Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akasiya yalançıçanaqlı yastıcası ( Parthenolecanium corni Bouche)
Cache
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Collision Course
Collison Course - Linkin Parkın Jay-Z ilə birlikdə hazırladığı remiks albomudur. Dünya üzrə 5 milyon satılmışdır. Bu albom sayəsində Linkin Park ilə Jay-Z Qremmi mükafatı almışdırlar. = Albomdakı mahnılar = Bütün mahnılar Linkin Park and Jay-Z tərəfindən yazılmış və bəstələnmişdir.
Conch Republic
Konk Respublikası — ABŞ-yə məxsus olan Florida Keysin bir hissəsi sayılan Key Westdə yerləşən və heç bir ölkə tərəfindən tanınmayan bir mikrodövlətdir. 23 aprel 1982-ci ildə ABŞ-dən ayrılmasının elanından sonra regionun turizm fəaliyyəti artmışdır.
Corce Corceksu
Corce Corceksu (12 sentyabr 1887 – 1 sentyabr 1964, Buxarest) — rumın dirijoru, violonçelçalan. == Həyatı == Buxarest konservatoriyasını (K. Dimitreskunun violonçel sinfini) bitirmiş (1910), Berlində Ali musiqi məktəbində X. Bekkerin violonçel sinfində (1910–14) oxumuş, burada kompozisiya və dirijorluqla da məşğul olmuşdur. 1911–16-cı illərdə simli "Marto-kvartet"in heyətində violonçel ifaçısı kimi çıxış etmişdir. == Fəaliyyəti == 1916–18-ci illərdə R. Ştraus və A. fon Nikişdən dirijorluq dərsi almışdır. Dirijor kimi debütü Berlin filarmonik orkestri ilə olmuşdur (1918). Buxarest filarmoniyasının orkestrini (1920) yaratmış (hazırda C. Enes ku ad. Simfonik orkestr), 1944-cü ilə qədər və 1954–64-cü illərdə onun baş dirijoru olmuşdur. 1922–40-cı illərdə (fasilələrlə) Buxarest Opera Teatrının dirijoru və direktoru, 1950–53-cü illərdə Buxarest konservatoriyasının professoru idi. Repertuarında müasir musiqi əsas yer tuturdu.
Corce Enesku
Corce Enesku (19 avqust 1881[…] – 4 may 1955[…], VIII arondisman (Paris), Fransa) — Rumıniya bəstəkarı və musiqiçisi. == Həyatı == Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub və burada skripkada ifasına görə ilk mükafatını qazanıb. Eneskunun əsərləri arasında Edip operasını (Oedipe, 1936), 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar. Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olubdur. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir. Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.
Ubuntu Touch
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Turdus olivater caucae
Turdus olivater caucae (lat. Turdus olivater caucae) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Corce Eduardo Rayt
Corce Eduardo Rayt (isp. Jorge Eduardo Wright; 20 aprel 1922, Buenos-Ayres – 4 yanvar 2005) — Argentina mikoloqu. == Elmi fəaliyyəti == Corce Eduardo Rayt mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == E.O. Albertó., B.E. Lechner, J.E. Wright. 2004. The genus Pleurotus in Argentina. Mycologia 96 ( 4 ): 849 - 857 B.E. Lechner, J.E. Wright, E.O. Albertó. 2005. The genus Pleurotus in Argentina: mating tests. Sydowia 57 ( 2) : 233 - 245.
La noche es para mí
"La noche es para mí", (azərb. Mənim üçün gecə‎) 2009 Avroviziya Mahnı Müsabiqəsində Soraya Arnelasın İspaniya adına səsləndirdiyi mahnıdır. Mahnı Irini Michas, Dimitri Stassos və Jason Gill tərəfindən bəstələndi və mahnının sözləri Felipe Pedroso tərəfindən yazıldı. == Ümumi == Mahnı əvvəlcə 2007-ci ildə Yunanca olaraq "Əfvdə Pou Ksereis" adı ila bəstələndi. Əvvəl Helena Paparizou üçün təklif edilən mahnı Paparizou tərəfindən imtina edildi. Mahnı, daha sonra söyləməsi üçün Maro Lytraya təklif edildi. Ən sonunda Chrispaya təklif edilən mahnının Yunanıstanın 2008 mahnısı olması üçün istifadə edilməsi düşünüldü. Mahnı bu üç müğənni tərəfindən də istifadə edilməyincə 2009 ili üçün uyğun sənətçi axtarıldı. Soraya və prodüserləri Sin Miedo albomu üçün mahnını almağa qəbul etdi. 13 oktyabr 2008-ci ildə nümayiş olunan albom İspanca olduğundan, mahnı da İspan dilində olaraq yazılaraq alboma alındı.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. == Kaver versiyalar == 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.
Çuçxe
Çuçxe (kor. 주체, 主體) — Şimali Koreyada Kim İr Sen tərəfindən əsası qoyulmuş ideologiya. == Etimologiya == "Çuçxe" sözü xanmun sözləri kateqoriyasına aiddir. "Çu" – "sahib", "yiyə", "çxe" – "cisim, varlıq, substansiya, təbiət" deməkdir. Beləliklə, "çuçxe" elə hala deyilir ki, insan eyni zamanda həm özünə, həm də ətrafdakılara sahib olur. == Ədəbiyyat == Vurğun Əsgərli, "Çuçxe İdeologiyası", məqaləsi.
