Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elüvi
Elüvi - əsas süxurların aşınma məhsulunun əmələ gəldiyi əvvəlki yerində qalan hissəsidir. Elüvi aşınma qabığını əmələ gətirir. .
Delüvi
Delüvi – yüksəkliklərin yamaclarında yağış və qar suları vasitəsilə narın aşınma materialının yuxarıdan gətirilib yüksəkliyin ətəklərində yığılmasıdır. .
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Ələvi Ocaqları
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. == Strukturlaşdırma == Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir.Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır. Buna ən məşhur nümunə Şücaəddin Vəli ocağıdır.
Əyad Ələvi
Əyad Ələvi (kürd. إياد علاوي; 31 may 1945, Bağdad) — İraq siyasətçisi. O, 2014–2015-ci illərdə və 2016–2018-ci illərdə İraqın vitse-prezidenti vəzifəsində çalışmışdır. Əvvəllər o, 2004–2005-ci illərdə İraqın müvəqqəti baş naziri və 2003-cü ildə İraqın İdarə Heyətinin sədri (38-ci baş nazir) vəzifələrində işləmişdir.
Luvi dili
Luvi dili – Xet-luvi dillərinə aid ölü dil. B.e.ə. II minillikdə Cənub-qərbi Kiçik Asiyada Xet çarlığının tərkibinə daxil olan Luvi ərazisində yayılmışdır.
Məhəmməd Təhviq Əlavi
Məhəmməd Təhviq Əlavi (1 iyul 1954, Bağdad) — İraq Ərəb İslam Respublikasının 50-ci baş naziri. == Həyatı == == Təhsili == Əlavi, Səddam Hüseyn hökuməti tərəfindən istədiyi kimi, orta təhsil aldıqdan sonra Bağdad Universitetində Memarlıq mühəndisliyi ixtisası üzrə təhsil almışdır. Daha sonra Sürgünə getdi və 1977-ci ildə Livana köçdü, burada təhsilini başa vurdu və 1980-ci ildə Beyrut Amerika Universitetidən Memarlıq ixtisası aldı. Daha sonra Birləşmiş Krallıqa köçdü. == Şəxsi həyatı == İraqın 38-ci baş naziri Əyad Ələvi onun əmisi oğludur.
Ələvi Misri duası
Ələvi Misri duası (ərəb. دعاء علوي مصري‎), Seyid Məhəmməd Ələvi Misri Seyid Şucaəddin oğlundan(ərəb. سیدشجاع‌الدین‎) nəql olunmuş dua.Seyid Bin Tavus Məhəcül Dəəvat kitabında bu duanı iki yolla nəql etmişdir.ilk yol: bir əski kitabda onun yazanı, adını Hüseyn bin Əli bin Hind deyən şəxsdən nəql edir: bu duanı Ələvi Misri 396h.q ilinin Şəvval ayında yazıb və onun sənədini belə zikr edir:<ref>مهج الدعوات و منهج العبادات,Kitab (ərəb.
Allüvi
Allüvi (yun. alluvio - gətirmə) — Daimi və müvəqqəti çayların çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. Allüvidə bitki və heyvan qalıqlan da olur. == Allüvial su == Müasir və ya gömülmüş çay dərələrinin allüvial çöküntülərində yayılmış yeraltı su. == Allüvial-delüvial çöküntülər == Eroziya və yamacların delüvial yuyulma proseslərinin birgə fəaliyyəti nəticəsində toplanan çöküntülər. Vadilərin yamaca yaxın hissələrində və ya dərələrdə güclü daşqınlar zamanı allüvium və delüvium yığımlarının növbələşməsi nəticəsində formalaşır. Xarakter xü­susiyyəti; qırıntı materialının zəif çeşidləşməsi və yuvarlaqlığı; kəsiliş boyu allüvial (çaqıllar, qumlar) və delüvial (qumcalar, gilcələr, narın xır) akkumilyasion fazalara uyğun gələn çöküntülərin növbələşməsi.
