Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Desert
Desert (fr. dessert-dən) — nahar və şam yeməyindən sonra verilən və xoş dad əhvalı yaratmaq üçün verilən yemək. Bir qayda olaraq şirin delikateslər verilir.
Neoseiulus desertus
Neoseiulus desertus (lat. Neoseiulus desertus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Dekeyter (Alabama)
Dekeyter, ABŞ-ın Alabama ştatının Morgan və Limestone qraflığında yerləşən şəhərdir. 2010-cu ildəki əhalinin siyahıyaalınmasına əsasən şəhərin əhalisi 55,683 nəfər təşkil edir.
Artemisia deserti
Artemisia deserti (lat. Artemisia deserti) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Salvia deserta
Salvia deserta (lat. Salvia deserta) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Desert Eagle
Desert Eagle (azərb. Səhra Qartalı‎) — Böyük kalibrli özüdolan tapança. 1983-cü ildə ABŞ-də Magnum Research şirkəti və İsraildə Israel Military Industries şirkəti tərəfindən yaradılıb. == Populyar mədəniyyətdə == Desert Eagle 600-dən çox film, televiziya şousu və video oyununda nümayiş etdirilərək populyar mədəniyyətdə geniş rol alıb. Magnum Research(en) CEO-su John Risdallın sözlərinə görə tapançanın kommersiya uğuru qismən onun filmlərdə istifadəsi ilə bağlıdır. == İstinadlar == == Mənbə == ↑U. S. Patent 4619184 (İngiliscə) ↑ 1 2 3 4 5 6 Magnum Research, Inc.
Laminqton (desert)
Laminqton (ing. lamington) — Avstraliya deserti, şokolad qlazuru və kokos yonqarı ilə örtülmüş biskvitli düzbucaq formasında təqdim olunur. Bəzən iki birləşmiş laminqton bir krem və ya çiyələkli cemin köməyi ilə bir pirojna olur. == Mənşəyi == Laminqton deserti Laminqtonun ikinci baronu, 1896-1901-ci illərdə Kvinslend ştatının qubernatoru Çarlz Uollis Aleksandra Napira Kokreyn-Beyllinin (Charles Wallace Alexander Napier Cochrane-Baillie) şərəfinə adlandırılıb. Bu desertin yaranmasına dair bir neçə versiya mövcuddur. Bir əfsanəyə görə, qubernatora gözlənilmədən qonaq gəlir, evdə bayat biskvitdən başqa heç nə olmur. Aşpaz şokolad biskvitini 4-5 sm-lik kubik şəklində doğrayır və doğranmış kokosla dilimləri örtür. Digər versiyada isə deyilir ki, biskvitin keçə forması Laminqton baronu Xomburqun sevimli forması olub. Qəribə təsadüfə görə, desert Laminqtonda bəyənilmir, o «acı, kobud, boş biskvit» adlandırılır. == Bu günkü gündə == Laminqton snek (yüngül qəlyanaltı) kimi Avstraliya və Yeni Zelandiyada populyar olaraq qalır.
Sandey (desert)
Sandey (ing. sundae) — dondurmadan desert. Adətən meyvə şərbəti və ya jele, doğranmış qoz-fındıq, şokolad, çalınmış krem və giləmeyvə ilə bəzədilmiş dondurma toplarından hazırlanır. == Həmçinin bax == Dondurma Affoqato == Xarici keçidlər == The Ice Cream Sundae’s Birthplace? That’s the 64,000-Calorie Question New York Times. 6 August 2006.
Eserlər
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. == Tarixi == === Yaradılması === === Sol eserlər === === Sağ eserlər === === Seçkilərdə === == Azərbaycanda eserlər == Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
Dəstər
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Anonim əsərlər
Anonim əsərlər-Anonim əsərlər incəsənət və ya ədəbiyyat kimi anonim, açıqlanmayan və ya naməlum yaradıcısı və ya müəllifi olan əsərlərdir. Çox köhnə əsərlərə gəlincə, müəllifin adı sadəcə olaraq tarix və zaman içində itə bilər. Anonim əsərlərin yaranmasının bir sıra səbəbləri var. == Təsvir == ABŞ-də anonim əsər qanuni olaraq "nüsxələri və ya fonoqramları üzərində müəllif kimi heç bir fiziki şəxsin müəyyən edilmədiyi əsər" kimi müəyyən edilir.[1] == İzahatlar == Çox köhnə əsərlərdə müəllifin adı sadəcə olaraq tarix və zamanla itə bilər. Belə hallarda müəllifə tez-tez Anonim, Latın dilində "anonim" kimi istinad edilir. Digər hallarda isə yaradıcının adı bilərəkdən gizli saxlanılır. Müəllifin səbəbləri təqib qorxusundan tutmuş reputasiyasının qorunmasına qədər müxtəlif ola bilər. Hüquqi səbəblər də müəllifin özünü tanımasına mane ola bilər. Müəllif həmçinin əsərləri ilə məşhurlaşmamaq üçün anonim qalmaq istəyə bilər.
Ortaq Dəyərlər İttifaqı
Ortaq Dəyərlər İttifaqı (ODİ; ing. Alliance for Shared Values, AfSV) — Nyu-Yorkda yerləşən 501(c)(3) qeyri-kommersiya çətir təşkilat, Gülən hərəkatının və ya "Hizmet"in əsas hissəsi. == Məqsədlər və strukturu == Ortaq Dəyərlər İttifaqı Türkiyə din xadimi Fəthullah Güləndən ilhamlanmışdır. Onların bəyan etdiyi məqsəd "ABŞ ətrafında ictimai xidmət, təhsil və dinlərarası dialoqun təşviqinə həsr olunmuş vətəndaş, mədəniyyət və xidmət təşkilatları üçün səs kimi xidmət etməkdir". Təşkilatın prezidenti Alp Aslandoğandır. == Ərdoğanla qarşıdurma == 2014-cü ildə ODİ bir bəyanat yayaraq Türkiyənin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşkilat üzvləri ilə bağlı "qanunlara tabe olan vətəndaşlara qarşı siyasi motivli təzyiq cəhdlərini", o cümlədən Gülənə qarşı hüquqi iş açaraq onun ekstradisiyasını tələb etməsini qınamışdır. Onlar həmçinin, Ərdoğanı Türkiyənin ABŞ ilə strateji əlaqələrindən istifadə etməkdə ittiham etmişdilər. 2016-cı ildə Türkiyə Prezidenti Ərdoğan və Türkiyə hökumətinin digər üzvləri Türkiyədə çevriliş cəhdində Fətullah Gülən və onun hərəkatını günahlandırmışdılar. ODİ həm çevrilişi, həm də bu çevrilişdə iştirakda ittihamları pisləyərək cəhd günü bəyanat yaymışdır. == İstinadlar == == Xarici keçidlər == afsv.org — Ortaq Dəyərlər İttifaqının rəsmi saytı Hannan Adely.
Elmi əsərlər (jurnal, AMEA İqtisadiyyat İnstitutu)
AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda ildə 6 dəfə nəşr olunan elmi jurnaldır. Jurnalın baş redaktoru AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov), baş redaktorun müavini f.e.n., dos. Mayis Gülaliyev, məsul katib isə Gülnarə Məmmədovadır. Beynəlxalq Standart Seriya nömrələri: Çap nəşri üçün: ISSN 2519-4909 Onlayn versiyası ücün: E-ISSN 2519-4917 == Jurnal barədə == Regional inkişafın təmin edilməsində sosial-iqtisadi problemlərin həlli üzrə nəzəri və metodoloji tədqiqatların aparılması üçün müzakirə platformasının yaradılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən 2008-ci ildə təşkilatın "Elmi Əsərlər" jurnalı təsis edilmişdir. Əsasən iqtisadçı alimlər, doktorant və dissertantlar, eləcə də elmi fəaliyyətlə məşğul olan digər bütün əməkdaşlar tərəfindən aparılan tədqiqatların nəticələrinin toplandığı bu nəşrdə, həmçinin İnstitut tərəfindən həyata keçirilən müxtəlif tədqiqat layihələrinin nəticələri də işıqlandırılır. AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı resenziyalı elmi jurnaldır. Ölkə daxilində və eyni zamanda beynəlxalq miqyasda bu sahədə rəqabətliliyin artırılması, həmçinin Azərbaycanın və dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanır və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alinmışdır.