Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dayaklar
Dayaklar (protoavstroneziya dilində Daya – “qurunun daxili, sahildən uzaq hissələri”) — Kalimantan adasının daxili rayonlarında (İndoneziya, Malayziya, Bruney) yaşayan Avstroneziya xalqlarının ümumiləşdirici adı. Ənənəvi olaraq dayaklara tala əkinçiliyi ilə məşğul olan və İslamı qəbul etməyən adanın yerli sakinləri aid edilir; sahilyanı rayonlarda suvarma çəltikçiliyi ilə məşğul olan müsəlman malayyalılar, həmçinin cəngəlliklərdə ovçuluq və yığıcılıqla məşğul olan punanlar dayakladan fərqləndirilir. Ümumi sayları 4–5 mln. nəfərdir (2006). Avstroneziya dil ailəsinin müxtəlif qollarına aid dillərdə (bax Kalimantan dilləri) danışırlar. Ayrı-ayrı dayak tayfalarında mnemonik piktoqrafiya mövcud idi. İban, nqacu və s. dillərdə 19-cu əsrin ortalarında xristian missionerlər tərəfindən işlənib hazırlanmış, yaxud İndoneziyada tətbiq edilən latın əlifbasının təsiri altında 20-ci əsrin ikinci yarısında yaranmış yazı sistemləri meydana gəldi. İndoneziya dayaklar arasında yayılmış nqacu dili, Saravakda isə iban dili etnoslararası ünsiyyət vasitəsi kimi istifadə olunur. İndoneziya dili (İndoneziyada) və ədəbi Malayya dili (Malayziya və Bruneydə) də yayılmışdır.
Dayaq
Şaquli bir daşıyıcı, bina və ya qayığı sabitləşdirmək və əyilməsinin aşmasının və ya yıxılmasının, qarşısını almaq üçün istifadə olunan taxta və ya betondan hazırlanmış sinə dayağı. Müxtəlif mənalarda istifadə olunur: Memarlıq lüğətində ağac texnikasına əsaslanan köhnə türk memarlığında aşağı mərtəbədəki çıxma bölməsini (erker) dəstəkləmək üçün istifadə edilən dayaqlara verilən addır.
Dayka
Dayka (ing. dike və ya dyke – sədd, daş divar) — intruziv maqmatik süxurların yatım formalarından biri. Paralel müstəvilərlə hüdudlanır. Dayka maqmanın Yer qabığındakı şaquli və maili çatlarda soyumasından əmələ gəlir. Yerləşdiyi ətraf süxurlara nisbətən bərk olur və onlar aşındıqda Dayka divar kimi görünür. Daykanın qalınlığı bir m-dən onlarla mədək, uzunluğu isə onlarla m-dən yüzlərlə km-ədək olur. Әmələ gəlməsinə görə üç genetik qrupa bölünür: maqma ərintisinin şaquli, yaxud maili çatları doldurması nəticəsində əmələ gələn endodaykalar, flüidlərin təsirindən metasomatik yolla əmələ gəlmiş metadaykalar, çöküntü və vulkanik qırıntı materialların çatları doldurması nəticəsində əmələ gələn ekzodaykalar. Təktək və qrup Daykalara (radial, həlqəvi və paralel Daykalar kompleksi) rast gəlinir. Radia və həlqəvi Daykalar, əsasən, intruziv massivlər və vulkanlarla əlaqədardır. Paralel Daykalar kompleksi orta okean silsilələrində intişar tapmışdır.
Kayak
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
Mayak
Mayak ya da dəniz fənəri — gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlarında inşa olunan hündürmərtəbəli tikiliyə verilən ad. Poçt markası Ukrayna mayakları Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine Ukraynada mövcud olan mayaklar «Школы Яхтенного Капитана».
Dayan (Xudafərin)
Dayan (fars. دايان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (10 ailə).
