Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bazlama
Bazlama — türk mətbəxindən bir çörək növü. Çörək olaraq sadəsi əsrlərdir Türklər tərəfindən bişirilir və yeyilir. Fərqli vasitələr istifadə edərək bir çox fərqli növü hazırlana bilər: qıymalı və pendirli kimi. Sadə növünə Samsun bölgəsində Pıtpıt da deyilməkdədir.
Nazlama
Oxşama — Azərbaycan şifahi xalq ədəbiyyatında ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn: Bu oxşamaların ilk üç misra beşhecalı, son misrası isə altıhecalıdır. Qafiyə sistemi aaab-dir.
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Duzlar
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. == Duzların alınması == Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Ulama
Ammonium duzları
Ammonium duzları - bərk, əsasən ağ rəngli, suda yaxşı həll olan kristal maddələrdir. == Alınması == Ammonium duzları ammonyakın və ya ammonium hidroksidin turşularla qarşılıqlı təsirindən alınır: NH3 + HCl → NH4Cl H2SO4 + 2(NH3*H2O) → (NH4)2SO4 + 2H2O 2. Ammonyakın xlorla qarşılıqlı təsirindən alınır: 8NH3 + 3Cl2 → N2↑ + 6NH4Cl == Fiziki xassələri == Tərkibində -NH4+ olan ammonium duzları rənginə və bəzi digər xassələrinə gorə natrium duzlarına oxşayır. Ammonium duzları suda yaxşı həll olur . Su məhlulunda tamamilə dissosiasiya edir. İylidir. NH3 +H2O ↔ NH3H2O ↔ NH4+ OH- Bu reaksiya dönəndir, ona görə də sulu məhlulda ammonium hidroksid ammonyakla eyni tarazlıqdadır. Ammonium duzları duzlara məxsus xassələri özündə əks etdirir. Qələvi ilə təsir etdikdə qaz şəklində ammonyak ayrılır. Qızdırıldıqda bütün ammonium duzları parçalanır.
Buzlanma göstəricisi
Buzlanma göstəricisi — buzlanmanın başlanğıcı və sonu haqqında məlumat verən cihaz. == Ümumi təsəvvür == Buzlanma göstəriciləri — qırov, duman, buz yağışları və s. səbəbindən buz və ya şaxtanın meydana gəlməsini yaxından müşahidə edən sadə bir cihazdır. Eni 40–50 mm və uzunluğu 300–400 mm olan rəf alüminium küncü özündə təşkil edir. Quraşdırmanı və sökülməni asanlaşdırmaq üçün, rəflərdən biri verilən şəkildə göstərildiyi kimi pazlarla təchiz olunur. == İstifadə üsulu == Meteoroloji müşahidələr zamanı buzlanma göstəricisi adətən yerin səthindən 2 metr məsafədə bərkidilmiş və meteoroloji budkanın kənar tərəfində yerləşən xüsusi kronşteyndə bərkidilir. Nəzarət olunan göstərici yağıntıların dondurulmasını asanlaşdırmaq üçün üfüqi vəziyyətdə yerləşdirilir. Hər buzlanma təsbit edildikdən sonra, göstərici buz çöküntülərindən təmizlənmiş, lakin ətraf mühitin temperaturu olan yeni bir ilə əvəz olunur. Sonuncu dərhal İstifadə şərtlərini yaratmaq üçün lazımdır.
