Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarabaş
Qarabaş (və yaxud Qarabaşlar) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd. Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb. Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir. Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir. 1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi səhvən farslar kimi göstərilib.
Darandaş (Mərənd)
Darandaş (fars. دارانداش‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (64 ailə).
Darabaz (Zəngəzur)
Dərəbas — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 29 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dərəbaz formasında qeyd edilmişdir. Kəndin adı 844-cü ildən çəkilir. Toponim Azərbaycan dilində «iki dağ arasında çuxur» mənası bildirən dərə sözünə türk dillərində «dağın başı», «zirvə» mənasında işlənən bas sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Darbas (Darvaza) qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürüllərək yerləşdirilmişdir. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 553 nəfər, 1897-ci ildə 730 nəfər, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır.
Mikloş Barabaş
Mikloş Barabaş (mac. Barabás Miklós, 10 fevral 1810, Merkuşa[d], Kovasna – 12 fevral 1898[…], Budapeşt) – Macarıstan rəssamı. Əsasən çəkdiyi portretlərlə tanınır. Ən məşhur əsərləri 1847-ci ildə Ferens Rakoçini və 1853-cü ildə İmperator I Frans Yosefi rəsm etdiyiportretləridir. Mikloş Barabaş 10 fevral 1810-cu ildə Kezdimarkoşfalvada anadan olmuşdur. İlk təhsilini Nadyenyeddə protestant məktəbində almışdır. 1829-cu ildə Vyanada Enderin tələbəsi olmuş, 1830-cu ildə isə Qabor Barradan Litoqrafiya dərsi almışdır. 1834-1835-ci illərdə Mikloş İtaliyaya səyahət edir. Onun bu səyahətinin əsas məqsədi Uilyam Leyton Leyçdən akvarel ilə rəsm çəkməyi öyrənmək idi. Mikloş Barabaş 6 il İtaliyada qalır.
Qarabaş dağı
Qarabaş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1727,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının suayırıcısında zirvə. Şahbuzkənddən 3,5 km çənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Türkeş-Milax antiklinalının şimal-şərq qanadında yerləşir.
Qarabaş qağayı
Qarabaş rinxokalamus
Qara rinxokalamus (lat. Rhynchocalamus melanocephalus) — Suilanıkimilər fəsiləsinə aid cins. Əlvan rəngli kiçik (36 sm) qazıcı ilandır. Başı boynundan zəif seçilir. Bədəni üstdən az və ya çox parlaq narıncı rəngdədir. Başının üstü açıq rəngli olub, qara qövsvari zolağa malikdir. Boynunun üst tərəfində öndən dərin yarılmış qara köndələn zolağı var ki, bu da alt tərəfdə ağ və ya çəhrayı rəngdə olur. Qarın tərəfi ağdır. Azərbaycanda Naxçıvan Muxtar Respublikasında, Ermənistanda, Kiçik Asiyanın cənub-şərqində, İraqda və İranda Rhynchocalamus melanocephalus satunini Nik., 1899 yarımnövü yayılmışdır. Yovşanlıq yarımsəhralarda, həmçinin seyrək ot və kol bitki örtüyü olan çox daşlı yamaclarda rast gəlinir.
Qarabaş vələmirquşu
Qarabaş vələmirquşu (lat. Emberiza melanocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. Erkəyi başqa vələmirquşlarından başının üstünün və yanlarının qara rəngi ilə seçilir. Qanadları və quyruğu qonur, beli qəhvəyidir. Bədəninin bütün alt tərəfi parlaq sarıdır. Dişilərdə və cavanlarda bədənin üstü sarımtıl- boz, altı isə sarımtıl-bulaşıq-ağdır. Yuvalama dövründə cüt-cüt, qalan vaxtlarda sürü ilə gəzir. Arealı Avropa və Asiyadı. Hindistanda qışlayır. Azərbaycanda hündür dağlıqdan başqa qalan yerlərdə geniş yayılmışdır.