Dayan Kiton
Dayan Kiton (ing. Diane Keaton; həqiqi adı — Dayan Holl, ing. Diane Hall; 5 yanvar 1946-cı ildə, ABŞ-də Los-Ancelesdə anadan olmuşdur, — ABŞ aktrisası, kinorejissoru və prodüseri. Dayan Kiton Oskar kino mükafatını, "Qaydalı və qaydasız mükafat" filmindəki roluna görə "Qızıl qlobus" mükafatını, "Enni Holl" filmindəki ən yaxşı qadın roluna görə "BAFTA" mükafatını almışdır. ABŞ hüdudlarından kənarda Frensis Ford Koppalanın "Xaç atası" (1972, 1974 və 1990) film trilogiyasında və Allen Vudinin filmlərindəki rollarına görə tanınmışdır. Dayan Kitonun iştirakı ilə çəkilən filmlər 2,7 milyard dollardan çox gəlir qazandırmışdır.. Dalan Kiton aktrisalıq fəaliyyəti üçün anası Dominis Dunnenin qızlıq soyadını götürmüşdür.. 1969-cu ildə o, "Saçlar" musiqisi ilə ilk dəfə səhnəyə çıxmışdır. Elə həmin dövrlərdə onun Allen Vudi ilə uzun müddət davam edən əməkdaşlığı başlamışdır, bu əməkdaşlığın ən pik nöqtəsini "Enni Holl" komediyasındakı baş rola görə aldığı Oskar mükafatı oldu. Dayan Kitonun Allen Vudi ilə münasibətləri çəkiliş meydançasından kənarda da inkişaf etsə də, onlar ayrıldılar və Dayan Kiton Uorren Bitti ilə yaxınlaşdı.
Dayan Kryuqer
Dayan Kryuqer (15 iyul, 1976, Almaniya, eng: Diane Kruger) — almaniyalı aktrisa və keçmiş model. Şimali Amerikada onu "Troya" filmindənki Helen və Nikolas Keyclə birlikdə çəkildiyi "Millətin dəfinəsi", "Millətin dəfinəsi:kitabın sirri" filmindəki Dr. Abiqeyl Ceys roluna görə tanıyırlar. Dayan Kryuqer 15 iyul 1976-cı ildə Aşağı Saksoniyada yerləşən Hildeshaym şəhəri yaxınlığındakı Algermissen adlı kiçik alman qəsəbəsində dünyaya gəlib. Atası Hans-Haynrix Haydkryuqer kompüter mütəxəssisi, anası Mariya Tereza Haydkryuqer isə adi bank işçisi idi. Dayanın Ştefan adında özündən kiçik qardaşı da var. O, uşaqlıqdan baletlə məşğul olmaq arzusunda idi və artıq 2 yaşından rəqs etməyə başlamışdı. Balet məktəbinə gedən Dayan 1987-ci ildə təhsilini davam etdirməsi üçün London Kral Balet Məktəbinə göndərilmişdi. Artıq iki ildən sonra dördüncü dərəcə alan Dayan dizindən aldığı zədəyə görə peşəkar balerina olmaq arzusunu unutmalı oldu. 1989-cu ildə Dayan Almaniyaya qayıtdı və elə həmin il onun valideynləri boşandılar.
Dayan Murzin
Dayan Fatqolbayan oğlu Murzin (tatar. Dayan Fätqolbayan ulı Murzin, Даян Фатколбаян улы Мурзин; 20 yanvar 1921, Köhnə Balıqlı, Ufa quberniyası – 9 fevral 2012, Ufa) — İkinci Dünya müharibəsi və Müqavimət hərəkatının iştirakçısı. Dayan Fatqolbayan oğlu Murzin 20 yanvar 1921-ci ildə Ufa quberniyasının Köhnə Balıqlı kəndində (indiki Başqırdıstanın Bakalı rayonu) anadan olub. Məktəbi əla qiymətlərlə bitirmişdir. Milliyyətcə tatardır. Müharibədən əvvəl Kuşnarenkovo ​​pedaqoji məktəbini bitirib. Köhnə Balıqlı kəndində kənd müəllimi işləyib, ardınca Taktaqulovskaya natamam orta məktəbinin direktoru olub. 1941-ci ilin mayında Riqa Hərbi Məktəbini bitirmiş, Baltik Hərbi Dairəsinin 10-cu Piyada Diviziyasında taqım komandirinin köməkçisi vəzifəsində çalışmışdır. 1941-ci il iyunun 22-dən cəbhəyə yola düşmüşdür. 10-cu piyada diviziyasında taqım komandiri kimi döyüşmüşdür.
