Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kooperativ
Kooperativ — kommunal həmrəylik vasitəsilə kollektiv şəkildə edilən yardımın rəsmi şəkildə müəyyən bir qanun və qaydaya görə əməkdaşlıq etmə müddətinə verilən addır. Bu söz fransızca Coopérative sözündən gəlir. Üzvlərinin müəyyən iqtisadi mənafelərini, xüsusən də peşə və yaşayış ehtiyaclarını qarşılıqlı yardım yolu ilə əmək və pul töhfələri ilə təmin etmək və qorumaq üçün həqiqi və ictimai hüquqi şəxslər tərəfindən qurulan dəyişkən tərəfdaşlar və dəyişkən kapitalla ortaqlıqlara, həmrəyliyə və zaminliyə kooperativ deyilir. == Tətbiq olunduğu sahələr == === Kütləvi mənzil layihələrində kooperativlər === Kooperativ ortaqları ümumiyyətlə eyni peşə ilə məşğul olanların, xüsusən müntəzəm və sabit gəliri olanların qənaətinin uzunmüddətli mərhələdə addım-addım irəliləməsi prinsipinə əsaslanır. === Peşəkar əməkdaşlıq kooperativləri === Xüsusilə, müəyyən mütəşəkkil sənaye qruplarını tək bir dam altında birləşdirmə prinsipinə əsaslanır. Ortaq məqsəd, mümkün ehtiyacların şirkətin mənfəəti nəzərə alınmadan işçilərin əsas əməklərinin qarşılığının verilməsi üzərinə dair qiymət siyasətidir. Digər tərəfdən, yerli tədarükçü sənayesinin yaradılması iqtisadi iş inkişaf modeli olduğundan, bir çox dairələr bunu sosializmin başlanğıcı kimi qiymətləndirir və tənqid edirlər. Peşəkar kooperativlər, əkinçilik baxımından birləşmə və markalaşma baxımından və ad olaraq maliyyət baxımından yalnız əkinçilik və qida sektorlarında tətbiq oluna biləcək bir model olaraq qaldı.
Beynəlxalq Kooperativ Alyansı
Beynəlxalq Kooperativ Alyansı (BKA) (ing. International Co-operative Alliance) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat Beynəlxalq Kooperativ Alyans əsasən istehlak, kredit və kənd təssərüfatı yönümlü milli və regional ittifarqları, kooperativ federasiyaları birləşdirən, kooperativ hərəkatı bütün dünyada təmsil edən qeyri-hökumət təşkilastı. == Yaradılması == 19 avqust 1895-ci ildə Londonda təsis edilmişdir. BKA 700 milyondan çox insanın maraqlarından çıxış edir. 2010-cu ilin sonuna alyansa 92 ölkədən 248 kooperativ federasiya və təşkilat daxil olmuşdur. == Məqsədi == BKA-nın nizamnamə üzrə əsas məqsədləri: bütün ölkələrdə kooperasiyanın inkişafına kömək etmək, kooperativ hərəkatın metod və prinsiplərinin təşviqi, maraqların təqdimatı və müdafiəsi, qarşılıqlı əlaqələrin yaradılması və inkişafı, müxtəlif ölkələrin kooperativləri arasında əməkdaşlıq, uzunmüddətli sülh və təhlükəsizliyinin bərqərar olunması. == Rəhbərlik == BKA-nın rəhbər orqanları: konqres — bir neçə ildən bir çağrılır, Mərkəzi Komitə — hər il çağrılır, İcraiyyə Komitəsi — BKA-nın prezidenti, 2 vitse-prezident və 13 üzvdən ibarət. Cari işləri direktor və Katiblik rəhbərlik edir. == Haqqında == BKA "Beynəlxalaq kooperativ günü" bayramının müəllifidir və BMT-də məsləhətçi statusuna malikdir. İsveçrənin Cenevrə şəhərində yerləşən və Birləşmiş Millətlər Təşkilatının struktur bölməsi olan bu alyans hazırda dünyanın 200 beynəlxalq və milli kooperativ təşkilatının simasında 750 milyondan artıq kooperatoru öz sıralarında birləşdirir.
Qayana Kooperativ Respublikası
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.