Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eleziya
Eleziya və ya Eliziya — bir neçə sözün qovuşması, eləcə də sözə şəkilçilərin bitişdirilməsi nəticəsində əmələ gələn çoxhecalılığı azaltmaq üçün bəzən də saitlə qovuşmuş olan samit səs də ixtisar olunur ki, buna səsdüşümü hadisəsi deyilir. == Təsnifatı == Müasir Azərbaycan ədəbi dilində saitdüşümü hadisəsi iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən saitdüşümü həm sözlərdə, həm də şəkilçilərdə ola bilir. Məsələn, oğul-onun oğ-lu, alın-onun al-nında və s. 2)İkihecalı alınma sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə ikinci hecadakı sait düşür: şəkil–şək-lim, fikir–fik-rin və s. 3)Ora, bura, hara sözlərinə yerlik və çıxışlıq hal şəkilçiləri bitişdirildikdə sondakı a saiti ixtisar olunur: ora–or-dan, bur–bur-da, hara–har-dan və s. 4)Saitlə bitən sözlə saitlə başlanan söz birləşməsindən düzələn mürəkkəb sözlərdə birinci tərəfin sonundakı sait ixtisara düşür: Əli-Əkbər–Ələkbər, Əli–Abbas-Əlabbas və s. 5)İnkar şəkilçisi qəbul etmiş sözlərə indiki və müzare zaman şəkikçiləri bitişdirildikdə inkar şəkilçisinin saiti ixtisara düşür: yaz–yaz-ır, gör–gör-ər-əm və s. 6)Sıra sayı düzəldən şəkilçiləri saitlə bitən miqdar sayı kökünə bitişdirildikdə şəkilçinin başındakı sait ixtisara düşür: bir-inci, iki-inci və s. 7)Xəbər şəkilçisinin sonundakı r, ümumən, danışıqda bəzən də yazıda ixtisar olunur: getməlidi(r), gedibdi(r) və s.
Aleziya
Aleziya (lat. Alesia) — Fransada qədim şəhər-qala. E.ə. 52-ci ildə Yuli Sezar Aleziyada qalların üsyanını yatırmaqla Qalliyanın işğalını başa çatdırmışdır. 1860-cı ildən aparılan arxeoloji qazıntılar zamanı Sezarın tikdirdiyi bəndlər, qazdırdığı xəndəklər, Roma və qall silahları, müxtəlif sikkə, məbəd xarabalıqları və s. aşkar olunmuşdur. Orta əsrlərdə tənəzzul etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Jean-Louis Voisin. Alésia: Un village, une bataille, un site. Librairie Académique Perrin.
Deliriya
Deliriya (lat. delirium — ağılsızlıq; lat. deliro — sayıqlama) — Tibbdə huşun müvəqqəti olaraq zəifləməsi, düşüncə qabiliyyəti, problem həll etmə, diqqətin yönəldilməsi, beyininin koordinasiya bacarıqlarının zəifləməsi ilə xarakterizə olunan psixi pozğunluq halı. Əsasən hallüsinasiya və illüziyalarla (qarabasmalarla) müşayiət olunur. Deliriya tibbdə bir xəstəlik hesab olunmur, sadəcə kliniki sindrom olaraq qəbul edilir. == Əsas xüsusiyyətləri == Deliriyanın əsas xüsusiyyətləri aşağıdakılardır: Şüurun pozulması Düşüncələrin dəyişməsi Hiperaktiv və ya az aktiv davranışlar Narahat yuxu Bioloji beyin saatının pozulması (gündüz və ya gecənin olduğunu dərk edə bilməmək) === Yuxu pozğunluqları və psixoloji pozğunluqlar === Beyində yuxu və oyanıqlığı sabitləyən bölümlərin zədə alması nəticəsində, deliriyadan əziyyət çəkən insanların əksəriyyətində yuxu problemləri yaşanır. Bəzən deliriyadan əziyyət çəkən insanları normal yuxu problemi yaşayan insanlardan fərqləndirmək çətin olur. Ancaq deliriyadan əziyyət çəkən insanlarda yuxu döngüsünün tamamilə alt üst olması (yuxu ritminin pozulması ilə anlaşılmayan saatlarda oyanma, narahatlıq) müşahidə edilir. Deliriya zamanı halüsinasiyalar, anlamsız şübhələnmə, narahatlıq, qorxu kimi hissi simptomlar müşahidə olunur. Psixoloji problemlər, deliriyadan əziyyət çəkən insanların 50%-dən artığında görülür.
