Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Drammen
Drammen — Norveçin cənub-şərqində şəhər. Buskerud fülkesinin inzibati mərkəzi. Əhalisi 64,8 min (2015). Oslo şəhərindən 40 km cənub-qərbdə, Drammenfyord çayı sahilində port (yük dövriyyəsi 1,6 mln. t, 2005). Dəmiryol qovşağı. == Ümumi məlumat == İndiki Drammenin yerində ilk məskənlər - Bragemes (Drammenelva çayının şimal sahilində) və Strömsö (Stromso; cənub sahilində) XIII əsrdə salınmışdır; 1715-ci ildə hər ikisi şəhər statusunu almışdır. Onların Tangen şəhəri ilə birləşməsindən sonra Drammen şəhəri meydana gəlmişdir (1811); meşə və taxta-şalban materialları ticarəti üzrə ixtisaslaşmış dəniz portu kimi inkişaf etmişdir. 1866-cı ildə yanğın nəticəsində, demək olar ki, tamamilə məhv olmuş, sonralar yenidən tikilmişdir. Şəhərin baş meydanı Bragernes-torqdur (Skandinaviya ölkələrində ən irilərindən biri; XIX əsrin sonlarına aid memarlıq ansamblı saxlanılmışdır), Bragernes kilsəsi (1871), şəhər Ratuşası (1871), Kütləvi kitabxana (1916), Muzey (1908; nəzdində açıq səma altında tarix muzeyi, təsviri sənət muzeyi və s.), Teatr (1870, bir neçə yanğından sonra 1993-cü ildə bərpa edilmişdir), “Spiralen” tuneli (1961; vintvarı, Bragernes təpəsinin içindədir, uzunluğu 1650 metrdir) var.
Jammer
Passiv Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü. Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər. Əsasən aşağıdakı yerlərdə tətbiq olunur: İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək. Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün. Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi. Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
CRAMM
CRAMM (CCTA Risk Analysis and Managment Method) CRAMM riskin analizi vә idarә edilmәsi metodologiyası 1985-ci ildə Britaniya Mərkəzi kompüter və telekommunikasiya agentliyi (CCTA) tərəfindən işlənmişdir. CRAMM proqram təminatı müxtəlif növ təşkilatlar üçün nəzərdə tutulmuşdur, onlar öz biliklər bazası – profillərlə fərqlənirlər. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Henk Bremmer
Hendrikus Piter (Henk) Bremmer (17 may 1871[…], Leyden, Cənubi Hollandiya – 10 yanvar 1956[…], Haaqa) — hollandiyalı rəssam, incəsənət tənqidçisi, sənətşünas, incəsənət müəllimi, incəsənət kolleksiyaçısı idi. Rəssam Rudolf Bremmerin atası idi. Bremmer rəssam təhsili aldı, 1893-1895-ci illərdə jurnalist kimi çalışdı və 1896-cı ildə incəsənət dərsi keçməyə başladı. 1906-1907 mövsümündə Hollandiyanın ən varlı qadınlarından biri olan Helen Kröller-Müller onun şagirdi idi və qısa müddətdə incəsənətlə bağlı kolleksiya nümunələri toplamağa başladı. Bremmer ona incəsənətlə bağlı topladığı bu kolleksiyanı bir yerə yığıb nümayiş elətdirməyi təklif etdi və bu gələcəkdə yaranacaq olan Kröller-Müller muzeyinin əsasını qoydu. Bremmerin bir çox sənət adamı ilə əlaqəsi var idi. 1902-ci ildən ölənə qədər Haaqadakı Artiestenhofda yaşayıb. 1912-ci ildə Bart van der Lek ilə əlaqəyə yaratdı, onu maddi dəstək və aylıq müavinət ilə təmin etdi. 1906-cı ildə incəsənət tənqidi olan Eene inleiding tot het zien van beeldende kunst kitabını nəşr etdi. 1913-cü ildə təsviri sənət jurnalına başlamışdır.
