Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dubay
Dubay (ərəb. دبيّ‎, ing. Dubai) — Birləşmiş Ərəb Əmirlikləri ən böyük şəhəri, Dubayın inzibati mərkəzi. == Tarixi == Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə əndəlus-ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin "Coğrafiya kitabı"nda çəkilib. Venesiyalı mirvari ticarətçisi Qespero Belbi isə bu vilayətə 1580-ci ildə gəlmiş və Dubayın mirvari sənayesi haqqında ilk dəfə məlumat vermişdir. Şəhər haqqında rəsmi qeydiyyatlar 1799-cu ildən başlanmışdır. Məhz XIX əsrdə Dubay iki ağır təbii fəlakətə məruz qalmışdır. Birincidə, 1841-ci ildə şəhərdə çiçək xəstəliyi tüğyan edərək əhalini şərqə — Deyraya doğru çəkilməyə məcbur etmişdir. İkincidə, 1894-cü ildə isə Deyradan başlayan yanğın şəhəri cənginə alaraq evlərin böyük əksəriyyətini külə döndərmişdir, lakin bütün bunlara baxmayaraq, körfəz sahilində yerləşən şəhərin coğrafi mövqeyi ətraf vilayət və ölkələrin tacirlərini özünə cəlb edirdi. Dubay əmiri xarici ticarət adamlarını cəlb etməkdə çox maraqlı idi və ona görə də vergilərin aşağı həddə salınması onun istəklərini gerçəyə çevirirdi.
Duman
Duman, çən və ya sis — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, -10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur.
Dunay
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Humay
Humay — qadın adı.
Dunay-Tisa-Dunay kanalı
Dunay-Tisa-Dunay kanalı — Serbiyada melorativ obyektlər sistemi. Dünyada ən iri sisteümlərdən biri. Magistral və gəmiçilik üçün əlverişli olan kanalların ümumi uzunluğu 930 kilometrdir. Sistem ümumilikdə 12700 km² ərazini əhatə edir. Dunay və Tisa çayları arasındakı ərzini əhatə edir. Baçka və Banat regionlarını əhatə edir. O bir neçə kanal şəbəkəsindən ibarətdir:Böyük Baç kanalı və Kiçik Baç kanalı. Orta su sərfiyyatı - 4000 m³/s. == Texniki xüsusiyyətləri == Kanalların inşası zamanı 127 milyon m³ suxur çıxarılmışdır. Bu isə Süveyş kanalının tikintisi zamanı çıxarılan suxurlardan daha çoxdur.
Demy
Dimitra Papadea (yun. Δήμητρα Παπαδέα; 21 avqust 1991, Afina) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır.
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
Umay
Umay — Qədim türk mifologiyasında ev, heyvandarlıq ilahəsi. Yaxşılıq İlahəsi. Omay (Imay, Ubay, Humay) Xanım olaraq da bilinir. Ana Tanrı və Həyat İlahəsi yaxşılıqlar edər. Doğulacaq uşaqları təyin edər. Üç buynuzu vardır. Ağ paltarlıdır. Yerə qədər uzanan ağ, gümüşdən saçları vardır. Görünüşü yaşlı deyil, orta yaşlıdır. Quş qılığına bürünəbilir və qanatlıdır.
"Humay" mükafatı
Humay mükafatı — 1993-cü ildən "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilən milli mükafat. Mükafatlar, əsasən, musiqi, kino, teatr, təsviri sənət, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm, idman, rəqs və foto nominasiyalarına görə təyin olunur.
Advektiv duman
Advektiv duman – ilıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumandır. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Böyük duman
London sakinləri üçün ən dəhşətli duman 1952-ci ilin dekabrında baş vermişdi. Dumanda mədənlərdən çıxan turş kömür hisi qarışmışdı. Hava bozarırdı, görüntü get-gedə pisləşirdi. Gözlənilmədən, yüzlərlə insan zəhərlənmişdi. Xəstəxanalar dolurdu, lakin qurbanları sayı bitmək bilmirdi. Ən qəribəsi isə o idi ki, həkimlər xəstələrə demək olar ki, heç nə ilə kömək edə bilmirdilər. 8 Dekabrda dumanın qurbanı olan körpə uşaqlar, qocalar və nəfəs xəstəliklərindən əziyyət çəkənlərin sayı dörd minə çatdı. Yüz mindən çox insan xəstələnmişdi. Son araşdırmalar göstərir ki, ümumi dünyasını dəyişənlərin sayı 12.000dən artıq idi Duman o qədər qatı idi ki, avtomobillər hərəkət edə bilmirdi, evlərindən çıxan insanlar geri dönə bilmirdilər. İnsanlar yalnız yaxın evlərdən tutaraq hərəkət edirdilər.
