DEK

«Gəminin yan aldığı körpüdən göndəriş» şərtində satıcı gömrük rəsmiləşdirilməsindən keçən malı razılaşdırılmış təyinat limanında gəminin yan aldığı körpüdən alıcıya çatdırılması öhdəliyini yerinə yetirir. Satıcı malın çatdırılması zamanı bütün riskləri, eləcə də rüsum, vergi və yığımları özü çəkir. Əgər satıcı idxala birbaşa və ya bilavasitə lisenziya ala bilmirsə, bu termini işlətmək olmaz. İxrac və idxal rəsmiləşdirilməsini satıcı aparır

defisit
deklarant
OBASTAN VİKİ
Dek (tatu)
Dek (kürd. deq, دەق) və ya xal (kürd. xał , خاڵ) — kürdlərə aid ənənəvi və unikal tatular. Dek daha çox kürd qadınları arasında rast gəlinir, lakin kişilər arasında da müşahidə olunur. İslamın təsiri ilə dekin tətbiqi daha az yayılmış və xına ilə əvəz edilmişdir. Xınadan fərqli olaraq, dek müvəqqəti deyil. Kürd kimliyini yenidən təsdiq etmək üçün dekdən istifadəni canlandırmaq üçün səylər göstərilmişdir. Dek yezidilər tərəfindən də tətbiq edilir. == Tarixi == Dekin mənşəyi məlum deyil. XVI əsrin əvvəllərində Amidalı Aesi "Medicae Artis Principes" əsərində dek və onun necə hazırlandığını yazmışdır.
Fikus (dekorativ bitki)
Fikus — otaq şəraitində becərilən ağac. Abşeronda geniş yayılmış əncir ağacı fikusun xarici gorünüşündə böyük fərq olsa da, onların əcdadı birdir. Hindistan cəngəlliklərində bitən tropik bitki sonralar Asiya, Avrasiya və Qərbi Afrikada da yayılmışdır. Otaq bitkisi kimi tanıdığımız fikus öz vətənində çox nəhəng bitkidir. == Çoxalması == Fikus qələmlə çoxaldılır. Hər qələmin üzərində bir yarpaq və bir tumurcuq olmalıdır. Tez kök atması üçün qələmin əkilən ucunda bir-iki kəsik edilir, bir neçə saat ilıq suda saxladıqdan sonra onu dənəvər quma basdırılır və 23-25ºC temperaturu olan yerə qoyulur. == Saxlama qaydası == Fikus dəyişikliyi, çox yerdəyişməsini sevən bitki deyil, ona görə də evə gətirməzdən əvvəl onun daimi yeri barədə fikirləşmək lazımdır. Fikusun əkildikdən sonra yeri dəyişdirilməməlidir. Yay fəslində onu eyvana və ya təmiz hava olan yerə keçirmək olar.
Həndəsə (Dekart)
Həndəsə (fr. La Géométrie) — 1637-ci ildə Leydendə (Hollandiya) nəşr olunan Rene Dekartın əsəri, Dekartın "Metod haqqında mühakimə" fəlsəfi traktatına üçüncü əlavəsi. Səhifələrinin sayı 106-dır. İlk nəşrdə müəllifin adı göstərilməyib. Bu Dekartın tamamilə riyaziyyata həsr olunmuş işidir; müəllif tərəfindən onun ümumi metodlarının tətbiqi nümunəsi kimi qəbul edilmişdir. 1637-dən sonra Həndəsə "Metod haqqında əsaslandırma"dan ayrıca nəşr olundu. Dekartın "Həndəsə"si yeni riyaziyyatın inkişafında bir dönüş nöqtəsi oldu,bu XVII əsrin ən böyük riyaziyyatçılarının stolüstü kitabı idi. Kitabın əsas dəyəri, riyaziyyatın yeni bir qolunun - analitik həndəsənin təqdimatı olması idi ki, bu da həndəsi koordinatları istifadə edərək həndəsi problemləri cəbr dilinə tərcümə etməyə imkan verdi və bununla da onların öyrənilməsini və həllini asanlaşdırdı. Bundan əlavə,o andan etibarən elmdə qəbul edilən,"Həndəsə"də Dekart rahat riyazi simvollardan istifadə etmişdir. Nəhayət — müasir terminologiyada,funksiyalarda —"Həndəsə" riyaziyyatçıların diqqətini ədədi dəyərləri öyrənmədən aralarındakı münasibətləri öyrənməyə,dəyişməyə başladı.