Dellüvi
== Dellüvi == Dellüvi- Aşınma materiallarının yağış və qar suları vasitəsilə yuyulub aparılaraq dağ yamaclarında və ətəklərində toplanmasından yaranan çöküntüyə deyilir. Delüvi anlayışı 1890-cı ildə geoloq A.P.Pavlov tərəfindən təklif edilmişdir.
Elvin
Elvin — Kişi adı. Elvin AbbasovElvin Abbasov (iş adamı) — Azərbaycanlı iş adamı. Vision TV-nin təsisçisi, "TimeSoft" MMC və "Virtual Azerbaijan Group of Companies" MMC şirkətlərinin həmtəsisçisi və direktoru, Ciu-citsu Federasiyanın idarə heyətinin üzvü (2019). Elvin Abbasov (əsgər) — Vətən müharibəsinin şəhidi. Elvin Abbasov (baş çavuş) — Vətən müharibəsinin şəhidi.Elvin Məmişzadə — 2015 Avropa Oyunlarının qızıl medalçısı. Elvin Beqiri — Albaniya futbolçusu Elvin Rot — amerikalı iqtisadçı. Elvin Kristoffel — alman riyaziyyatçısı Elvin MirzəyevElvin Mirzəyev (rejissor) — Azərbaycan rejissoru, aktyoru. Elvin Mirzəyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Polüvi
== Polüvi == Polüvi (lat.paoluo-yuyuram)-dağ yamaclarından müvəqqəti güclü (sel) su axınları vasitəsilə gətirilməsi və dağətəyi boyunca yığılması nəticəsində yaranan kobud çöküntülər yığımına deyilir. Dağ dərələrinin düzənliyə çıxdığı sahələrdə polüvi gətirmə konusları əmələ gətirir. Polüvinin tərkibində delüvial çöküntülər də olur. Polüvial quraq iqlim sahələri üçün səciyyəvidir. Orta Asiyada Tyan-Şan və Kopetdağın ətəklərində, Azərbaycanda Böyük Qafqazın cənub yamacında polüvial tipli gətirmə konusları geniş yayılmışlar.
Telavi
Telavi (gürc. თელავი, azərb. Qaracalar‎) — Alazan vadisində (Gürcüstan) şəhər, Telavi bələdiyyəsinin mərkəzi, Kaxetiya diyarının paytaxtı. Əhalisi — 19 629 nəfər (2014).Şəhər Sivi-Qombor dağ silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 490 metr hündürlükdə, Tbilisidən 70 km. aralıda yerləşir. == Tarixi == Telavinin adı b.e. I əsrinə aid mənbələrdə çəkilir. Şəhər Yaxın Şərqdən Avropaya aparan karvan yolunun üzərində vacib ticarət mərkəzi olmuşdur. XI əsrdə və XVII əsrdən XVIII əsrə qədər Kaxetiya çarlığının paytaxtı olmuşdur. == Görməli yerləri == VIII—XVIII əsrlərə aid qala; 800 yaşlı çinar ağacı; Telavi Dram Teatrı;Ətrafında: Şuamta monastırlar kompleksi (V—XVI əsrlər); İkaltoy akademiyasının xarabalıqları (XI—XII əsrlər) (rəvayətə görə Şota Rustavelli burada oxumuşdur) == Tanınmış adamları == === Doğulanlar === Henrix Malyan (1925—1988) — rejissor, SSRİ xalq artisti (1982) Kaxi Asatiani (1947—2002) — gürcü əsilli sovet futbolçusu, məşqçi.
Yelvi
Didi Plevi
Didi Plevi (gürc. დიდი ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 530 nəfər idi. 2014-cü ildə 390 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Eleni Fureyra
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır. Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır.
