Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhdnamə
Əhdnamə — ərəb-fars sözü olub, "şərtləşmə", "sözləşmə" mənasında işlənir. Orta әsrlәr müsәlman Şәrqindә hökmdarın göstәrişi ilә tәrtib olunan, hәr hansı xarici dövlәt, zümrә, yaxud ayrıca şәxsin hüququnu tәsdiqlәyәn sәnәd. Xilafәt dövründә əhdnamələrin mәzmunu müxtәlif vәzifәlәrә tәyinat, yazılı әmr vә tәlimatlar, ayrı-ayrı şәxslәrә vә ya qruplara verilәn hüquq vә imtiyazlardan, xarici dövlәtlәrlә razılaşmalardan ibarәt idi . İslam tarixindә ilk tәyinat mәzmunlu əhdnamə Əbu Bәkrin Ömәr ibn Xәttabı özündәn sonra xәlifә tәyin etmәsi barәdә Osman ibn Əffana yazdırdığı əhdnamədir. Əmr vә tәlimat xarakterli ilk əhdnaməlәrdәn biri kimi Mәhәmmәd peyğәmbәrin Yәmәn valisinә göndәrdiyi əhdnaməni göstәrmәk olar. Xilafәt tәrkibindә yaşayan әhli-kitab üçün əhdnaməlәr peyğәmbәrin dövründә 630 ildәn sonra verilmәyә başlanmışdır. Raşidi xәlifәlәr dövründә Suriya, Fәlәstin, Misir, Azәrbaycan, İran vә s. ölkәlәrin әhalisi üçün çoxlu əhdnaməlәr imzalanmışdır . İlk müsəlman fatehlərinin fəth etdikləri şəhərlərin əhalisi ilə bağladıqları sülh müqaviləsi islamın burada yayılması üçün dayaq nöqtəsi olmuşdur. Əhdnamə adlandırılan barış sazişlərindən biri Xəlifə Ömərin sərkərdəsi olmuş Hüzeyfə ibn əl-Yəman ilə Ərdəbil əhalisi arasında bağlanmışdı .
Ərznamə
Ərznamə və ya Ərz–i Ləşkər — atası Uzun Həsənin adından əyaləti idarə edən Sultan Xəlil bəyin 1476–cı ildə Farsda, Bənd–i Mirdə həyata keçirdiyi hərbi baxış haqqında təsvirdir. Cəlaləddin Dəvani tərəfindən farsca qələmə alınmışdır. Əsər Fars əyalətində mülki və hərbi rəsmilərin siyahısı ilə yanaşı, həm də mühüm statistik məlumatları ehtiva edir.
Əsasnamə
Əsasnamə qanunda müəyyən edilmiş işlərin necə icra ediləcəyini göstərir, Nazirlər Kabineti tərəfindən verilir və qanunlar kimi prezidentin imzasından sonra əks bir müddəa olmadıqda, Rəsmi Qəzetdə dərc edildikdən 45 gün sonra qüvvəyə minir. Ancaq qanundan fərqli olaraq, Dövlət Şurasının Nəzarətindən keçməlidir, əks təqdirdə qəbul olmayacaqdır. Bundan əlavə, bir qurum və ya təşkilatın məqsədlərini, vəzifələrini və izləmə yollarını və metodlarını təyin etdiyi maddələr toplusudur. Qanunun icrası ilə bağlı prinsipləri özündə əks etdirir.
Tur (şəhnamə)
Tur (fars. تور‎) — Firdovsinin Şahnaməsində epik bir personajdır. Əfsanəvi Şah Firidunun ikinci oğlu və Səlm və İrəcin qardaşıdır. Gənc şahzadə özünə və bacılarına hücum edən əjdaha ilə cəsarətlə vuruşanda, atası tərəfindən ona "cəsur" mənası verən Tur adı verilmişdir. Firidun imperatorluğunu övladları arasında bölür; Turanı Tura verir. Bu vəziyyət, Turanın iranlılarla mübarizəsinin başlanğıcıdır. Şahnamənin Əfrasiyab kimi ən əhəmiyyətli personajlarından bəziləri Turun nəslindən gəlir. Tur qardaşı İrəcin oğlu Mənuçöhr tərəfindən öldürülmüşdür.
