Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elenora qızılquşu
Araqonlu Eleonora
Araqonlu Eleonora (isp. Leonor de Aragón; 20 fevral 1358 – 13 avqust 1382) — Araqon kralı IV Pyotrun qızı və Kastiliya kraliçası. == Həyatı == Eleonora atasının üçüncü evliliyindən dünyaya gəlmişdi və kralın ən kiçik övladı idi. Qardaşlarından ikisi - Con və Martin Araqon kralı olsa da, heç birinin oğul varisi dünyaya gəlmədi. Eleonora 18 iyun 1375-ci ildə Kastiliya kralı I Conla Soriyada evləndirildi. Bu evliliklə Araqon və Kastiliya arasında 1374-1375-ci illərdə bağlanan atəşkəs gücləndirildi. Cütlüyün bu evlilikdən 3 övladı dünyaya gəldi: Henri (1379-1406) Ferdinand (1380-1416) Eleonora (13 avqust 1382) Yeddi il davam edən evliliyin ardından Eleonora 13 avqust 1382-ci ildə doğum əsnasında vəfat etdi. Dünyaya gələn qız uşağına onun adı verilsə də, eyni gün uşaq vəfat etdi. == Mənbə == Previté-Orton, Charles William (1960). The Shorter Cambridge Medieval History.
Eleanora Ruzvelt
Eleonora Evelinq
Eleonora Evelinq (Marks; alm. Eleanor Aveling [Marx]‎; 16 yanvar 1855 – 31 mart 1898) — Böyük Britaniya sosialist və qadın hərəkatının fəal üzvü. == Həyatı == 1855-ci il yanvarın 16-da Londonda anadan olmuşdur. O, Karl Marksın kiçik qızı, ingilis sosialisti Eduard Evelinqin isə həyat yoldaşı və silahdaşı olmuşdur. Eleonora 1898-ci ildə martın 31-də Londonda vəfat etmişdir. == İnqilabda rolu == Eleonora Britaniyada ilk sosialist təşkilatının yaradıcılarından biri olmuşdur. O, bununla yanaşı "yeni tred-yunionlar" hərəkatında fəal iştirak etmiş, qadınlar arasında böyük iş aparmışdır. İkinci İnternasionalın bir sıra konqreslərində tərcüməçi olmuşdur. O, İngiltərə və Almaniyanın sosialist mətbuatında fəal iştirak etmişdir. Atası K. Marksın bir sıra əsərini çapa hazırlamışdır.
Eleonora Hüseynova
Eleonora Hüseynova (1947, Bakı – 22 yanvar 2019, Bakı) — Azərbaycanlı diplomat. == Həyatı == Eleonora Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2019-cu ilin yanvar ayının 22-də vəfat etmişdir. == Fəaliyyəti == Eleonora Hüseynova 1994–2004 Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, 2004–2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olmuşdur.
Eleonora Kejova
Eleonora Kejova (28 dekabr 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eleonora Kejova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Eleonora Romanova
Eleonora Romanova — 17 avqust 1998-ci ildə Ukraynanın Krasnodon şəhərində anadan olub. Ukraynalı bədii gimnastdır. Dünya Çempionatının 2, Avropa Çempionatının isə 1 qat bürünc medalçısıdır. Vətənini 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi. == Həyatı == Eleonora Romanova 17 avqust 1998-ci ildə Ukraynanın Krasnodon şəhərində anadan olub. == Karyerası == Eleonora Romanovanın ən böyük uğurları Dünya və Avropa Çempionatlarına təsadüf edir. Eleonora Romanova 2014-cü ildə İzmirdə, 2015-ci ildə isə Ştutqartda Dünya 3-cüsü olmuşdur. Həmçinin Eleonora Romanova 2015-ci ildə Belarusun paytaxtı Minsk şəhərində Avropa Çempionatının 3-cüsü olmuşdur. Eleonora Romanova 2015-ci ildə Ukraynanı Avropa Oyunlarında təmsil etdi.