Qarabaş çəkçəki
Qarabaş çəkçəki (lat. Saxicola torquatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Qarabaş ördək
Qarabaş ördək (lat. Heteronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Yelizaveta Karabaş
Yelizaveta Karabaş (d. 21 iyun 1985) — Ukraynanı təmsil edən bədii gimnast. Yelizaveta Karabaş 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Yelizaveta Karabaş 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Olena Dziubçuk, İnna Kojoxina və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Şaranbaş Kenəz (Şaran)
Şaranbaş Kenəz (başq. Шаранбаш-Кенәз, rus. Шаранбаш-Князево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 22 km, kənd sovetliyindən (Miçurinsk): 4 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 64 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (82%) üstünlük təşkil edir.
Danabaş kəndinin müəllimi
Danabaş kəndinin müəllimi və ya Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası. 1921-ci ildə ilk variantda əsərin adı “Danabaş kəndinin müəllimi” olmuşdur. C.Məmmədquluzadə əsəri bu adla 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrına təqdim etmişdir. Əsərin teatra təqdim edilən əlyazmasında Cəfər Cabbarlıya məxsus qeydlər vardır. Sonralar da bu ad unudulmamış, əsər “Danabaş kəndinin məktəbi” adı ilə çap olunmuş və həmin adla tamaşaya qoyulmuşdur. “Maarif və mədəniyyət” jurnalında “Danabaş kəndinin müəllimi” pyesinin "AzDram" Teatrının repertuarına daxil edilməsi haqqında xəbər vardır (1923, №1). Sonradan pyes "Danabaş kəndinin məktəbi" ası ilə çap edilir və tamaşaya qoyulur. Müstəqillik illərində ilk dəfə 2004-cü il nəşrində əsərin “Danabaş kəndinin müəllimi” əsil adı bərpa edilir. == Süjet == Pyesdə XIX əsrin axırlarında Azərbaycan həyatının ictimai mədəni mənzərəsini əks etdirən hadisələr təsvir olunur. Burada sənətkarın adi məişət hadisələrində böyük ictimai problemləri əks etdirmək istedadı aydın nəzərə çarpır.
Danabaş kəndinin məktəbi
Danabaş kəndinin məktəbi və ya Danabaş kəndinin müəllimi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası. Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestinə daxil olan 2-ci əsər.
Danabaş kəndinin müəllimi (komediya)
Danabaş kəndinin müəllimi və ya Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası. 1921-ci ildə ilk variantda əsərin adı “Danabaş kəndinin müəllimi” olmuşdur. C.Məmmədquluzadə əsəri bu adla 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrına təqdim etmişdir. Əsərin teatra təqdim edilən əlyazmasında Cəfər Cabbarlıya məxsus qeydlər vardır. Sonralar da bu ad unudulmamış, əsər “Danabaş kəndinin məktəbi” adı ilə çap olunmuş və həmin adla tamaşaya qoyulmuşdur. “Maarif və mədəniyyət” jurnalında “Danabaş kəndinin müəllimi” pyesinin "AzDram" Teatrının repertuarına daxil edilməsi haqqında xəbər vardır (1923, №1). Sonradan pyes "Danabaş kəndinin məktəbi" ası ilə çap edilir və tamaşaya qoyulur. Müstəqillik illərində ilk dəfə 2004-cü il nəşrində əsərin “Danabaş kəndinin müəllimi” əsil adı bərpa edilir. == Süjet == Pyesdə XIX əsrin axırlarında Azərbaycan həyatının ictimai mədəni mənzərəsini əks etdirən hadisələr təsvir olunur. Burada sənətkarın adi məişət hadisələrində böyük ictimai problemləri əks etdirmək istedadı aydın nəzərə çarpır.