Çuçxe Qalası
Çuçxe Qalası (Ümumilikdə Kim Çen In Qalası kimi tanınan) Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşir və çuçxe ideologiyasının ilk lideri sayılan Kim İr Sen tərəfindən adlandırılmışdır. == Arxa plan == Qala Tedonqan çayının şərq sahilində və Kim İr Sen meydanı ilə üz-üzə yerləşir. Qala Kim İr Senin 70 illiyi xatirəsinə tikilmişdir. Həmçinin onun oğlu və davamçısı olan Kim Çen İrin abidənin rəsmi dizayneri olduğu deyilsədə Şimali Koreyanın keçmiş rəsmiləri öz intervyularında bu xəbərin yanlış olduğunu iddia edirlər. 170 metr (560 ft) hündürlüyündə olan abidə 25,550 qranit qəlibdən hazırlanıb və uc hissəsində 20 metr (66 ft) hündürlüyündə və 45 ton çəkiyə malik metal alov qoyulmuşdur. Lift ilə alovun aşağısında yerləşən hissəyə qədər qalxmaq və buradan bütün Pxenyanı seyr etmək mümkündür. Qalanın birinci mərtəbəsində resepşn otaqları yerləşir və burada qalanın ideoloji əhəmiyyətindən bəhs edən video çarxlar göstərilir. Abidənin hazırlanmasında Vaşinqton abidəsindən nümunə götürülmüşdür və hündürlük baxımından çox az fərqlə onu keçmişdir. Çuçxe Qalası dünyada San Yakinto Abidəsindən sonra ikinci ən hündür abidə xarakterli sütundur. Qala ilə birlikdə ortaq olan və qarşısında yerləşən 30 metr hündürlüyündə 3 ideoloji fiqurların hər biri əlində — çəkic (fəhlə), oraq (kəndli) və yazı (İntellektual işçi) qələmi tutmuşdur və bu klasik kommunist stilində olan obrazlar məhz sovet dövründə olan fəhlə və kolxozçu abidəsindən götürülmüşdür.
Çuçxe ideyaları
Çuçxe (kor. 주체, 主體) — Şimali Koreyada Kim İr Sen tərəfindən əsası qoyulmuş ideologiya. == Etimologiya == "Çuçxe" sözü xanmun sözləri kateqoriyasına aiddir. "Çu" – "sahib", "yiyə", "çxe" – "cisim, varlıq, substansiya, təbiət" deməkdir. Beləliklə, "çuçxe" elə hala deyilir ki, insan eyni zamanda həm özünə, həm də ətrafdakılara sahib olur. == Ədəbiyyat == Vurğun Əsgərli, "Çuçxe İdeologiyası", məqaləsi.
Çölcə (Bicar)
Çölcə (fars. چولجه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 328 nəfər yaşayır (68 ailə). Əhalisini kürdlər təşkil edir.
Çölcə (İcrud)
Çölcə (fars. چولچه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 90 nəfər yaşayır (23 ailə).
Cücə kabab
Cücə kababı
Təndirdə qızardılmış cücə
Təndirdə qızarldılmış cücə (toyuq) Azərbaycan və Hindistan mətbəxlərinə aid olan dadlı yeməklərdən biridir. == Tərkibi == Cücə - 200q. Xama – 10q. Limon – 15q. Pomidor - 50q. Baş soğan – 30q. Keşniş – 25q. Cəfəri – 25q. İstiot – zövqə görə. Duz – zövqə görə.
İki qulaqlı cücə (film, 2009)
İki qulaqlı cücə (alm. Zweiohrküken‎) — 2009-cu ilin kinokomediyası. Rejissor Til Şvaygerin "Qulaqsız dovşan" filminin sikveli. == Süjet == Birinci hissə hadisələrdən artıq 2 il keçib. Baş qəhrəmanlar Ludo (Til Şvayger) və Anna (Nora Çirner) birgə yaşayırlar. Adi günlər başlayır, və Ludonun ehtirası soyuyur, Anna haqlı olaraq onu qısqanmağa başlayır, buna da səbəb var: Ludo başqa qızlara da baxmağa başlayır. Acıqcan da, elə bu zaman Ludonun keçmiş sevgilisi peyda olur... == Rollarda == Til Şvayger: Ludo Decker Nora Çirner: Anna Gotzlowski Mattias Şvayqhöfer: Moritz de:Emma Schweiger: Cheyenne-Blue Ken Duken: Ralf Berger de:Sönke Möhring: Asi de:Annika Ernst: Judith de:Annika Blendl: Bardaki qız de:Pegah Ferydoni: Lana de:Jasmin Gerat: Caro de:Thomas Heinze: gözəllik doktoru (Plastikcərrah) de:Marc Hosemann: Klinika həkimi de:Heiner Lauterbach: Herb de:Elyas M’Barek: Samy Madita: Marie de:Denis Moschitto: Taksi sürücüsü de:Uwe Ochsenknecht: Dr.