Eleonora qızılquşu
Eleonora qızılquşu (lat. Falco eleonorae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Eleonora Marks
Eleonora Evelinq (Marks; alm. Eleanor Aveling [Marx]‎; 16 yanvar 1855 – 31 mart 1898) — Böyük Britaniya sosialist və qadın hərəkatının fəal üzvü. == Həyatı == 1855-ci il yanvarın 16-da Londonda anadan olmuşdur. O, Karl Marksın kiçik qızı, ingilis sosialisti Eduard Evelinqin isə həyat yoldaşı və silahdaşı olmuşdur. Eleonora 1898-ci ildə martın 31-də Londonda vəfat etmişdir. == İnqilabda rolu == Eleonora Britaniyada ilk sosialist təşkilatının yaradıcılarından biri olmuşdur. O, bununla yanaşı "yeni tred-yunionlar" hərəkatında fəal iştirak etmiş, qadınlar arasında böyük iş aparmışdır. İkinci İnternasionalın bir sıra konqreslərində tərcüməçi olmuşdur. O, İngiltərə və Almaniyanın sosialist mətbuatında fəal iştirak etmişdir. Atası K. Marksın bir sıra əsərini çapa hazırlamışdır.
Avstriyalı Eleonora
Avstriyalı Eleonora (ing. Eleanor of Austria; fr. Éléonore d'Autriche) (15 noyabr 1498, Leuven – 18 fevral 1558) — Avstriya hersoqinası və Kastilya vəliəhdi, fərqli zamanlarda Portuqaliya və Fransa kraliçası. Kastilya kraliçası Yuannanın qızı olması səbəbilə bəzi mənbələrdə Kastilyalı Eleonora olaraq da anılır. == Həyatı == === İlk illəri === Eleonora 1498-ci ildə Kastilya kraliçası Yuanna və Kastiliyalı Filipin ilk övladı olaraq Belçikanın Löven şəhərində dünyaya gəldi. Anası Yuanna katolik monarxlar — Araqonlu Ferdinand və Kastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I Maksimilyan və Burqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra Eleonora bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Uşaq yaşlarında Eleonora İngiltərə kralının böyük oğlu və gələcəkdə İngiltərə kralı olan Henriylə nişanlandı. Ancaq çox keçmədən kral vəfat etdi.
Eleonora Giorgi
Eleonora Giorgi (it. Eleonora Giorgi; 21 oktyabr 1953, Roma) — italyan aktrisası, rejissoru, ssenaristi və prodüseridir. == Bioqrafiyası == Eleonora Giorgi ilk dəfə böyük ekranda "Tarantulanın Qara qarnı" (1971) filmində epizodik Made rolunda görünmüşdür. İlk baş rolunu Salvatore Samperinin rejissoru olduğu "The Misfit" (1974) filmindəki Mariuccia obrazı ilə almış, burada onun partnyoru müğənni və bəstəkar Domeniko Modunyondu olmuşdur. O, 80-ci illərin italyan komediyalarında aparıcı qadın rollarının ifaçısı kimi şöhrət qazanmışdır. Eleonora Giorgi məşhur italyan komediyaçıları Adriano Çelentano, Renato Pozzetto, Conni Dorelli, Karlo Verdone ilə partnyor kimi çıxış etmişdir. 1979-cu ildə o, naşir Angelo Rizzoli ilə evlənmiş və 1984-cü ildə ondan boşanmışdır. 1988-ci ildə kinodan ayrılaraq ailəsi və uşaqları ilə fermada yaşamağa başlamışdır. 1993-cü ildə italyan aktyoru Massimo Civarro ilə evlənmiş və 1996-cı ildə yenidən boşanmışdır. 2003-cü ildə Giorgi 80-ci illərin komediyalarında onun əsas rəqibi olmuş Ornella Mutinin baş rolda oynadığı "Kişilər və Qadınlar, Həqiqət və Yalan" filminin rejissoru, ssenari müəllifi və prodüseri olmuşdur.
Eleonora Ruzvelt
Anna Eleonora Ruzvelt (ing. Anna Eleanor Roosevelt; 11 oktyabr 1884[…], Manhetten, Nyu-York ştatı – 7 noyabr 1962[…]) - ABŞ-nin prezidenti Franklin Delano Ruzveltin həyat yoldaşıdır. Teodor Ruzvelt onun dayısıdır. Uşaqlıq vaxtında anasını və atasını titrmişdir. Anası difteriya xəstəliyindən, atası isə içki səbəbindən vəfat etmişdir. Onu nənəsi böyütmüşdür. 4 mart 1933-cü il və 12 aprel 1944-cü illər ABŞ-nin ilk ledisi seçilir.
Vizeulu Eleonora
Vizeulu Eleonora (port. Leonor de Viseu) (2 may 1458, Beja – 17 noyabr 1525, Lissabon) — Portuqaliya kralı II Conun xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Portuqaliya kralı I Eduardın oğlu İnfant Ferdinand, anası onun əmisi qızı İnfanta Beatrisdir. Luttikhuizen, Frances (2016). Underground Protestantism in Sixteenth Century Spain. Vandenhoeck & Ruprecht. p. 30. ISBN 9783647551104 Stephens, Henry Morse (1903). The story of Portugal.
