Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babilik
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Bahailik
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir.Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur. Son dövrlərin bilinən Peyğəmbərləri 2 soydan gəlmişlər, İbrahim peyğəmbərin soyundan — Musa (peyğəmbər), İsa, Məhəmməd, Hind soyundan — Krişna, Budda, Zərdüşt.
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Manilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) - qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır.Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər.Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər. Bu din həm Şərqə, həm də Qərbə doğru fövqəladə bir sürətlə yayılmış; Şimali Afrika, İspaniya, Fransa, Şimali İtaliya və Balkanlarda min il müddət ilə dağınıq və davamsız şəkildə varlığını davam etdirmişdir. Halbuki, əsl inkişafını doğulduğu torpaqlar olan Mesopotamiya, Babil və İranda reallaşdırmış və Şərqdə təsirini X əsrdən sonralara qədər davam etdirdiyi Türkistan, Şimali Hindistan, Qərbi Çin və Tibetə qədər yayılmağı bacarmışdır.
Şazilik
Şaziliyyə — sufi yönümlü islam təriqəti == Yaranması == Bu təriqət, Əbul-Həsən Şazili tərəfindən qurulmuşdur. Əbul-Həsən Əli ibn Abdullah əş-Şazili 593/1196-cı ildə Afrikada Tunusun Cəbəli Zafran bölgəsində Şazilə adı verilən yerdə anadan olmuşdur. Seyyid nəslindən olan alimin, elmə xüsusi bir marağı olmuşdur. Hətta elmə və elmi əsərlərə olan marağına görə gözlərinin kor olduğu rəvayət edilir. Əbdüssalam ibn Məşiş adında bir şeyxdən təsəvvüf və təriqət tərbiyəsi almışdır. O, 657/1258-ci ildə həccə gedərkən Misirin Hümeysıra adıyla tanınan yerində vəfat etmiş və orada dəfn edilmişdir. Dövrün Məmluk Sultanı onun qəbrinin üstünə qübbə tikdirmişdir. Şaziliyyə təriqəti, silsilə etibarilə Cüneydi olmaqla yanaşı, ruhani təlim və tərbiyəyə əhəmiyyət verən bir təriqətdir. Belə ki, Şeyx Əbül-Həsən əş-Şazili müridlərinə Allah üçün fani varlıqdan uzaq durmağı, hər saat, hər yer və hər şərtdə zikri tövsiyə edər, riyazət və xəlvətdə, ibadət və cəm şəklində zikrə çox rəğbət göstərməzlərdi. Təriqət mənsublarına öz həyatlarında da təriqətin ruhunu və vəzifələrini yerinə yetirmələri xatırladılırdı.
Dahlia
Soğangülü (lat. Dahlia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Bu cins rus botaniki, alim və etnoqrafi İ. Georginin şərəfinə adlandırılmışdır. Cinsə 27 növ daxildir. Onların vətəni Mərkəzi Amerika və Kolumbiyadır. Gülçülükdə georginlərin 4 növündən və müxtəlif mədəni formalarından istifadə olunur. Dəyişkən georgin (D. variabilis) — çoxillik ot bitkisi olub, yaşıllaşdırmada geniş istifadə edilir. Onların yerüstü hissələri hər il məhv olur. Dəyişkən georginin gövdələrinin içi boş olub, budaqlıdır, hündürlüyü 300 sm-ə çatır. Çiçəyi səbətdir.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Piotr Daniluk
Piotr Daniluk (15 yanvar 1982) — Polşalı atıcı. Piotr Daniluk Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Piotr Daniluk birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 567 xal toplayaraq 41-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Badd sahili
Badd sahili (ing. Budd Coast) — Şərqi Antarktidanın Uilks Torpağı ərazisində, 109°16' və 115°33' şərq uzunluğunda yerləşən bölgə.. Badd sahili dənizə daxil olan böyük bir yarımada formasındadır. Bölgə nəhən buz qatı altında yerləşir. Yarımadanın qərb sahilində Qrirson vahəsi yerləşir. Vahədə Avstraliyaya məxsus olan Uilks stansiyası fəaliyyət göstərir. Badd sahili 1840-ci ildə ABŞ ekspedisiyasının rəhbəri Çarlz Uilks tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən gəmilərdən birinin kapitanı Tomas Baddın şərfinə adlandırmışdır.