Danabaş kəndinin əhvalatları (povest)
Danabaş kəndinin əhvalatları — Cəlil Məmmədquluzadənin povesti. == Haqqında == Cəlil Mənməd Quluzadə 1894-cü ildə yazdığı "Eşşəyin itməkliyi" və "Danabaş kəndinin məktəbi" əsərlərinin ümumi adı. Əsərin əlyazması Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) Əlyazmalar İnstitutunun fondunda saxlanılır (inventar VI-359 (3595)). Tədqiqatçıların əksəriyyətinin fikrinə görə, Cəlil Məmmədquluzadə bu ad altında silsilə əsərlər yazmağı nəzərdə tutubmuş. Həmin əsərlər "Danabaş kəndinin əhvalatları" ümumi ad - sərlövhə altında birləşəcəkmiş. Onlardan biri ("Eşşəyin itməkliyi") yazılmış, ikincisi ("Danabaş kəndinin məktəbi") yarımçıq qalmışdır. "Danabaş kəndinin əhvalatları" adı isə "Eşşəyin itməkliyi" əsəri üzərində qalmış, bu povest "Danabaş kəndinin əhvalatları" adı ilə məşhurlaşmışdır. Əsər ilk dəfə yazıçının ölümündən sonra ayrıca kitabça kimi dərc olunmuş (1936), sonralar ədibin müxtəlif kitablarına, o cümlədən "Əsərləri" (1936), üçcildlik və altıcildlik "Əsərləri"nin I cildinə (1966, 1983) daxil edilmişdir. == Süjet == Əsərin sərlövhəsindən sonra kiçik bir remarka ("Nağıl edibdi lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil") və Sokratın sözlərindən epiqraf verilib: "Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir.
Karabaş Mustafa Ağa məscidi
Karabaş Mustafa Ağa məscidi — İstanbul, Bəyoğlunda, Topxanada yerləşən Osmanlı məscidi. == Tarixi == Məscid XVI əsrdə Babüssəade Ağa Karabaş Mustafa Bin Qorqud bəy tərəfindən tikilmişdir. Məscid zaman-zaman təmir olunub. 1957-ci ildə mərhum baş nazir Adnan Menderesin əmri ilə sökülərək yenidən tikilib. Məscidlə vəhdət təşkil edən sufi xanədanı (türk. Zaviyə), ibtidai məktəb və ibadətxanadan əsər-əlamət qalmayıb. Bəzi mənbələrdə bu xanədanlarda Qədr gecəsi mərasimlərinin keçirildiyi qeyd olunur. Bunu məscidin məzarlığından tapılan qəbir daşları da təsdiq edir. Xanədanda xidmət etmiş şəxslərin xronologiyası belədir: Molla-zadə Şeyx Mehmet Qasım Çələbi (1506), Karabaş Ramazan (1609), Misirli Ömər (1658), Karabaş İsgəndər (1667), Hacı Hüseyn (1717), Hacı Mehmet (1719), Hacı Nur Əhməd (1765), Hüseyn (1774), Hacı Abdullah (1785), Mustafa Mühsin (Kadiri, 1796), Seyyid Əbdülqədir (1802), Seyyid Mustafa (Sümbüli, 1807), Seyyid Əhməd (Qədiri, 1832), Şeyx Şakir (1860), Şeyx Əhməd (1908) və Hobcuoğlu Şakir bəy. == Memarlıq xüsusiyyətləri == Ümumi sahəsi 295 m² olan məscidin divarları daş və kərpicdəndir.
Barabbas
Barabbas(arami. בר אבא, q.yun. Βαραββᾶς) — Bibliya personajı, qatil, kütlə Həzrəti İsanı deyil, onu seçmişdi. == Həyatı == İsa Məsihi “ camaatı üsyana təşviq etmək “ üstə həbs edib cəzaya məhkum etmək istəyən Qüds valisi Ponti Pilat, yəhudilərin pasxa bayramı günü, adət - ənənəyə uyğun olaraq iki dustaqdan birini xilas etmək üçün xalqa müraciət edərək hansının azad edilməsini istədiklərini soruşur. Xalq isə iki dustaqdan birinin, İsa Məsihin çarmıxa çəkilməsini istəyir… Digər ikinci şəxs isə Nobel mükafatlı İsveçli yazar Per Lagerkvistin bu məşhur romanına qəhrəman olaraq seçdiyi Varavva (orijinal adı Barabbas ) idi… Oğru, quldur olan Barabbasa da həmən gün edam ediləcək dustaqlar arasında idi və yəhudi camaatın İsaya olan nifrəti məhz onun azad olunmasına yol açmışdı: “ Mən də onun kimi seçilmişlərdənəm! Nə olsun ki o Tanrının oğludur? Amma ölmək məqamında ölümə o getdi, azad olmaq üçün mən seçildim! “ . Barabbasa hər kəsin Tanrı oğlu deyərək bəhs etdiyi, gələcəkdən xəbər verə bildiyi söylənilən, möcüzələr göstərən, hər kəsə yol göstərən Müəllim olduğu deyilən və ən əsası isə onun əvəzinə çarmıxa çəkilən insanın edamını öz gözləri ilə kənardan izləyir. Həmən Müəllimin şagirdlərindən eşitdiyi “ 3 gün sonra Müəllim diriləcək “ xəbərindən tamam heyrətlənərək bu hadisəni də öz gözləri ilə görməyə qərar verir və anlayır ki, bu heç də dirilmə deyil.