Buzlanma xəbərdaredicisi
Buzlanma xəbərdaredicisi — texniki vasitələrin buzlanma intensivliyinin davamlı ölçülməsi üçün, operatora və buzlanma əleyhinə avtomatik sistemə məlumat verən qurğu. Bunlar əsasən sənaye zavodlarında təyyarələrin və turbin bıçaqlarının buzlanma nəzarəti üçün istifadə olunur. == Buzlanma xəbərdaredicilərin quruluşu və təsnifatı == Buzlanma xəbərdaredicilərin tərkibinə aşağıdakılar daxildir: buzlanmanın dərəcəsi haqqında siqnal yaradan sensor, siqnalın gücləndirilməsi və müəyyən meyarlar üzrə onun emalı üçün elektron bloklar və operatora məlumatın verilməsi qurğusu. Sensorlarda müxtəlif fiziki prinsiplər istifadə edilə bilər, sensor əməliyyat prinsipinə uyğun olaraq xəbərdaredicilərin bir neçə növü fərqlənir: İstilik xəbərdarediciləri -sensorun temperaturu qızdırıcının gücünün dəyişməsi hesabına daimi saxlanılır, və temperaturun saxlanılması üçün sərf olunan gücdən asılı olaraq, və ətraf havanın temperaturu hesablanır-sensor birbaşa havada yerləşir və ya buz ilə örtülür ; Titrəmə xəbərdarediciləri -onlarda membranın titrəmə tezliyini ölçüsü baş verir, onun vibrasiyalarının həcmi buzla örtüldükdə azalır, buna görə də onların tezliyi artır.Xüsusilə SO-121 və EW-164 bu prinsip üzərində işləyir; Radioizotop xəbərdaredicilər; Optik (optoelektronika) xəbərdaredicilər; Akustik xəbərdaredicilər; Kondensator xəbərdaredicilər; RISO-3 tipli radioizotop xəbərdaredicilər yerli təyyarələrdə buzlanma sensorları kimi geniş istifadə olunur. Xəbərdaredicinin işləmə prinsipi uçuş zamanı sensor pininin həssas səthində böyüyən buz təbəqəsi olan radioaktiv izotopun (strontium-90 + ytrium-90) beta şüalanmasının azalmasına əsaslanır. Şüalanma gücü STS-5 tipli halogen sayğacı tərəfindən qeydə alınır və onun əvvəlcədən təyin edilmiş və onu əvvəlcədən təyin edilmiş işə salınma həddinə qədər azaldıqda elektron blok "buzlanma" siqnalını verir. Sxemin ətalətini azaltmazaltmaq üçün buzlanma zonasına girərkən sensor pininin quraşdırılmış istilik elementi tərəfindən davamlı olaraq qızdırılır. Yerdəki sensorun nisbətən yüksək radioaktivliyi ilə əlaqədar olaraq, qırmızı qurğuşun başlığı (və ya fluoroplast əlavələrlə alüminium) taxılır. == Buzlanma xəbərdaredicilərinin nümunələri == RIO-2M - radioizotop aviasiya; RIO-3 - radioizotop aviasiya; Co-1-istilik-sənaye (qaz-turbin qurğular üçün); СО-4А - aviasiya (mühərriklər üçün); Co-121- titrəmə aviasiya; İSO-16 — aviasiya; EW-164 — aviasiya. == Həmçinin bax == Buzlanma göstəricisi == Ədəbiyyat və sənədlər == === Ədəbiyyat === A. P. Barvinski, Ş.G. Kozlova.
Diazonium duzları
Diazonium duzları - ümumi formulu - Ar-N2Hal (Hal adətən Cl olur). Diazonium duzları (dördlü ammonium duzları kimi) aşağıdakı kimi yazılır: C6H5N+≡N Cl- == Alınması == Diazonium duzlarının alınmasının bir neçə üsulu vardır. Ancaq praktiki əhəmiyyəti kəsb edən bir üsul-aromatik aminlərin diazolaşdırılması reaksiyasıdır. R - N H 2 + 2 H C l + N a N O 2 → R - N ≡ N + C l − + N a C l + 2 H 2 O {\displaystyle {\mathsf {R{\text{-}}NH_{2}+2HCl+NaNO_{2}\rightarrow R{\text{-}}N\equiv N^{+}Cl^{-}+NaCl+2H_{2}O}}} Diazonium duzları olduqca davamsız birləşmələrdir. Buna görə onlarla aparılan reaksiyalar olduqca aşağı temperaturlarda (0...25oC) aparırlar. Diazonium duzları suda yaxşı həll olur, ancaq quru halda partlayış təhlükəsi vardır. == Diazonium duzlarının reaksiyaları == Diazonium duzları çox maraqlı maddə olub, aminlərdən ən müxtəlif maddələrin alınması üçün geniş imkanlar verir. Reaksiyaları iki müxtəlif qrupa bölmək olar: azotun ayrılması və azotun ayrılmaması ilə gedən reaksiyalar. Alkoksilləşmə: A r N ≡ N + X − + H 2 O → A r O H + N 2 + H X {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+H_{2}O\rightarrow ArOH+N_{2}+HX}}} Şiman reaksiyası: A r N ≡ N + B F 4 − → A r F + N 2 + B F 3 {\displaystyle {\mathsf {ArN\equiv N^{+}BF_{4}^{-}\rightarrow ArF+N_{2}+BF_{3}}}} Zandmeyer reaksiyası: A r N ≡ N + X − + C u C l → A r C l + N 2 + C u X {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+CuCl\rightarrow ArCl+N_{2}+CuX}}} A r N ≡ N + X − + C u C N → A r C N + N 2 + C u X {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+CuCN\rightarrow ArCN+N_{2}+CuX}}} A r N ≡ N + X − + I − → A r I + N 2 + X − {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+I^{-}\rightarrow ArI+N_{2}+X^{-}}}} A r N ≡ N + X − + S C N − → A r S C N + N 2 + X − {\displaystyle {\mathsf {ArN\equiv N^{+}X^{-}+SCN^{-}\rightarrow ArSCN+N_{2}+X^{-}}}} == Mənbə == S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov, "Üzvi kimya", Bakı-2003. Химическая энциклопедия.