I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ilin fevral - dekabr aylarında "I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı" keçiriləcək.Festivalın kçeirilməsində məqsəd qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların, geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanmasıdır. Festival respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə beş regional mərkəzdə – Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz şəhərlərində təşkil ediləcək.
Jozef Deken
Jozef Deken (fr. Joseph Decaisne, 7 mart 1807[…], Brüssel[d] və ya Brüssel – 8 fevral 1882[…], Paris) — Belçika mənşəli fransız botaniki. == Çap olunmuş əsas əsərləri == Maison rustique du XIX siècle. Encyclopédie d’horticulture pratique, cours de jardinage, rédigé sous la direction de M. Decaisne (1836). Recherches anatomiques et physiologiques sur la garance, sur le développement de la matière colorante dans cette plante, sur sa culture et sa préparation, suivies de l’examen botanique du genre Rubia et de ses espèces (1837). Histoire de la maladie des pommes de terre en 1845 (1846). Flore élémentaire des jardins et des champs, accompagnée de clefs analytiques et d’un vocabulaire des termes techniques, par Emmanuel Le Maout et J. Decaisne (2 volumes, 1855). Le Jardin fruitier du Muséum, ou Iconographie de toutes les espèces et variétés d’arbres fruitiers cultivés dans cet établissement avec leur description, leur histoire, leur synonymie (9 volumes, 1858–1875). Manuel de l’amateur des jardins, traité général d’horticulture, par MM. Jh Decaisne, Ch. Naudin (4 volumes, 1862–1871).
Kurt Deketeler
Kurt Deketeler (29 iyul 1966, Belçika) — Avropa Tədqiqat Universitetləri Liqasının baş katibi, Flamand (Belçika) elektirik enerjisi və təbii qaz tənzimləyicisi sisteminin (Vreg) prezidenti, Lyöven universitetinin hüquq professoru. == Fəaliyyəti == Lyöven universitetində 1995-ci ildən ekologiya, inşaat, inzibati və konstitusiya hüququndan dərs deyir. Dandi universitetində iqlim hüququ, Qətər universitetində enerji və ekologiya hüququndan dəvətlə dərs deyir. London, Sidney və Sinqapur universitetlərinin dəvət edilmiş professoru, Antverpen universitetinin və Belçika elm və incəsənət kollecinin dosentidir.
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya (rum. Declarația de independență a Republicii Moldova) və Moldovanın müstəqilliyi haqqında deklarasiya — 27 avqust 1991-ci ildə Moldova Parlamenti tərəfindən №691 «Müstəqillik haqqında deklarasiya» qanunu qəbul edilmişdir. Avqust çerilişinə cəhddən sonra Moldova SSRİ tərkibindən çıxdığını elan etmişdir. Moldova Parlamenti bu deklarasiyada Moldova Respublikasının müstəqilliyini elan edərək, nəzərə çatdırmaq istəyir ki, min il boyunca bölgədə moldova xalqı yaşamış və öz tarixlərini yazmışlar. Üstəlik uzaq keçmişdə mövcud olmuş dövlətçilik ənənələrini xatırladaraq bu addımın atılmasına hüquqi zəmin olduğunu vurğulayır. Xüsusi ilı Moldova knyazlığından Sovetlər dönəminə qədərki dövlətlər qeyd edilir. Deklarasiyada Kiçik Qaynarca (1775) və Buxarest (1812) sülh müqavilələri (Osmanlı ilə Rusiya arasında bağlanmış müqavilələr) qanundan kənar elan edilir. Səbəb isə hər iki tərəfin milli torpaqları bölüşdürməsi göstərilir. Üstəlik qanunda 2 avqust 1940-cı il « İttifaq daxilində Moldova SSR təşkili haqqında» və Faşist Almaniyası ilə SSRİ arasında 23 avqust 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktının qüvvədən düşməsi vurğulanır. Əsas kimi isə Bessarabiya, Bukovin və Qersa vilayətlərinin rəyinin alınmaması göstərilir.