Egimiya
Egimiya (q.yun. Αἰγίμιος) — yunan mifologiyasında personaj. O, dorilərin əcdadı olan Dorun oğludur. Egimiya Hestieotidada məskunlaşan dorilərin padşahı olmuşdur. Lapiflər tərəfindən mühasirəyə alınan Egimiya Heraklı köməyə çağırmış və lapifləri məğlub etmişdir. O, buna görə övladlarına vəsiyyət etdiyi torpağın üçdə birini Herakla təklif etmişdir. Heraklın ölümündən sonra Hilli övladlığa götürmüşdür. Heraklın övladları sonradan dorilər arasında məskunlaşmışdılar.Psevdo-Hesiodun bir şeiri onun adını daşıyır. Hesiod tərəfindən xatırlanmışdır. Pindar Egimiyanın "dori nizamnamələri"ndən bəhs edir.Oğulları Pamfil və Dimantdır.
Elegiya
Elegiya (şeir növü) — Elegiya (şeir) — Elegiya (film, 2001) — Elegiya (film, 1997) — Elegiya — akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş film.
Eroziya
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.Eroziya iki formada olur: dərinlik və yan eroziyası.
Seloziya
Seloziya — bəzi növlərin hamaşçiçəkləri parlaq rəngdədir. Bununla bitkinin latınca adı izah olunur və yunancadan "alovlanan" kimi tərcümə edilir. == Haqqında == Məlum 60 növdən gülçülükdə birindən istifadə olunur. Gümüşü seloziyanın (C.argentea) 2 forması məlumdur:kəkilli gümüşü seloziya (C.argentea f. cristata) ya da xoruzpipiyi və lələkvari gümüşü seloziya (C.argentea f. plumosa). Bitkilər çiçəklərin formasına və rənginə görə fərqlənir. Kəkilli seloziyanın çiçəyi qırmızıdır, lələkvari seloziyada isə süpürgəvari sarı, gümüşü və ya qırmızı rəngdədir. Hər iki formanın vətəni Hindistandır. Gülçülükdə XVI əsrdən məlumdur.
Lidiya
Lidiya çarlığı — Lidiya, Anadoluda Tunc dövründən II minilliyin ikinci yarısında hökm sürən çarlıqdır. Maians adlı bir qəbilənin yaşadığı bilinən bölgəyə qədim zamanlarda Lidiya deyilirdi. Paytaxt Sardis şəhəri olmuşdur. Şərqdə Fripiya (Afyon , Eskişehir , Kütahya), şimalda Mysia (Balıkesir), qərbdə Ailoia və Ioania (İzmir) , cənubda Karia (Aydın , Muğla) və Homer ilə əhatə olunmuşdur. == Tarix və Mənşəy == İlk gəliş tarixləri dəqiq bilinmir. Bəziləri Lidyalıların Anadoluya Tunc dövrünün sonunda (miladdan öncə 2002) Friglərlə eyni zamanda gəldiyini söyləyirlər. Bəziləri, Lidiya dili ilə Hitit arasında bir əlaqənin olduğunu və Lidyalıların II minilliyin əvvəllərində Anadolunun qərbinə gəlib yerləşdiklərini iddia edirlər. Araşdırmalarda Lidiyalıların isdifadə etdiyi mixi yazı bunuda ehtimal edir ki, Lidyalıların II minillikdən əvvəl şərqə gələn Hind-Avropa olmaları mümkündür. Lidiya tarixi dəqiq olaraq bilinmir, lakin Lidiyalıların tunc dövrünün sonlarında Fragiyalılarla eyni zamanda (təxminən e.ə 1300–1200 dönəmləri) Anadoluya yerləşdikləri ehtimal edilir. Herodot , Lidiya Krallığının eramızdan əvvəl VII əsrdən əvvəl 3 kral sülaləsi tərəfindən idarə olunmuşdur.
Likiya
Likiya və ya Lisiya (Likcə: Trm̃misa) — Anadolunun Təkə yarımadasını əhatə edən qədim ərazi. Likiya, eyni zamanda bu bölgədəki antik şəhərlərin təşkil etdiyi bir dövlət qurumu, daha sonra da Roma imperiyasının bir əyalətidir. Likiya "İşıq ölkəsi" mənasını verir. == Tarixi == Likiyalıların, eradan əvvəl 3-cü minilin ikinci yarısında Anadoluya gələn və 2-ci minil boyunca Cənubi Anadolu bölgəsində yaşamış və Anadolunun ən qədim Hind-Avropa mənşəli xalqı olan Luvilərin dağılmasından sonra bir qisminin davamı olduğu söylənilir. Luvi dilinin Xet dilinə yaxınlığı və Luvilərin də Xetlərlə qohum olduğu bilinsə də Likcə də Xet dilinə olan fərqlər anlaşılır. Xet dilində Likiyanın adı Lukkadır. Ən başdan bəri Yunanların hücumlarına cavab verə bilən Likiyalılar, E.ə. VI əsrdə farslarl tərəfindən işgal edilmişdir. Ancaq E.ə. IV əsrdə Makedoniyalı İsgəndər çıxdığı "Şərq səfəri" daxilində bu bölgəni işğal etmişdir.