Elvin Abasov
Elvin Səxavət oğlu Abasov (17 iyun 1993, Çarhan, Şamaxı rayonu – 22 noyabr 2020, Ağcabədi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Abasov 1993-cü il iyunun 17-də Şamaxı rayonunun Çarhan kəndində anadan olub. == Hərbi xidməti == Elvin Abasov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Elvin Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvin Abasov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı ağır yaralanıb və 14 gün Ağcabədi Rayon Xəstəxanasında müalicə aldıqdan sonra noyabrın 22-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Elva
Elva (est. Elva) — Estonianın cənubi-şərqində şəhər, Tartumaa bölgəsinin inzibati mərkəzi. Emayıgi çayına tökülən Elva çayında yerləşir. Şəhərdə iki göl var: Verevi və Arbi. Həmçinin şəhər yaxınlığında Viysyaagu gölü də mövcuddur.
Elvin Abbasov
Elvin Abbasov (iş adamı) — Azərbaycanlı iş adamı. İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası-nın İdarə Heyətinin sədri, Gəncə İdman Klubu-nun Müşahidə Şurasının üzvü, Azərbaycan Ciu-Citsu Federasiyası-nın idarə heyətinin üzvü, Vision TV və Virtual Azerbaijan Group of Companies şirkətlərinin təsisçisi, TimeSoft şirkətinin həmtəsisçisi və direktoru. Xəlifə Qiyas soyunun tədqiqatçısı. Elvin Abbasov (əsgər) — Vətən müharibəsinin şəhidi. Elvin Abbasov (baş çavuş) — Vətən müharibəsinin şəhidi.
Elvin Abdulla
Elvin Abdulla (13 sentyabr 1990, Şəki) — Azərbaycan kinorejissoru, “Dream Big Film Company” şirkətinin təsisçisi və idarəçisi.
Elvin Abdurahmanov
Elvin Əbülfəz oğlu Abdurahmanov (1 oktyabr 1996, Əmirvan, Qəbələ rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Abdurahmanov 1996-cı il oktyabrın 1-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2003–2014-cü illərdə Əmirvan kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elvin Abdurahmanov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Kəngərli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Elvin Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Abdurahmanov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Elvin Abdurrahmanov
Elvin Əbülfəz oğlu Abdurahmanov (1 oktyabr 1996, Əmirvan, Qəbələ rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Abdurahmanov 1996-cı il oktyabrın 1-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2003–2014-cü illərdə Əmirvan kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elvin Abdurahmanov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Kəngərli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Elvin Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Abdurahmanov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Elvin Adıgözəl
Elvin Adıgözəl (18 noyabr 1989) — kinorejissor. == Həyatı == Elvin Adıgözəl 18 noyabr 1989-cu ildə Azərbaycanın Goranboy rayonunda dünyaya gəlib. Uşaqlığından başlayan kino sevgisi onu 2005-ci ildə paytaxt Bakıya gətirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində aldığı təhsillə kifayətlənməyərək, Bakı Kamera Teatrı nəzdində aktyorluq kurslarına da yazılır. Bir çox teatr sənətçilərindən dərs alır. 2008-ci ildə işdən kənar pul qazanmaq üçün çalışdığı televiziya kanalının avadanlığı hesabına ilk qısa filmlərini çəkməyə başlayır. Elvin Adıgözəl 2009-cu ildə çəkdiyi “Dönüş” filmi onu dünya kinosunda azad produsserliklə məşğul olan məşhur Qiyom De Siel (Guillaume De Seille) ilə tanış etdi. Bu tanışlıq filmin çəklişindən 2 il sonra 2011-ci ildə baş verdi. Elvin Adıgözəl 2010-cu ildə çəkdiyi “Dumanda” adlı qısa filmi “START” kinofestivalının juri mükafatına layiq görülür. Sonra “Buqələmun” adlı film çəkir.