Moskvada dekabr silahlı üsyanı (1905)
Moskvada dekabr silahlı üsyanı (1905) 1905-1907-ci il Birinci rus inqilabının ən yüksək inkişaf mərhələsi. 1905-ci il inqilabi hərəkatı, işçilərin tətilləri, kəndlilərin çıxışları, ordu və donanmada olan həyəcan çarizmin devrilməsi uğrunda üsyana çevrildi. Moskva işçiləri ilklərdən oldu. 1905-ci il dekabrın 5-də, RSDFP-nin Moskva konfransı dekabrın 7-də 12 saatlıq ümumi tətilə qərar verdi, tətil sonradan silahlı üsyana çevrilməli idi. Bu qərarı Moskvada keçirilən Moskva Şurasının plenumu, poçt-teleqraf işçilərinin qurultayı və Ümümrusiya dəmiryolçular konfransı dəstəklədi. Moskva Şurasının İzvestiya qəzeti "Bütün işçilərə, əskərlərə və vətəndaşlara" mütləqiyətə qarşı barışmaz mübarizəyə çağıran Manifestlə müraciət etdi. Tətil dekabrın 7 günorta saat 12 başladı. 600-dən çox müəssisədə işləyən 100000-dən çox adam işini dayandırdı. Nikolayevskdən başqa, bütün dəmir yollarında qatarların hərəkətləri dayandırıldı. Moskva proletariatının və başqa sosial qüvvələrin üsyanın V.L.Şanzer (Marat) və M.İ. Vasilyev-Yujinin rəhbərliyi ilə Moskva Şurası və RSDFP-nin Moskva komitəsi başçılıq edirdi.
Murad Məmmədov (əsgər, 7 dekabr 1995)
Murad Məmmədov (əsgər, dekabr 1995)
Oqüsten Piram Dekandol
Oqüsten Piram Dekandol (fr. Augustín Pyrámus (Pyráme) de Candólle) (4 fevral 1778, Cenevrə, — 9 sentyabr 1841, Cenevrə) — İsveçrə və Fransa botaniki. Candolleaceae F.Muell. fəsiləsi, sinonimi: Stylidiaceae R.Br. Candollea Baumg. cinsi, sinonimi: Menziesia Sm. Candollea Labill. cinsi, sinonimi: Stylidium Sw. ex Willd. Candollea Mirb.
Rene Dekart
Rene Dekart (fr. René Descartes; 31 mart 1596[…], Dekart[d], Turen[d], Fransa krallığı – 11 fevral 1650[…], Stokholm) — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. Adı Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əksəriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir. Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Benedikt Spinoza və Qotfrid Leybnits kimi alim-filosoflarla güclənən bu cərəyan Tomas Hobbs, Con Lokk, Berkle və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinoza, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçı idilər.