Banzare sahili
Banzare sahili (ing. Banzare Coast) — Şərqi Antarktidanın Uilks Torpağında, 122°05' və 130°10' şərq uzunluğinda qəralaşır. Buzlaq enişində bir sıra hündür buzlaq dağlar vardır. Materikin daxilinə doğru buzlaq Voeykov şelf buzlağı ilə birləşir. Şimal-şərq hissədə iri aysberqlər mövcuddur. Sahil ilk dəfə 1931-cü ildə Britaniya-avstraliya-yenizelandiya antarktik aeaşdlrmacı ekspedisiyası tərəfindən kəşf edilmişdir. Sahikin adı ekspedisiyanın baş əriflərindən götülülmüşdür ing. British-Australian-New Zealand Antarctic Research Expedition).
Dailin Belmonte
Dailin Belmonte (15 oktyabr 1985, Santiaqo de Kuba, Kuba) — Kubalı marafonçu. Dailin Belmonte Kubanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dailin Belmonte birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 8 saniyəyə qət edərək 118 marafonçu sırasında 70-ci yeri tutdu. Dailin Belmonte növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 58 saniyəyə qət edərək 157 marafonçu sırasında 102-ci yeri tutdu.
Daxili Kartli
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. == İnzibati bölgüsü == Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır == Coğrafiyası == Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. == Tarixi == Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Daxili Monqolustan
Daxili Monqolustan Muxtar Rayonu (çin. sadə. 内蒙古自治区, pinyin: Nèiménggǔ Zìzhìqū) — Çin Xalq Respublikasında muxtar rayon. Ərazisi 1 milyon 183 min km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 24.706.291 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 24.898.500 nəfər, inzibati mərkəzi Xux-Xoto şəhəridir.
Daxili Qoşunlar
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itgin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Daxili audit
Daxili audit — təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Daxili birləşdirmə
Daxili birləşdirmə (ing. inner join, rus. внутреннее соединение, türk. iç birleştirme) – verilənlər bazasının idarə edilməsində: relyasiya cəbrinin tez-tez istifadə olunan deyimi. İki mövcud cədvələ tətbiq edilən daxili birləşdirmə üçüncü cədvəli yaradır ki, həmin cədvəl birinci cədvəlin yazılarının ikinci cədvəlin yazıları ilə bütün mümkün təyin olunmuş konkatenasiyalarından (birləşmələrindən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Daxili dənizlər
Daxili dənizlər — Quruya daxil olmuş, lakin okeanla boğazlarla əlaqədə olan dənizlərə daxili dənizlər deyilir. Daxili dənizlər materiklərin parçalanmış sahilləri boyu yerləşir. Ən böyük daxili dəniz Aralıq dənizidir. Daxili dənizlər əsasən Avrasiya və eyni zamanda Şimali Amerika sahillərində yerləşir. Bu sözügedən materiklərin sahillərinin daha çox parçalanmış olduğu üçün belədir. Daxili dənizlərə misal olaraq Qara dəniz, Aralıq dənizini,Ağ dənizi, Mərmərə, Egey, Qırmızı dəniz, Aral dənizi, Xəzər dənizini və s. göstərmək olar. Daxili dənizlər əsasən hərhansı ölkə sahillərində olduğu üçün bu ölkələr tərəfindən mənimsənilir. Daxili dənizlər liman nəqliyyatı, balıqçılıq və təbii sərvətlərin əldə edilməsi üçün faydalıdır.
