Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalamaz
Dalamaz (lat. Lamium) — dalamazkimilər fəsiləsindən bitki birillik, ikiillik və çoxillik ot cinsi. Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ Dalamaz və gövdəniqucaqlayan Dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Gilavan
Gilavan (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Xanəgah-i Gilavan — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Diabaz
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Dilvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Aqop Dilaçar
Aqop Dilaçar Martayan (22 may 1895, Konstantinopol, Osmanlı imperiyası – 12 sentyabr 1979, İstanbul) — Türk dili üzrə mütəxəssis, dilçi, Erməni əsilli Türkiyə vətəndaşıdır. Türk-dili əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona “Dilaçar” soyadını vermişdir. Erməni və Türk dillərindən əlavə ingilis, yunan, ispan, latın, alman, rus və bolqar dillərini bilirdi. == Həyatı == 1915-ci ildə Robert Kollecindən məzunu olmuşdur. Birinci Dünya müharibəsində Qafqaz Cəbhəsində ehtiyatda olan zabit kimi vəzifə almışdır. 1919-cu ildən Robert Kollecində ingilis dili müəllimi kimi işləməyə başlamışdlr. == Fəaliyyəti == Müharibədən sonra Beyrutda erməni məktəbində müdir vəzifəsində işləmiş və orada ermənicə çap edilən ilk qəzetin, yəni “Luys”-un baş redaktoru olmuşdur. Həyat yoldaşı Meline ilə birlikdə getdiyi Sofiyada Qədim Türk dili və Qədim Uyğur Türk dili dərslərini tədris etmiş və ilk kitabını çap etdirmişdi. 22 sentyabr 1932-ci ildə Mustafa Kamal Atatürkün sədrliyi ilə keçirilən I Türk Dili Konfransına Stepan Qurdikyan və Kevork Simşekyan ilə birlikdə dil mütəxəssisi kimi dəvət edilmişdir. 1934-cü ildə türk dilinin inkişaf etdirilməsindəki fəaliyyətinə görə Mustafa Kamal Atatürk tərəfindən Aqop Martayana “Dilaçar” soyadı verilmişdir.
Ağ dalamaz
Dalamaz gicitkən, cincar (Lamium album) — dodaqçiçəklilər fəsiləsindən dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Dalamaz gicitkan
Dalamaz gicitkən, cincar (Lamium album) — dodaqçiçəklilər fəsiləsindən dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Dalavan (Piranşəhr)
Dalavan (fars. دالاوان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 199 nəfər yaşayır (35 ailə).
Dilaram Sultan
Dilaram Sultan (1595 və ya 1612 – 1647 və ya 5 (15) yanvar 1647) — Səfəvi vəliəhdi Məhəmməd Bağır Mirzənin cariyəsi, Şah I Səfinin anası. == Həyatı == Dilaram Sultan 1605-ci ildə Tiflisdə knyaz ailəsində anadan olmuşdur.[mənbə göstərin] Səfəvi-Osmanlı müharibələrində Gürcüstanın bir çox əraziləri döyüş meydanına çevrilmişdi. Bu səbəbdən atası Konstans Baqrati ailəsini Şimala – daha təhlükəsiz əraziyə aparmalı oldu. 1612-ci ildə müharibə bitdikdən sonra onlar yenidən Tiflisə geri döndülər. Lakin sabitlik uzun sürmədi. 1613-cü ildə yenidən Səfəvi-Osmanlı müharibəsi başladı. Ağır günlər keçirən ailə 1618-ci ildə qələbə qazanan Şah I Abbas tərəfindən "böyük sürgün"ün qurbanı oldu. Minlərlə gürcü ailəsi ağır şərtlər altında İranın içərilərinə köçürüldü. Dilaram Sultanın valideynləri yolda vəfat etdi, yeganə qardaşını isə yolda itirdi.Siması olduqca gözəl olan Dilaram hərəm ağaları tərəfindən yolda ikən seçilir. Onu bir neçə qızla İsfahan sarayına aparırlar.