Bürc Dubay
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Dimpl Kapadiya
Dimpl Kapadiya (8 iyun 1957, Bombey) — kəşmirli hind aktrisası == Həyatı == 8 iyun 1957-ci ildə anadan olmuşdur. Tam adı Dimpl Cunnibhay Kapadiyadır. Əslən Qucaratlıdır. Aktrisa Tvinkl Xannanın anasıdır. Karyerasına gənc yaşlarından başlayıb. 1973-cü ildə "Bobbi" filminə çəkiləndə 16 yaşı olub. 1991-ci ildə "Qara şahzadə Adjuba" filminə də çəkilib. 1973-cü ildə Radjeş Xanna ilə ailə həyatı qurub. İki qızı var.
Dubay Qülləsi
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Dubay əmirliyi
Dubay əmirliyi (ərəb. إمارة دبي‎) — Ərəb Yarımadasındakı yeddi Birləşmiş Ərəb Əmrlikləri əmirliyindən biri. 1960-cı illərdə yalnız kiçik bir balıqçı qəsəbəsi olan Dubay, 1970-cı ildən etibarən sürətlə inkişaf etməyə başladı. Dubay Birləşmiş Ərəb Əmrliklərinin ən böyük əmrliyi və ən lüks, ən müasir olanıdır.
Duday (Puldəşt)
Duday (fars. دوداي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (20 ailə).
Dumlu qalası
Dumlu qalası — Düz kəsmə daşlardan tikilmiş olan Dumlu qalası, orta əsrlərdən günümüzə qədər çatan bir qaladır. Tikintisi XI və ya da XII əsrdə tikilən qala, Çukurova "dağ qalaları" adlandırılan qalalar kompleksinin ikinci hissəsidir. == Tarixi == Adana vilayət sərhədləri içindəki bir çox qala kimi haqqında çox məlumat olmayan Dumlu qalası, Adananın Ceyhan ilçəsinə 17 kilometr məsafədə olan İmamoğlu ilçəsinə gedərkən Tumlu kəndinin ərazisindədir. 75 metr hündürlüyündəki əhəngdaşlı bir təpə üzərində qurulmuşdur. Çukurova "dağ qalaları" zəncirinin ikinci halqası olan Dumlu qalası, Adana-Kozan karvan yolunu izləyə və ətrafındakı bir çox qalayla əlaqə yarada bilən əlverişli mövqedədir. Ətrafı 800 metr olan Dumlu qalasının nalşəkilli 8 bürcü var. Qalaya giriş şimal hissədəndir. Şimal tərəfdə qayaların düzəldilməsi təşkil edilmiş pilləkən izləri yer yer fərq edilməkdədir. Bundan başqa, daxili hissədə 3 ədəd yan giriş mövcuddur. Dumlu qalasının düzənliyə baxan şərq küncündə bir müşahidə qülləsi və müdafiə xəndəkləri ilə qala divarları var.
Dunay adaları
Dunay adaları — Laptevlər dənizində yerləşən adalar qrupu. Lena deltasının şimalında qərarlaşır. Saxa ərazisinə daxildir. Sdalar qrupuna daxildir: Yeqorşa, Lepyeşkalabıt-Byelkyeye, Dunay-Arıta.Arxipelaqın ən iri adası Dunay-Arıta adasıdır. Ada və bütün adalar qrupu Yenisey kazakı Konstantin Stepanoviç Dunayın şərəfinə adlandırılmışdırSovet dönəmində Dunay-Arıta adasında qütb stansiyası fəaliyyət göstərirdi.
Dunay buzlaşması
Dunay buzlaşması — Dördüncü dövrdə baş vermiş buzlaşma. Buzlaşma Pleystosen epoxasının əvvəlində başlamış, Pliosenin sonu bitmişdir (1,5 —1,8 milyon il əvvəl ). Bu buzlaşma Albrext Penkin Alplarda baş vermiş dörd ənənəvi buzlaşma sxeminə daxil deyil. İlk dəfə bu buzlaşmanı alman geoloq Bartele Eberlem 1928-ci ildə ayırmış və Dunay çayının şərəfinə adlandırmışdır. Dunay buzlaşması Alp dağlarının \n qədim qədim buzlaşmalarından biri hesab olunur. Bunu təsdiq edən sübutları İller və Lex çaylarının bölgəsində aşkar edilmişdir. Dunay buzlaşması Biber-dunay istinmə epoxasından sonra, Dunay-güns istinmə epoxasından əvvəl baş vermiş. == Ümumi məlumat == Dunay buzlaşması müstəqil buzlaşma kimi ayrılmazdan öncə tədqiqatçılar tərəfindən Minedl buzlaşmasının tərkibinə daxil edilirdi. Dunay buzlaşmasını Biber və Güns buzlaşmalarından ayıraraq formalaşdırmışlar. Bu ayrılma əsasən zandrların analizi nəticəsində baş vermişdir.
