Goal, dünyanın ən məşhur futbol web saytı olaraq bilinməkdədir. Saytda son dəqiqə xəbərləri, xüsusi matç əvvəli analizləri, redaksiya, xüsusi xəbərlər yayımlanır. Canlı hesab xidməti təmin edilməkdədir. Goal, 2011-ci ilin fevral ayında, Əli Slipper və Simon Denyerinn sahibi olduğu qlobal rəqəmsal idman naşiri [Perform Group] tərəfindən 30 milyon dollar qarşılığında satın alındı. Bu satın alımda sonrakı müddətdə Goalın trafiki təxminən iki qatına çıxdı.
Tre Cool
Tre Kul (əsl adı Frenk Edvin Rayt III) Green Day qrupunun təbilçisi və qrupun ən cavan üzvüdür. O, 1972-ci ilin 9 dekabrında Frankfurt, Almaniyada anadan olmuşdur. Lakin o, Kaliforniyanın Villits şəhərində atası və 2 böyük bacısı ilə yaşayırdı. Trenin 12 yaşı olanda onun qonşusu - Lourens Livmor onu The Lookout qrupuna dəvət edib Frenkə yeni ləqəb yəni "Tre Coll" ləqəbini verir. Green Day qrupunun 1-ci turnesindən sonra Al Sobrante kollecdə oxumaq üçün qrupu tərk edir. Onun yerinə də Tre gəlir. Trenin Ramona adlı qızı var (1995-ci ilin yanvar ayında anadan olub). Ramona doğulandan 2 ay sonra Tre uşağın anası olan Lize Lions ilə evlənir. Sonra onlar ayrıldılar. 2000-ci ildə Tre Klaudia adlı qadın ilə evlənir.
Coan Holland
Yuanna Holland (ing. Joan Holland) (d. 1380 - ö. 12 aprel 1434) — 2. Kent qrafı Tomas Holland və xanımı Alis Fitzalanın qızı. Ümumilikdə 4 dəfə evlənsə də, bu evliliklərindən övladı olmadı. İlk evliliyi İngiltərə kralı III Eduardın oğlu Edmond Lanqli ilə baş tutdu. Bu səbəblə ərinin vəfatına qədər York hersoqinası oldu. Sonrakı ərləri isə baron idi. == Mənbə == Cokayne, G.E. (2000), The Complete Peerage of England, Scotland, Ireland, Great Britain and the United Kingdom, Extant, Extinct or Dormant, XII/2 (Reprint in 6 volumes, new ed.), Gloucester, U.K.: Alan Sutton Publishing, pp.
Cal (Unix)
Cal — Unix və ya *nix əməliyyatlar sistemlərində verilən ayı və ya ili ASCİİ formatında ekrana verən standardard proqramdır. cal ilə hər hansı əlavə verilməzsə, onda hal-hazırkı ayı ekrana verəcək.
Col (Maku)
Col (fars. جل‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (7 ailə).
Ceyms Preskott Coul
Ceyms Preskott Coul (ing. James Prescott Joule d. 24 dekabr 1818, Solford, Lankaşir qraflığı (indiki böyük Mançester); ö. 11 oktyabr 1889, Seyl, Çeşir qraflığı) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1850). İlk Termodinamika qanunu - Enerjinin Saxlanması Qanununu təsvir edib. == Haqqında == Ceyms Preskott Coul ev təhsili almışdı. Müəllimi C. Daltonun təsiri altında fizikaya böyük maraq göstərərək, fiziki eksperimentlər aparmağa başlayan Coul elektromaqnit hadisələrinin öyrənilməsinə, alçaq temperaturlar fizikasına, enerjinin saxlanması qanununun əsaslandırılmasına böyük töhfə vermişdir. 1840-cı ildə Ferromaqnetiklərin maqnitlənməsi zamanı doyma effektini və 1842-ci ildə maqnito striksiyanı aşkar etmişdir. Coul E.X.Lentsdən asılı olmayaraq, 1841-ci ildə naqildən cərəyan keçərkən ayrılan istilik miqdarının naqilin müqavimətindən və cərəyan şiddətindən asılılığını müəyyən etmişdir və bu, 1843-cü ildə nəşr olunmuşdur. Həmin qanun Coul-Lents qanunu adlandırılır.
