Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Piss Christ
Piss Christ - 1987-ci ildə ABŞ rəssam və fotoqrafı Andres Serrano tərəfindən çəkilmiş foto əsəridir. Əsərdə fotoqrafın sidiyinin içinə salınmış kiçik plastik çarmıx təsvir edilmişdir. Əsər, ABŞ hökumət agentliyi olan, məzmunu təftiş edilmədən sənət layihələrinə dəstək üçün nəzərdə tutulmuş Milli Sənət Fondunun qismən sponsorluğu ilə Cənub-Şərq Müasir İncəsənət Mərkəzi tərəfindən təşkil edilmiş “Təsviri sənətlər mükafatı”na layiq görülmüşdür. == Təsvir == Fotoda sarı mayenin dibinə çökmüş kiçik plastik çarmıx görünür. Sənətkar mayenin onun stəkana yığılmış sidiyi olduğunu bildirmişdir. Bu foto Serranonun klassik heykəl formalarının süd, qan, sidik kimi müxtəlif mayelərə salmaqla çəkdiyo xüsusi fotolar seriyasına aiddir. Əsərin tam adını sənətkar “Immersion (Piss Christ)” kimi qeyd edir. 150x100 sm ölçülü olan foto Ilfochrome nəşridir. Onun parlaqlığı və rəngləri dərin doymuşluq təsiri bağışlayır. Qızılı-çəhrayı təsvirdə kiçik şarlar gözə dəyir.
Rotting Christ
Rotting Christ — 1987-ci ildə Afinada yaranmış yunan black metal qrupu. Onlar regionun ilk black metal qrupu kimi tanınırlar. == Tarixi == 16 yaşlı qrup üzvləri ilk başlarda rəsmi olmayan iki demo ("Decline's Return" və "Leprosy of Death") hazırladı. 1993-cü ilə qədər heç bir albom hazırlamayan qrup EP üzərində işləyərək fəaliyyətini davam etdirirdi. Nəhayət 1993-cü ildə qrup Osmose Recordings ilə müqavilə imzaladı və "Thy Mighty Contract" adlı ilk albomunu çıxartdı. Albom qısa müddət ərzində black metal klassikasına çevrildi və qrup məşhurlaşmağa başladı. Rotting Christ bu albomdan sonra Immortal və Blasphemy ilə birlikdə Fuck Christ Tour adlı ilk black metal turuna çıxdı. İnsanların özlərinə xəsarət yetirdiyi və ambulansların dayanmadan işlədiyi bu turne, xoşagəlməz bir ünvanla da olsa tarixə keçdi. Qrup da beləcə adını daha çox eşitdirmiş oldu. The Fuck Christ Tour əslində müvəffəqiyyətli idi, amma Rotting Christ bu turdan heç məmnun deyildi.
Sofist Sofroni
Sofroni (560[…], Dəməşq, Finikiya[d] – 11 mart 638, Qüds; yun. Σωφρόνιος), həmçinin Sofist Sofroni — Yerusəlim patriarxı. O, şərqi pravoslav və Roma-Katolik kilsələrində müqəddəs kimi xatırlanır. O, Yerusəlim yeparxiyasında vəzifəyə yüksəlməzdən əvvəl keşiş və ilahiyyətçi, eləcə də İsa Məsihin mahiyyəti və iradəli hərəkətləri barədə doktrinalı mübahisələrdə ortodoksal tədrisin öncüllərindən idi. == Həyatı == Sofroni təqribən 560-cı ildə Dəməşq şəhərində anadan olmuşdur. O, həm Bizans yunanı, həm də Suriya əsilli olduğunu irəli sürmüşdür. Ritorika müəllimi olan Sofroni təxminən 580-ci ildə Misirdə zahid olmuş və sonra Betlehəm yaxınlığındakı Böyük Feodosiya monastırına daxil olmuşdur. O, özünü "Ruhani çəmənlik" adında dindar həyat haqqındakı əsərinə həsr etmiş Bizans salnaməçisi Müqəddəs İoann Mosxa yoldaşlıq edərək Kiçik Asiya, Misir və Romadakı monastır mərkəzlərinə səyahət etmişdir. Mosxun 619-cu ildə Roma şəhərində vəfat etməsindən sonra Sofroni onun cənazəsini monastırda dəfn etmək üçün Yerusəlim şəhərinə aparmışdır. O, müvafiq patriarxları monoenerjizmdən imtina etməsinə inandırmaq üçün 633-cü ildə Misir İsgəndəriyyəsinə və Konstantinopola səyahət etmişdir.