London Grammar
London Grammar – 2009-cu ildə Nottinqemdə yaranmış ingilis indi pop qrupu. Qrup Hanna Reyd, Den Rotman və Dominik "Dot" Meycordan ibarətdir. Onların debüt qısa albomu (EP) Metal & Dust 2013-cü ilin fevralında Metal & Dust Recordings tərəfindən yayımlandı, debüt albomu (LP) If You Wait isə bir neçə ay sonra, sentyabrda işıq üzü gördü. Albom Böyük Britaniya Albomları Çartında 2-ci yerə yüksəldi və Britaniya Fonoqrafiya Sənayesi (BPI) tərəfindən İkili Platin sertifikatına layiq görüldü. Qrupun ikinci studiya albomu "Truth Is a Beautiful Thing" 2017-ci ilin iyununda buraxıldı və Böyük Britaniyanın Albomlar Çartında 1-ci yerə yüksəldi. Ən son albom, Californian Soil, 16 aprel 2021-ci ildə buraxıldı və Birləşmiş Krallıqda onların ikinci ardıcıl 1 nömrəli albomu oldu. == Üslubu == London Grammar qrupunun musiqisi melanxolik gitara, yüksək tembrli vokal, depresiv sözlər və tez-tez trip-hop və rəqs təsirlərini nümayiş etdirən "mühit, efir və klassik səslərin qarışığı" kimi təsvir edilmişdir. Hanna Reydin güclü vokalı Cudi Tzuke və Florens Uelş ilə müqayisə edilir. Mahnıları yazanda qrupun hər üzvü öz töhvəsini verir, Reydin dediyi kimi: "Sözləri mən yazıram. Amma mahnıları hər üçümüz yazırıq.
Hammer burnu
Hammer burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimalda yerləşən qayalardan ibarət burundur. Burun Dreyk boğazından 1 km şimal-qərbdə yerləşmişdir. Burun Nevestino buxtasından isə cənub-qərbdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur.Burunun kim tərəfindən adlandırılması məlum deyil. == Yerləşməsi == Fort Vilyam burnundan 5.17 km şimal-şərqdə, Katarina burnundan 2.08 km cənub-qərbdə, Nevell burnundan 6.79 km şimal-qərbdə, Heyvuud adasından 2.24 km-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Harald Tammer
Harald Tammer — Estoniyalı ağır atlet. Alfred Şmidt 1924-cü ildə Paris şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. Harald Tammer həmçinin 1922-ci ildə Tallində baş tutan Dünya Çempionatının qızıl medalçısıdır. == Həyatı == Harald Tammer 9 yanvar 1899-cu ildə Estoniyanın Tallin şəhərində anadan olmuşdur. == Karyerası == Harald Tammer birinci uğurunu 1922-ci ildə qazandı. Harald Tammer Tallin şəhərində baş tutan Dünya Çempionatında qızıl medal qazandı. Harald Tammer bu uğurdan 2 il sonra Yay Olimpiya Oyunlarında uğur qazandı. Harald Tammer 1924-cü ildə Fransanın Paris şəhərində baş tutan VI Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Harald Tammer 497.5 kq. nəticə ilə VI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Kramer üsulu
Kramer üsulu — xətti cəbrdə xətti tənliklər sisteminin həlli üsuludur. Bu üsul 2021-ci ildə onu dərc etmiş Qabriel Kramerin adına adlandırılıb. Lakin Kolin Maklaurin də həmçinin bu üsulu 1748-ci ildə dərc etmişdi (və ehtimalən 1729-cu ildə bu üsul barədə bilirdi). == Təsviri == Tutaq ki, kvadrat xətti tənliklər sistemi (<yəni n {\displaystyle n} məchullu n {\displaystyle n} tənlik) verilmişdir { u j a 11 x 1 + a 12 x 2 + … + a 1 n x n = b 1 a 21 x 1 + a 22 x 2 + … + a 2 n x n = b 2 … … … … … a m 1 x 1 + a m 2 x 2 + … + a m n x n = b m , ( 1 ) {\displaystyle {\begin{cases}uja_{11}x_{1}&+a_{12}x_{2}&+\dots &+a_{1n}x_{n}&=b_{1}\\a_{21}x_{1}&+a_{22}x_{2}&+\dots &+a_{2n}x_{n}&=b_{2}\\\dots &\dots &\dots &\dots &\dots \\a_{m1}x_{1}&+a_{m2}x_{2}&+\dots &+a_{mn}x_{n}&=b_{m}\end{cases}},(1)} və əsas matrisin determinantı sıfırdan fərqlidir. Δ = | a 11 a 12 … a 1 n a 21 a 22 … a 2 n … … … a n 1 a n 2 … a n n | ≠ 0 , ( 2 ) {\displaystyle \Delta ={\begin{vmatrix}a_{11}&a_{12}\dots &a_{1n}\\a_{21}&a_{22}\dots &a_{2n}\\&\dots &\dots &\dots \\a_{n1}&a_{n2}\dots &a_{nn}\\\end{vmatrix}}\neq 0,(2)} Tutaq ki, x 1 , x 1 , . . . , x n {\displaystyle x_{1},x_{1},...,x_{n}} (1) sisteminin hər hansı bir həllidir. Onda (1) bərabərliklərini uyğun olaraq əsas matrisin Δ {\displaystyle \Delta } determinantının hər hansı j {\displaystyle j} sütunun ( j = 1 , n → {\displaystyle j={\overrightarrow {1,n}}} ) elementlərinin A 1 j , x 1 j , . .