Kayak.com
Kayak.com (bəzən KAYAK) - The Priceline Group şirkətinə aid gediş haqqı toplayıcı və səyahət meta axtarış sistemidir. 18 dildə xidmət göstərir. Kayak.com həmçinin checkfelix və swoodoo adlı axtarış sisteminin də sahibidir. Əvvəllər müstəqil şirkət olan KAYAK Software Corporation 21 may 2013-cü ildə The Priceline Group tərəfindən satın alınıb. KAYAK Stiv Hafner və Pol İnqliş tərəfindən 2004-cü ildə qurulmuşdur. KAYAK-ın indiki baş icraçı direktoru Stiv Hafner 1991-ci ilin noyabrında Orbitzin qurulmasında kömək etmiş və biznesin inkişafı, reklam satış, marketinq və məhsul marketinqi fəaliyyətinə rəhbərlik etmişdir. Şirkət 2004-cü ildə DelaverdəTravel Search Company, Inc adı ilə qeydiyyatdan keçmişdir. 2004-cü il avqust ayında Kayak Software Corporation, 2011-ci ildə isə KAYAK Software Corporation adını almışdır. 2007-ci ilin dekabr ayında General Catalyst Partners, Sequoia Capital, Accel Partners, and Oak Investment Partners şirkətlərinin də daxil olduğu sərmayəçilər qrupundan 196 milyon ABŞ dolları vəsait alan KAYAK SideStep adlı səyahət saytını satın aldı. 5 mart 2010-cu ildə KAYAK www.travelpost.com saytının aktivlərini və özünün səyahət məlumat biznesini The New Travelco, Inc.
Mayak (Beyləqan)
Mayak — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Mayak (dəqiqləşdirmə)
Mayak — Gəmilərə yol göstərən qurğu. Mayak (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Mayak bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.. Mayak (qəzet) — Sovet dövründə Əli Bayramlıda nəşr olunmuş qəzet. 1 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. 2 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Mayak (radiostansiya)
"Mayak" dövlət radioyayım kompaniyası ("Mayak" DRK, "Radio Mayak") — SSRİ məkanının ən böyük və ən tanınan radiostansiyalarından biri. 1964-cü ildə Sov.İKP MK-nın qərarı ilə qurulmuşdur. 1 avqust 1964-cü ildən 14 mart 2013-cü ilə kimi bütün SSRİ və MDB ərazisində uzun və qısa dalğalarda yayımlanırdı. Hal-hazırda UKV və FM diapazonlarında Rusiyanın bir çox şəhərlərində və MDB ölkələrinin bəzi şəhərlərində yayımlanır. Bu günə kimi radionun siqnalı kimi Moskva gecələri musiqisindən istifadə olunur.
Mayak Kərimov
Mayak Kərimov (30 noyabr 1944 – 4 noyabr 2011)— Azərbaycanlı aktyor. Mayak Kərimov 30 noyabr 1944-cü ildə anadan olmuşdur. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərdə əsasən epizodik rollarda çəkilmişdir. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Aktyorluq" fakültəsini bitirmişdir. Onu 60-a qədər filmdə görmək olar. 4 noyabr 2011-ci ildə vəfat etmişdir. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-rol: əksinqilabçı təşkilat üzvü Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Ədhəmin dostu Anlamaq istəyirəm (film, 1980)-rol: elmi işçi Bəyin oğurlanması (film, 1985) Bir nömrəli... (film, 1980) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Dad (film, 1984) Dədə Qorqud (film, 1975) Doğma sahillər (film, 1989) Dolu (film, 2012) Əlavə iz (film, 1981) Əzablı yollar (film, 1982) Evlənmək istəyirəm (film, 1983) Gümüşü furqon (film, 1982) "Hacı Mail" nağılı... (film, 2005) Həmyerli (film, 1989) Həyat bizi sınayır (film, 1972) Xəbərdarlıq (film, 1985) Xoşbəxtlik qayğıları (film, 1976) İşarəni dənizdən gözləyin (film, 1986) İşgüzar səfər (film, 1982) Kölgədə 40 dərəcə isti (film, 1988) Küləyapardı (film, 1986) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qəm pəncərəsi (film, 1986) Qətl günü (film, 1990) Qəzəlxan (film, 1991) Mastika (film, 1986) Məhəbbətin familiyası (film, 1977) Mənim ağ şəhərim (film, 1993) Musiqili sınaq (film, 1982) Nəsimi (film, 1973) Nizami (film, 1982) O qızı tapın (film, 1970) Orijinal üsul (film, 1983) Özgə ömür (film, 1987) Papaq (film, 2007) Pəncərə (film, 1991) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sübut (film, 1982) Şir evdən getdi (film, 1977) Təhminə (film, 1993) Tənha narın nağılı (film, 1984) Torpaq.
