Elvin Əmrah oğlu Astanov (5 iyul 1979; Qafan rayonu, Ermənistan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.
Elvin Astanov | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Elvin Əmrah oğlu Astanov | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Qafan rayonu, Ermənistan SSR | ||||||||||
İdman növü | Yüngül atletika | ||||||||||
Karyera illəri | 2013–h. h. | ||||||||||
Məşqçisi | Vladimir Zayets | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Elvin Astanov 1979-cu il iyulun 5-də Qafan rayonunda anadan olub. 2007-ci ildə Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində onurğa sütunu sındı.
2021-ci ilin iyun ayında Elvin Astanov Polşada baş tutan Dünya Çempionatında 8.22 metr nəticə ilə turnirin qalibi oldu.
2021-ci ilin avqust ayında isə Elvin Astanov Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nüvə itələmə turnirində Elvin Astanov 8.77 metr nəticə ilə qızıl medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elvin Əmrah oğlu Astanov "Şöhrət" ordeni ilə təltif edildi.[1]