Qabriel Kramer
Qabriel Kramer — İsveçrə riyaziyyatçı İsveçrəli bir riyaziyyatçı olan Qabriel Kramer, 1704-ci ildə Cenevrədə anadan olmuşdur. Cenevrədə riyaziyyat və fəlsəfə professoru olmuşdur. Berlin akademiyasına və İngiltərə Kraliyyət Akademiyasına üzv seçilmişdir. "Cəbri əyrilərin analizinə giriş" adlı kitabı 1750-ci ildə nəşr olunmuşdur. Kramerin bu kitabı, analitik həndəsə sahəsində yazılan ilk kitablardan biridir. Kramerin ən böyük xidmətlərindən biri də, Jan və Jak Bernullilərin bütün kitabları ilə, Leybnitsin "Commerciu Epistolcum" adını daşıyan məktublarını bir araya gətirərək toplu halda nəşr etdirməsi olmuşdur.Bu gün tənlik sistemlərinin həll edilməsində istifadə edilən Kramer qaydası riyaziyyatçılara olduqca çox kömək edir.
Samuel Kramer
Samuel Nuh Kramer (ukr. Сімха Ной Крамер, ing. Samuel Noah Kramer, 28 sentyabr 1897[…] – 26 noyabr 1990[…], Filadelfiya, Pensilvaniya—ABŞ şərqşünası. == Həyatı == == Fəaliyyəti == Mağların şumerlərlə qonşu olmasını, hətta bir dövlət kimi mövcud olub təşəkkül tapmasını və mağlar ölkəsinin mövcudluğunun e.ə. III–II minilliklərə təsadüf etməsini Şumerin ən güclü tədqiqatçısı S. N. Kramer də təsdiq edir. Belə ki, o "Tarix şumerlərdən başlanır" əsərinin 14-cü fəslində Mağan və Dilmun ölkələrinin adını çəkir. Kramerin tədqiq etdiyi əsərlərdən biri də unikal və şedevr sayılan, 450 sətirdən ibarət olan "Enki və kainat" poemasıdır. Bizi maraqlandıran Mağan ölkəsinin adı məhz buradadır. Xatırladaq ki, cəmi mağlara mağan deyilirdi. Poema Enkinin şərəfinə həsr olunmuş himnlə başlanır.
Yan Hammer
Yan Hammer (çexcə: Jan Hammer, 17 aprel 1948, Praqa, Çexiya) - Çexiya kompozitorudur. Bir neçə dəfə "Qremmi" mükafatına layiq görülmüşdür. 1970-ci illərin əvvəllərində "Mahavishnu Orchestra" musiqi qrupunda çalışmış, "Mayami polisləri" teleserialı, Qaranlıq mələyi və çox filmlərə musiqi bəstələmişdi.
Yəhya Cammeh
Yəhya Cammeh (ing. Yahya Abdul-Aziz Jammeh) — Qambiya Respublikasının ikinci prezidenti, Qambiyalı dövlət xadimi. Cammeh 1994-cü ildən 2017-ci ilə qədər Qambiyanın rəhbəri vəzifəsini icra etmişdir. 2017-ci ildə keçirilən prezident seçkilərində rəqibinə məğlub olduqdan sonra öz postunu tərk etmək istəməməsi səbəbindən ölkədə siyasi böhran baş verib. 2017-ci ilin 21 yanvar tarixində Yəhya Cammeh öz vəzifəsindən seçkilərdə məğlub olduğu adama Barrounun xeyrinə imtina etdiyi açıqlayaraq ölkəni təyyarə ilə tərk etmişdir. == Həyatı == Əsil adı (ing. Abdul-Aziz Jemus Junkung Jammeh) olan Yəhya Cammeh 1965-ci ilin 25 may tarixində Qambiyanın kiçik Kanilai kəndində anadan olmuşdur. Dialo etnik qrupuna mənsub olan ailəsi ölkənin tək qonşu dövləti olan Seneqaldan köç etmişdir. Cammeh təhsil aldığı dövrdə təhsilini yarımcıq qoyaraq Qambiya ordusuna qoşulur. Əvvəlcə Qambiya Milli Ordusunda, daha sonra isə Qambiya Milli Jandarmasında xidmət keçir.
