Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dirəklər
Dirəklər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dirəkli, Qafqazın 5 verstlik xəritəsində Dirəklər kimi qeyd edilmişdir. Toponim qədim tereklər (dirəklər) türk tayfasının adı əsasında əmələ gəlmişdir. Tereklər (direklər) XIII-XIV əcrlərdə Anadolu yarımadasında yaşamışlar. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karnut qoyulmuşdur. == Əhalisi == Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır.
Giləkcə
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Pirəköcə
Pirəköcə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Pirəköcə kəndi Kürdəmir rayonunun eyniadlı bələdiyyəsinin tərkibində, Kür çayının sağ sahilində, Şirvan düzündə yerləşir. Rayon mərkəzindən 50 km, Sabirabad rayonunun mərkəzindən 23 km, Bakı şəhərindən isə 239 km uzaqlıqdadır. Sabirabadın Muradbəyli kəndi ilə Kür çayı, Kürdəmirin Axtaçı və Qocalı kəndləri ilə isə quru vasitəsilə qonşudur. Qədim zamanlarda Kür çayı vasitəsilə Pirəköcədən Tiflis, Qazax şəhərlərinə getmək olardı. Lakin XX əsrin ortalarından başlayaraq çay üzərində Mingəçevir, Şəmkir, Yenikənd və s. su-elektrik stansiyaları tikildiyindən hazırda həmin şəhərlərə getmək mümkün deyildir. Kəndin adının etimologiyası orta əsrlərdə burada olan bir pirlə bağlıdır. Kür çayı daşarkən həmin piri məhv etmişdir. Hazırda pirin qalıqları belə qalmamışdır.
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Dirəkli (Qürvə)
Dirəkli (fars. ديركلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (26 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Dirək aralığı
Dirək aralığı — üfüqi bir daşıyıcı quruluş elementi olan dirəklərin dayaq nöqtələri arasındakı hissənin uzunluğudur. Memarlıq və inşaat mühəndisliyindəki körpülər, tağlar və damlar kimi inşaat hissələri ilə bu hissələri daşıyan sütunlar və dayaqlar arasında fərqli bir dayaq olmadan əlavə edilmiş dirəklər arasındakı məsafədir.
Dirək rəqsi
Dirək rəqsi və ya pole rəqsi fikirlərdə striptiz klublarını xatırlatsa da, pole rəqsi əslində rəqs və akrobatikanı birləşdirərək şaquli dirək ətrafında həyata keçirilən bir performans sənətidir. Şaquli dirəyin mərkəzində rəqs və akrobatika hərəkətlərini özündə birləşdirir. Bu performans sənəti forması yalnız striptiz klubunda erotik rəqs kimi deyil, həm də idman zallarında və xüsusi rəqs studiyalarında tətbiq olunan əsas fitness forması kimi istifadə edilir. 2000-ci illərin ortalarından etibarən dünyada alternativ fitnes sahəsi kimi məşhurlaşmağa başlamış və bu sahə ixtisaslaşmış studiyalarda və ya ümumi fitnes mərkəzlərində tədris edilmişdir. Dünyanın bir çox yerlərində dirək rəqsinə həsr olunmuş çoxlu həvəskar və peşəkar yarışlar keçirilir. Eyni zamanda da dirək rəqsi üzrə mütəxəssislər və bu rəqs növünün müdafiəçiləri bu rəqs növü ilə bağlı tamaşaçıların qavrayışında olan mənfi çalarları aradan qaldırmaq üçün dirək rəqsinin akrobatik tərəfini vurğulamağa başlamışdırlar və beləliklə də dirək rəqsinə Çin dirəyi (Chinese Pole) adlanan sirk şou sənətinin böyük təsiri olmuşdur. Dirək rəqsi çox ciddi bir formada güc, çeviklik və tarazlıq tələb edir. O, dırmaşmalar, dönmələr, inversiya (tərsinə dayanmaq) kimi müxtəlif atletik hərəkətlərə əsaslanır. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün bədənin yuxarı və mərkəzi hissələrinin əzələlərinin gücləndirilməsi və eyni zamanda da ciddi və nizam-intizamlı bir məşq prosedurunu icra etmək lazımdır. == Dirək növləri == Standart rəqs dirəkləri qalınlığı 40, 45 və ya 50 mm olmaqla xrom və ya pirinç materialdan hazırlanır.
Doktor (elmi dərəcə)
Doktor (lat. doctor, "müəllim") — elmi dərəcə. == İstinadlar == == Xarici keçidlər == The Use of Dr. in British Columbia law for Optometrists Indiana usage of Dr. title Arxivləşdirilib 2015-10-26 at the Wayback Machine SECTION 1. IC 24-5-0.5–12 IS use of Dr.
Doqquzuncu Dərəcə boğazı
Doqquzuncu Dərəcə boğazı - Hind okeanınında yerləşən Lakkadiv adalarının cənubunda yerləşən Mininoy adasını şimalda kiçik adalardan ayırır. Boğaz 9 dərəcədə yerləşir. Hind okeanın Lakkadiv dənizi hövzəsinə daxildir. Eni 200 km təşkil edir. Dərinliyi 2597 m təşkil edir.
Onuncu Dərəcə boğazı
Onuncu Dərəcə boğazı (ing. Ten Degree Channel) - Hind okeanınında yerləşən Andaman adalarını (Kiçik Andaman) Nikobar adalarından ayırır. Boğaz 10 dərəcədə yerləşir. Hind okeanında yerləşən Andaman dənizini Benqal körfəzi ilə birləşdirir. Eni 140 km, dərinliyi 1280 m təşkil edir.