Avstriyalı Eleonora (hersoqina)
Avstriyalı Eleonora (ing. Archduchess Eleanor of Austria) (2 noyabr 1534, Vyana – 5 avqust 1594, Mantova[d], Mantova əyaləti) — Mantuya hersoqu Quqlielmo Qonzaqanın xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais].
Düsseldorflu Eleonora Maqdalena
Düsseldorflu Eleonora Maqdalena (alm. Eleonore Magdalene von Pfalz-Neuburg‎) (6 yanvar 1655, Düsseldorf – 19 yanvar 1720, Vyana) — Müqəddəs Roma imperatoru I Leopoldun üçüncü xanımı. Atası Palatin kürfürstü Filip Uilyam, anası isə onun xanımı Hesseli Elizabet Amaliyadır. Evlilikdən öncəki və ərinin vəfatından sonrakı illərini dini rituallar və Bibliyanın alman dilinə tərcüməsiylə keçirmişdir. == Mənbə == Mahan, J. Alexander: Maria Theresa of Austria READ BOOKS 2007 ISBN 1-4067-3370-9 Konrad Kramar und Petra Stuiber: "Die schrulligen Habsburger – Marotten und Allüren eines Kaiserhauses". Ueberreuter, Wien 1999, ISBN 3-8000-3742-4 Wheatcroft, Andrew (1995). The Habsburgs: Embodying Empire. London: Penguin Books. ISBN 0-670-85490-5 Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German).
Eleonora Qonzaqa Kiçik
Eleonora Qonzaqa (18 noyabr 1630, 30 aprel 1630 və ya 18 noyabr 1628, Mantuya, Mantova əyaləti – 6 dekabr 1686, 5 dekabr 1686 və ya 16 dekabr 1686, Vyana) — Müqəddəs Roma imperatoru III Ferdinandın üçüncü xanımı. Atası Never hersoqu II Karl Qonzaqa, anası isə onun xanımı Mariya Qonzaqadır. Adaşı olan ögey qaynanası imperatriça Eleonoradan fərqlənmək üçün Kiçik Eleonora olaraq anılmışdır. == Mənbə == Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German). Böhlau Verlag Wien. p. 117. ISBN 978-3-205-20085-7 Hengerer, Mark (2012) [2008]. Mazohl, Brigitte (chair); Rumpler, Helmut (deputy chair); et al.
Araqonlu Eleonora (Portuqaliya kraliçası)
Araqonlu Eleonora (isp. Leonor de Aragón; port. Leonor de Aragão) (1 fevral 1402, Medina-del-Kampo[d], Kastiliya və Leon – 19 fevral 1445, Toledo) — Portuqaliya kralı I Eduardın xanımı, Portuqaliyanın kraliça-konsortu. == Həyatı == Atası Araqon kralı I Ferdinand, anası isə Alburkerkeli Eleonoradır. Hələ 14 yaşında ikən atası vəfat etdi və qardaşı V Alfonso adıyla Araqon taxtına çıxdı. Daha sonra qardaşının və anasının səyləriylə, 22 sentyabr 1428-ci ildə Portuqaliya kralı I Conun böyük oğlu Eduardla evləndirildi. Cütlüyün doqquz övladı olsa da, bunlardan yalnız beşi yetkinlik yaşına çata bildi. 1433-cü ildə kralın vəfatıyla əri I Eduard adıyla Portuqaliya taxtına əyləşdi və beləcə, Eleonora Portuqaliya kraliçası oldu. Ancaq eyni gün 4 yaşlı oğlu Con da vəfat etdi. Kraliça olaraq siyasi baxımdan nüfuz sahibi deyildi.
Avstriyalı Eleonora (Polşa kraliçası)
Avstriyalı Eleonora (alm. Eleonore von Österreich‎; pol. Eleonora Habsburżanka) (21 may 1653, Regensburq – 17 dekabr 1697, Vyana) — Avstriya hersoqinası. İlk evliliyi Polşa kralı və Reç Pospolita başhersoqu I Mixail ilə, ikinci evliliyi isə Lotaringiya hersoqu V Çarlzla baş tutdu. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə onun son xanımı Eleonora Qonzaqadır. == Mənbə == "Gonzaga, Maria (1609–1660)". Women in World History: A Biographical Encyclopedia. Gale Research. 2002 Lipp, Charles T. (2011). Noble Strategies in an Early Modern Small State: The Mahuet of Lorraine.
Eleonora Qonzaqa (1598-1655)
Eleonora Qonzaqa (23 sentyabr 1598, Mantuya – 27 iyun 1655, Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası) — Müqəddəs Roma imperatoru II Ferdinandın ikinci xanımı. Atası Mantuya hersoqu Vinçenzo Qonzaqa, anası isə Françesko Mediçinin qızı Eleonora Mediçidir. Adaşı olan ögey gəlini imperatriça Eleonora dan fərqlənmək üçün Böyük Eleonora olaraq anılmışdır. Onun illərində Vyanadakı imperator sarayı barokko musiqisinin Avropadakı əsas mərkəzləriundən birinə çevrildi. == Mənbə == Raviola, Blythe Alice (2014). Corti e diplomazia nell'Europa del Seicento: Correggio e Ottavio Bolognesi (in Italian). Universitas Studiorum. p. 24, 43–44, 49, 171. ISBN 978-8-89-768364-3 Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016).
Eleonora Qonzaqa (1630-1686)
Eleonora Qonzaqa (18 noyabr 1630, 30 aprel 1630 və ya 18 noyabr 1628, Mantuya, Mantova əyaləti – 6 dekabr 1686, 5 dekabr 1686 və ya 16 dekabr 1686, Vyana) — Müqəddəs Roma imperatoru III Ferdinandın üçüncü xanımı. Atası Never hersoqu II Karl Qonzaqa, anası isə onun xanımı Mariya Qonzaqadır. Adaşı olan ögey qaynanası imperatriça Eleonoradan fərqlənmək üçün Kiçik Eleonora olaraq anılmışdır. == Mənbə == Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German). Böhlau Verlag Wien. p. 117. ISBN 978-3-205-20085-7 Hengerer, Mark (2012) [2008]. Mazohl, Brigitte (chair); Rumpler, Helmut (deputy chair); et al.
Kastiliyalı Eleonora (Navarra kraliçası)
Kastiliyalı Eleonora (isp. Leonor de Trastámara) (1360, Araqon krallığı – 27 fevral 1416, Olite[d]) — Navarra kralı III Karlın xanımı. == Mənbə == Borrás Gualis, Gonzalo M. (2014). "La Virgen de Tobed. Exvoto dinástico de los Trastámara" (PDF). In Escribano Paño, María Victoria; Duplá Ansuátegui, Antonio; Sancho Rocher, Laura; Villacampa Rubio, María Angustias (eds.). Miscelánea de estudios en homenaje a Guillermo Fatás Cabeza. Zaragoza: Institución Fernando el Católico. pp. 167–176.
Portuqaliyalı Eleonora (Müqəddəs Roma imperatriçası)
Portuqaliyalı Eleonora (port. Leonor de Portugal) (18 sentyabr 1434 – 3 sentyabr 1467, Viner-Noyştadt[d], Aşağı Avstriya[d]) — Müqəddəs Roma imperatoru III Fridrixin xanımı, Portuqaliya infantası. Eleonora 1434-cü ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. Hələ 4 yaşında ikən atası vəfat etdi və qardaşı V Afonso adıyla taxta əyləşdi. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında Kastiliyaya qaçmağa məcbur oldu. Ancaq o əsnada 6 yaşlı Eleonora xəstə idi və anasıyla birlikdə gedə bilmədi. Eleonoranın evliliyi bibisi olan Burqundiya hersoqinası Portuqaliyalı İzabella və dayısı olan Neapol kralı V Alfonso tərəfindən planlandı. Bu məqsədlə dayısı öz sarayından rəssamlar göndərərək qızın portretlərini hazırlatdı və namizədlərinə göndərdi.
Elektra
Elektra (okeanida) — yunan mifologiyasında okeanidalardan biri. Elektra (personaj) — Marvel Comics tərəfindən yaradılmış komiks personajı. Elektra kompleksi — psixoanalizə məxsus anlayış.
