DİLAVƏR

sif. [ fars. ]
1. Qoçaq, igid, cəsur, ürəkli, mərd.
Çətin ələ düşər dilavər gözəl. Q.Zakir.
Zeynəb … dilavər, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. S.S.Axundov.
Fərman həmişə belə qoçaq və dilavər qızların yanında sıxılar və özünü itirərdi. Ə.Sadıq.

// İs. mənasında. Dilavərlər yığıldılar.
2. Dilli, yaxşı danışmağı bacaran, məharətlə danışa bilən. O, çox dilavər adamdır.
[Gövhər qarı:] Gərək ortada mənim kimi dilavər bir adam ola ki, tükü-tükdən seçə bilə. İ.Şıxlı.
Dedim: – Söz ustası, mahir, dilavər; Şairə Məhsəti sənmisən məgər? M.Dilbazi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLAVƏR qoçaq — igid — cəsur — ürəkli — mərd
  • DİLAVƏR dilli

Etimologiya

  • DİLAVƏR Kökü azərbaycancadır, -avər isə farsca avərdən (gətirmək) məsdərinin əsasıdır. Hərfi mənası dili gətirən (yaxşı danışıq qabiliyyəti olan), məcazi məna
DİLARXASI
DİLAVƏRANƏ
OBASTAN VİKİ
Dilavər Paşa
Dilavər Paşa (XVI əsr – 1622, Konstantinopol) — II Osman dönəmində 17 sentyabr 1621 - 19 may 1622 tarixlərində ümumilikdə 8 ay 2 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Xorvat əsilli olub, Əndərunda təhsil almışdır. Əvvəlcə sarayda, ardından Misirdə bir çox vəzifələrdə xidmət göstərdi. Daha sonra İstanbula çağırılaraq sarayda çeşnigirbaşı təyin olundu. 1610-cu ildə Krım xanı Səlamət Gəray vəfat etmiş, İstanbulda olan Canı bəy Gərayla birlikdə Krıma gedərək onun xan olmağında köməklik göstərdi. 1613-cü ildə çeşnigirbaşlığından Kipr bəylərbəyiliyinə gətirilən Dilavər Paşa, bir il sonra Cığalızadə Mahmud Paşanın yerinə vəzir rütbəsiylə Bağdad bəylərbəyi oldu. 1616-cı ildə baş tutan İrəvan səfərinə Diyarbəkir bəylərbəyi olaraq qatıldı və bölgədə 2 qala inşa etdirərək döyüş sursatlarını bölgəyə gətirtdi. Burada mükəmməl idarəçilik məharətilə yerini sabitləyən Dilavər Paşa II Osmanın taxta çıxışından sonra (1618) Rumeli bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən Kürəkən Xəlil Paşa ilə birlikdə Səfəvilər üzərinə səfərə çıxdı. 10 sentyabr 1618 tarixində baş verən Sınıq körpü döyüşündə Osmanlı ordusu məğlub olmuş, bu məğlubiyyətin ardından ikinci dəfə Diyarbəkir bəylərbəyiliyinə gətirildi.

Digər lüğətlərdə