Səkkizinci Dərəcə boğazı
Səkkizinci Dərəcə boğazı - Hind okeanınında yerləşən Lakkadiv adalarını (Mininoy adası) Maldiv adalarından ayırır. Boğaz 8 dərəcədə yerləşir. Lakkadiv dənizini Hind okeanı ilə birləşdirir. Eni 150 km yaxındır. Qedim fransız xəritələrində boğazı Courant de Malicut, Maldiv dilində isə Maliku-Kandu adlandırılırdı.
Kölgədə 40 dərəcə isti
== Məzmun == Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa (Süleyman Əhmədov), klub müdiri Ziya (Davud İmanov), qoca Mirəli (Süleyman Ələsgərov), gənc Əlibaba (Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya layiq görülüb. Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq). == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Leyla Səfərova Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Rejissor: Süleyman Əhmədov Qrim rəssamı: Rəna Əliyeva === Rollarda === Telman Adıgözəlov — Əlibaba Süleyman Əhmədov — Mirpaşa Süleyman Ələsgərov — Mirəli Nuriyyə Əhmədova — Suğra Davud İmanov — Ziya Bəxtiyar Kərimov — Rəhman Fikrət Məmmədov — Rafiq Mayak Kərimov — Hüseyn Liya Seyidova — Gənc qız Yelena Stroyeva — Akademikin arvadı == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
İks-adamlar: Birinci dərəcə
İks-adamlar: Birinci dərəcə (ing. X-Men: First Class) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Metyu Vonnun rejissorluq etdiyi filmin baş rollarında Ceyms MakEvoy, Maykl Fassbender və Cennifer Laurens çəkilmişlər.
Polad Dirəklər Üzərində Şəhər (1975)
Film Neft Daşlarının 25 illiyinə həsr olunmuşdur. Burada məşhur "Xəzər neftçiləri haqqında dastan" filmindən bir epizod göstərilir: ilk qazma buruğu. İlk neft fontanı, 1949-cu il noyabrın 7-də dənizdə ilk qazma buruğu neft verdi. Neft Daşlarının-ölkənin yeni sənaye bazasının əfsanəsi belə başlandı. Bu filmdə Neft Daşlarından, burada çalışan zəhmətsevər və cəsur adamlardan danışılır.
Almaniyada elmi dərəcə almış azərbaycanlılar
Almaniyada təhsil — Almaniya təhsil sistemi klassik struktrura malikdir: məktəbəqədər, orta və ali. Almaniyanın hər bir əyaləti təhsil haqqında öz qanununa malikdir. Buna görə də atestat və diplomların əldə olunması imkanları və yolları bir birindən fərqlənirlər. Məsələn, Berlində şagirdlər 6-cı sinifə qədər ibtidai siniflərdə qalırlar, Saksoniya və Bavariyada isə bu cəmi 4 il davam edir. == Məktəbəqədər təhsil == Bir çox alman uşaqları məktəbəqədər müəssisələrə -uşaq bağçalarına (alm. Kindergarten‎) 3 yaşından etibarən gedirlər. Uşaq bağçalarında körpələr qrupları (alm. Kinderkrippe‎) da fəaliyyət göstərirlər. buraya uşaqlar altı ayından qəbul edilirlər. Almaniyada belə qruplar az olduğundan orada yer almaq çox çətindir.
Polad dirəklər üzərində şəhər (film, 1975)
Film Neft Daşlarının 25 illiyinə həsr olunmuşdur. Burada məşhur "Xəzər neftçiləri haqqında dastan" filmindən bir epizod göstərilir: ilk qazma buruğu. İlk neft fontanı, 1949-cu il noyabrın 7-də dənizdə ilk qazma buruğu neft verdi. Neft Daşlarının-ölkənin yeni sənaye bazasının əfsanəsi belə başlandı. Bu filmdə Neft Daşlarından, burada çalışan zəhmətsevər və cəsur adamlardan danışılır.
Kölgədə 40 dərəcə isti (film, 1988)
== Məzmun == Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa (Süleyman Əhmədov), klub müdiri Ziya (Davud İmanov), qoca Mirəli (Süleyman Ələsgərov), gənc Əlibaba (Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya layiq görülüb. Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq). == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Leyla Səfərova Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Rejissor: Süleyman Əhmədov Qrim rəssamı: Rəna Əliyeva === Rollarda === Telman Adıgözəlov — Əlibaba Süleyman Əhmədov — Mirpaşa Süleyman Ələsgərov — Mirəli Nuriyyə Əhmədova — Suğra Davud İmanov — Ziya Bəxtiyar Kərimov — Rəhman Fikrət Məmmədov — Rafiq Mayak Kərimov — Hüseyn Liya Seyidova — Gənc qız Yelena Stroyeva — Akademikin arvadı == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
İks-adamlar: Birinci dərəcə (film, 2011)
İks-adamlar: Birinci dərəcə (ing. X-Men: First Class) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Metyu Vonnun rejissorluq etdiyi filmin baş rollarında Ceyms MakEvoy, Maykl Fassbender və Cennifer Laurens çəkilmişlər.
Tirəkle (Arxangel)
Tirəkle (başq. Тирәкле, rus. Тереклы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd "Bakaldı kənd şurası"nın tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 14 km, kənd sovetliyindən (Bakaldı): 4 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 20 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96%) üstünlük təşkil edir.
Dərəçə (Bostanabad)
Dərəçə (fars. دره چه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (10 ailə).
Direct-to-video
Direct-to-video, Video film, Videofilm — bir filmin bir kinoteatr və ya televizorda yayımlanmasından əlavə olaraq ictimaiyyətə açıq olan video formatlarında yayımlanmasını bildirir. Direct-to-videolar, müstəqil film istehsalçıları və kiçik şirkətlər üçün gəlirli sahədir.