Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Abayları
Abayları və ya Abayevlər — balkar əsilzadə soyu. == Tarixi == Abayevlər soyu rəvayətlərə əsasən Qafqazda yerləşən Macar şəhərindən gəlmə Basiatın nəslindəndirlər. Rəvayətə əsasən Basiat Şimali Qafqaza öz qardaşı Badinatla birlikdə gəlir və burada balkar əsilzadə soyunun əsasını qoyur. Badinat isə Diqoriyaya gedərək burada Badeliatlar bəy soyunun əcdadı olur. İlk əvvəl Abayevlər Çerek çayının yuxarı axarında yerləşən Künlüm kəndində yaşayırdılar. Sonradan nəslin digər qolları Çerek dərəsinin müxtəlif kəndlərinə, İşkantı, Xıznı-El, Abayevskiy, Kaşxatau kəndlərində məskunlaşdılar.. 1917-ci il inqilabına qədər Abayevlər Çerek dərəsindəki geniş torpaqların sahibləri idilər. Sovet işğalından sonra soyun nümayəndələri təqiblərə və repressiyalara məruz qaldılar. Nəticədə soyun bir çox nümayəndəsi ölkə xaricinə imiqrasiya etdilər. == Genealogiya == Araşdırmalara əsasən Abayevlər soyu digər balkar soyları Bəyovlar, Zaniyukovlar, Kuçukovlar eləcə də diqor bəylərindən olan Karajayevlər kimi Q1a haploqrupunun daşıyıcılarıdırlar.
Damanlar
Damanlar (lat. Hyracoidea) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi. == Haqqında == Xarici görünüşünə görə bir qədər marmota oxşayır. Bədəninin uzunluğu 30–60 sm, quyruğu qısa (1–3 sm), yaxud yoxdur. Kütləsi 2–4 kq-dır. Bədən quruluşu möhkəm, beli qövsşəkilli əyilmişdir. Başı iri, sifəti qısa, üst dodağı haçalanmışdır. Üst kəsici dişləri uzun, içəri tərəfdən minasızdır, bütün ömrü boyu böyüyür. Yastı dırnaqlı ön ətrafları dörd-barmaqlı, arxa ətrafları üçbarmaqlıdır. Pəncələrin çılpaq alt tərəfi tər vəzilərinin sekresiyası ilə daima nəmlənən qalın elastiki epiteli ilə örtülü olduğuna görə də Damanlar substrat üzərində möhkəm dayana bilirlər.
Dabanlı
Dabanlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Dabanlı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Ağdaraq
Ağdaraq (Ərdəbil)
Azərbaycan dastanları
Azərbaycan dastanları (az.-əski. آذربایجان داستان‌لاری‎) — Azərbaycan şifahi xalq ədəbiyyatının tərkib hissəsi. "Kitabi Dədə Qorqud" dastanının mənşəyi Mərkəzi Asiya olsa da, oğuzların sıx məskunlaşdığı Azərbaycan ərazisində formalaşıb. Buradakı hekayə və mahnılar XIII əsrin başlanğıcından gec olmamaqla formalaşmış, XV əsrdən gec olmamaqla yazıya alınmış olmalı idi. Dastanın günümüzə azərbaycan dilindəki Drezden əlyazması və XVI əsr türkcəsinə yaxın Vatikan əlyazması gəlib çatıb. Dastan oğuzların işğal edilmiş Qafqaz torpaqlarında "kafirlərlə" mübarizəsində bəhs edir. Oğuz xanla bağlı "Tarix-i Oğuz" dastanının isə Nizami Gəncəvinin "İsgəndərnamə"si ilə bənzər süjet xətlərinə malik olması bu dastanın da Azərbaycanda yaradılmasını sübut edir. Həm "Kitabi-Dədə Qorqud", həm də "Oğuznamə" dastanı müxtəlif Azərbaycan miflərinin mənşəyidir. Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları yaradılmışdır. Yerli dialektlər və klassik dil arasında körpü rolunu oynayan bu dastanlar zamanla Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir, hətta azərbaycan xalqı ilə əlaqələr nəticəsində "Aşıq Qərib" dastanı erməni və gürcülərə keçir.