Daxili komanda
Daxili komanda( ing. internal command ~ ru. внутренняя команда ~ tr. iç komut) – əməliyyat sistemi ilə yanaşı yaddaşa yüklənən və kompüter yanılı olduğu müddətdə daim orada qalan prosedur. Adətən, belə prosedurlar əməliyyat sisteminin işi ilə bağlı məsələləri yerinə yetirir. Bunun alternativi olan xarici komandalar ayrıca fayllar kimi saxlanılan proqramlardır; onlar yalnız lazım olduqda yaddaşa yüklənir və istifadə olunur. MS-DOS əməliyyat sistemində daxili komandalara misal olaraq DIR, VER, DATE və TIME komandalarını göstərmək olar. MS-DOS’un daxili komandaları COMMAND.COM faylında saxlanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili müşahidə
Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncə və emosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır.Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizika və fiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalist və humanist dünya görüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir. == Daxili müşahidə metoduna fərqli yanaşmalar == === Vilhelm Vundt və daxili müşahidə metodu === Psixologiyada daxili müşahidə metodu Vilhelm Vundtun adı ilə bağlıdır.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. == Daxili nəzarət anlayışı == Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi.Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları. == Daxili nəzarətin elementləri == Daxili nəzarətin elementləri onun təşkilati-iqtisadi mexanizminin tərkib hissələridir.
Daxili planetlər
İç planetlər (ing. Inner planet) — yüksək sıxlığa və qaya səthə sahib olan Günəş sisteminin ilk dörd planetidir. Təbii peykləri ya çox azdır, ya da heç yoxdur. Bu planetlərin halqaları yoxdur. Daxili planetlər yüksək ərimə nöqtəsinə sahib olan elementlərdən formalaşmışdır. Silikatlar qatı yer qabığını və yarı qatı olan mantiyanı meydana gətirir. Dəmir və nikel kimi metallarsa planetlərin nüvəsini meydana gətirir. Daxili planetlərdən Venera, Yer və Marsın atmosferləri vardır. Daxili planetlərin hamısında göy cismlərinin toqquşması nəticəsində meydana gələn kraterlər, vulkanlar və vadilər kimi relyef formaları vardır. == Merkuri == Merkuri Günəşə ən yaxın və ən kiçik planetdir.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.
Daxili çeşidləmə
Daxili çeşidləmə ( ing. internal sort ~ ru. внутренняя сортировка ~ tr. iç sıralama) – yalnız operativ yaddaşda yerinə yetirilən və müvəqqəti fayllar üçün maqnit disklərindən, yaxud başqa qurğulardan istifadə etməyən çeşidləmə proseduru. Daxili çeşidləmə alqoritmlərinin 7 növü vardır: qabarcıqlı çeşidləmə (BUBBLE SORT), artırmalı çeşidləmə (INSERTION SORT), sürətli çeşidləmə (QUICK SORT), qalaq çeşidləməsi (HEAP SORT), birləşdirməli çeşidləmə (MERGE SORT), mərtəbəli çeşidləmə (RADIX SORT), seçməli çeşidləmə (SELECTION SORT). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili şrift
Daxili şrift ( ing. internal font ~ ru. встроенный шрифт ~ tr. iç yazıtipi) – printerin özündə olan və onun daimi yaddaşında (READ-ONLY MEMORY, ROM) saxlanılan və buna görə də printeri söndürdükdə “itməyən” şrift. Printerlərin əksəriyyəti başqa yardımçı şriftlərlə də işləyə bildiklərindən, daxili şrift anlayışı yalnız verilmiş printer üçün həmişə “əlçatan” olan şriftlərə aid edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili siyasət
Daxili siyasət — dövlət siyasətinin ölkə sərhədləri daxilində olan bütün problem və fəaliyyətlərə (qanunlar, hökumət proqramları, inzibati qərarlar və s.) birbaşa aid olan hissəsi. Bu, hökumətin dünya siyasətində olan maraqlarını ifadə edən xarici siyasətdən fərqlidir. Daxili siyasət biznes, təhsil, enerji, səhiyyə, kənd təsərrüfatı, hüquq-mühafizə, maliyyə və vergilər, təbii ehtiyatlar, sosial təminat və şəxsi hüquq və azadlıqlar kimi geniş sahələri əhatə edir.
Darılıq
Darılıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dardıq Cəlilabad rayonunun Ağdaş inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə maldarlıqla məşğul olan bir qrup ailənin Danlıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dan əkilən yer" mənasındadır. Fitotoponimdir. Qax rayonunun Güllük kəndində də Darılıq sahəsi adlı yer qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.