Coan Ketlin Roulinq
Coan "Co" Mürrey (ing. Joanne "Jo" Murray, qızlıq soyadı — Roulinq (ing. Rowling); 31 iyul 1965[…]) — Britaniyalı yazıçı. Coan Ketlin Roulinq (ing. J. K. Rowling, Joanne Kathleen Rowling) adı altında, dünyanın 65-dən çox dilinə tərcümə edilən Harri Potter romanlar seriyasının yazıçısı kimi bilinir. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır və o cümlədən bir müddət dünyanın ən varlı qadını idi. O, həmçinin Robert Qalbreyt (ing. Robert Galbraith) adı altında Kormoran Strayk detektiv romanlar seriyasını yazır. == Həyatı == Valideynləri: Piter Ceyms Roulinq (ing. Peter James Rowling) və Enn Volant (ing.
Coel Azaf Allen
Coel Azaf Allen (ing. Joel Asaph Allen; 19 iyul 1838, Sprinqfild[d], Massaçusets – 29 avqust 1921, Nyu-York, Nyu-York ştatı) — Amerika zooloq və ornitoloqu. Amerika İncəsənət və Elmlər Akademiyasının (1871), ABŞ Milli Elmlər Akademiyasının (1876), Amerika Fəlsəfə Cəmiyyətinin (1878) üzvü. == Əsərləri == Mammals and Winter Birds of Eastern Florida, (1871) The American Bisons, (1876) Monographs of North American Rodentia (with Elliott Coues, 1877) History of North American Pinnipedia, (1880) Mammals of Patagonia, (1905) The Influence of Physical Conditions in the Genesis of Species, (1905) Ontogenetic and Other Variations in Musk-Oxen (1913) == Allenin şərəfinə adlandırılmış takson == Antilopabənzər dovşan (lat. Lepus alleni).
Coel Çentler Harris
Coel Çentler Harris (ing. Joel Chandler Harris; 9 dekabr 1848[…] – 3 iyul 1908[…] və ya 1908, Atlanta) — ABŞ yazıçısı və folklorçusu. == Həyatı == Coel Çentler Harris 1848-ci ildə Amerikada, Corciya ştatında anadan olmuşdur. Amerikada qaradərililər haqqında nağılı ilk dəfə o, yazmışdır. 1881-ci ildən o, qaradərililər haqqında yazmağa başlamışdır. 1958-ci ildə Nyu-Yorkda antologiya çıxmış, burada qaradərili insanlardan bəhs olunmuşdur. Kitabın adı "Qaradərililərin folklor kitabı"dır. Bu folkloru toplayanlar qaradərili şair Lenqston Xyus və publisist Arna Bonton olmuşdur. Kitabın birinci hissəsi yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Harrisin uşaq ədəbiyyatında tanınan əsəri "Rimus dayının nağılları"dır.
Melissa Coan Hart
Melissa Joan Catherine Hart (18 aprel 1976) — Amerikalı aktrisadır. Bütün dünyada böyük təsir bağışlayan Sabrina The Teeanege Witch serialı ilə tanınır.. == Həyatı == Nyu-Yorkun Long Island şəhərində anadan olub. Televiziya seriallarında baş rollarda oynadı Clarissa Her şeyi izah edir və Sabrina, Teenage Witch . 1999-cu ildə Drive Me Crazy filmində baş rolu oynadı. 2010-2015-ci illərdə ABC Family Melissa & Joey şousunda Mel Burke rolunu oynadı. == Şəxsi həyat == 19 iyul 2003-cü ildən bəri Hart, musiqiçi Mark Wilkerson (1976-cı il təvəllüdlü) ilə evlidir. Birlikdə üç oğlu var: Mason Walter Wilkerson (11 yanvar 2006-cı il təvəllüdlü), Braydon Hart Wilkerson (12 mart 2008-ci il təvəllüdlü) və Tucker McFadden Wilkerson (18 sentyabr 2012-ci il təvəllüdlü).