Elvin Astanov
Elvin Əmrah oğlu Astanov (5 iyul 1979; Qafan rayonu, Ermənistan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Elvin Astanov 1979-cu il iyulun 5-də Qafan rayonunda anadan olub. 2007-ci ildə Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində onurğa sütunu sındı. == Karyerası == 2021-ci ilin iyun ayında Elvin Astanov Polşada baş tutan Dünya Çempionatında 8.22 metr nəticə ilə turnirin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Elvin Astanov Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nüvə itələmə turnirində Elvin Astanov 8.77 metr nəticə ilə qızıl medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elvin Əmrah oğlu Astanov "Şöhrət" ordeni ilə təltif edildi.
Elvin Ağakərimov
Elvin Eldəniz oğlu Ağakərimov (1 aprel 2002; Şamaxı rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Ağakərimov 2002-ci il aprelin 1-də Şamaxı şəhərində anadan olub. 2008-2019-cu illərdə Şamaxı şəhər İnşaatçı qəsəbə tam orta məktəbində təhsil alıb. Erkən yaşlarından güləşlə məşğul olub. Subay idi. == Hərbi xidməti == Elvin Ağakərimov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Ağakərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Ağakərimov oktyabrın 2-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Ağayev
Elvin Ağayev (ing. Elvin Aghayev; 11 iyul 1987, Bakı) — azərbaycanlı politoloq, tədqiqatçı. == Həyatı və fəaliyyəti == Elvin Elbrus oğlu Ağayev 1987-ci il iyulun 11-də Bakı şəhərində anadan olmuşdur. Universitetə qədər təhsilini eyni şəhərdə tamamlamışdır. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universiteti'nin Ümumi İqtisadiyyat Fakültəsində başladığı bakalavr təhsilini 2008-ci ildə bitirmişdir. Bakalavr təhsilini Azərbaycan'da yekunlaşdırdıqdan sonra magistr təhsilini Türkiyə'nin İstanbul şəhərində yerləşən İstanbul Aydın Universiteti'nin "Political Science and International Relations" magistr fakültəsində İngilis dilində tamamlamışdır.2012-ci ildə Elvin Ağayev və Filiz Katman'ın birlikdə yayımladıqları "Rusiya-Suriya Münasibətlərinin Tarixi Bağları və Bu Günü" adlı məqalə, beynəlxalq əlaqələr sahəsində dünyanın bəzi akademik jurnal və araşdırma mərkəzləri tərəfindən yayımlanmış, həmçinin bu məqalə ABŞ'ın Kentukki ştatında yerləşən Kentukki Universitetinin Bakalavr Araşdırma Milli Konfransı tərəfindən və bir çox digər beynəlxalq elmi araşdırmaçılar tərəfindən qaynaq olaraq istifadə edilmişdir. Elvin Ağayevin, "Keçmişdən Bu Günə Almaniya-Türkiyə Münasibətləri" adlı elmi məqaləsi isə 2012-ci ildə Almaniya'nın Ştuttqart şəhərində keçirilən beynəlxalq elmi konfransda yayımlanmışdır. 2013-cü ildə müəllifi olduğu "Liviya'da 'Ərəb Baharı'nın Analizi və Arxa Planı" isimli məqaləsinin ana mövzusu 2011-ci ildə Liviya'da baş verən vətandaş müharibəsi haqqında olmuşdur. Bu elmi məqalə başda ABŞ'ın Harvard Universiteti'nin Sosial Elmlər İnstitutu və İngiltərə'nin Oksford Universiteti'nin "Global İqtisadiyyatın Yenidən Qurulması üzrə Beynəlxalq Konfrans"ı tərəfindən habelə bir çox beynəlxalq tədqiqatçılar tərəfindən də akademik qaynaq olaraq istifadə edilmişdir. Ağayev eyni zamanda ABŞ'ın Yuta ştatında yerləşən Yuta Universiteti'nin siyasət sahəsində təsis etdiyi "Political Research Quarterly" adlı beynəlxalq elmi jurnalın hakimlərindən biridir.2013-cü ildən etibarən mərkəzi Vaşinqton'da yerləşən "The Independent International Political Research Center" (Müstəqil Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzi) qurumunda baş tədqiqatçı kimi çalışan Ağayev, ana dili ilə yanaşı İngilis, Rus, Türk və Ərəb dillərini bilir.Ağayev eyni zamanda qlobal yayım orqanı olan, məşhur The Huffington Post nəşrinin beynəlxalq əlaqələr üzrə təhlilçi və yazarlarından biridir.