Alkim (sofist)
Alkim (lat. Alcimus) — IV əsrin ikinci yarısında yaşamış Roma sofisti. Alkim Nikomediyada anadan olmuşdur. O, 343–348-ci illərdə saxta qətl ittihamı ilə Nikomediyada Libani ilə birlikdə həbs edilmişdir. Alkim Nikomediyada ritorikadan dərs deyirdi. 356-cı ildə Romaya səyahət etmiş və burada Böyük Vasili ilə birlikdə qalmışdır. Bir il sonra Alkim Nikomediyada heyvan tamaşalarını təşkil etmişdir. O, Vifiniyada nüfuzlu olmuşdur. 362-ci və ya 363-cü ildə Alkim Antioxiyada imperator Mürtəd Yulianın sarayını ziyarət etdi. Arestenet onun qohumu olmuşdur.
GitHub Copilot
GitHub Copilot — Visual Studio Code, Visual Studio, Neovim və JetBrains kimi inteqrasiya olunmuş inkişaf mühitlərinin (IDE) istifadəçilərinə avtotamamlanan kod ilə kömək etmək üçün GitHub (Microsoft-a məxsusdur) və OpenAI tərəfindən hazırlanmış bulud əsaslı süni intellekt aləti. Hazırda fərdi tərtibatçılar və müəssisələr üçün abunəlik ilə istifadə oluna bilən alət ilk dəfə 29 iyun 2021-ci ildə GitHub tərəfindən elan edilib və Python, JavaScript, TypeScript, Ruby və Go istifadə edən proqramçılar üçün ən yaxşı şəkildə işləyir. == Tarixi == 29 iyun 2021-ci ildə GitHub Visual Studio Code-da texniki önbaxış üçün GitHub Copilot-u elan etdi. GitHub Copilot, 29 oktyabr 2021-ci ildə JetBrains-ə plagin olaraq əlavə edildi. 27 oktyabr 2021-ci ildə GitHub, GitHub Copilot Neovim plaginini açıq bir depo kimi yayımladı. GitHub 29 mart 2022-ci ildə Visual Studio 2022 IDE üçün Copilot-un buraxıldığını elan etdi. 21 iyun 2022-ci ildə GitHub Copilot-un artıq "texniki önbaxışdan" çıxarıldığını və fərdi tərtibatçılar üçün abunə əsaslı xidmət kimi əlçatan olduğunu elan etdi. GitHub Copilot 2014-cü ilin fevralında buraxılmış Microsoft Research layihəsi olan Visual Studio 2013 üçün "Bing Code Search" plagininin təkmilləşdirilmiş versiyasıdır. Bu plagin təbii dil sorğularına cavab olaraq yüksək keyfiyyətli kontekstlə uyğun kod parçalarını təmin etmək üçün MSDN və StackOverflow daxil olmaqla müxtəlif mənbələrlə inteqrasiya olunub. == Xüsusiyyətləri == Problem təbii dildə yazıldıqda Copilot problemin həlli üçün kod yaza bilir.
