Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Driver
Drayver (ing. Driver) yaxud sürücü — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM), video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluetoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. Adətən sürücülərin həcmi 2–20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Google Drive
Google Drive (köhnə adıyla Google Docs) — 12 oktyabr 2006-cı ildə Google tərəfindən fəaliyyətə başlayan bulud xidməti. Google Driveda hər cür musiqi, şəkil, sənəd, video və ya fərqli formatları saxlaya bilərsiniz. Bu fayllara online olaraq fərqli kompüterlərdən, telefonlardan ya da tabletlərdən dərhal istifadə edə bilərsiniz. Googlenin bulud xidməti olan Google Drive, hər istifadəçisinə pulsuz 15 GB yer verir. Bundan əlavə daha yüksək həcmdə Google Drivedan yer almaq mümkündür.
Mega Drive
MEGA (ing. MEGA Encrypted Global Access) – məlumatları qorumaq üçün şifrələmə alqoritmlərindən istifadə edən bulud hostinq servizidir. MEGA əvvəllər Megaupload-ı quran Yeni Zelandiyalı sahibkar Kim Dotcom tərəfindən təsis edilib. Kim Megaupload müəllif hüquqlarının pozulması ittihamı ilə ABŞ səlahiyyətliləri tərəfindən bağlandıqdan sonra yeni platformanı yaradıb.AES alqoritmindən istifadə edərək brauzerdəki bütün məzmunu şifrələyir. MEGA interfeysində istifadəçilər faylları yükləyə və saxlaya, qovluqlar yarada, sənədlərə və media fayllarına baxa bilərlər. İstifadəçilər yüklənmiş faylları siyahı və ya nişanlar kimi görə bilər və həmçinin tələb olunan faylı tapmaq üçün axtarışdan istifadə edə bilərlər. Pulsuz hesablar üçün 20 GB-a qədər, qeydiyyatdan sonrakı ilk ay ərzində 50 GB-a qədər, ödənişli bulud yaddaş is – 400 GB-dan 16 TB-a qədərdir. Ödənişli xidmətlər üçün ödəniş PayPal, VISA, MasterCard və ya Bitcoin kriptovalyutasından istifadə edən resellerlər vasitəsilə həyata keçirilir. Pulsuz istifadəçilər üçün bir IP ünvanı üçün məlumat ötürmə limiti var: hər 6 saatdan bir 4 GB-a qədər. MEGA bulud yaddaşı təklif etməklə yanaşı, MEGAmail adlı e-poçt xidməti də təklif edir İstifadəçinin faylları bərpa imkanı olmadan istənilən vaxt administrasiya tərəfindən silinə bilər.
10050 Cielo Drive
10050 Cielo Drive — ABŞ-da Los-Ancelesin Benedikt Kanyon ərazisində yerləşən, yaranmasından bu günə qədər müxtəlif hadisələrə şahid olmuş məşhur imarət. Bu imarətdə müxtəlif dövrlərdə bir sıra məşhur incəsənət adamı yaşamışdır. Bir çox insanın həyatını alt-üst edən evin tarixçəsi olduqca maraqlıdır. Bu ev 1969-cu ildə rejissor Roman Polanskinin həyat yoldaşı aktrisa Şaron Teytin və dostlarının ölümü ilə yaddaşlarda qalmışdır. Amma bu tarixə qədər və bu tarixdən sonra da ev bir sıra hadisələrin şahidi olmuşdur. İmarətin yerləşdiyi küçənin adı dəfələrlə dəyişikliyə məruz qalmışdır. "10050 Cielo Drive" hazırda "10066 Cielo Drive" küçəsi kimi tanınır. Maraqlı bir oxşar məqam da var: bu küçədən bir az aşağıda "10048 Cielo Drive" məhəlləsindəki imarətlər görünüş baxımdan bu imarətə olduqca bənzərdir. Bu binaları çox zaman qarışıq salırlar. Amma "Twin House" kimi tanınan həmin imarətlər isə "The Bedrock Properties" adlanır.
Dryuel
Drüel (fr. Druelle, oks. Druèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12090. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 7 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 1941 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1300 nəfər (15-64 yaş) arasında 1028 nəfər iqtisadi fəal, 272 fəaliyyətsizdir (fəaliyyət göstərici 79.1%, 1999-cu ildə 77.0%).
Prikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Trikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Dridex
Bugat və Cridex kimi tanınan Dridex Microsoft Word- ün makrolarından istifadə edən sistem vasitəsilə bank hesablarını oğurlamaqda mütəxəssisləşən zərərli proqram formasıdır. Zərərli proqramın əsas hədəfi, Word və ya Excel-də e-post ünvanı açan Windows istifadəçiləridir. Nəticə olaraq, makrolar Dridex- i aktivləşdirir, o kompüteri yoluxduraraq zərəçəkənin bank hesabının oğurluğuna yol açır. Bu proqramın əsas məqsədi fırıldaq əməliyyatlarını dərhal başlatmaq üçün yoluxmuş maşın istifadəçilərindən bank məlumatlarını oğurlamaqdır. Bank məlumatlarını əldə etmək üçün klaviatura dinləyicisi quraşdırılaraq inyeksiya hücumlarını həyata keçilir. 2015-ci il ərzində proqramın səbəb olduğu oğurluğun hesabı Böyük Britaniyada 20 milyon funt sterlinq, ABŞ-da isə 10 milyon dollar dəyərindədir. 2015-ci ilə qədər Dridex hücumları 20-dən çox ölkədə aşkar edilmişdi. 2016-cı ilin sentyabr ayının əvvəlində tədqiqatçılar kriptovalyuta büdcəsinə hədəflənməsi üçün ilkin dəstəyi üzə çıxardılar. 2019-cu ilin dekabrında ABŞ səlahiyyətliləri Dridex zərərli proqramını yaratdığı düşünülən iki şübhəliyə, o cümlədən qrupun lideri olduğu iddia edilən şəxsə qarşı ittiham irəli sürüb. Evil Corp ( a.k.a.
Ariel
Ariel (Uranın peyki)
Drüel
Drüel (fr. Druelle, oks. Druèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12090. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 7 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 1941 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1300 nəfər (15-64 yaş) arasında 1028 nəfər iqtisadi fəal, 272 fəaliyyətsizdir (fəaliyyət göstərici 79.1%, 1999-cu ildə 77.0%).
Rigel
Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür, parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir. Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir. Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür. Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır.
Rivea
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. Rivea bernoulliana (Peter) Hallier f.
Zivel
Zivel — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zivel kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zivel kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. Zivel kəndi Dəmirdağın ətəyindədir. Kəndi qaraçorlu (hazırda çorlu nəsli adlanır) tayfasına mənsub ailələr hər tərəfi sıldırım olan ensiz uzunsov yerdə salmışlar. Zivel kürd dilində “zolaq, şirım” deməkdir. Zivel sözü zolaq deməkdir. Kənd iki çayın, Quruselaf və Qaraarxac çaylarının axdığı iki dərənin arasında yerləşir. Dərə zolaq şəklində şərqdən qərbə doğru uzanır. Kəndin adı buradan götürülmüşdür.
Qrizel xəstəliyi
Qrizel xəstəliyi (ing. Griselˋs) – əyriboyunluğun bir formasıdır, uşaqlarda birincili tapılır. Atlantoaksial oynaqların subluksasiyası olub, travma və sümük xəstəliyi ilə əlaqəsi yoxdur. Ən çox tonzillektomiyadan sonra yaranır. MRT, KT ilə diaqnoz qoyulur.
Dizel mühərriki
Dizel mühərriki — Dizel sıxılmadan alovlanan porşenli daxili yanma mühərriyi olub dizel yanacağı ilə işləyir, iqtisadi cəhətdən sərfəlidir. Əsasən, gəmilərdə, teplovozlarda, sərnişin və yük avtomobillərində istifadə olunur. Mühərrik onu ixtira edən Rudolf Dizelin adı ilə adlandırılmışdır. İlk dizel mühərriyi 1897-ci ildə Rudolf Diesel tərəfindən inşa edilmişdir. Dizel mühərrikləri üçün yanacaq çeşidi genişdir. Bura kerosindən başlayaraq mazuta qədər neftin bütün qovulma fraksiyaları və təbii mənşəli bir sıra məhsullar – raps yağı, palma yağı və s.aiddir. Dizel mühərriyi müəyyən uğurla xam neftlə də işləyə bilər. 1824-cü ildə Sadi Karno Karno tsikli ideyasını formulə edir. Bu ideyaya görə maksimal qənaətcil istilik maşınında işçi mühit "həcm dəyişikliyi", yəni sürətli sıxılma vasitəsilə yanacağın yanma temperaturuna qədər qızdırılmalıdır. 1890-cı ildə Rudolf Dizel bu prinsipi praktiki olaraq həyata keçirməyi təklif etdi.
Dizel yanacağı
Dizel yanacağı (köhnəl."solyarka") — daxiliyanma mühərriklərində yanacaq kimi istifadə olunan maye məhsuldur. Adətən bu ad altında neftin birbaşa qovulma məhsulu olan kerosin-qazoyl fraksiyasından alınan yanacaq başa düşülür. "Solyarka" sözü alman dilində Solaröl (günəş yağı) sözündən yaranıb. Hələ 1857-ci ildə neftin qovulmasından alınan ən ağır fraksiya sarı rənginə görə belə adlandırılıb. Sovet dövründə neft emalı sənayesi "Соляровое масло ГОСТ 1666–42 и ГОСТ 1666–51" adlı məhsul buraxırdı. Bu məhsul ortadövriyyəli (600–1000 dövr/dəq) dizel mühərriklərində yanacaq kimi istifadə üçün nəzərdə tutulub geniş tətbiq olunurdu. Solyar yağı itiyerişli dizel mühərriklərində yanacaq kimi tətbiq üçün yararlı deyil. Dizel yanacağının əsas istehlakçıları dəmiryolu nəqliyyatı, yük avtonəqliyyatı, su nəqliyyatı, hərbi texnika, dizel elektrogeneratorları, kənd təsərrüfatı texnikası, eləcə də son zamanlar sərnişin dizel avtonəqliyyatıdır. Dizel mühərriklərindən başqa, qalıq dizel yanacağı (solyar yağı) çox vaxt qazanxana yağı kimi istifadə olunur. Dizel yanacağı distillə olunmuş, aşağı özlülü (itiyerişli nəqliyyat) və qalıq, yüksək özlülü (traktor, gəmi, stasionar və s.nəqliyyat) yanacağa bölünür.