Elvin Babayev
Elvin Babayev (tam adı: Elvin Əkbər oğlu Babayev; 28 fevral 2001; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Elvin Babayev 28 fevral 2001-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2007-ci ildə Bakı şəhərində yerləşən leytenant Kərim Kərimov adına 8 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 9-cu sinifdə məktəbdə gənclər arasında komandir olmuş, Nəsimi Rayonun hərbi tədbirlərində iştirak etmiş və gənclər arasında keçirilən "Şahinlər" yarışına qatılmışdır. 2019-cu ildə orta məktəbi bitirir. 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Elvin Babayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Döyüşlərdə iştirak edəndə onun tərxis olunmasına 3 ay qalırdı. Elvin Babayev 2 oktyabr 2020-ci ildə Ağdam-Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Elvin Bayramov
Elvin Bayramov (əsgər, 1998) (22.01.1998 – 2020) — MAHHXHQ əsgər, Vətən müharibəsi şəhidi. Elvin Bayramov (əsgər, 1999) (08.07.1999 – 2020) — əsgər, Vətən müharibəsi şəhidi.
Elvin Beqiri
Elvin Beqiri — Albaniya futbolçusu Elvin 27 sentyabr 1980-ci ildə Albaniyada dünyaya gəlib və ampulası müdafiəçidir. Karyerasına 1999-cü ildə "Vllazniya"da başlayıb. 2003-cü ildə Donetsk "Metallurq"una keçib. 2005-ci ildə Rusiyaya üz tutaraq, Vladiqafqaz "Alaniya"sı ilə anlaşıb. 2005/06 mövsümünü Təl-Əviv "Makkabi"sində keçirdikdən sonra, yenidən "Metallurq"a dönüb. 2008-ci ildə Kiyev "Arsenal"ının şərəfini qoruyub və daha sonra "Vllazniya"ya dönüb. İndiyə qədər 47 dəfə Albaniya millisinə dəvət alıb. Məşhur transfermarkt.co.uk saytı ona 1 milyon 250 min avro qiymət qoyub. Qeyd edək ki, Beqiri 2008-ci ildə Bakıda Azərbaycan və Albaniya yığmaları arasında baş tutan yoldaşlıq oyununda iştirak edib. Həmin görüşün ilk yarısında qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Qələvi
Qələvilər — suda həll olan əsaslara deyilir. Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir. Digər əsaslar ya suda az həll olur, ya da həll olmur: Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və.s. == Alınması == 1) Aktiv metalların (Li,Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə alınır: 2 Li + 2 H 2 O ⟶ 2 LiOH + H 2 {\displaystyle {\ce {2Li + 2H2O -> 2LiOH + H2}}} 2) Qələvi və qələvi-torpaq metalların hidridlərinin su ilə reaksiyasından alınır: KH + H 2 O ⟶ KOH + H 2 {\displaystyle {\ce {KH + H2O -> KOH + H2}}} == Qələvilərin adlandırılması == Əvvəlcə, sabit valentli metalın adı, sonra hidroksid sözü deyilir.