Mayak bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Moşe Dayan
Moshe Dayan (ivr. ‏משה דיין‎‏‎; 20 may 1915 – 16 oktyabr 1981) — İsrail hərb və dövlət xadimi. Moşe Dayan Fələstində yəhudi kəndində doğulmuş və bütün gəncliyini öz kəndlərini ərəblərdən qorumaqda, sonra isə partizan müharibəsində keçirmişdi. Moşe Dayan XX əsrin 30-cu illərin ortalarında ingilis batalyonlarında sərt təcrübə məktəbi keçmişdir. İkinci dünya müharibəsində ingilis ordusunda iştirak edərkən binokluna dəyən güllə nəticəsində bir gözünü itirmişdi. Moşe Dayan 1945-ci ildə zabit rütbəsində tərxis olunub Fələstinə gəlir. O zaman Fələstin ərazisində 1 milyon 200 min ərəb, 650 min yəhudi yaşayırdı. Bura ingilislərin əlində idi. Lakin onlar BMT-nin qərarı ilə ölkədən çıxıb getdikdən sonra ərəblərlə yəhudilər arasında ölkəyə sahib olmaq, daha doğrusu, burada mövcud olmaq uğrunda gərgin mübarizə başlandı. Moşe Dayan 1948-ci il yanvarın 10-da ərəb azadlıq ordusu yarandı.
Qadir Dayan
Qadir Dayan (tam adı: Qadir Həkim oğlu Dayanov; başqırdca: Ҡадир Хәким улы Даянов; 4 fevral 1910, Qonşaq[d], Perm quberniyası[d] – 19 oktyabr 1975, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — Başqırd dramaturqu, yazıçısı və şairi. 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü Qadir Həkim oğlu Dayanov 4 fevral 1010-cu ildə Orenburq quberniyasının, Çelyabinsk qəzasının Kunaşak aulunda anadan olmuşdur. 1927-ci ildə orta məktəbi bitirmiş, Arğayaş şəhərində müəllim kurslarında təhsil almış, bir müddət pedoqoji fəaliyyətlə məşğul olmuş, məktəb direktoru vəzifəsində çalışmışdır. 1930-1933-cu illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda təhsil almışdır. 1933-1935-ci illərdə Sterlitamaksk Pedaqoji Məktəbində müəllimlik etmişdir. 1936-1941-ci illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda Başqırd dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra Başqırdıstan Kitab Nəşriyyatında işləmiş və Başqırdıstan SSR Yazıçılar Birliyində məsləhətçi vəzifəsini tutmuşdur. 19 oktyabr 1975-ci ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində vəfat etmişdir. Qadir Dayan 1929-cu ildə mətbuatda yayınlanan “Qızıl bayraq” (“Ҡыҙыл флаг”) şeiri ilə yaradıcılığa başlamışdır.
Üzən mayak
Üzən mayak ― mayak funksiyasını görən gəmi. Onlar çox dərin və ya hər-hansısa digər səbəbə görə mayak tikintisi üçün yararsız olan sularda istifadə olunur. Roma İmperiyası dövründə gəmilərdə atəş fənərləri barədə qeydlər olsa da, ilk müasir üzən mayak İngiltərədə Temza çayının mənsəbindəki Nor barında 1734-cü ildə Robert Hamblin tərəfindən quraşdırlmışdır. Bu növ köhnəlmiş sayılır.
Mayak (film)
Mayak (ing. The Lighthouse) — 2019-cu il ABŞ istehsalı dram filmi. Filmin rejissoru Robert Eqqersdir. Ssenari müəllifləri Robert və Maks Eqqersdir. Baş rollarda Villem Defo və Robert Pattinson çəkilib. Film 19-cu əsrin sonlarında Yeni İngiltərə sahillərindəki təcrid olunmuş adada yaşayan iki mayak gözətçisindən bəhs edir. a24films.com/films/the-lighthouse — Mayak rəsmi saytı at A24 Mayak — Internet Movie Database saytında.