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Pak İl-çol
Pak İl-çol (26 mart 1996) — Şimali Koreyalı xizək yürüşçüsü. Pak İl-çol Şimali Koreyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Pak İl-çol birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. İl-çol 43:43.4 saniyəlik nəticəsi ilə 119 atlet arasında 107-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Abaran (çöl)
Abaran çölü- İrəvan quberniyasının İrəvan qəzasında çöl adı Ələyəz dağının qərb hissəsində ovalıq adıdır.
Ac çöl
Mirzəçöl (qaz. Мырзашөл, özb. Mirzacho‘l, Мирзачўл, rus. Мирзачуль) — Gilli-şoranlıq ərazilərdən ibarət olan səhra. Orta Asiya regionunda Qazaxıstanın cənubu və Özbəkistanın ərazilərini təşkil. Sırdərya çayı yaxınlığında, Fərqananə vadisinin çıxacağında yerləşir. Səhranın sahəsi 10 min km² təşkil edir. == Adı == Region ölkələri arasında Mirzəçöl adlandırılsada bəzi mənbələrdə Açlıq çölü olaraq adı keçir. Türkistanda geniş çöllük ərazi həyat şəraitinin cətinlikləri səbəbindən bu çür adlandırılmışdır. Səhrada yalnız köçərilərə rast gəlinir.
Boil burnu
Boil burnu (bolq. нос Боил, ‘Nos Boil’ \'nos bo-'il\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən burundur. Burun Retije buxtasından qərbdə yerləşmişdir.Burun şimal-şərqi Bolqarıstanda yerləşən Boil şəhərinin adını daşıyır. == Yerləşməsi == Vyu burnundan 6.45 km şimal-qərbdə, Teodolit təpəsindən 7.45 km cənub-şərqdə, Kamel nunataklarından 8.45 km cənubda, Qarvan burnundan 5.82 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula. Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine Scale 1:250000 topographic map No. 5697. Institut für Angewandte Geodäsie and British Antarctic Survey, 1996. == Həmçinin bax == Antarktida Triniti yarımadası == İstinadlar == == Xarici keçidlər == SCAR Composite Antarctic Gazetteer.
Meşə-çöl
Meşə-çöl — Şimal yarımkürəsinin təbii zonası, meşə və çöl sahələrinin birləşməsi ilə xarakterizə olunur. Avrasiyada meşə-çöllər, Karpatların şərq ətəklərindən Altayadək qərbdən şərqə davamlı bir zolaq olaraq uzanır. Rusiyada meşə zonası ilə sərhəd, Kursk və Kazan kimi şəhərlərdən keçir. Bu zolağın qərbindən və şərqindən, meşə-çölün davamlı uzanması dağların təsiri ilə kəsilir. Meşə çöllərinin ayrı-ayrı bölmələri Ortadunay düzənliyində (Macarıstan Pustası), Cənubi Sibir, Şimali Qazaxıstan, Monqolustan və Uzaq Şərqin bir sıra dağətəyi hövzələrində yerləşir, həm də Çinin şimal-şərqindəki Sunlyao düzənliyinin bir hissəsini tutur . Şimali Amerikada meşə-çöllər şimaldan cənuba, Böyük Düzənliklərdən keçərək 38 ° ş.e-ə qədər uzanır. Meşə-çöllərin iqlimi mülayim, adətən mülayim isti və qışı mülayim sərin keçir. Yağışıntıdan bir qədər çox buxarlanma müşahidə edilir. Cənuba doğru hərəkət edərkən, meşə-çöl tədricən daha az ağac və daha çox çöl sahələrini əhatə edir. İqlim istiləşir, yağıntı azalır və meşə-çöl tədricən səhraya keçir.