Vezuvi
Vezuvi vulkanı (it. Monte Vesuvio, lat. Mons Vesuvius) — İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan vulkanik dağ. Eramızın 79-cu ilində Ve­zu­vi vul­ka­nı­nın partlayışı Neapol­un cə­nu­bun­da­kı Pompey, Herkulanum və Stabiya şə­hə­rləri­nin yox ol­ma­sı­na səbəb olmuşdur. Vezuvi vulkanı eyni zamanda Spartakın başlatdığı üsyana ev sahibliyi edən ilk yerdir. Spartak, eramızdan əvvəl 73-cü ildə Capua şəhərindəki qladiator məktəbindən qaçan 77 dostu ilə birlikdə Vezuvi dağına sığındı. == Təhlükəsi haqqında == Maqma dəliklərindən çıxan maddələri tədqiq edən Fransa və İtaliya alimləri 1944-cü ildən bəri "susan" Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yerin 8–9 km dərinliyində maqma növünün araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indiki maqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini vurğulamışlar. Bu maqmanın sonuncu, 1944-cü ildəki partlayışda olduğu kimi bazaltik xüsusiyyətə sahib olması halda, partlayışın çox şiddətli olmaması ehtimalı ifadə edilmişdir.Vezuvi vulkanı püskürdükdə İtaliyanın bir şəhəri lavanın altında qalmışdır. Mütəxəssislər lazımi tədbirlər görülməsə Vezuvi vulkanının növbəti püskürməsi zamanı 300 min insanın öləcəyini bildirirlər.
Əlili
Əlili, Salvard — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kəngərli türk tayfasına mənsub əlili etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Salvard qoyulmuşdur.
Ələhi
Ələhi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Eyni adlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən qərbdə, Ordubad-Nürgüt avtombil yolunun yaxınlığında, Gilançayın sol sahilində, Qapıcıq dağının ətəyindədir. Natamam orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Ələhi Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, toponim qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır və kəndin coğrafi movqeyi ilə bağlıdır. Kəndin ərazisində eyniadlı bulaq da var.. == Əhalisi == Əhalisi 141 nəfərdir. Əhali bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur. == Mədəniyyəti == Bist bələdiyyəsinin tərkibinə daxildir.
Əməvi
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Ceyms Beluşi
Ceyms Beluşi (ing. James Adam Belushi; 15.6.1954) — ABŞ aktyoru. == Həyatı == == Maraqlı faktlar == Hollivudun məşhur aktyoru Ceyms Beluşi reklam çəkilişi üçün ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərinə gəlib. Aktyor jurnalistlərə verdiyi müsahibədə ona ən çox xoş təsir bağışlayan şeylərin “Sultan Əhməd” (məscidi) və şəhərin taksi sürücüləri olduğunu deyib. “8 yaşlı oğlum bizi müşayiət edən rəhbərdən dəstəmaz almağı və namaz qılmağı öyrəndi. Sonra isə məscidin içində yerə yıxılaraq namaz qılmağa çalışdı”. Aktyor “Yerəbatan Sarnıcı”na getdiklərini, oğlunun bu yeraltı məkanda qorxduğunu və “yaxşı ki, namaz qıldım və Allaha dua etdim” dediyini bildirib. “Ayasofiya”ya da getdiklərini bildirən aktyor bu tarixi məkanın bağlı olduğunu dedi. Beluşi azan səsinin də böyük təsir qüvvəsinə malik olduğunu bildirib: “Azan səsini eşitmək insanın tüklərini biz-biz edən müdhiş bir təcrübədir. Çox böyük təsiredici gücü var”.
Corc Kluni
Corc Timoti Kluni (ing. George Timothy Clooney; 6 may 1961[…], Leksinqton, Kentukki) — Amerika aktyoru. == Həyatı == Uşaqlıqdan Corc Kluni yaradıcı ailədə böyüyür. Onun atası televiziyada çalışır və özünün şəxsi "Şou Nika Kluni" proqramını aparır. Buna görə də Corc artıq 5 yaşında teleekranlara çıxır, reklam çarxlarında çəkilir. Aktyor ilk əvvəl idmanla məşğul olur. Onun maraqlandığı idman növü beysbol olur və o, Cincinnati Reds komandasının üzvü olur. Ancaq o bu sahədə uğur əldə edə bilmir və tezliklə bu sənəti tərk edir. Şimali Ketukki Universitetinə daxil olan Corc oxumaq əvəzinə, ən çox dostları ilə vaxt keçirir və elə buna görə də 3 il birinci kursda qalır. Lakin burada da sona qədər qərar tutmur.
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa Içərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, Ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi.