Tuf
Tuf — vulkanik küldən yaranan, maqma mənşəli dağ süxuru. Adətən qeyri-vulkanik qarışıqda olur. Çox yaxşı inşaat materialıdır. Qırmızı, çəhrayi, bənövşəyi, narıncı rəngdə olur. Bu materialın ən üstün keyfiyətlərindən biri asan emal olunmasıdır.
Azərbaycan ərazisində bir çox qədim tikililərdə istifadə olunub. Məsələn: Pir Hüseyin türbəsi (İrəvan), Müqəddəs İohann kilsəsi (Gəncə), Əskipara monastırı, Qızılburun yaşayış yeri, Kültəpə (Babək) və bir çox başqa.
Tuf (rus. туф, ing. tuff) /ital.tufo/ – müxtəlif mənşəli süxurlar qrupu.