Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Federiko Qravina
Federiko Karlos Qravina (isp. Federico Carlos Gravina y Nápoli; 12.8.1756, Palermo — 9.3.1806, Kadis) — hersoq San-Migelin oğlu (kral III Karlın nigahdan kənar oğlu da hesab edilir) ispan admiralı Trafalqar döyüşünün əsas iştirakçılarından biri. Kartahanda dəniz məktəbini bitirmişdir. 12 yaşından qardemarin rütbəsi ilə donamada, sonralar miçman kimi Santa Klara freqatında Braziliyada xidmət emişdir. İlk kamandirlik təcrübəsini Santa-Katalina adası yaxınlığındakı Vozneseniza adasının höcumla alınmasında qazanmışdır. 1777 ci ildə onun freqatı qəzaya uğrayır. Xoşbəxtlikdən sağ qalanların içində Qravina da olur. 1778 ci ildə İspaniyaya qayıdaraq, sahil mühafizə gəmisində leytenant kimi xidmətə girir. 1779 cu ildə ilk gəmi, San-Lui onun sərəncamına verilir. Bu gəmidə Qravina Gibraltarın mühasirəsində iştirak etmişdir.
Qravina Federiko
Federiko Karlos Qravina (isp. Federico Carlos Gravina y Nápoli; 12.8.1756, Palermo — 9.3.1806, Kadis) — hersoq San-Migelin oğlu (kral III Karlın nigahdan kənar oğlu da hesab edilir) ispan admiralı Trafalqar döyüşünün əsas iştirakçılarından biri. Kartahanda dəniz məktəbini bitirmişdir. 12 yaşından qardemarin rütbəsi ilə donamada, sonralar miçman kimi Santa Klara freqatında Braziliyada xidmət emişdir. İlk kamandirlik təcrübəsini Santa-Katalina adası yaxınlığındakı Vozneseniza adasının höcumla alınmasında qazanmışdır. 1777 ci ildə onun freqatı qəzaya uğrayır. Xoşbəxtlikdən sağ qalanların içində Qravina da olur. 1778 ci ildə İspaniyaya qayıdaraq, sahil mühafizə gəmisində leytenant kimi xidmətə girir. 1779 cu ildə ilk gəmi, San-Lui onun sərəncamına verilir. Bu gəmidə Qravina Gibraltarın mühasirəsində iştirak etmişdir.
Qravina adaları
Qravina adaları (ing. Gravina Islands) — Alyaskanın cənub-şərqində, Sakit okeanın isə şimal-şərqində yerləşir. Onlar qərbdə Klarens boğazı və şərqdə Revilyahihedo kanalı ilə həmsərhəddir. Qrupun ən böyük adaları bunlardır: Qravina, Annett, Dyuk və Meri. İspan tədqiqatçısı Xasinto Kaamaqno 1792-ci ildə Qravina adalarını Federiko Qravinanın şərəfinə adlandırır.
Qravina adası
Qravina adası (ing. Gravina Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 34 km, eni 15 km, sahəsi 246 km²-dir. 2000-ci il siyahıyaalınmasına görə, adada 50 nəfər yaşayırdı. Yaxın adalara olan məsafə: Revilyahihedo adasına (şimal-şərqdə) — təxminən 300 metr, Annett adasına (şərq) — təxminən 2,2 kilometr. Ketçiken hava limanı adanın şimal hissəsində yerləşir. == Tarix == Ada 1792-ci ildə ispan səyyahı Xasinto Kaamaqno tərəfindən kəşf edilmişdir; Trafalqar döyüşündə iştirak etmiş ispan admiralı Federiko Qravinanın şərəfinə bir qrup adaya Qravina adını verir. Növbəti il ingilis səyyahı Corc Vankuver bu adı adalardan birinə tətbiq edərək onu təsdiq edir. == Faktlar == 2005-ci ildə bərə xidmətini əvəz edəcək, qonşu Qravina və Revilyahihedo adalarını birləşdirəcək körpü üçün layihə təklif edilir. Siyasətçilərin səs-küylü bəyanatlarına və bir neçə yüz milyon dollar məbləğində pul ayrılmasına baxmayaraq, tikintiyə başlanılmır.
Driving Miss Daisy
Xanım Deyzinin sürücüsü — Morgan Freeman, Jessica Tandy və Den Aykroydun baş rollarda oynadığı 4 Oskar nominasiyalı və 5 Oskar nominasiyasına da namizəd olmuş komediya-dram filmidir. == Süjet xətti == Miss Daisy Werthan (Jessica Tandy) 1950-ci illərdə yaxşı həyat sürən, lakin özünü heç vaxt zəngin görməyən və kasıb günlərini də heç vaxt unutmayan təvazökar yaşlı bir qadındır. O avtomobil sürməkdə bəzi problemlər yaşayır; başqalarının bağlarına girir, qəzaya düşür və s. Deyzinin keçmiş müəllim olan oğlu, Boolie (Dan Aykroyd) iş yerində bacarıqlarını gördüyü Hoke (Morgan Freeman) adlı bir adamı anasının sürücüsü olaraq işə götürür. Hokedən əvvəl onlarla yalnız İdellay (Ester Rolle) ilə işləmişdirlər. Lakin Daisy sürücü istəmir, çünki Hokenin çoxlu səhvlərə yol verdiyini və pis bir insan olduğunu düşünür. Onu dəfələrlə danlayır, onunla yola getmir. Nəhayət, Hoke Deysini yaxşı sürücü olacağına inandırır. Bu arada Daisinin bilmədiyi bir şey vardır ki, o da, gələcəkdə Hokeni çox sevəcəyidir.
Craig Parker
Craig Parker (12 noyabr 1970) — Yeni Zelandiyalı aktyor. == Həyatı == Babası Birləşmiş Krallığın ordusunda xidmət edərkən Şotlandiyanın Edinburq şəhərindən Ficiyə köçmüşdür. Parker təkcə şotland nəslinə mənsub deyil. Onun babaları arasında Qal, Danimarkalı, ingilis və Kelt mənşəyi var. Parkerin dünyada atanınması Üzüklərin Hökmüdarı film seriyasındakı Haldir rolu olmuşdur. Bu uğurlu nəticənin ardınca 2008–2010-cu illər arasında Legend of the Seeker adlı serialda qaranlıq Darken Rahl rolunu canlandırmışdır. Yenə Sam Raimi və Robert Tapert tərəfindən çəkilən Spartak: Qan və Qum və Spartak: İntiqam seriallarında romalı komandir Qay Klavdi Qlaber rolunu canlandırmışdır.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
Aladdin’s Magic Carpet Racing
Aladdin’s Magic Carpet Racing — "Nintendo" videooyun kompaniyası tərəfindən 2008-ci ildə yaradılan macəra oyunudur.
Star Wars: Super Bombad Racing
Star Wars: Super Bombad Racing — "Lucas Learning" tərəfindən istehsal edilmiş və "LucasArts" yayımlanmış yarış videooyunu. "Ulduz müharibələri" mövzusunda olan oyunda "Fantom təhlükəsi", "Yeni ümid" və "Cedayın qayıdışı" filmlərinin personajlar var. Oyun "PlayStation 2", "Dreamcast", "Windows" və "Mac OS" platformaları üçün açıqlansa da, yalnız "PlayStation 2" versiyası satışa çıxarılmışdır. Rəy toplayıcısı "Metacritic"ə əsasən, oyun bütün platformalarda "qarışıq və orta" rəylər almışdır == Geympley == "Star Wars: Super Bombad Racing" bir kart yarış oyunudur. Oyunçular müxtəlif "Fantom təhlükəsi" personajlarından birini seçərək filmə əsaslanan müxtəlif cığırlarda yarışırlar. Hər bir cığırın güzgülənmiş variantı mövcuddur. Boba Fett və Dart Vayder kilidi açıla bilən qonaq personajlardır. Yarışlar səkkiz iştirakçı ilə keçirilir və üç dövrədən ibarətdir. Gücləndiricilər hər cığır boyu müxtəlif yerlərdə olur və bunların hər biri oyunçu personajın sürətini artırmaq, ona qalxan və ya hücum silahları vermək kimi müxtəlif müvəqqəti atributlara malikdir. Dörd oyunçuya qədər oyunçu "PlayStation 2" multitap periferiyasından istifadə edərək bölünmüş ekran oyununa qoşula bilər.
Kayri İrvinq
Kayri Örvinq (23 mart 1992, Melburn, Viktoriya, Avstraliya) peşəkar basketbolçu. Avstraliyanın Melburn şəhərində anadan olub. NBA-də Dallas Maveriks komandasında çıxış edir. Örvinq Klivlend Kavalersə qatılmamışdan öncə Duke Blu Devils kollec komandasında çıxış edirdi. 2014-cü ildə o, NBA All-Starın ən dəyərli oyunçusu seçildi. 2016-cı ildə komandası Klivlend Kavalers Qolden Steyt Uorriorzu məğlub edərək NBA çempionu oldu. 2017-ci il finalı da bu iki komanda arasında oldu və bu dəfə Qolden Steyt qalib gəldi. Bu oyundan sonra Kayri İrvinq Boston Seltiksə transfer edildi.
Vaşinqton İrvinq
Vaşinqton İrvinq (ing. Washington Irving; 3 aprel 1783[…], Nyu-York, Nyu-York ştatı – 28 noyabr 1859[…]) — Amerika yazıçısı, qısa hekayələr müəllifi, esseist, bioqraf, jurnal redaktoru və diplomat. Onu bəzən "Amerika ədəbiyyatının atası" da adlandırırlar. "Ceffri Krayonun qaralama dəftəri" kitabına daxil olan "Rip van Vinkl" və "Yuxulu Dərə haqqında əfsanə" hekayələrinə görə şöhrət qazanmışdır. Onun tarixi mövzudakı əsərləri ilk ABŞ prezidenti Corc Vaşinqton, irland yazıçısı Oliver Qoldsmit və Məhəmməd peyğəmbərin bioqrafiyalarından və XV əsr İspaniya tarixi ilə bağlı mövzulardan – Xristofor Kolumb, İspaniyada ərəb istilası və Əl-Hambra sarayı haqqında əsərlərdən ibarətdir. İrvinq həmçinin 1842–1846-cı illərdə ABŞ-nin İspaniyada səfiri işləmişdir. Ədəbiyyatda ilk addımını 1802-ci ildə Londonda dərc olunan "The Morning Chronicle" qəzetində Conatan Oldstayl təxəllüsü altında Nyu-Yorkun sosial həyatı və teatrları haqqında yazdığı yazılarla atmışdır. 1815-ci ildə ailə biznesi ilə əlaqədar İngiltərəyə köçmüş və 1819-cu ildə ona sonradan dünya şöhrəti qazandıran "Ceffri Krayonun qaralama dəftəri" (The Sketch Book of Geoffrey Crayon) kitabını nəşr etdirmişdir. O, Ceyms Fenimor Kuperlə yanaşı Avropada bəyənilən ilk amerikalı yazıçılardan biri olmuş və Nataniel Houtorn, Herman Melvil, Henri Uodsvors Lonqfellou və Edqar Allan Po kimi Amerika yazıçılarını həvəsləndirmişdir. Kitabları dünyada ən çox satılan ilk amerikalı yazıçı kimi, İrvinq Amerika yazıçılarının müəllif hüquqlarının qorunması üçün daha sərt qanunların qəbul olunmasına səy göstərirdi.
İrvinq Fişer
İrvinq Fişer (ing. Irving Fisher; 27 fevral 1867[…] və ya 7 fevral 1867 – 29 aprel 1947[…], Nyu-York, Nyu-York ştatı) - amerikalı iqtisadçı, statistik, ixtiraçı və mütərəqqi sosial təşəbbüsçü idi. O, erkən Amerika neoklassik iqtisadçılarından biri olsa da, sonralar borc deflyasiyası üzrə işi postkeyns məktəbi tərəfindən mənimsənilmişdi. Yozef Şumpeter onu "ABŞ-nin indiyə qədər dünyaya gətirdiyi ən böyük iqtisadçı" kimi təsvir edirdi. Bu bənzətmə daha sonra Ceyms Tobin və Milton Fridmen tərəfindən də təkrarlanmışdı. Fişer faydalılıq nəzəriyyəsinə və ümumi tarazlığa mühüm töhfələr verdi. O, eyni zamanda kapital və faiz dərəcələri nəzəriyyəsini inkişaf etdirməsinə səbəb olan bazarlarda aralıqlararası seçimin ciddi şəkildə araşdırılmasında öncül idi. Pulun miqdar nəzəriyyəsi ilə bağlı etdiyi araşdırma "monetarizm" adı ilə tanınan makroiqtisadi təlim məktəbinin əsasını qoymuşdu. Fişer indeks nömrələrinin inkişafı daxil olmaqla ekonometrikanın da öncüllərindən idi. Onun adını daşıyan bəzi anlayışlara Fişer tənliyi, Fişer hipotezi, beynəlxalq Fişer effekti, Fişer ayrılma nəzəriyyəsi və Fişer bazarı daxildir.
İrvinq Hofman
İrvinq Hofman (ing. Erving Goffman, 11 iyun 1922[…] – 19 noyabr 1982, Filadelfiya, Pensilvaniya) — Kanada mənşəli Amerika sosioloqu, sosiologiyada Çikaqo Məktəbinin "ikinci nəsli"-nin nümayəndəsi. Amerika Sosioloji Assosiasiyasının 73-cü Prezidenti. Hoffmann bir çox cəhətdən müxtəlif elmi fənlərin kəsişməsində işləmiş və bu səbəbdən ondan yalnız bir sosioloq kimi deyil, həm də psixologiya, fəlsəfə, psixiatriya və bir çox əlaqəli sahələrin nümayəndəsi olaraq danışaraq insan haqqında müxtəlif elmləri bir araya gətirmişdir. Hofmannın sosiologiyaya verdiyi ən əhəmiyyətli töhfə, 1959-cu ildə, özünü gündəlik həyatında başqalarına tanıtmaq adlı kitabı çıxdıqdan sonra başladığı və oyun boyu simvolik qarşılıqlı tədqiqat əhatəsi araşdırmasıdır. == Bioqrafiyası == Hofman 11 iyun 1922-ci ildə Kanadanın Alberta əyalətindəki Manville qəsəbəsində, XX əsrin əvvəllərində Kanadaya mühacirət edən Ukrayna yəhudiləri Maks və Anna Hofman ailəsində anadan olmuşdur. Uşaq ikən Hofman ailəsi Manitoba əyalətinə qayıtdı. Bacı Francis Bay, uşaqlıqda Irvinqin böyük bir zarafat etdiyini və heç bir uğur qazanacağını düşünmədiklərini söylədi. Səfərinə Müqəddəs Con adına Manitoba əyalətinin Dofin şəhərində orta texniki məktəbdə, 1939-cu ildə Manitoba Universitetində kimya ixtisası aldı (valideynləri onun kimya mühəndisi olmasını istədi). 1943–1944-cü illərdə Hoffman Ottavadakı Milli Film Komitəsində işləyir, reklam istehsalı ilə məşğul olur və rejissor kimi karyera qurmağı xəyal edir, lakin akademik işlərinə qayıdır və Toronto Universitetinin sosiologiya fakültəsinə daxil olur.
İrvinq Penn
İrvinq Penn (ing. Irving Penn; 16 iyun 1917[…], Pleynfild, Nyu Cersi – 7 oktyabr 2009[…], Manhetten, Nyu-York ştatı) — XX əsrin ən nüfuzlu fotoqraflarından biri, moda fotoqrafiyasının ən vacib nümayəndəsi olan Amerika fotoqrafı. == Həyat və işi == 1917-ci ildə inqilabdan sonra Rusiyanı tərk edən immiqrant yəhudi ailəsində doğulub. On səkkiz yaşında İrvinq Filadelfiya İncəsənət Muzeyinin nəzdindəki dördillik reklam dizaynı kursuna yazıldı. Peşə təhsili ilə yanaşı o Harper's Bazaar jurnalında kuryer kimi işləyir, həmçinin rəssama ayaqqabı eskizlərini çəkməyə kömək edirdi. 1938-ci ildə təhsilini bitirərək "Junior League" jurnalının incəsənət redaktoru olmuş, sonra isə Saks Fifth Avenue univermağında analoji vəzifəyə keçmişdir. Lakin iyirmi beş yaşında işdən çıxaraq Mexikoya yollanmış, burada il boyu şəkillər çəkmişdir. Nyu-Yorka qayıtdıqdan sonra Penn müsahibəni müvəffəqiyyətlə keçərək Vogue jurnalının incəsənət redaktoru Aleksandr Libermanın köməkçisi oldu. 26 yaşlı dizaynerin jurnalın üz qapağının necə görünməli olduğuna dair öz təsəvvürü var idi, lakin jurnalın fotoqrafları ilə bu məsələdə anlaşa bilmədiyinə görə Liberman ona kameranı götürməyi məsləhət gördü və 1 oktyabr 1943-cü ildə İrvinq Pennin ilk fotoşəkli Vogue jurnalının üz qapağında çıxdı. Fotoqraf ölümünə qədər Vogue moda jurnalına şəkillər çəkmişdir.
İrvinq Stoun
İrvinq Stoun (ing. Irving Stone; 14 iyul 1903[…], San-Fransisko, Kaliforniya – 26 avqust 1989[…], Los-Anceles, ABŞ) — ABŞ yazıçısı. == Həyatı == İrvinq Stoun 14 iyul 1903-cü ildə ABŞ-də anadan olub. Vinsent Van Qoq, Cek London, Klarens Derron, Cessi Beuton-Fremont, Yudjine Debse, Erl Yoren, Con Noubl, Reycel Cekson, Meri Todd və Avraam Linkoln, Mikelanjelo, Ziqmund Freyd, Henrix Şliman, Kamilla Pisarro, Çarls Darvin haqqında ümumilikdə 25 bioqrafik romanın müəllifi olmaqla ədəbiyyatda bu istiqamətin yaradıcılarındandır. O, 1924-cü ildə Kaliforniyada universiteti bitirərək iqtisadiyyatı tədris etməyə başlayıb. Stoun bakalavr pilləsi üzrə təhsilini tamamladıqdan dərhal sonra müəllim kimi işləmək icazəsi almış ilk məzun idi. Yazıçı 1926-cı ildə Parisə səyahət edir, sonra isə Nyu-Yorka köçür. 6-7il ərzində 18 teatr pyesi yazır. Onlardan ikisi Brodveydə tamaşaya qoyulsa da, uğur əldə edə bilmir. İrvinq Stoun özü haqqında "Mən burjuaziya nümayəndəsiyəm valideynlərim dükan sahibi idilər." demişdir.
İrvinq Losano
İrvinq Losano, tam adı İrvinq Rodriqo Losano Bayela (30 iyul 1995, Mexiko) — Meksikalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Meksika milli komandasının oyunçusu. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarının, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının və 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının iştirakçısı. O, Çaki ləqəbi ilə də tanınır. == Karyera == Lozano karyerasına "Paçuka" klubunda başlayıb, 2016 "Klausura" və 2016–17 "CONCACAF Çempionlar Liqası"nın qalibi olub. "Paçuka"da 152 oyunda meydana çıxıb və komandanın heyətində 44 qol vurub. 2017-ci ilin iyununda o, Hollandiyanın "PSV Eyndhoven" komandası ilə müqavilə bağladı və Hollandiyadakı ilk mövsümündə Erediviziyanın qalibi və eyni zamanda komandanın bombardiri oldu. 2019-cu ildə Lozano 42 milyon avroya "Napoli" klubuna transfer edilir. Bu transfer onu bütün zamanların ən bahalı meksikalı oyunçusu edir.
İrvinq Çernev
İrvinq Çernev (29 yanvar 1900, Priluki[d], Poltava quberniyası[d] – 29 sentyabr 1981, San-Fransisko, Kaliforniya)— şahmatçı və məhsuldar şahmat kitablarının müəllifi idi. == Yaradıcılığı == İrvinq Çernev 20 şahmat kitabı yazıb, 1978-ci ildə Oxford University Press tərəfindən nəşr edilmiş və 1982-ci ildə Dover tərəfindən yenidən çap edilmiş, İrvinq Çernev tərəfindən Kapablankanın Ən Yaxşı Şahmat Sonluğu final mərhələsinə vurğu ilə qeyd olunan altmış tam oyun təqdim edir (tam cəbri qeydlə).
Kayri Örvinq
Kayri Örvinq (23 mart 1992, Melburn, Viktoriya, Avstraliya) peşəkar basketbolçu. Avstraliyanın Melburn şəhərində anadan olub. NBA-də Dallas Maveriks komandasında çıxış edir. Örvinq Klivlend Kavalersə qatılmamışdan öncə Duke Blu Devils kollec komandasında çıxış edirdi. 2014-cü ildə o, NBA All-Starın ən dəyərli oyunçusu seçildi. 2016-cı ildə komandası Klivlend Kavalers Qolden Steyt Uorriorzu məğlub edərək NBA çempionu oldu. 2017-ci il finalı da bu iki komanda arasında oldu və bu dəfə Qolden Steyt qalib gəldi. Bu oyundan sonra Kayri İrvinq Boston Seltiksə transfer edildi.
Çavin mədəniyyəti
Çavin mədəniyyəti — Kolumbdan öncə mövcud olmuş mədəniyyət. == Ümumi məlumat == Mərkəzi Andda ilk sivilizasiya Çavin ("Nizəli yaquarın oğulları") idi. Sivilizasiyanın mərkəzi olan Çavin şəhəri əriməyən buz parçaları və qarlı zirvələrlə əhatələnmiş bir yerdə yerləşirdi. Buraya yol 4100 m hündürlükdən keçirdi. Şəhərə giriş dağdan dəlilmiş tunelin içərisindən gedirdi. Çavin həm də dini mərkəz sayılırdı. Burada yalnız yüksək dərəcəli ruhanilər yaşayırdılar. Onların etiqad etdikləri əsas əşya pişik sülaləsindən olan heyvanlar idi. Çavin şəhərində ən möhtəşəm abidələr memarlıq və heykəltəraşlıq nümunələri idi. Çavinin məşhur memarlıq ansamblları eyvan, dini-ayinçilik meydançaları və daş tikililərdən ibarət idi.
Rasinq Lüksemburq FK
Rasinq — Lüksemburqun futbol klubu == Tarixi == 2005-ci ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
İrvinq Lyuis Horovits
İrvinq Lyuis Horovits (ing. Irving Louis Horowitz; 25 sentyabr 1929, Nyu-York, Nyu-York ştatı – 21 mart 2012, Prinstom, Nyu Cersi) — ABŞ sosioloqu, yazıçısı, professoru. O, öz sahəsində geniş yazılar dərc etmiş və dərslər demişdir. Horovits Argentina, Hindistan, Yaponiya, Meksika, Kanada və Rusiya universitetlərində dərs demişdir. O, 1994-cü ildə nəşr etdirdiyi "Professing Sociology" kitabı ilə tanınır və o, burada, sosiologiyanın həddindən artıq ideoloji nəzəriyyəyə üstünlük verilməsi və siyasətə açıq-aşkar diqqət verilməməsi səbəbindən tənəzzülə uğradığını iddia etmişdir. == Seçilmiş əsərləri == The Anarchists (1964) Winners and Losers: Social and Political Polarities in America (1984); a criticism of left-wing fascism Cuban Communism: 1959–2003. 11th edition. The Long Night of Dark Intent: A Half Century of Cuban Communism. Transaction Publishers (2011). The War Game, Transaction Publishers (2013), Edited and with a new Introduction,"Conflagration and Calculation," by Howard G. Schneiderman Professing Sociology: Studies in the Life Cycle of the Social Sciences, Transaction Publishers (2014), with a new Introduction — "Fugitive Thoughts Tamed," by Howard G. Schneiderman == İstinadlar == == Əlavə ədəbiyyat == Martin, Douglas.