Liviya
Liviya (ərəb. ‏ليبيا‎) — Şimali Afrikanın Məğrib hissəsində yerləşən dövlət. Şimalda Aralıq dənizi, şərqdə Misir, cənub-şərdə Sudan, cənubda Çad və Niger, qərbdə Əlcəzair və Tunis ilə həmsərhəddir. Liviya vətəndaş müharibəsinə görə Liviyada "de-yure" Müəmmər Qəddafi və onun rəhbərlik etdiyi Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi var. Eyni zamanda bütün ölkə ərazisinə "de-fakto" hakimiyyət olan Mustafa Abdul Cəlilin rəhbərlik etdiyi Liviya Milli Keçid Şurası nəzarət edir. Onlar ölkəni Liviya Dövləti adlandırırlar. . BMT-də Liviya hələ də Qəddafinin dövründəki kimi adlanır; ancaq oradakı sayt keçid hökumətinin nəzarətindədir.Ərazisinə görə Liviya Afrikanın dördüncü, dünyanın 17-ci ölkəsidir. .6.4 milyon əhalinin 1.7 milyonu paytaxt Tərabülüs əl-Qərbdə yaşayır. Ölkə üç tarixi ərazidənTripolitaniya, Fəzzan və Kirenaikidən ibarətdir. 2009-cu il statistikasına görə Liviya həyat səviyyəsinə görə Afrikada dördüncüdür .
Alisiya Amxerst
Alisiya Amxerst (ing. Alicia Amherst; 30 iyul 1865, Pul, Dorset[d] – 14 sentyabr 1941, Pul, Dorset[d]) — Böyük Britaniya botaniki, bağban və ingilis bağçılığın tarixinə dair ilk elmi kitabın müəllifi. == Elmi fəaliyyəti == Alisiya Amxerst toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == "The History of Gardening in England" (1896) "Children'S Gardens" (1902) "London Parks and Gardens" (1907) "Children and Gardens" (1908) "Wild Flowers of the Great Dominions of the British Empire" (1935) "Some Canadian Wildflowers: Being the First Part of Wild Flowers of the Great Dominions of the British Empire" (1937) "Historic Gardens of England" (1938) == Şərəfinə adlandırılmalar == 1918-ci ildə Alisiya Amxerst Britaniya İmperiyası Ordeninə layiq görülmüşdür. "Hebe" cinsinə aid 'Alicia Amherst' (sinonim "H. veitchii") sortu .
Alisiya Lurteq
Alisiya Lurteq (isp. Alicia Lourteig; 17 dekabr 1913[…], Buenos Ayres – 30 iyul 2003[…], Buenos Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Alisiya Lurteq toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == A Lourteig, Ca O'Donell. 1942. «Acalypheae argentinae (Euphorbiaceae)» Lilloa VIII A Lourteig, Ca O'Donell. 1943. «Euphoriaceae argentinae. Phyllantheae, Dalechampieae, Cluytiae, Manihoteae». Lilloa IX A Lourteig, Ca O'Donell.
Alisiya Makkormak
Alisiya Makkormak(ing. Alicia McCormack; 7 iyun 1983, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Alisa McKormak, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. == Karyerası == Alisa McKormak, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Alisa McKormak 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Antropogen eroziya
Antropogen eroziya -İnsanın səmərəsiz təsərrüfat fəaliyyəti nəticəsində torpaqların və ana süxurların səth suları vasitəsilə sürətlə dağılması.
Boz peloziya
Boz peloziya -(lat. Pelosia muscerda) Buğumayaqlılar tipinin Pulcuqqanadlılar dəstəsinin Ayıcalar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 14–15 mm-dir. Ön qanadları açıq-boz rəngdə olub, üst tərəfində köndələn yerləşən qara nöqtələr, arxa tərəfində isə iki qara nöqtə vardır. Arxa qanadları boz-sarı bədəni boz rəngdədir. Tırtılı qonuru-qara, üzəri qonur tüklərlə örtülü olub, bel və yan xəttləri qaradır. I və XII seqmeti üzərində tünd qırmızı ləkələr vardır. == Həyat tərzi == Nadir növdür. Kəpənəyi yay və payız aylarında uçur. Ədəbiyyat məlumatlarına görə kəpənəklərinə iyul və avqust aylarında da təsadüf edilir.
