Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dendrologiya
Dendrologiya(yun. Dendron – ağac və «loqos» – öyrənmək) – botanikanın bir bölməsi. Ağac və kol bitkilərinin morfologiyasını, sistematikasını, ekologiyasını və coğrafi yayılmasını öyrənir. Ağac bitkilərinin seleksiyası da dendrologiya dəlilləri əsasında aparılır. Respublikamızın alimlərinə görə Azərbaycanda 450-dən çox yabanı ağac və kol növləri bitir. Onların 70-i endemik növlər olub, respublikamızdan başqa dünyanın heç bir yerində təbii halda bitmir. Azərbaycan AMEA Botanika institutunda, Mərdəkan və Gəncə dendroparklarında, Azərbaycan Elmi-tədqiqat Meşəçilik İnstitutunda (Bərdə və Abşeron) yeni ağac və kol növlərinin yetişdirilməsi və iqlimə uyğunlaşdırılması sahəsində tədqiqatlar aparılır.
Dendrologiya İnstitutu
Dendrologiya İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nin strukturuna daxil olan elmi təşkilat. Təşkilatın rəhbəri biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovadır (botanik). == Tarixi == Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-ci ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924–1926-cı illərdə Ümumittifaq Tətbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945–1964-cü illərdə E. T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adını almışdır. 28 iyl 2022 - ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərmanı ilə Dendrologiya İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür.
AMEA Dendrologiya İnstitutu

Dendrologiya İnstitutu (Azərbaycan)

Venerologiya
Venerologiya tibbin zöhrəvi xəstəliklərin öyrənilməsi və müalicəsi ilə məşğul olan bölməsidir. Bu sahə, adətən, dermatologiya ilə əlaqələndirilir. Venerologiyada ixtisaslaşmış həkim venereologist adlanır.
Andrologiya
Andrologiya (yun. ανδρικός — kişi + q.yun. λόγος — öyrənmə) — tibbin kişiləri, kişi anatomiyasını və fiziologiyasını, kişi cinsi xəstəliklərini və onların müalicəsi metodlarını öyrənən tibb sahəsi. Avropada andrologiya elmin və təcrübənin ayrı sahəsi kimi dəyərləndirilir. Bu sahənin əsas elmi istiqamətləri aşağıda sadalanmışdır.