Dettmar Kramer
Dettmar Kramer (alm. Dettmar Cramer‎; 4 aprel 1925, Dortmund, Prussiya[d] – 17 sentyabr 2015, Rayt-im-Vinkl[d], Bavariya, Almaniya Federativ Respublikası) – alman futbol məşqçisi. 1975 və 1976-cı illərdə "Bayern Münhen" klubunun baş məşqçisi kimi iki dəfə UEFA Çempionlar Kubokunun qalibi olmuşdur. 1960-cı illərdə Yaponiyada futbolun inkişafı üçün verdiyi töhfələrə görə "Yaponiya futbolunun atası" ləqəbini qazanmışdır. == Karyerası == Dettmar Kramer 4 aprel 1925-ci ildə Almaniyanın Dortmund şəhərində doğulmuşdur. O, məşqçilik karyerasına "Tevtoniya Lapştadt" klubunda başlamış, 1948-ci ildə Vestfaliya Futbol Assosiasiyasına qoşulmuşdur.Kramer 1960-cı ildə Yaponiya milli futbol komandasının məşqçisi olmağa dəvət olunmuşdur. Onun Yaponiyadakı vəzifəsi milli komandanı 1964-cü ildə Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlamaq idi. Olimpiya oyunlarında Yaponiyanın Argentina üzərində qazandığı qələbə onu Yaponiyada tanınmış şəxsə çevirmişdir. Kramer Yaponiyada futbolun inkişafı üçün çalışmış, yerli məşqçilər yetişdirmiş, aşağı yaş qruplarının təməlini atmışdır. Buna görə də "Yaponiya futbolunun atası" ləqəbini qazanmışdır.
Semuel Kramer
Samuel Nuh Kramer (ukr. Сімха Ной Крамер, ing. Samuel Noah Kramer, 28 sentyabr 1897[…] – 26 noyabr 1990[…], Filadelfiya, Pensilvaniya—ABŞ şərqşünası. == Həyatı == == Fəaliyyəti == Mağların şumerlərlə qonşu olmasını, hətta bir dövlət kimi mövcud olub təşəkkül tapmasını və mağlar ölkəsinin mövcudluğunun e.ə. III–II minilliklərə təsadüf etməsini Şumerin ən güclü tədqiqatçısı S. N. Kramer də təsdiq edir. Belə ki, o "Tarix şumerlərdən başlanır" əsərinin 14-cü fəslində Mağan və Dilmun ölkələrinin adını çəkir. Kramerin tədqiq etdiyi əsərlərdən biri də unikal və şedevr sayılan, 450 sətirdən ibarət olan "Enki və kainat" poemasıdır. Bizi maraqlandıran Mağan ölkəsinin adı məhz buradadır. Xatırladaq ki, cəmi mağlara mağan deyilirdi. Poema Enkinin şərəfinə həsr olunmuş himnlə başlanır.
Auckland Grammar School
Oklənd Gimnaziyası (ing. Auckland Grammar School) — Yeni Zelandiyadakı dövlət orta məktəblərindən biri. Oklenddə yerləşir. 2011-ci ildə Gimnaziyada şagirdlərin sayı 2461 nəfər idi ki, bu göstəriciyə görə məktəb Yeni Zelandiyada 6-cı sıradadır. Gimnaziya daxilində xarici tələbələr üçün yaradılmış yataqxanalar mövcuddur. Oklənd Gimnaziyası Yeni Zelandiyanın ən öndəgedən akademik orta məktəbi kimi tanınır. "Metro Magazine" adlı jurnal Kembric sistemli gimnaziyanın nəticələrini yüksək göstərərək ona yüksək xallar vermişdir. == Tarixi == Gimnaziya 1850-ci ildə general-qubernator Ser Corc Qrey tərəfindən yaradılmışdır. 1868-ci ildən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Məktəbin devizi "Per Angusta Ad Augusta" (azərb.