Daraqlı seloziya
Daraqlı seloziya (lat. Celosia cristata) - seloziya cinsinə aid bitki növü.
Elegiya (1997)
== Məzmun == Film Zərifə Əliyeva haqqında elegiyadır.
Elegiya (şeir)
"Elegiya" — Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi şeir İlk dəfə bu şeir 2008-ci il dekabrın 12-də - Heydər Əliyevin vəfatının 5-ci ildönümündə "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bir qədər sonra isə bu şeirə Kəmaləddin Heydərov mahnı bəstələmiş, Ağadadaş Ağayevin ifasında Fuad Əlişovun rejissorluğu ilə klip çəkilmişdir. 2012-ci ildə Azərbaycan məktəblərində tədris olunan 5-ci sinif şagirdləri üçün "Ədəbiyyat" dərsliyinə salınmışdır Şeir sinifdənxaric oxu üçün nəzərdə tutulub. == İstinadlar == == Xarici keçidlər == Şahnaz Bəylərqızı. Prezidentin qızının şeiri dərsliklərə necə düşüb?
Emiliya-Romanya
Emiliya-Romanya — İtaliyanın 1948-ci ildə qəbul olunmuş konstitusiyasına əsasən İtaliyada regional muxtariyyət verilmiş 20 regiondan biri. Bu region Avropanın ən zəngin və inkişaf etmiş bölgələrindən biridir. Regionun paytaxtı Bolonya şəhəridir. Emiliya-Romanya dünyanın başlıca mədəni və turistik mərkəzlərindən biridir. Çox sayda intibah dövründə inkişaf edən (Modena, Parma, Ferrara kimi) şəhərlərə malikdir. Region Ferrari, Lamborghini, Maserati, Ducati kimi əhəmiyyətli ovtomobil sənaye şirkətinin mərkəzidir. Bölgənin (Cattolica, Rimini kimi) sahil şəhərləri çox rəngli və əyləncə dolu yazlıq daxili və xarici turizm mərkəzləridir. == Əhalisi == 4.405.486 milyon nəfərdir. == Sahəsi == 22.446 km²-dir.
Emiliya Abbasova
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). == Elmi fəaliyyəti == E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. == Təsnif etdiyi taksonlar == Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) == Şərəfinə adlandırılmış taksonlar == Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 == Elmi işləri == Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Emiliya Nilsson
Emiliya Qarip Nilsson (d. 21 aprel 2003) — İsveçli suya tullanan. Emiliya Nilsson İsveçi 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Emiliya Nilsson birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 231.50 xal toplayaraq 14-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Emiliya Turey
Emiliya Turey (d. 6 sentyabr 1984; Həştərxan, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Emiliya Turey Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Emiliya Turey Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Eroziya (geologiya)
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.Eroziya iki formada olur: dərinlik və yan eroziyası.
Eroziya fazası
Eroziya fazası- erezion siklin bir hissəsi, bir-birinin ardınca baş verir və çay dərələrini bir sıra dəyişiklikdən sonra başqa nisbi səviyyədə ilkin vəziyyətə gətirir.Eroziya sikli 4 dövrə və ya E.f.ayrılır:1) dib eroziyası və ya dərənin dərinləşməsi; 2) yan eroziyası və yaxud dərənin genişlənməsi; 3)çöküntü toplanma fazası və ya dərənin doldurulması; 4) sakitlik və ya çöküntülərin yuyulması fazası.
Felisiya Hardi
Qara pişik (ing. Black Cat) və ya əsl adı ilə Felisiya Hardi (ing. Felicia Hardy) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir. Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir. Qara pişik bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur.
ELIZA
ELIZA – 1964-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Cozef Veyzenbaum (Joseph Weizenbaum) tərəfindən yazılmış məşhur kompüter proqramı. Aktiv dinləmə texnikası əsasında işləyən proqram psixoterapevt ilə dialoqu təqlid (parodiya) edirdi. Proqram Bernard Şou’nun “Piqmalion” pyesinin qəhrəmanı Eliza Dulitl’ın şərəfinə adlandırılıb (pyesin qəhrəmanına “ali sinif insanların” dilində danışmaq öyrədilirdi). Proqram çox zaman, sadəcə, istifadəçinin fikirlərini başqa şəkildə ifadə edirdi. Məsələn, “Mənim başım ağrıyır” – “Niyə deyirsiniz ki, başınız ağrıyır?”, yaxud “Atamın məndən xoşu gəlmir” cümləsinə Eliza “ata” sözünü əsas götürərək, “Ailənizdə daha kimin sizdən xoşu gəlmir?” kimi reaksiya verirdi.