Sovet-yapon deklarasiyası (1956)
Sovet-yapon deklarasiyası (1956) — 19 oktyabr 1956-ci ildə Moskvada imzalanmış və 12 dekabr 1956-cı ildə qüvvəyə minmişdir. Deklarasiyaya görə 1945-ci ilin 9 avqustunda başlamış müharibə rəsmən bitmiş elan edilir. İki ölkə arasında sülh və dostluq şəraitində diplomatik əlaqələrin qurulmasını üzərinə götürür. Deklarasiyaya görə SSRİ və Yaponiya ticarət və dəniz ticarəti, balıqçılıq və dənizdə baş verə biləcək bədbəxt hadisələr zamanı qarşılıqlı yardım göstərilməsi nəzərdə tutulurdu. Üstəlik ölkələr BMT prinsipləri cərcivəsində fəaliyyət göstərməyi üzərlərinə götürürlər. Ölkələr bir-biirinin daxili işələrinə qarışmırlar. Üstəli SSRİ Yaponiyanın BMT təşkilatına üsvlüyünə yardım göstərməcəyini bildirir. SSRİ bütün Yaponiya vətəndsşlarını Yaponiyaya qaytarmağı öhtəsinə götürür. Deklarasiyanın nəticəsinə hörə hər iki ölkə bir-birinə olan iddialardan imtina edirlər. Sülh anlaşmasının önəmli şərti Sovet tərəfindən Şikotan və Habomay adalarının Yaponiyaya qaytarılmasını nəzərdə tuturdu.
Etyen Dekru
Etyen Dekru' (19 iyul 1898[…], Parisin 17-ci dairəsi[d] – 12 mart 1991[…], Bulon-Biyankur) — Fransa pantomima aktyoru, "mime pur" aktyor hazırlığı sisteminin yaradıcısı. == Həyatı == == "Mime pur" aktyor hazırlığı sistemi == Dekru teatrda sözdən imtina etməyi təklif edir. Onun tərəfindən işlənilmiş dramatik aktyorun hazırlanması sistemi "mime pur" adlanır. Fransız dilindən "pur" təmiz deməkdir. Dekru tələbələrindən kostyum və dekorasiyalardan, həmçinin də qeyri-maddi aksessuarlar olan söz və musiqidən imtina etməyi tələb edir. O, təmiz aktyor ifadəliliyi vasitələrinin işlənilməsini özünə məqsəd qoymuşdur. İncəsənətin sintezindən imtina edən Dekru mim janrını yenidən dirçəltmişdir. Qərb teatrında pantomima definisiyası mövcud deyildir. Pantomima anlayışı sovetlər məkanının məhsulu idi. Postsovet məkanında inkişaf tapan pantomima qərb mim teatrının təqlidi və Marsel Marsonun davamçıları hesab olunur.
Etyen Dekru sistemi
Etyen Dekru' (19 iyul 1898[…], Parisin 17-ci dairəsi[d] – 12 mart 1991[…], Bulon-Biyankur) — Fransa pantomima aktyoru, "mime pur" aktyor hazırlığı sisteminin yaradıcısı. == Həyatı == == "Mime pur" aktyor hazırlığı sistemi == Dekru teatrda sözdən imtina etməyi təklif edir. Onun tərəfindən işlənilmiş dramatik aktyorun hazırlanması sistemi "mime pur" adlanır. Fransız dilindən "pur" təmiz deməkdir. Dekru tələbələrindən kostyum və dekorasiyalardan, həmçinin də qeyri-maddi aksessuarlar olan söz və musiqidən imtina etməyi tələb edir. O, təmiz aktyor ifadəliliyi vasitələrinin işlənilməsini özünə məqsəd qoymuşdur. İncəsənətin sintezindən imtina edən Dekru mim janrını yenidən dirçəltmişdir. Qərb teatrında pantomima definisiyası mövcud deyildir. Pantomima anlayışı sovetlər məkanının məhsulu idi. Postsovet məkanında inkişaf tapan pantomima qərb mim teatrının təqlidi və Marsel Marsonun davamçıları hesab olunur.
Xatiya Dekanoidze
Xatiya Dekanoidze (gürc. ხატია დეკანოიძე; 20 yanvar 1977, Tbilisi) — Gürcüstan və Ukrayna dövlət və siyasət xadimi. Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi (2007–2012); Gürcüstanın Təhsil və Elm Naziri (2012); Ukrayna Milli Polisinin rəhbəri (2015–2016). 2021–2023-cü illərdə o, 2020–2024-cü çağırış Gürcüstan parlamentində Vahid Milli Hərəkatın parlament fraksiyasına rəhbərlik edib. Xatiya Dekanoidze 20 yanvar 1977-ci ildə Tbilisidə anadan olub. 1999-cu ildə Dekanoidze Tbilisi Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirmişdir. 2007-ci ilin may ayında Xatia Dekanoidze Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rektoru təyin edilir və 2012-ci ilin may ayına qədər bu vəzifədə çalışaraq, Gürcüstan polisində aparılan islahatlarda birbaşa iştirak edir. 2012-ci ilin may ayında o, Gürcüstanın Təhsil və Elm Nazirliyində Milli İmtahan Mərkəzinin direktoru vəzifəsində işə başlayıb. 2012-ci il iyulun əvvəlində o, Gürcüstanın təhsil və elm naziri təyin edilib, 2012-ci il oktyabrın 25-də Vahid Milli Hərəkatın parlament seçkilərində məğlubiyyətindən sonra Merabişvili hökuməti istefaya gedənə qədər bu vəzifədə çalışıb. 2014-cü ilin sonunda Dekanoidze Gürcüstan islahatlarının təcrübəsini yaymaq və Ukrayna rəhbərliyini öyrətmək üçün Kiyevdə CAPS (Mülki və Siyasi Məktəb) İctimai və Siyasi Məktəbini təşkil edib.
16 dekabr (film)
"16 dekabr" — 2002-ci ildə istehsal olunmuş Hindistan filmi.
2022-ci il dekabr ayında vəfat edənlər
2022-ci il dekabr ayında vəfat edənlərin siyahısı. === 31 dekabr === XVI Benedikt — 95 yaşında vəfat edib. === 29 dekabr === Arata İsozaki — 91 yaşında vəfat edib. Pele — 82 yaşında vəfat edib. Vivyen Vestvud — 81 yaşında vəfat edib. === 23 dekabr === Oruc Qurbanov — 73 yaşında vəfat edib. === 22 dekabr === Fikrət Verdiyev — 75 yaşında vəfat edib. Ələkrəm Hümbətov — 74 yaşında vəfat edib. === 21 dekabr === Kristofer Doulinq — 78 yaşında vəfat edib. === 19 dekabr === Kazım Əliverdibəyov — 88 yaşında vəfat edib.
Dekopon
Dekopon (yap. デコポン) və ya hallabonq (kor. 한라봉)— sitrus meyvəsi. == Tarixi == Bu meyvənin vətəni Yaponiyadır. Dekopon Yaponiyada ilk dəfə XX əsrin 70-ci illərində təbii seleksiya yolu ilə yetişdirilmişdir. Belə ki, bu meyvə 1972-ci ildə kiyomi və ponkan adlı mandarin sortlarının hibridi kimi yaradılmışdır. 2006-cı ildən bəri isə hər il mart ayının 1-i Yaponiyada "Dekopon günü" kimi qeyd olunur. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilmişdir. Daha sonra bu meyvənin ABŞ və Braziliyada yetişdirilməsinə başlanılmışdır. Hazırda dekopon dünyada cəmi 5 ölkədə əkilir ki, onlardan biri də Azərbaycandır.
Ar-deko
Ar-deko və ya Deko — ilk dəfə 1910-cu illərdə (Birinci Dünya Müharibəsindən əvvəl) Fransada ortaya çıxmış və 1920-1930-cu illərin əvvəllərində ABŞ və Avropada çiçəklənmiş vizual incəsənt, memarlıq və sənaye dizaynı üslubu. Ar-deko böyük strukturlardan tutmuş kiçik obyektlərə, o cümlədən insanların görünüşünə (geyim, dəb və zərgərlik) kimi hər şeyin: körpülər, tikililər (göydələnlərdən kinoteatrlara qədər), gəmilər, qatarlar, avtomobillər, yük maşınları, avtobuslar, mebellər və radio və tozsoran kimi gündəlik əşyaların belə daxili və xarici üslub və dizaynına təsir etmişdir. Ar-deko müasir üslubları incə sənətkarlıq və zəngin materiallarla birləşdirdi. O, öz çiçəklənmə dövründə dəbdəbəni, cazibəni, coşqunu və sosial və texnoloji tərəqqiyə inamı təmsil edirdi. Nyu-Yorkun Empayr Steyt Bildinq və Kraysler binası da daxil olmaqla 1920-1930-cu illərdə inşa edilmiş göydələnləri bu üslubun daşıyıcılarıdır. == Xüsusiyyətləri == Ar-deko həm dəbdəbə, həm də müasirliyi ehtiva etdi, çox bahalı materialları və incə sənətkarlığı modernist formalarda birləşdirdi. Ar-dekoda heç nə ucuz deyildi, bu üslubdakı mebel nümunələri fil sümüyü və gümüş ornamentləri ehtiva etmiş, zərgərlik nümunələri isə almazı platin, mərcan və digər qiymətli materiallarla birləşdirmişdir. Üslub okean gəmilərinin, lüks qatarların və göydələnlərin birinci sinif salonlarını, həmçinin 1920-ci illərin sonu və 1930-cu illərdə bütün dünyada böyük kino salonlarını bəzəmək üçün istifadə edilmişdir.
Dekster
Dekster (ing. Dexter) — ABŞ cinayət-drama teleserialı. Serial 2006-cı ildən 2013-cü ilə qədər Showtime kanalında yayımlanmışdır. Serial Mayami polis şöbəsində qan ləkəsi üzrə kriminalistika eksperti kimi çalışan, eyni zamanda seriyalı qatil kimi gizli həyat sürən Dekster Morqandan (Maykl Si Holl) bəhs edir. Deksterin qurbanları yalnız ədalətdən yayınan qatillərdir. Serialın ilk mövsümü Ceff Lindzinin müəllifi olduğu "Deksterin qaranlıq yuxuları" adlı roman əsasında çəkilmişdir. Roman Ceyms Manos Cr. tərəfindən ekranlaşdırılıb. Serialın sonrakı mövsümləri Lindzinin kitablarına əsaslanmır. Serialda rol alan aktyorlar Maykl Si Holl və Con Litqou göstərdiyi performanslarına görə "Qızıl Qlobus" da daxil olmaqla bir sıra mükafatlara layiq görülmüşdür.
Dekeyter (Alabama)
Dekeyter, ABŞ-ın Alabama ştatının Morgan və Limestone qraflığında yerləşən şəhərdir. 2010-cu ildəki əhalinin siyahıyaalınmasına əsasən şəhərin əhalisi 55,683 nəfər təşkil edir.
Dekompression xəstəlik
Dekompression xəstəlik – yüksək atmosfer təsyiqi altında işləyənlərdə (təhlükəsizlik texnikasının pozulması nəticəsində) oynaqların avaskulyar zədələnməsi ola bilər.
Ogüsten Piram Dekandol
Oqüsten Piram Dekandol (fr. Augustín Pyrámus (Pyráme) de Candólle) (4 fevral 1778, Cenevrə, — 9 sentyabr 1841, Cenevrə) — İsveçrə və Fransa botaniki. Candolleaceae F.Muell. fəsiləsi, sinonimi: Stylidiaceae R.Br. Candollea Baumg. cinsi, sinonimi: Menziesia Sm. Candollea Labill. cinsi, sinonimi: Stylidium Sw. ex Willd. Candollea Mirb.
Dekinia
Aqastaxis (lat. Agastache) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Brittonastrum Briq. Dekinia M.Martens & Galeotti Flessera Adans. Lophanthus Benth.

Digər lüğətlərdə