Mayak gözətçisi
Mayak gözətçisi (ing. Lighthouse keeper) — XVIII əsrdən etibarən geniş yayılmış və zamanla ardıcılları azalmış peşə, mayakların fasiləsiz fəaliyyətini təmin edən şəxslər. Mayak gözətçiləri mayakların təmizliyi, xüsusən də yağ lampalarının və saat mexanizmlərinin işlək və saz vəziyyətdə olmasına cavabdeh olan şəxslər idilər. Əsasən ucqar ərazilərdə fəaliyyət göstərən mayaklarda tək-tənha həyat yaşayan mayak gözətçisi mövzusu populyar mədəniyyətdə özünə xüsusi yer tapmışdır. Əksər vaxtlarda ailələrindən uzaqda qalan mayak gözətçilərinin yaşadığı etik dilemmalar, ağır psixoloji vəziyyətlər bir çox filmlərin ana mövzusu kimi çıxış edib. 2019-cu ildə ABŞ-da istehsal olunmuş və baş rollarında Villem Defo və Robert Pattinsonun çəkildiyi Mayak filmi XIX əsrin sonlarında Yeni İngiltərə sahillərindəki təcrid olunmuş adada yaşayan iki mayak gözətçinin dramatik münasibətlərindən bəhs edir. Dünyada bir şəxsin mayak gözətçisi kimi ilk dəfə harada xidmət göstərməsi dəqiq məlum deyil. Amerika Birləşmiş Ştatlarında mayak gözətçisi kimi fəaliyyət göstərmiş ilk şəxs Corc Vortleyk olmuşdur. O, 1716–1718-ci illərdə Boston şəhəri yaxınlığında yerləşən şəhər limanı adlı mayakda işləyib. 1776-cı ildə Anna Tomas əri Con Tomasın ölümündən sonra Massaçusets ştatının Plimut limanında yerləşən mayakda gözətçi kimi fəaliyyətə başlamaqla ABŞ-ın ilk qadın mayak gözətçisi kimi tarixə keçmişdir.
Barat Daya
Barat Daya (ind. Pulau Banyak) — Kiçik Zond adalarının şimal-şərq hissəsində yerləşən adalar qrupu. İnzibati baxımından İndoneziyanın Maluku vilayəti, Barat Daya dairəsi ərazisində yerləşir. Arxipelaqa 1 iri (Vetar (3,6 min km²) və bir neşə kiçik ada daxildir (Roma, Damar, Teun və Nila.). Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük Vetar (1412 m) adasında yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində orta temperatur 25-27 ºС arasında dəyişir. Sıx meşələri savannalar əvəz edir. İl ərzində 2000 mm yağıntı düşür.
Böyük dayaq (roman)
Böyük dayaq— Mirzə İbrahimovun romanı. Əsər 1957-ci ildə yazılmışıdr. M. İbrahimovun bu əsəri sovet dövrü Azərbaycan ədəbiyyatında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edən ilk romandır. Məlumdur ki, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatı birtərəfli şəkildə təsvir olunub. Bu, bir tərəfdən sosialist realizmi deyilən yaradıcılıq metodunun, digər tərəfdən isə şəxsiyyətə pərəstiş dövrünün tələbləri ilə bağlı olub. Ailə və məişət zəminində yenilik və konflikt əsasında qurulan əsərin əsas sujet xəttini kolxoz təsərrüfatının inkişaf yolları, ona rəhbərlik üsulu təşkil edir. Latış ədəbiyyatşünası Y. Çakurs Mirzə İbrahimovu "böyük dünyəvi problemlər qaldıran qüdrətli ədib" kimi səciyyələndirir, "Böyük dayaq" əsərinin ümumxalq şöhrətini onun sənətkarlıqla, ilhamla təsvirində, xəlqiliyində görür, maraqlı xarakterlərə, Azərbaycan torpağının misilsiz təbiətinə və müasir həyatına heyranlığını bildirir. Mirzə İbrahimovun "Böyük dayaq" ictimai-psixoloji romanı bir sıra müasir və aktual problemlərə vaxtında toxunduğuna görə, ciddi sosial əhəmiyyət kəsb edir. Sənətkarın irihəcmli sanballı əsərləri milli romana yeni keyfiyyətlər daxil etməklə yanaşı, müasir ədəbiyyatın yaradıcılıq üfüqlərini genişləndirir. Rüstəm kişi, Maya, Qaraş, Şirzad, Qızyetər, Pərşan, Səkinə, Telli, Yastı Salman, Lal Hüseyn, Yarməmməd, Kələntər Qoşma, Bayatı, Sayaçı sözləri, alqış, qarğış, eyham, Atalar sözü və məsəllər, atmaca, məişət nəğmələri, "Muğam" əfsanəsi, xalq oyunu, xalq sınamaları Böyük dayaq (film, 1962) Qarayev Y. "Meyar şəxsiyyətdir".
Dayaq (maye dinamikası)
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır. Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.
Küçük Mayak (Uçalı)
Küçük Mayak (başq. Көсөк-Маяҡ, rus. Кучуково-Маяк) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 71 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 11 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 41 km.
Mayak (Rostov vilayəti)
Mayak — Rostov vilayəti, Salsk rayonu ərazisində yerləşən yaşayış məntəqəsi. Bedrika k, Zelyonaya k, Krasnıx Zor k, Mir k, Molodyojnaya k, Sovxoznaya k, Stepnaya k., Trudovata k, Çentralnaya k, Tixi xiyabanı. 1942-ci ilin iyulunda alman hərbi birləşmələri yaşayış məntəqəsini ələ keçirmişdilər. Bu zaman Qırmızı ordu geriyə Manıça çəkilmişdi. 29 iyil tarixində bir necə sovey döyüşçüsu su axtarışı ilə ıkaqədar geçikdiklərindən mühasirəyə düşürlər. Onların üzərinə atəş açəlmış və döyüş başlamışdır. Bu zaman şəhər əhalisi yeraltı saxlanclarda gizlənə bilmişlər. Döyüşətək almanlar onları Sandata kəndi istiqamətinə çəkirdilər. Yaralı döyüşçülər isə Mayakda qalmışdə. Dötüşdə ölən döyüşçülər qardaşlıq məzarlığında dəfn edilmişdilər.
Mayak (film, 2012)
"Mayak" — 2012-ci ildə istehsal olunmuş qısametrajlı Azərbaycan filmi. Filmin rejissoru Fariz Əhmədovdur. Hər şey ayrılıqdan — ərlə arvadın boşanmasından başlayıb. Qadın ikinci dəfə ərə gedib və ögey ata ilə oğulun münasibətləri alınmayıb. Filmdə münasibətlərin bu bucağını qabardılmır, heç buna ehtiyac da yoxdur. Akifin narkomaniyaya qurşanması özü hər şeyi deyir və bu fakt həm də ananın övladı ilə yetərincə maraqlana bilməməsindən, onun düzgün tərbiyə etmək imkanının olmamasından xəbər verir. Qadın oğlunu həyata qaytarmaq üçün keçmiş ərinə — Ənsariyə müraciət edir və adaların birində mayak qülləsində çalışan general yeganə övladını xilas etmək istəyir. Onu xəstəxanadan götürüb özünün kimsəsiz adasına gətirir. Ənsarini hərəkət etməyə sövq edən qüvvə, bəlkə də, oğlu Akifə sevgidən daha çox günah hissidir: vaxtında yanında olsaydı, onu öz sevgisi ilə əhatə eləyə bilsəydi, Akifi "ağ ölümün" cəngindən ala bilərdi. Bəli, zaman buraxılıb, amma Ənsari öz sərt üsullarının işə yarayacağını düşünür və hesab edir ki, bu üsullar həkim müalicəsindən də effektli ola bilər.
Balak
Bələk (Balak) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda kənd. Rayon mərkəzindən 9–10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Toponim qədim türk dilində təpə mənasında işlənən bələk sözündən əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. Ermənilər buraya 1828-29 - cu illərdə İranın Salmas vilayətindən köçürülərək yerləşdirilmiş və azərbaycanlılar tarixi torpaqlarından qovulmuşdur.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Bayan
Toponimlər Bayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Bayat
Bayat (Şuşa) — Bayat (Urmiya) — Bayat nahiyəsi — Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Bayat tayfası — türkdilli tayfalardan birinin adı.
Bayaz
Bayaz — XX əsrə qədər Azərbaycan ziyalıları mühitində ailələrdə saxlanılan əlyazmalar. Bayazda seçmə şeir parçaları, dualar, ailənin xeyir-şərinə (ölüm, təzə uşağın doğulması, evlənmə, səfərəçıxma və s.) dair qeydlər, tarixlər yazılırdı. Ədəbiyyat həvəskarları buraya xoşladıqları şeir parçalarını, hikmətamiz sözləri də yazıb saxlayardılar. Başqa sözlə, bayaz qismən müasir xatirə albomlarını, qismən cüngləri, qismən də indiki vətəndaşlıq sənədlərini əvəz edirdi.