Leonora
Leonora Kolmor Yepsen (dan. Leonora Colmor Jepsen; 3 oktyabr 1998, Hellerup[d]) və ya sadəcə Leonora — Danimarkalı müğənni, bəstəkar və fiqurlu konkisürən. O, "Love is Forever" mahnısı ilə Danimarkanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə müsabiqənin finalında 12-ci yerdə qərarlaşmışdır. Leonoranın Avroviziya mahnısı 2013-cü ildə Danimarkaya qələbə qazandıran "Only Teardrops" mahnısının bəstəkarlarından biri olan Liza Kabbl tərəfindən bəstələnmişdir. == Həyatı == Leonora 3 oktyabr 1998-ci ildə Danimarkanın Hellerup şəhərində anadan olmuşdur. O təhsilini Qammel Hellerup gimnaziyasında almışdır. Leonora bir çox mahnılar bəstələmiş və həmin mahnılar ilə müxtəlif kafe və məktəb konsertlərində çıxış etmişdir. Fiqurlu konkisürən olaraq Leonora 2016-cı ildə ISU World Junior Championships və ISU JGP Riga Cup 2015-də iştirak etmişdir. O, qardaşı Linus ilə birlikdə Danimarkanın fiqurlu konkisürmə çempionatında qızıl medala layiq görülmüşdür. O, artıq yarışlarda iştirak etmir və fiqurlu konkisürmə müəlliməsi kimi fəaliyyət göstərir.
Zelenqora
Zelenqora — Bosniya və Herseqovinanın Suteska Milli Parkında yerləşən dağ silsiləsi. Ən yüksək zirvəsinin hündürlüyü 2,014 metr (6,608 ft). Zelenqora silsiləsində geoloji olaraq əsasən ikincili və üçüncü çöküntü süxurları əsasən də əhəng daşı əmələ gəlir. Zelenqora silsiləsi cənub-qərbdən Neretva çayı ilə, şərqdən Sutyeska çayı və şimaldan Leliya silsiləsi ilə həmsərhəddir. Neretva çayı və həmçinin Sutyeska və Drina çaylarının qolu olan Byeleva çayı bu dağlardan qaynaqlanır. Ən yüksək zirvəsi Breqoçdur (2,014 m.). Digər görkəmli zirvələrinə Kozye Strane (2013 m.), Dhrtar (1970 m.), Trebova Planina (1872 m.) və Orlovaça (1969 m.) daxildir. 1990–1995-ci illərdəki münaqişə zamanı Zelenqora dağları cəbhə bölgəsinə daxil deyildi və buna görə də mina və partlamamış hərbi sursatllara demək olar ki məruz qalmamışdır. Bundan əvvəl, 1943-cü ildə, İkinci Dünya Müharibəsi dövründə Zelenqora, xüsusilə Sutjeska döyüşünün həlledici bir mərhələsində şiddətli döyüş səhnəsinə çevrildi. Fall Schwarz adlı bir əməliyyat vasitəsi ilə Almaniyanın işğalçı qüvvələri indiki Monteneqrodakı Durmitor dağının ətrafında mövqe tutan marşal İosif Broz Titonun partizan qüvvələrini mühasirəyə almağa və məhv etməyə çalışdı.
Menora
Menorah (ivr. ‏חנוכייה‏‎) — Qüds məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. Yəhudilərin ən qədim simvollarından hesab olunur. Musa peyğəmbərin Sina dağında gördüyü yanan kolun simvoludur. Doqquz qollu şamdan isə hanukiya adlanır. Menorah gündə iki dəfə tanrının dünyaya işıq saçmasını arzulamaq üçün yandırılırdı, hanukiya isə Hanuka bayramında istifadə edilir.
Elena
Elena — ad. Elena George — rumın müğənni.
Eleanor Porter
Eleanor Tomlinson
Eleanor May Tomlinson (19 may 1992, London) — İngiltərə aktrisası.
Elektra (okeanida)
Elektra (yun. Ἠλέκτρα "parıltılı", "gözqamaşdırıcı") — yunan mifologiyasında personaj, okeanidalardan biri, Okean və Tefidanın qızı, Tavmantın arvadı.
Elektra (personaj)
Elektra — Marvel Comics nəşriyyatının yaratdığı komiks personajı. 1981-ci ildə yaradılmışdır. Həyatı Daredevil ilə sıx bağlıdır. "Comics Buyer's Guide" jurnalının "Ən gözəl 100 qadın komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. == Həyatı == === İlk illəri === Elektranın tam adı Elektra Natçiosdur. Bir yunan diplomatın qızıdır. Matt Murdokla (Daredevil) Kolumbiya Universitetində sevgili olmuşdur. (amma məzun olmamışdır) Bir hadisə zamanı atasının öldürülməsi ona böyük şok yaşatmışdır. Dünyaya küsən Elektra keçmiş həyatını və sevgilisini tərk etmişdir. Həyatına məna qatacaq məşğuliyyət atarırdı.