Dunay deltası
Dunay Deltası — Avropanın Volqa deltasından sonra ikinci böyük deltasıdır. Deltanın sahəsi 4152 km² təşkil edir. Deltanın 3446 km² (83,0 %) Rumıniyada, yerdə qalan hissəsi (17,0 %) isə Ukrayna ərazisində yerləşir. İl ərazində deltanın sahəsi böyüyür. Belə ki, çay vastəsi ilə gətirilən lil deltanı dənizə il ərzində doğru 40 metr irəliləyir. Vaxtı ilə Qara dənizə yaxın olan yaşayış məntəqələri ilbəil sahildən uzaqlaşır. Buna misal olaraq Vilkovo şəhərini göstərmək olar. 1746-cı ildə sahil xəttinə malik olan şəhər 2005-ci ilə artıq dənizdən 6 km aralıda qərarlaşır. Daim deltanın dəyişməsi əvvəllər Rumıniya ilə SSRİ sonradan isə Ukrayna arasında ərazi mübahisələrinə səbəb olur. == Tarixi == Yeni dövrdə delta strateji əməhiyyətə malik olması qonşu dövlətlərin ona ərazi iddiası etməsinə səbəb olmuşdur.
Dunay knyazlıqları
Dunay knyazlıqları (rum. Principatele Dunărene (Молдо-Валахия, yun. Μολδοβλαχία) — XIV—XIX əsrlərdə mövcud olmuş Moldavia knyazlığı və Valaxiya knyazlığı dövlətlərini adlandırmaq üçün istifadə edilən termin. Knyazlıqların mövcudluğu dövründə istifadə edilməyib. 1774-cü ildə Kiçik Qaynarca sülh müqaviləsi imzalanandan sonra Avstriya imperiyasında işlədilib. == Tarixi == Dunay knyazlıqları bir çox tarixi hadisələrə şahidlik edib.1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndində sülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi.Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Kırım xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım edə bilmədi). Rusiya Azov qalasını möhkəmləndirmək hüququ aldı.
Dunay knyazlığı
Dunay knyazlıqları (rum. Principatele Dunărene (Молдо-Валахия, yun. Μολδοβλαχία) — XIV—XIX əsrlərdə mövcud olmuş Moldavia knyazlığı və Valaxiya knyazlığı dövlətlərini adlandırmaq üçün istifadə edilən termin. Knyazlıqların mövcudluğu dövründə istifadə edilməyib. 1774-cü ildə Kiçik Qaynarca sülh müqaviləsi imzalanandan sonra Avstriya imperiyasında işlədilib. == Tarixi == Dunay knyazlıqları bir çox tarixi hadisələrə şahidlik edib.1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndində sülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi.Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Kırım xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım edə bilmədi). Rusiya Azov qalasını möhkəmləndirmək hüququ aldı.
Dunay körpüsü
Dunay körpüsü (daha çox Dostluq körpüsü adı ilə məşhurdur; bolq. Мост на дружбата, Дунав Mост; rum. Podul Prieteniei,Podul de la Giurgiu) — Ruse və Curcu şəhərlərindən şimalda yerləşən, Rumıniya sahilinin cənubu ilə Bolqarıstan sahillərini birləşdirən, Dunay çayı üzərində yerləşən polad qəfəslər şəklində inşa olunmuş körpüdür. Körpü Rumıniya ilə Bolqarıstanı birləşdirən iki körpüdən biridir. Onlardan ikincisi isə Yeni Avropa körpüsüdür. Körpü Vidin və Kalafat şəhərlərinin arasında yerləşir. == Tarixi == Körpü 20 iyun 1954-cü ildə istifadəyə verilmişdir. Sovet mühəndisləri olan V. Andreyev və N. Rudomazin tərəfindən hazırlanmışdır. Körpünün uzunluğu 2223 metrə bərabərdir. Vaxtı ilə bu körpü Dunay vasitəsilə Bolqarıstan və Rumıniyanı birləşdirən yeganə körpü idi.
Dunay qızılbalığı
Dunay qızılbalığı (lat. Hucho hucho) — Qızılbalıqlar fəsiləsindən balıq növü.
Dunay çayı
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.