Duzluca (İğdır)
Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi. == Ümumi məlumat == Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır. Türkiyəyənin İran, Azərbaycan və Ermənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir. Duz mədənləri burada yerləşir.
Duzluca elçəsi
Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi. == Ümumi məlumat == Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır. Türkiyəyənin İran, Azərbaycan və Ermənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir. Duz mədənləri burada yerləşir.
Müasir buzlaşma
== Müasir buzlaşma == Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır. === Bazardüzü buzlağı === Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir. === Bazaryurd buzlağı === Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir.
Qədim buzlaşma
Qədim buzlaşma (rus. древнее оледенение, ing. ancient glaciation) — Yerin əsasən, son geoloji tarixi dövründə (Dördüncü dövrdə) böyük iz qoymuş (morenlər, kamlar, ozlar) və geniş əraziləri əhatə etmiş buzlaşmalar. Sement-ləşmiş buzlaq çöküntülərinin-tillitlərin mövcud olması daha qədimdə buzlaşmaların baş verdiyinə dəlalət edir. (məs: Şm.
Abbasgöl (Duzluca)
Abbasgöl — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1854-cü ildən eyni addadır. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzindən 67 km, Duzluca ilçə merkezinden 31 km məsafədədir.
Alxanlı (Duzluca)
Alxanlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Alxanlu kimi qeyd olunur. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 51 km,Duzluca şəhər mərkəzindən 15 km məsafədədir.
Ağabəy (Duzluca)
Ağabəy — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Ağabəq kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzindən 55 km, Duzluca şəhər mərkəzinə 19 km məsafədədir.
Ağdız (Duzluca)
Ağdız — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci ilə aid qeydlərdə Ağdis kimi qeyd olunur. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 60 km, Duzluca ilçe mərkəzindən 24 km məsafədədir.
Ağdəyirman (Duzluca)
Ağdəyirman — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Xarabə Kirəmbə kimi qeyd olunur. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 57 km, Duzluca ilçe merkezinden 21 km məsafədədir.
Ağoluq (Duzluca)
Ağoluq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Taxtıyalı, 1928-ci il qeydlərində Təgəlti kimi qeyd olunur. 1960-cı ilə qədər Təkaltı kimi tanınırdı. Kənd sonralar "Ağoluq" adlandırılmışdır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 47 km, Duzluca ilçe merkezinden 11 km məsafədədir.
Əlikösə (Duzluca)
Əlikösə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Əlikosa kimi qeyd olunur. Ermənilər 13 avqust 1919-cu ildə kəndin kişilərini ayıraraq əksəriyyətini qətlə yetirmişdilər. Noyabrın 11-dən 12-nə keçən gecə XI Diviziya komandanlığı ermənilərə qarşı hücuma keçmiş və Türkiyə bayrağı İğdır bələdiyyəsinin binasına sancılmışdır. Bu hadisələrdən sonra 14 noyabrda ermənilər XV korpus komandiri Kazım Qarabəkir paşanın komandanlığı ilə Türkiyə ordusu tərəfindən Araz çayının şimalına doğru dəf edilmişdir. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafının Türkiyə ərazisi olduğu təsdiqlənmişdir. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 62 km, Duzluca şəhər mərkəzindən 26 km məsafədədir.