Dilavər Paşa
Dilavər Paşa (XVI əsr – 1622, Konstantinopol) — II Osman dönəmində 17 sentyabr 1621 - 19 may 1622 tarixlərində ümumilikdə 8 ay 2 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Xorvat əsilli olub, Əndərunda təhsil almışdır. Əvvəlcə sarayda, ardından Misirdə bir çox vəzifələrdə xidmət göstərdi. Daha sonra İstanbula çağırılaraq sarayda çeşnigirbaşı təyin olundu. 1610-cu ildə Krım xanı Səlamət Gəray vəfat etmiş, İstanbulda olan Canı bəy Gərayla birlikdə Krıma gedərək onun xan olmağında köməklik göstərdi. 1613-cü ildə çeşnigirbaşlığından Kipr bəylərbəyiliyinə gətirilən Dilavər Paşa, bir il sonra Cığalızadə Mahmud Paşanın yerinə vəzir rütbəsiylə Bağdad bəylərbəyi oldu. 1616-cı ildə baş tutan İrəvan səfərinə Diyarbəkir bəylərbəyi olaraq qatıldı və bölgədə 2 qala inşa etdirərək döyüş sursatlarını bölgəyə gətirtdi. Burada mükəmməl idarəçilik məharətilə yerini sabitləyən Dilavər Paşa II Osmanın taxta çıxışından sonra (1618) Rumeli bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən Kürəkən Xəlil Paşa ilə birlikdə Səfəvilər üzərinə səfərə çıxdı. 10 sentyabr 1618 tarixində baş verən Sınıq körpü döyüşündə Osmanlı ordusu məğlub olmuş, bu məğlubiyyətin ardından ikinci dəfə Diyarbəkir bəylərbəyiliyinə gətirildi.
Gilavan (Ərdəbil)
Gilavan (fars. گيلوان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (92 ailə).
Gilavar (külək)
Gilavar — il ərzində Azərbaycan şərq ərazisində, xüsusən də Abşeron yarımadasının Bakı və Sumqayıt şəhərləri, Şamaxı rayonu ərazisində əsən isti cənub küləyinin adıdır. Xəzri ilə birlikdə Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür. Qurudan dəniz istiqamətində əsir. Yay ayları əsdikdə havanın tempuraturunu artırır, rütubəti azaldır, insanda tənəffüsü çətinləşdirir. Qış və yaz ayları havanın temperaturunu mülayimləşdirir. Gilavar sözünün etimologiyası Azərbaycanın şərqində danışılan Tat dili ilə bağlıdır. Bu söz Tat dilindəki gilə (gilə) və var (külək) sözlərinin birləşməsindən yaranmışdır.
Vilavan Apinyaponq
Vilavan Apinyaponq – tailandlı voleybolçu. İki qat Asiya çempionudur. Voleybolçu hal-hazırda İqtisadçının və Tailand millisinin kapitanıdır. == Karyerası == Apinyaponq 2008-ci il də İspaniya superliqası komandalarından "Olimpico"yla müqavilə imzalayaraq ilk dəfə ölkəsindən kənara çıxır. O burada həmyerlisi Nutsara Tomkomla bir komanda da oynayır. Burada yarım sezon oynadıqdan sonra voleybolçu milli komandadan yoldaşları-Malika Kanthong və Amporn Hyaphanın çıxış etdiyi "Ereğli Belediyespor"a transfer olunur. İki il Türkiyə Qadınlararası Voleybol Çempionatında çıxış edən Apinyaponq burada göstərdiyi oyunla Çin klublarının diqqətini çəkir. Voleybolçu 2010-cu ildə Çinin ən titullu voleybol klublarından olan Quançjou şəhərinin təmsilçisi Eveqrande ilə anlaşır. Burada Cenni Lanq Pinq rəhbərliyində çox çətin forma savaşına girən tailandlının bu klubda əsas heyətdə oynamaq istəyinə Çin voleybol federasiyasının legioner məhdudiyyəti qanunu böyük maneçilik törədirdi. Belə ki, qaydalara görə hər komanda meydançaya yalnız 2 legioner voleybolçu buraxa bilərdi.
Dilara Kurtulmuş
Dilara Kurtulmuş (türk. Dilara Kurtulmuş; 12 may 1998, Avstriya) — Türkiyə aktrisası.