Eqnate Ninoşvili
Eqnate Fomiç Ninoşvili (əsl soyadı İnqorovka; gürc. ; 17 fevral 1859, Kela[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 12 may 1894, Çançeti[d], Kutaisi quberniyası, Rusiya imperiyası) — Gürcüstan yazıçısı. == Həyatı == Eqnate Fomiç Ninoşvili 17 fevral 1859-cı ildə Rusiya imperiyasının Kutaisi quberniyasında yerləşən Kela kəndində anadan olmuşdur. "Mesame basi" qrupunun yaradıcılarındandır. "Qokia Uişvili" (1890), "Simona" (1892), "Kristine" (1893), "Mirzə Mose" (1894) və s. povestlərində kəndlilərin ağır həyatı, zadəganların məişət pozğunluğu, çar məmurlarının tamahkarlığı təsvir olunur. "Quriyada üsyan" (1888-1889, nəşri 1902) tarixi romanı 1841-ci il kəndli üsyanlarından bəhs edir.
Əshamə ibn Əbcər
Əshamə ibn Əbcər (ərəb. أصحمة بن أبجر‎) – Məhəmməd peyğəmbərin dövründə yaşamış Aksum şahı (nəcaşi). Nəcaşi xristian idi, lakin sonra İslamı qəbul etmişdir. Məkkəli müsəlmanlar müşriklər tərəfindən zülmə məruz qaldıqdan sonra Peyğəmbər onları Efiopiyaya göndərir və Nəcaşi müsəlman qaçqınları qəbul edərək öz mülklərində yerləşdirir. O, yanına gələn müsəlmanlara Məhəmmədin peyğəmbərliyi və dinlərinin əsasları haqqında suallar verir. Onların cavablarından sonra İslamın qəbulu ilə bağlı şəhadət verir. Bunun xəbəri Məkkə müsəlmanlarına da gəlib çatanda onlar sevinir. Məhəmməd peyğəmbər onun vəfatından xəbər tutanda Mədinədə olarkən onun üçün cənazə namazı qılır.
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə - Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq normalarının müəyyən edən hüquqi sənəd. == Qəbul edilməsi == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il 23 avqust tarixli qərarı ilə təsdiq olunmuşdur. == Mahiyyəti == Əsasnamənin birinci maddəsinə görə, 1914 il iyulun 19-na qədər Azərbaycan XalqCümhuriyyətinin ərazisində yaşamış və hər hansı inzibati idarə və ya ictimai zümrə tərəfindən qeydə alınmış hər bir şəxs, həmçinin istər ölkə daxilində və ya onun xaricində Azərbaycan vətəndaşından doğulmuş, ölkə ərazisində 5 ildən yuxarı yaşamış və ölkədə məskunlaşmış, yəni evləri, iş yerləri olan şəxslər Azərbaycan vətəndaşı hesab edilirdi. Xarici vətəndaş Azərbaycan vətəndaşı ilə nikaha girdikdə o, Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı hesab olunurdu. Azərbaycan vətəndaşı eyni vaxtda başqa ölkənin vətəndaşı ola bilməzdi. Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları ölkədəki bütün siyasi hüquqlara (mərkəzi qanunvericilik və yerli özünüidarə orqanlarına seçki-lərdə fəal və passiv iştirak etmək hüququna və s. hüquqlara) malik idilər. Əsasnaməyə görə, Hökumətə xarici ölkə vətəndaşlarının dövlət qulluğuna dəvət etmək səlahiyyəti verilirdi. Əsasnamədə xarici vətəndaşın Azərbaycan vətəndaşlığını qəbul etməsi və ya Azərbaycan vətəndaşının digər ölkənin vətəndaşlığına keçməsi qaydalarının xüsusi qanunla müəyyən ediləcəyi qeyd olunmuşdu. == Ləğvi == 1919 il avqustun 11-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Azərbaycan Vətəndaşlığı Haqqında Qanun qəbul edildikdən sonra Hökumətin Azərbaycan Vətəndaşlığı Haqqında Əsasnaməsi qüvvədən düşdü.