Aşağıağdaş (Duzluca)
Aşağıağdaş — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Aşağıcıvanlı (Duzluca)
Aşağıcıvanlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Aşağıcıyrıqlı (Duzluca)
Aşağıcıyrıqlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci ildə xarici mənbələrdə Çırıqlı kimi qeyd olunur. 1940-cı ilə qədər aşağı və yuxarı ayrı-ayrı kəndlər kimi mövcud idi. 1940–1950-ci illərdə yalnız "Yuxarıcıyrıqlı" kimi qeydə alınmışdır. 1955-ci ildən "Aşağıcıyrıqlı" kimi qeyd olunur. Əvvəllər Qars vilayətinin Kağızman rayonuna bağlı olan kənd Daxili İşlər Nazirliyinin 6 iyul 2001-ci il tarixli qərarı ilə İğdır vilayətinin Duzluca rayonuna birləşdirilmişdir.
Aşağıqatırlı (Duzluca)
Aşağıqatırlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır. Ermənilər 13 avqust 1919-cu ildə aşağı və yuxarı Qatırlı kəndlərində kişiləri yığaraq qətlə yetirmişdilər. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafının Türkiyə ərazisi olduğu təsdiqlənmişdir.
Düzağa
Düzağa — Azərbaycan Respublikası Xocavənd rayonunun Şimal hissəsində, Xocavənd və Xocalı rayonlarının sərhədi boyunca uzanan dağ silsiləsi. Ön hündürlüyü zirvəsi 1397 m.-dir. Oronimin Qarabağın qədim Dizaq mahalının adından olduğu ehtimal edilir.
Düzləmə səthləri
Düzəlmə səthləri — adətən güclü parçalanmış, dağlıq ərazilərdə dik yamaclarla əhatələnən və qırışıq strukturları bucaq altında kəsən, zəif dalğalı dağüstü düzənliklərdən ibarət olub, relyefin inkişaf tarixində tektonik hərəkətlərin sabitlik və ya relyefin enmə mərhəlləlrində formalaşmışdır. Düzəlmə səthləri yaşı, yüksəkliyin, onların kəsdiyi süxurların litoloji tərkibin və qırışıqlıq dərəcəsi, yeni tektonik hərəkətlərin intensivliyi, torpaq-bitki örtüyü, iqlim şəraiti və b. amillərlə əlaqədar relyefin parçalanma dərəcəsçindən, ekzogen proseslərin intensivliyindən asılı olaraq müasir relyefdə müxtlif formada (vəziyyətdə) saxlanmışlar. Onlar Böyük və Kiçik Qafqazın, Talışın və Arazyanı silsilələrin xarakterik relyef formalarından biridir. Böyük Qafqazın Azərbaycan hissəsində düzəlmə səthləri kifayət qədər geniş yayılmışdır. Burada düzəlmə səthləri ayırmışlar. Ancaq bu düzəlmə səthlərinin morfologiyası, yaşı, mənşəyi haqqında daha ətraflı məlumat B. Ə. Budaqovun (1957, 1969, 1973) və Lilienberqin (1958) əsərlərində verilmişdir. B. Ə. Budaqov burada 8, D. A. Lilienberq 7 düzəlmə səthi ayrılmışlar: Şahdağ (3800–4000 m – 4200 m), Şahyurdu (3500–3600 m), Salavat (2800–3100 m), Qovdaq-Dibrar (2000–2400 m), Taxtayaylaq (1500–1600 m), Çuxuryurd (1200–1300 m), Şamaxı (600–800 m), Qobustan (300–500 m). B. Ə. Budaqovun ayırdığı Şahyurdu (3500–3600 m) düzəlmə səthi Şahdağ düzəlmə səthindən aşağıda yerləşir və sərbəst düzəlmə səthi kimi ayrılmışdır. Kür çökəkliyində Kür və Qabırrı çayları arası ərazinin qərb hissəsində antiklinal silsilə və platolarda 700–1000 m yüksəklikdə yerləşən hamar suayrıcıları Müseyibov M. A. (1975) düzəlmə səthlərinə aid edir və onların son pliosendə formalaşdığını qeyd edir.