Dilbaz atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidirYerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. == Tarixi == Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Aqop Dilaçar Martayan
Aqop Dilaçar Martayan (22 may 1895, Konstantinopol, Osmanlı imperiyası – 12 sentyabr 1979, İstanbul) — Türk dili üzrə mütəxəssis, dilçi, Erməni əsilli Türkiyə vətəndaşıdır. Türk-dili əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona “Dilaçar” soyadını vermişdir. Erməni və Türk dillərindən əlavə ingilis, yunan, ispan, latın, alman, rus və bolqar dillərini bilirdi. == Həyatı == 1915-ci ildə Robert Kollecindən məzunu olmuşdur. Birinci Dünya müharibəsində Qafqaz Cəbhəsində ehtiyatda olan zabit kimi vəzifə almışdır. 1919-cu ildən Robert Kollecində ingilis dili müəllimi kimi işləməyə başlamışdlr. == Fəaliyyəti == Müharibədən sonra Beyrutda erməni məktəbində müdir vəzifəsində işləmiş və orada ermənicə çap edilən ilk qəzetin, yəni “Luys”-un baş redaktoru olmuşdur. Həyat yoldaşı Meline ilə birlikdə getdiyi Sofiyada Qədim Türk dili və Qədim Uyğur Türk dili dərslərini tədris etmiş və ilk kitabını çap etdirmişdi. 22 sentyabr 1932-ci ildə Mustafa Kamal Atatürkün sədrliyi ilə keçirilən I Türk Dili Konfransına Stepan Qurdikyan və Kevork Simşekyan ilə birlikdə dil mütəxəssisi kimi dəvət edilmişdir. 1934-cü ildə türk dilinin inkişaf etdirilməsindəki fəaliyyətinə görə Mustafa Kamal Atatürk tərəfindən Aqop Martayana “Dilaçar” soyadı verilmişdir.
Bilaval Bhutto Zərdari
Bilaval Bhutto Zərdari(urdu بلاول بھٹو زرداری; 21 sentyabr 1988, Kəraçi)—Pakistanlı siyasətçi və Pakistan Xalq Partiyasının sədri. Bənazir Bhutto və Asif Əli Zərdarinin oğlu,Zülfüqar Əli Bhutto isə nəvəsidir.
Xanəgah-i Gilavan
Xanəgah-i Gilavan (fars. خانقاه گيلوان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (40 ailə).
Əbdürrəhman ağa Dilbaz oğlu
Əbdürrəhman ağa Dilbaz oğlu (d. XVIII, Xanlıqlar, Qazax sultanlığı - ö. XIX əsr, Gürcüstan-İmeretiya quberniyası, Rusiya imperiyası) XVIII əsrin ikinci yarısı və XIX əsrin birinci yarısında fəaliyyət göstərmiş Azərbaycan türklərindən olan şair. == Həyatı == Əbdürrəhman ağa XVIII əsrdə Qazax sultanlığının Xanlıqlar kəndində dünyaya gəlmişdir. Gürcü çarı II İrakli Qazax mahalını Gəncə xanlığının hökmdarı Cavad xan Ziyadoğluna tabe etmək istədiyini bəhanə edərək onun gözlərini çıxartdırmışdır. == Yaradıcılığı == Əbdürrəhman Dilbazoğlu “Şair” təxəllüsü ilə şeir yazıb. O, dövrünün ən mühüm şairlərindən biridir. Dilbazoğlu Azərbaycan ədəbiyyatının vətənpərvərlik və azadlıq hərəkatı janrında fəaliyyət göstərmiş ilk nümayəndələrindən olmuşdur. Şairin gözü oyulduqdan sonra novxa (qəmli, şəhid misrası) yazıb: Şairin ən məşhur şeirlərindən biri 1804-cü ildə rus qoşunları ilə vuruşan Gəncə xanı Cavad xan Ziyadoğlunun rəşadət və hünərinin vəsf olunduğu müxəmməsidir: == İstinadlar == == Mənbə == Pərvanə Məmmədli, «Cənubi Azərbaycan ədəbiyyatı məsələləri». Cənubi Azərbaycan ədəbiyyatı məsələləri.