Kosovo albanları
Kosovo albanları (alb. Shqiptarët në Kosovë, Kosovarlar, alb. Kosovar) — Kosovo Respublikasında say baxımından üstünlük təşkil edən etnik qrup. Bu qrupuna daxil olan albanların böyük əksəriyyəti islam dinində etiqat edir. Az miqdarda katolik xristian albanlarda da vardır. Yuqoslaviya Sosialist Federativ Respublikasında 1991-ci il siyahıya alınmasına görə Kosovoda 1 596 072 etnik alban (ümumi əhalinin 81,6 %) yaşayırdı. 2000-ci ilə görə onların sayı 1 584 000 ilə 1 733 600 (ümumi əhalinin 88 %) arasında dəyişirdi. Hazırda isə onların sayı ümumi əhalinin 92,93 % təşkil edir. Kosovo albanları sadəcə olaraq bir etnik albanlardır. Onlar yerli və gəlmə olmaqla iki qrupa bölünürlər.
Monteneqro albanları
Monteneqro albanları — Monteneqro Respublikasının ən böyük qeyri-slavyan milli azlığıdır. Dil baxımından serbxorvat dilindən çox fərqli olan alban dilində danışırlar. Albanlar ənənəvi olaraq ölkənin cənubunda, Albaniya Respublikası ilə sərhəd boyunca yaşayırlar. Monteneqro albanları arasında müsəlmanlar üstünlük təşkil edir (74%). Bununla belə xeyli sayda katolik (26%) və pravoslavlar da vardır. Yuqoslaviya Sosialist Federativ Respublikası dövründə Monteneqro albanları özlərini Alban xalqının bir hissəsi kimi hiss etdirdilər. Məsələn: 1969-cu ildə alban bayraqları və İskəndər bəyin portretləri ilə alban məktəblilərinin çıxışı Monteneqronun Ulsin şəhərində müəllimlərin rəhbərliyi altında baş tutur. Sonradan bəlli olur ki, Ulsindəki bu yürüşə rəhbərlik edənlər Kosovonın Qloqovac cəmiyyətindən olan məktəb müəllimləri olmuşdur. 2003-cü il siyahıyaalınmasına əsasən, Monteneqroda 31.163 alban (5.03%) yaşayırdı. Şimali Makedoniya Respublikasında olduğu kimi, Monteneqro albanları da əsasən İslamı dinində etiqat edir (73.37%), lakin makedoniyalı albanlardan fərqli olaraq, Monteneqronun təbii hərəkəti göstəriciləri AB və Şimali Amerikanın daha inkişaf etmiş ölkələrinə daha fəal mühacirət etmələri səbəbindən mənfi dinamika göstərir: 2011-ci il siyahıyaalınmasına görə yalnız 30.439 ölkə vətəndaşı, ya da 4,91%, artıq özlərini alban adlandırdı.
Qafqaz albanları
Albanlar, Qafqaz albanları — Qafqaz Albaniyası dövlətinin əsasını qoymuş, azərbaycanlıların etnogenezində mühüm rol oynamış, qafqaz dil ailəsinə mənsub olan Cənubi Qafqazın yerli xalqı. Alban etnosunun adı ilk dəfə e.ə. 331-ci ildə Əhəməni ordusu ilə Makedoniyalı İskəndərin ordusu arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar olaraq II əsr müəllifi Arrian tərəfindən çəkilir. Deyilir ki, Əhəməni ordusunda albanlar da vardı . E.ə. I əsrdə baş vermiş hadisələrlə əlaqədar bu etnosun məskun olduğu ölkə yunan və latın mənbələrində eranın əvvəllərindən başlayaraq Albaniya adlanır. Albaniya indiki Dağıstana mənsub Samur-Dərbəndarası bölgə, indi Ermənistana aid Göyçə və Zəngəzur bölgələri daxil olmaqla indiki Şimali Azərbaycan ərazisi əhatə edirdi. Lakin Azərbaycanın Kür çayının Arazla birləşdiyi yerdən Xəzərə qədərki hissəsindən cənubdakı inzibati rayonların (Saatlı, Sabirabad, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Astara rayonları) ərazisi və Naxçıvan qədimdə Midiyaya, e.ə. IV əsrdən eranın VII əsrinə qədər Atropatenaya məxsus idi. Albaniya dövləti təxminən min il ömür sürmüş və ərəb işğalı nəticəsində VIII əsrdə süqut etmişdir.
Qan damarları
Qan damarları — heyvanların və insanların bədənində elastik boru birləşmələri, qan və orqan vasitəsilə ritmik bir şəkildə büzülən ürək və ya pulsasiya edən damarın gücü ilə həyata keçirilir: arteriyalar, arteriollar, kapillyarlar vasitəsilə orqanlara və toxumalara, onlardan ürəyə — venalar və damarlar vasitəsilə. Qanın hərəkətini həyata keçirən sistemə ürək, arteriyalar, venalar və kapilyarlar daxildir. İnsanda qan dövranı qapalıdır. Qanın hansı sürətlə hərəkət etməsindən asılı olmayaraq bu prosesdə əsas yeri ürəkdə əmələ gələn təzyiq, damar divarlarındakı əzələlərin ritmik təqəllüsü və bir çox xarici amillər tutur. Lakin ümumi götürdükdə qan dövranı orqanlarının fəaliyyətinə həm daxili sekresiya vəziləri, həm də sinir sistemi nəzarət edir. Damarlar quruluşuna və funksiyalarına görə arteriyalara, venalara və kapilyarlara bölünür. Ürəkdən orqan və toxumalara qan aparan damarlara arteriyalar deyilir. Ürəkdən çıxan ən böyük damar aorta damarı adlanır. Bu damarlar bütün orqan və toxumalara getməklə onları oksigen və qida maddələri ilə təmin edir. Arteriyalar orqan və toxumalara çatdıqda daha nazik şaxələrə ayrılır ki, onlar kapilyarlar adlanır.
Qazax dastanları
Qazax folkloru, o cümlədən qazax dastanları uzun əsrlər boyu inkişaf yolu keçmiş və müxtəlif dövrlərdə formalaşmışdı. Tədqiqatçılar qazax qəhrəmanlıq dastanının yaranmasını Qızıl Orda dövrünə aid edərək ayrı-ayrı epik əsərlərin XIV əsrin sonunda və XV-XVI əsrlərdə təşəkkül tapdığını qeyd edirlər. Qazax dastanlarında xalqın ictimai-siyasi həyatında baş vermiş hadisələr, o cümlədən xalqın azadlıq, haqq-ədalət uğrunda tarixi mübarizəsi, gələcəklə bağlı arzu və diləkləri əsas yer tutur. Günümüzədək yaşadılan qazax dastanları, əsasən, qəhrəmanlıq və sosial-məişət dastanları olmaqla iki qrupa bölünür. Qəhrəmanlıq dastanlarının əsas mövzusunu dastanın əsas qəhrəmanları olan igid batırlar tərəfindən doğma vətənin yadelli işğalçılardan qorunması təşkil edir. Bu qəhrəmanlar torpağa sevgi, düşmənə nifrət, dönməzlik, şücaət, mərdlik kimi xalqın malik olduğu ən üstün keyfiyyətləri təcəssüm etdirirlər. Belə dastanlara “Alpamıs”, “Qoblandı batır”, “Er Sayın”, “Er Tarqın”, “Er Kökşe”, “Qambar batır”, “Qırx batır” dastanları və s. aiddir. Bu dastanlar həm də irihəcmli olması ilə diqqəti cəlb edir. Məsələn, “Qoblandı batır” dastanı 10 000 misra təşkil edir.
Rumıniya albanları
Rumıniya albanları (rum. Albanezi) — Rumıniya ərazisində yaşayan etnik qrup. Rumıniyanın etnik azlıqları siyahısına daxildir. Bu səbəbdən onların hüüuqlarının ifadəçisi olaraq Rumıniya Deputatlar palatasında bir nümayəndəyə sahibdirlər. 2002-ci ildə Rumıniyada aparılan siyahıya alınmağa görə burada 520 nəfər alban olmasını bildirmişdir. Onlardan 484 nəfəri doğma dilinin alban olmasını birdirmişdir. Ancaq qeyri-rəsmi məlumata görə ölkədə 10 000 alban yaşayır. Onlar əsasən Buxarestdə cəmləşmişdir. Onlar həmdə ölkənin digər iri şəhərlərində belə yaşayırlar - Timişoara, Yassi, Kondtansa və Kluj-Napoka. Burada yaşayan alban ailələrinin böyük qismi provaslavdır.
Türkmən dastanları
Türkmən şifahi xalq ədəbiyyatının ən geniş yayaılmış janrı dastanlardır. Türkmənlər bu janrı "dessan", "epos", "anonim dessan", "avtorlu dessan" və s. kimi terminlərlə adlandırırlar. Beymuhammet Ataliyeviç Garriyev 1947-ci ildə dastanları belə təsnif etmişdir: 1. Qəhrəmanlıq dastanları: "Goroqlı", "Yusup-Ahmet", "Alı bey Balı bey", "Dövletyar" və s. dastanlarda türkmənlərin tarixi, qəhrəmanlıq keçmişi, yadellilərə qarşı mübarizəsi bədii əksini tapmışdır. Qəhrəmanlıq dastanlarında qəhrəmanın doğumu, ad alması, təlim və tərbiyəsi, ata-silaha yiyələnməsi, yaxınları ilə vidalaşaraq düşmənlərinə qarşı mübarizəyə qalxması və sairədən bəhs edilir. 2. Məhəbbət dastanları: "Şahsenem bile Qarip", "Yusup bile Züleyxa", "Zöhre bile Tahir", "Gül-Senuber", "Necep oğlan", "Aslı bile Kerem", "Xuyrlukqa-Xemra", "Sayatlı Xemra" və s. dastanlarında əsas süjet məhəbbət üzərində qurulmuşdur.
Xankəndi talanları
Xankəndi talanları və ya Xankəndi poqromları — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində 1988-ci ilin sentyabrın 18-də yerli azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi talanlar və poqrom aktı. Hadisənin baş vermə səbəbi Dağlıq Qarabağa sahib olmaq üçün erməni millətçilərinin yerli azərbaycanlı əhalinin etnik təmizlənmə prosesinin bir hissəsi. 1988-ci il 18 sentyabrında ermənilərin Xankəndi şəhərində törətdikləri vəhşiliklər Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarların təşkilatçılığı və iştirakı ilə törədilmişdir. Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, fevralın 20-də Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların kəskin narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Elə həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər.
Ağarak
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Dabanlı (Ərdəbil)
Dabanlı — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Dabanlı (Xudabəndə)
Dabanlı (fars. دابانلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 666 nəfər yaşayır (157 ailə).
Şimali Makedoniya albanları
Şimali Makedoniyada albanlar ərazisində etnik, dil və din baxımından ən iri milli azlıqlardan biridir. 2002-ci il siyahıya alınmasına görə 2 022 547 nəfərlik Makedoniyanın 509 083 (25,2 %) nəfəri etnik albanlardan ibarətdir. Albanlar ölkənin əsasən kənd təsərrüfatı rayonları olan qərb, şimal-qərb rayonları və mərkəzi hissələrdə yayılmışlar. Üstəlik ölkənin iki iri şəhərinin mütləq əhalisini təşkil edirlər. Onlar Tetovo (ümumi əhalinin 70,3 %), Qostivar (66,7 %), Debar (58,1 %), Struqa (56,8 %), Kiçevo (54,5 %), Kumanovo (25,8 %) və Skopye (20,5 %) şəhərlərinin nir hissəsini təşkil edirlər. 1467—1468-ci illərdə Osmanlı imperiyası dönəmində aparılan siyahıya alınmaya görə Makedoniya vilayəti ərazisində cəmi 84 alban təsərrüfatın olması qeyd edilirdi. Albanlar ill əvvəllər xristian olmuşlar. Ancaq Osmalı imperiyası islam dinin yayılması məqsədi ilə tədbirlər görmüşlər. Nəticədə albanlar islamı qəbul etmişlər. Burada hədəf Bosfordan Adriatik dənizi sahillərinə qədər olan ərazinin islamlaşdırılması olmuşdur.
Ağarmış yovşan
Ağarmış yovşan (lat. Artemisia incana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == İranda, Türkiyədə, Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Yarpaq ayası enli, dəyirmi, lələkvari və ya üçər parçalanmış, uc paycıqları neştərvari və ya xətvari neştərşəkilli, sivrivari və ya bəzən dəyirmivaridir. Səbəti çox böyük olmayıb, sıx dəstəvari, qalxanda əyilmiş, zoğların ucunda qalxanvari, süpürgəvari hamaş çiçək qrupu əmələ gətirir. Tacın ucları tükcüklüdür. Avqust ayında çiçəkləyir, sentyabr ayında meyvələri yetişir. == Ekologiyası == Rütubətə davamlı, işıqsevən, bəzən kölgəli ərazilərdə də bitir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Kiçik Qafqazda yayılmışdır.
Ağdaraq (Meşkinşəhr)
Ağdaraq (fars. اق درق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 164 nəfər yaşayır (42 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Şərqi Meşkin kəndistanında, Meşkinşəhrdən 15 km şimal-şərqdədir.
Ağyarpaq qovaq
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Ağyumaq (İğdır)
Ağyumaq — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1901 və 1928 illərdəki mənbələrdə Qızılzakir olarak qeyd olunur. Adı 1960-cı ildə "Ağyumaq" olarak dəyişdirilmişdir. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 184 erməni və 300 nəfər azərbaycan türkü yaşayırdı. == Coğrafiyası == İğdır mərkəzindən 5 km uzaqlıqdadır.
Orta barmaq
Orta barmaq və ya fak (ing. fuck) — orta barmağın yuxarı və ya aşağı uzadılması və qalan dörd barmağın ovucun üzərinə basılmasından ibarət nalayiq jest . Jest tək qalmaq, "qurtulmaq" tələbi kimi xidmət edir (xüsusən də orta barmaq kamera obyektivinə qoyulur, çəkilişi dayandırmağı tələb edir). İngilis dilli ölkələrdə bu jestin şifahi analoqu Fuck you lənət və ya Fuck off arxasında qalmaq tələbidir . Barmağın uzadılması bir neçə mədəniyyətdə, xüsusən də Qərb dünyasında hörmətsizlik simvolu hesab olunur . Jest adətən nifrət ifadə etmək üçün istifadə olunur, lakin yumoristik və ya əyləncəli şəkildə də istifadə edilə bilər. Antropoloq Dessmond Maurice görə, cinsiyyət orqanının nümayişini simvolizə edən orta barmağın nümayişi bizə məlum olan ən qədim jestlərdən biridir. Qədim Yunanıstanda orta barmağı ilə kiməsə işarə etmək (πκιμαλίζειν) adlanır və ciddi təhqir hesab olunurdu. Aristofanın "Buludlar" komediyasında (I epizod) kəndli Strepsiaya elm öyrətməyi öhdəsinə götürən Sokrat , Strepsiadanın asanlıqla göstərdiyi daktilin (hərfi mənada "barmaq") poetik ölçüsünü bildiyini soruşur. Sokrat bunu cəhalət və uşaqlıq adlandırır.
Barmaq göbələyi
Ayaq göbələyi (lat. Tinea pedis) – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir. Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər. == Xəstəliyin əlamətləri == Dözülməz dərəcədə qaşınma. Ayağın formasında hiss olunan dəyişikliklər. Ayaqda səpkilər və onların sulanması. == Yaranma səbəbləri == Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır.
Sosiskayabənzər barmaq
Daktilit (ing. dactylitis) – sosiskayabənzər barmaq – əl və ayaq barmaqlarının birində oynağın artriti, vətər yatağının və yumşaq toxumaların diffuz zədələnməsidir. AS üçün xarakterikdir. PsA və ReA-də müşahidə olunur.
Aqarak
Əkərək, Aqarak — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Aqarak formasında qeyd edilmişdir. Toponim türk mənşəli əkər etnoniminə -ək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Aqarta
Aqarta — Tibet və Mərkəzi Asiya mədəniyyətlərində qeyd olunan Asiyada yerləşən sıra dağlardakı əfsanəvi yeraltı dünyası. Aqartaya məxsus tunellərin ABŞ, Braziliya və Türkiyədə yerləşdiyi irəli sürülür. Aqartaya inanan insanların düşüncələrinə görə aqartalılar bizdən daha yüksək texnologiyaya sahibdirlər və UFO-ları da əslində onlar hazırlayıblar. Həmçinin Hitler bu mövzu üzrə araşdırmalar etmişdir. == Yaranışı == Aqarta teosoflara görə Mu və Atlantidadan köç edən rahiblər tərəfindən qurulub və sonralar gizli qalmaq üçün dağ və mağaranın içərilərinə çəkilmişdir. Bəziləri Aqartaya qarşı qurulmuş Şambala adlı varlığın mövcudluğunu irəli sürsələr də Aqartanın Tibet mədəniyyətindəki digər adı Şambaladır.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Agalma
Sonchus (lat. Sonchus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.