Microsoft Copilot
Microsoft Copilot və ya əvvəlki adı ilə Bing Chat — 7 fevral 2023-cü ildə "Microsoft" tərəfindən təqdim edilmiş çatbot köməkçisi. 2023-cü il ərzində "Microsoft" "Copilot" brendini müxtəlif çatbot məhsulları üzrə birləşdirməyə başlamışdır. "Copilot" çatbotu "OpenAI"-ın GPT-4 əsaslı geniş dil modelinin (LLM) üzərində qurulmuş və həm nəzarət edilən, həm də gücləndirici öyrənmə üsullarından istifadə edilərək dəqiq tənzimlənmiş "Microsoft Prometheus" modeli ilə təchiz edilmişdir. "Copilot" çat vasitəsi kimi xidmət edə bilər, şeirlərdən mahnılara, hekayələrə və hesabatlara qədər müxtəlif məzmun növləri yaza bilər, istifadəçiyə "Microsoft Edge"-də açıq olan veb-sayt səhifəsində məlumat və anlayışlar təqdim edə və loqo, rəsm dizayn etmək, o cümlədən incəsənət əsəri və ya mətn sorğusuna əsaslanan başqa təsvirləri yaratmaq üçün "Image Creator"dan istifadə edə bilər. "Copilot's Image Creator" yüzdən çox dili dəstəkləyir. "Copilot"un danışıq interfeysi üslubu "ChatGPT"-yə çox bənzəyir. "Copilot" bir çox digər çatbotlardan fərqli olaraq öz mənbələrinə istinad edə bilər. "Copilot" ingilis, fransız, italyan, Çin, yapon və portuqal kimi əsas dilləri, həmçinin Bavariya kimi dialektləri başa düşmək və ünsiyyət qurmaq qabiliyyətinə malikdir. Çatbot ilk növbədə "Microsoft Edge", "Skype" və ya "Bing" proqramında, xüsusi veb-səhifə vasitəsilə və ya daxili proqram funksiyalarından istifadə etməklə işləmək üçün nəzərdə tutulmuşdur. "Copilot" çatbotu "Microsoft"-un generativ süni intellektə yönəlmiş daha geniş təşəbbüsünün bir hissəsidir.
Edvard Coris
Edvard Coris (ing. Edward Joris; 1876 – 1957) — Belçikalı anarxist. Ulduz sui-qəsdi ilə tanınır. == Həyatı == 1876-cı ildə doğulan Coris, 13 yaşında məktəbi buraxdı və kargüzar kimi işlədi. Solçuluqla məşğul olan o, 1895–1898-ci illərdə Belçika Fəhlə Partiyasının yerli şöbəsinin və həmkarlar ittifaqının katibi idi. Edvard Qrin təxəllüsü ilə anarxist "Ontwaking" qəzetinə töhfə verdi. 1901-ci ildə İstanbula səyahət etdi, o, burada qısa müddətliyinə fransızca və ingiliscə ticarət yazışmaları ilə məşğul oldu. Daha sonra o, "Singer sewing machine" şirkətində iş tapdı. Sevgilisi Anna Nellens İstanbula gəldi və onlar evləndilər. Coris bir dostu yoluyla Erməni İnqilabi Federasiyasına, ordan da Sultan II Əbdülhəmid üçün hazırlanan sui-qəsd planına qoşuldu.
Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Martin Opits
Martin Opits (alm. Martin Opitz‎; 23 dekabr 1597, Bunslau — 20 avqust 1639, Dansiq) — Alman yazıçısı və şairi. Martin Opitsin yaradıcılığı ilə alman poeziyası orta əsrlərin ənənələri çərçivəsindən kənara çıxır. == Həyatı == Martin Opits Sileziyanın Bunslau şəhərində tacir ailəsində anadan olmuşdur. 1615-ci ildə Breslavl məktəbində oxuduğu vaxt latınca parlaq şeirlər yazan Opits Beyten gimnaziyasında məşhur bir şair kimi tanınır. Burada latınca yazdığı "Aristarx, yaxud alman dilinə nifrət haqqında" adlı traktatında ana dilini öyrənməyə, təkmilləşdirməyə çağırır. Heydelberq Universitetində oxuduğu dövrlərdə o, klassik filologiyanı öyrənir. Kapar Bart, Tsinkqrear kimi şair və filoloqlarla dostlaşır, alman ədəbiyyatında islahat aparmaq fikri ilə yaşayır. 1621-ci ildə Martin Opits bir diplomat kimi fəal siyasi fəaliyyətə başlayır, müxtəlif knyazların yanında qulluq edir, vətənpərvər şair kimi tanınır. 1636-cı ildə Opits Polşa kralı VI Vladislavın dəvəti ilə Dansiqə gəlir və 1639-cu ildə orada taun xəstəliyindən ölür.