Eucalyptus dives
Eucalyptus dives (lat. Eucalyptus dives) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Kross River
Kross River ştatı (ing. Cross River State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. Şimaldan Benue, qərbdən Ebonyi və Abia ştatları, şərqdən isə Kamerun Respublikası həmsərhəddir. Cənubda Akva İbom ştatı ilə həmsərhəddir və Atlantik Okeanı tərəfindən yuyunur. Ştatın adı onun ərazisində axan Kross çayıdan gəlir.
Meolan-Revel
Meolan-Revel (fr. Méolans-Revel, oks. Meulans e Revèl) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04161. 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 237 nəfərdən (15-64 yaş) 164 nəfəri iqtisadi cəhətdən fəal, 73 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 77.4%) idi. Fəal olan 164 nəfərdən 151 nəfəri (88 kişi və 63 qadın), 13 nəfəri işsizdir (9 kişi və 4 qadın).
Moris Ravel
Jozef Moris Ravel (7 mart 1875, Ciboure, Fransa - 28 dekabr 1937, Paris) — görkəmli fransız bəstəkar və pianisti, XX əsrin tanınmış simalarından biri. Əsasən orkestral, instrumental strukturlar və effektlər üzrə uğur qazanıb. Ən tanınmış əsəri "Bolero"dur. Moris Ravel Fransanın Bask bölgəsində, İspaniya sərhəddindən 18 km aralı Sibur kəndində anadan olub. Anası Mari Delouart, Madriddə doğulub böyüyən bask, atası isveçrəli sərmayəçi və sənayeçi idi. 7 yaşından piano dərslərinə gedib, 14 yaşında Paris Konservatoriyasına daxil olub və o dövrün tanınmış musiqiçilərindən olan Qabriel Faure ilə tanış olub. Onlar sonraki 14 ili birlikdə işləyiblər. Moris Ravel Klod Debüssinin yaradıcılığının və ənənələrinin davamçısı olmuşdur. Onun yaradıcılığı XX əsrin əvvəlində yaranmış çoxsaylı cərəyanlara qarşı dururdu (urbanizm, ekspressionizm, konstruktivizm). Yeniliklərə meyl edən Ravel klassik ənənələrə müraciət edirdi.
Oliver Ridel
Oliver 'Ollie' Riedel (d. 11 aprel 1971) — Rammstein adlı Alman metal musiqi qrupunun bas gitaristidir. Ridel Almaniyanın Şverin şəhərində anadan olmuşdur. Uşaqlıqda Oliver bacarıqlı bir şagird deyildi. Xüsusilə gənclik illərində çok utancaq idi. Dostları tez-tez parti təşkil etsələr də, Oliver daha çox digərləri ilə vaxt keçirirdi. 1990-cı ildə 19 yaşında The Inchtabokatables adlı qrupda bass gitara çalmağa başlayır. 1994-cü ildə Ridel, Till Lindeman, Rixard Kruspe və Kristof Şnayder, Berlin Senate Metro adlı musiqi yarışmasında qalib gəldilər. Mükafat olaraq peşəkar 4 demo musiqi parçası yazmağa haqq qazandılar. Paul Landers və Kristian Lorenz də qrupda qatıldıqdan sonra Rammstein adlı qrup yaradılır.
Revel-Turdan
Revel-Turdan (fr. Revel-Tourdan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38335. Kommunanın 1999-cu il üçün əhalisi 842 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 267 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 45 km cənubda Qrenobldan 60 km qərbdə yerləşir.
Revel (İzer)
Revel (fr. Revel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38334. Kommunanın 2012-ci il üçün əhalisi 1413 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 299 ilə 2840 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 12 km şərqdə yerləşir.
Reyçel Ridel
Reyçel Ridel (5 sentyabr 1984, Vankuver, Britaniya Kolumbiyası) — Kanadanı təmsil edən su poloçusu. Reyçel Ridel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Rinel Pius
Rivəş
Rivəş — İranın Rəzəvi Xorasan ostanının Kaşmər şəhristanının Kuhsorx bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4610 nəfər insana və 1277 ailədən ibarət idi.