TRAVEL

travel1

n 1. səyahət, səfər; a book of ~ səyahət haqqında kitab; 2. hərəkət, gediş-gəliş

travel2

adj yol; ~ expenses yol xərcləri; ~ notes yol qeydləri

travel3

v (-ll-) 1. səyahət etmək, səfərə çıxmaq; to ~ abroad xaricə getmək / səyahət etmək; 2. yayılmaq; The news travelled fast Xəbər sürətlə yayıldı; 3. getmək; The train was travelling 100 miles an hour Qatar saatda 100 mil sürətlə gedirdi; 4. gəzib dolanmaq; to ~ round the world dünyanı gəzib dolanmaq; 5. baxmaq, nəzərdən keçirmək; His eyes travelled over the picture O, şəkli nəzərdən keçirdi

TRAVAIL
TRAVEL-BUREAU
OBASTAN VİKİ
Discovery Travel & Living
Discovery Travel & Living Discovery Communications-ın bir kanalıdır.Kanal Bu adı Avropa, Latın Amerika və Asiyada istifadə edir. Dünyanın digər yerlərində isə kanal Travel Channel olaraq adlanır. Kanalda Discovery Science-dakı kimi sənədli filmlər yerinə daha çox gəzinti,tətil proqramları nəşr olunar.
Travel (Mamamoo EP-i)
Travel (azərb. Səyahət‎) – Cənubi Koreya qız qrupu Mamamoo tərəfindən buraxılmış 10-cu EP. 3 noyabr 2020-ci ildə RBW tərəfindən buraxılmış və Kakao M tərəfindən yayımlanmışdır. EP-ə 6 mahnı, eləcə də, "Dingga" və "Aya" sinqlları daxil edilmişdir. == Buraxılış == 13 noyabr 2019-cu ildə qrup tərəfindən "Reality in Black" albomu qrupun ən çox satan albomu olmuşdur. Albomunun uğurundan sonra qrup üzvləri solo performanslara diqqətlərini ayırmışdılar. Nəhayət 6 oktyabr 2020-ci ildə rəsmi sosial şəbəkə hesabları vasitəsilə yeni EP-nin adı, üzlüyü və buraxılış tarixi açıqlanmışdır. 11 oktyabrda bir neçə şəkil və video tizerlər yayımlanmışdır. 20 oktyabrda EP-ə daxil olacaq "Dingga" sinqlı rəqəmsal şəkildə buraxılmış və musiqi videosu YouTube-a yüklənmişdir. EP həm fiziki, həm rəqəmsal olaraq 3 noyabr 2020-ci ildə tam şəkildə buraxılmışdır. İkinci sinq olan "Aya" sinqlı üçün musiqi videosu da yayımlanmışdır.
Work and Travel USA
İş və səyahət Amerika-(ing. Work and Travel USA).Proqramı Amerika Dövlət Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində Amerika Birləşmiş Ştatları işləyib ingilis dilini təkmilləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır. == Proqram haqqında == Work and Travel (WAT) Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır. Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. WAT həmçinin, tələbələrin turist kimi deyil, Amerika vətəndaşı kimi yaşamağı və düşünməyi təmin edən və bununla yanaşı səyahət xərclərini qazanıb, əlavə olaraq müəyyən miqdarda pul yığmaq fürsətini verir. == Şərtlər == Work and Travel proqramının əsas şərtləri bunlardır: 18-28 yaş arası olmaq Ali məktəblərin birinin tələbəsi olmaq.Proqramda sonuncu kurs tələbələrinin iştirakına icazə verilmir. Ən azı orta səviyyədə ingilis dilini bilmək.(Burada əsas tələb olunan şərt, qarşında olan şəxsə öz fikrini normal formada izah etdirməkdir.) Ali məktəb qiymətlərinin normal olması. == Proqramın faydaları == Hər il bir çox ölkələrdən gələn minlərlə universitet tələbəsi WAT proqramına qoşularaq yüksək səviyyəli beynəlxalq təcrübə qazanmaq fürsəti əldə edir.Əsasən proqramın tələbələr üçün faydaları sırasında bunları qeyd etmək olar.Ayda təqribən 1000-1500 ABŞ dolları qazana bilmək və proqram üçün lazımi yaşayış və səyahət xərclərini ödəyə bilmək imkanı. Eyni zamanda həm işləmək, həm də dincəlmək fürsəti, Proqramın sonunda ömür boyu unudulmayacaq təcrübə və xatirələr qazanmaq.Amerikada qalınan 4 ay müddətində ingiliscə danışıq qabiliyyətini inkişaf etdirmək və ingilis dili məlumatını real həyatda praktiki olaraq tətbiq etmək fürsəti əldə etmək.Tələbələrin gələcək karyerası üçün təcrübə qazanmaq.Həm Amerika Birləşmiş Ştatları vətəndaşları, həm də digər ölkələrdən gələn tələbələrlə tanış olub onların mədəniyyətlərini yaxından tanımaq, eyni zamanda öz milli mədəniyyətlərini də əcnəbilər arasinda nümayiş etdirmək və tanıtmaq fürsəti qazanmaq. == Proqram şərtləri == Work and Travel USA proqramına qatılmaq üçün ciddi şərtlər tələb olunmadığından, dünyanın hər bir yerindən, hər il təxminən 150.000 tələbə iştirak edir.Proqram üçün tələb olunan ən önəmli şərt, iştirakçının tələbə olmasıdır.Proqramda yalnız əyani şöbədə oxuyan tələbələr yararlana bilər.Digər bir şərt isə,tələbənin orta səviyyədə ingilis dilini bilməsi hesab olnurur.Bu əsasən tələbələrin Amerika Birləşmiş Ştatlarında öz fikirlərini sərbəst ifadə etməsi üçün lazımdır.Tələbənin xeyrinə olacaq sonuncu məsələ isə, onun illik qiymətlərinin kafi olmamasıdır.Bütün bu şərtlərə cavab verən, tələbələrin viza almaq ehtimalı 95% hesab olunur.
Octopath Traveler
Octopath Traveler (オクトパス トラベラ, Okutopasu Toraberā, azərb. Səkkizcığırlı səyahətçi‎) — "Square Enix" və "Acquire" tərəfindən hazırlanan və "Nintendo" tərəfindən nəşr olunan növbəyə əsaslanan rol videooyunu. Oyun 14 noyabr 2018-ci il tarixində Nintendo Switch platforması üçün eksklüziv olaraq satışa çıxarılmışdır. Oyun satışa çıxarıldıqdan bir ay sonra bir milyondan çox nüsxə satmışdır. Bu isə onu Nintendo Switch platformasının ən çox satan videooyunlarından biri etmişdir. Oyunun süjeti Orsterra adlı uydurma bir dünyada cərəyan edir. "Octopath Traveler" səkkiz fərqli personajdan bəhs edir və onların hər birinin özəl hekayə arkı mövcuddur. Bu personajlar – ruhani Ofiliya, alim Sirus, tüccar Tressa, cəngavər Olberik, zadəgan rəqqas Primroz, əczaçı Alfin, oğru Terion və ovçu H'aanit. Hekayələr arasında bəzən üst-üstə düşmə olsa da əksər hissələri xüsusidir. "Octopath Traveler" tənqidçilərdən müsbət rəylər almışdır.
Travelator
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. == Terminologiya == O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. == İstifadə sahəsi == Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.