1. Binanın və s.-nin sınmış pərdilərini, yaxud uçulan divarı və s. saxlamaq, eləcə də meyvəsi çox olan ağac budaqlarını sınmaqdan qorumaq üçün onların altına vurulan ağac, dəstək və s. Barıya dayaq vurmaq.
2. Üzərində bir şey bərkidilmək, yaxud qurğu qurula bilmək üçün düzəldilmiş yer, özül; dəstək ola biləcək hər şey. Körpü dayaqları. Ayaqları dirəmək üçün qayıqda dayaq yoxdur.
3. məc. İstinad ediləcək adam, şey; kömək, arxa, himayəçi. Ailənin dayağı.
□ Dayaq durmaq – bax dayaq olmaq.
Dayaq olmaq – kömək olmaq, arxa olmaq, müdafiə etmək, himayə etmək, dalında durmaq.
Dayaq vermək – ürək vermək, ruhlandırmaq, ürəkləndirmək. Özünə dayaq vermək.