Sen-Ramber-an-Byuje
Sen-Ramber-an-Byuje (fr. Saint-Rambert-en-Bugey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15–64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 76,0%, 1999-cu ildə 70,4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Kramer Kramerə qarşı (film, 1979)
"Kramer Kramerə qarşı" (ing. Kramer vs. Kramer) — 1979-cu il tarixli ABŞ dram filmi. Film evli cütlüyün boşanma hekayəsi və bunun cütlüyün kiçik övladı da daxil olmaqla, hər kəs üzərində təsirindən bəhs edir. Film 1980-ci ildə 52-ci Oskar mükafatı mərasimində Ən yaxşı filmə görə, Ən yaxşı rejissor işinə görə, Ən yaxşı ssenariyə görə, Ən yaxşı kişi roluna görə və Ən yaxşı ikincidərəcəli aktrisa roluna görə nominasiyalarında Oskar mükafatı qazanmışdır. == Məzmun == Ted Kramer (Dastin Hoffman) reklam agentliyində işləyir və işinə olduqca bağlı olan bir şəxsdir. Ona təzəcə yeni və çox əhəmiyyətli bir vəzifə verilir. Ted evə qayıdır və bu gözəl xəbəri həyat yoldaşı Coanna Kramer (Meril Strip) ilə bölüşür. Lakin Coanna onu tərk edirdi. Özünü tapmağa ehtiyacı olduğunu deyən Coanna oğlu Billini (Castin Henri) də qoyub Tedi tərk edir.
Ramsər
Ramsər — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Ramsər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,659 nəfər və 9,421 ailədən ibarət idi.
The Classical Music of Azerbaijan: Chamber Volume 6
The Classical Music of Azerbaijan: Chamber Volume 6 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış altıncı və sonuncu albomdur. Adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda olan simfonik əsərləri daxil edilmişdir. Ümumilikdə alboma səkkiz Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Qəmbər Hüseynli, Azər Rzayev və Həsən Rzayevin on bir əsəri daxil edilmişdir. Əsərlər Azərbaycan Dövlət Simfonik Orkestrı, Ramiz Quliyev və Oleq Qreçko tərəfindən ifa edilmişdir. == Alboma daxil olan əsərlər == Üzeyir Hacıbəyov (1885-1948)Arazbari (1928) Aşıqsayağı (1931)Qara Qarayev (1918-1982)Fortepiano üçün prelüd I (1950) Fortepiano üçün prelüd II (1950) Fortepiano üçün prelüd III (1950)Fikrət Əmirov (1922-1984)Nizami (1947)Vasif Adıgözəlov (1936-2003)Qərənfil (1959) (tarda Ramiz Quliyev)Aqşin Əlizadə (d. 1937)Cəngi (1982) (qoboyda Oleq Qreçko)Qəmbər Hüseynli (1916-1961)İlk Məhəbbət (1952) (tarda Ramiz Quliyev)Azər Rzayev (d. 1930)Qaytağı (1994) (tarda Ramiz Quliyev)Həsən Rzayev (d.
Müammər Aksoy
Müammər Aksoy (1917 – 31 yanvar 1990) — Hüquqçu və siyasət adamı. 1961 Konstitusiyasını hazırlayan komissiyanın spikerliyini etmişdir. Millət vəkili Numan Aksoyun oğuludur. 1990-cı ildə, faili məchul bir cinayət nəticəsi öldürülmüşdür. İbradılı Hacı Musazadə Numan Aksoy və Nadirə Aksoyun oğuludur. Qardaşları Prof. Dr. Müzəffər Aksoy, Nilufər Pəhləvanlı, Dr. Fikrət Aksoy və Sevəm Batukandır. Ülkə Aksoy ilə evli olan Müammər Aksoy, İşıq və Təmizlən adında iki oğul ilə Əsli, Müammər Can Aksoy və İlke Aksoy adlı üç nəvəyə malikdir.
Müammər Gülər
Müammər Gülər (21 mart 1949, Mardin) — Türkiyənin daxili işlər naziri. == Həyatı == Müammər Gülər 1949-cu ildə Mardində anadan olub. Ankara Hüquq Fakültəsi məzunu olan Gülər Niğdə, Kayseri, Qaziantep, Samsun və İstanbul valisi olub, daha sonra isə Dövlət İntizamı və Təhlükəsizliyi Baş İdarəsinin qurucu baş idarə rəhbəri olub. Gülər son seçkilərdə Mardindən millət vəkili seçilib.
Ramsər şəhristanı
Ramsər şəhristanı - İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ramsər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 67,675 nəfər və ya 19,666 ailədən ibarət idi.