Qaraqaş
Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.
Adi qaraqaş
Adi qaraqaş (lat. Acanthalburnus microlepis) — Qaraqaş cinsinin nümayəndəsidir. == Yayılması == Azərbaycanda Kür çayının orta hissəsində, Ağstafaçay, Qanıxçay və Tərtərçayda, Arazın yuxarılarında (Naxçıvançaya qədər) yayılıb. Respublikadan kənarda Kür və Arazın yuxarılarında, Araqva, Borjomi, Ərdəhan, Arpaçay, Qarasuçay, Qarsçay çaylarında və Çıldır gölündə yayılmışdır. == Morfoloji əlamətləri == D III (7) 8 (9), A II–III 14–19, adətən 15–17 şüa olur. Udlaq dişləri 2.5–5.2 və ya 2.5–4.2-dir. Qəlsəmə dişcikləri seyrək və qısadır. Uzunluğu 23,5 sm, adi halda 15,0 sm-dir. Quyruq üzgəci uzun və dərin haçalıdır. Alt hissəsi üst hissəsindən bir qədər uzundur.
Qaraqaş tatarları
Qaraqaş və ya Qaraagas tatarları – Qafqazdan Volqa deltasına köç edib, oraya yerləşmiş noğay tayfalarına daxil olan türk boyu. Şiə müsəlman olan Qaraqaş tatarları Qaraağaç noğayları olaraq da adlandırılırlar. Son dövrlərdə xeyli sayda Qaraqaş tatarları müxtəlif etnoslar arasında assimiliyasiya olmuşdurlar. Onları həmçinin, regiondakı digər türk soylu etnoslardan fərqləndirən onların dini kimlikləridir. Belə ki, Qaraqaş tatarları şiə müsəlmandırlar. Azərbaycandakı xeyli sayda olan Qaraqaş yer adlarının bu tayfa ilə əlaqəli olduğu güman edilir. Noğayların bu qrupu əsasən Həştərxan civarlarında yaşamaqdadırlar. Bu qrup uzun müddət Kazan tatarları hesab edilmişdirlər. Lakin danışdıqları şivənin Kazan tatarlarından xeyli fərqli olduğu aşkar ortadadır. Uzun müddət Kazan tatarlarının mədəni, siyasi təsirlərinə məruz qalıblar.
Qaraqaş (Qars)
Qaraqaş — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 237 nəfərdir (2022).
Qaraqaş Məhəmməd Paşa
Qaraqaş Məhəmməd Paşa (v. 14 sentyabr 1621, Xotin) — Osmanlı sultanı II Osman dövründə Budin bəylərbəyi vəzifəsini icra edən vəzir idi. 1612-ci ilin dekabr ayından - 1613-cü ilin oktyabr ayına kimi Bosniya qubernatoru olmuşdur. 1615-ci ildə I Əhmədin qızı Ayşə Sultanla evlənərək saraya kürəkən və Budin bəylərbəyi oldu. 1621-ci ildə Osmanlı-Polşa müharibəsində iştirak etdi və Xotın mühasirəsində öldü.
Qaraqaş Əli Paşa
Qaraqaş Əli Paşa (ö. yanvar 1670) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra baş çavuş olaraq xidmət etməyə başladı. Ardından 1667-ci ilin oktyabrında Rumeli bəylərbəyi payəsi (namizəd) alaraq Sivas sancaqbəyi, 1668-ci ilin noyabrında isə vəzir rütbəsilə Misir bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən 1670-ci ilin yanvarında Misirdə vəfat etdi. Sicill-i Osmani I, səh.
Solğun qaraqaş tinamu
Solğun qaraqaş tinamu (lat. Crypturellus transfasciatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.