Bəhram Əliyev (solist)
Bəhram Babaxan oğlu Əliyev (13 mart 1950) — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tenor səs tembrinə malik yüksək dərəcəli solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışmışdır. 1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyir. Tenor səs tembrinə malik yüksək dərəcəli solist vokalçıdır. B. Əliyev teatrın repertuarında olan bir sıra milli və klassik opera tamaşalarında ikinci dərəcəli rolları ifa edir. Buna baxmayaraq onun ifası istər vokal, istərsə də aktyorluq cəhətdən hər zaman professionallığı ilə fərqlənir. Onun Ü. Hacıbəyovun "Koroğlu" operasında ifa etdiyi Həmzə bəy, M. Maqomayevin "Şah İsmayıl" operasında Vəzir, R. Mustafayevin "Vaqif" tamaşasında Əli bəy, F. Əmirovun "Sevil" operasında Məmmədəli bəy, Z. Hacıbəyovun "Aşıq Qərib" operasında Mahmud, habelə C. Puççininin "Çio-Çio-San" operasında Yamadori, R. Leonkovallonun "Payatsı" operasında Kəndli və s. rolları öz fərdiliyi ilə seçilir və sevilir.
Fərid Əliyev (solist)
Fərid Fərhad oğlu Əliyev (29 mart 1975, Bakı) — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Şövkət Məmmədova adına Opera studiyasının və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti, Xəzər Universiteti Musiqi və İncəsənət departamentinin müəllimi. Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Fərid Əliyev 29 mart 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn fakültəsinə daxil olmuşdur. Bakı Musiqi Akademiyasıda təhsil alıb, lirik-tenor səsə malikdir. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. İşlədiyi müddət ərzində "Vesyolaya vdova", "Maritsa", "Tsıqan premyer", "Silva", "Neistovıy Qasqonets", "Talelər qovuşanda", "Volqalı canan", "Aldın payını, çağır dayını", "O olmasın, bu olsun" kimi tamaşalarda yadda qalan obrazlar yaratmışdır. Eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Natəvan" operasında Hacı Abbas Ağa, "Şah İsmayıl" operasında Vəzir, "Koroğlu" operasında Koroğlunun və Həmzə bəyin partiyalarını ifa edir. F. Əliyev Bakı Musiqi Akademiyasının Ş. Məmmədova adına Opera studiyasının solistidir. Orada "Boqema" operasında Rudolf, "Traviata" operasında Alferd, "Kənd namusu" operasında Turiddu, "Faust" operasında Faust, "Yevgeni Onegin" operasında Lenski rpartiyalarını ifa etmişdir.
Jazz-Iz-Christ
Jazz-Iz-Christ — erməni-amerikan müğənnisi Serj Tankyanın rəhbərlik etdiyi qrup Jazz-iz Christ debüt studiya albomu. Albom 23 iyul 2013-cü ildə Serjical Strike Records leyblı tərəfindən buraxıldı. Albom üzərində tanınmış pianoçu Tiqran Hamasyan, flautist Valeri Tolstov və truba ifaçısı Tom Dupreyin böyük əməyi var. Bundan əlavə albomda Stüart Koupeland və aktyor / musiqiçi Devid Alpay və Vinsent Pedullanın ifaları yer alıb. Tankyanın əvvəlki diskoqrafiyasından fərqli olaraq, 15 trekdən yalnız 4-ü ("Distant Thing", "Song of Sand", "Garuna", and "Miso Soup") Serjin vokallarından ibarətdir. Qadın vokalçının yer aldığı "End of Time" istisna olmaqla, qalan bütün treklər instrumental əsərləridilər.
Florida Gulf Coast Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.
Half-Life 2: Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Sioni-Çopi-Qinçi mədəniyyəti
Sioni-Çopi-Qinçi mədəniyyəti — Cənub Qafqazın erkən və orta eneolit dövrü mədəniyyətidir. Həmçinin Sioni mədəniyyəti kimi də tanınır. E.ə V minilliyin əvvəlinə tarixlənir. Xüsusilə Cənub Qafqazın mərkəzi və şərqində yayılmışdır.Bu mədəniyyətin mərkəzinin Kür və Araz hövzələri, Şərqi Gürcüstan, Azərbaycan və Cənubi Dağıstanda olduğu düşünülür.
Canavar və yeddi çəpiş (cizgi filmi, 1957)
Canavar və yeddi çəpiş — 1957-ci ildə çəkilmiş sovet cizgi filmi. == Cizgi filmi haqqında == Cizgi filmi rus xalq nağılının motivləri əsasında çəkilmişdir. Cizgi filmi Soyuzmultfilm istehsalıdır. == Maraqlı faktlar == Aktyorların adı, cizgi filmini səsləndirənlər titrlərdə göstərilməyib.