ARPACIQ

is. Nişan almaq üçün tüfəng, tapança və pulemyot lüləsinin uc tərəfindəki çıxıntı, qabarcıq, buruncuq. Tüfəngin arpacığı.
[Lidiya] avtomatla güllə səpələyəsəpələyə irəliləyir, getdikcə arpacığın qabağını tuturdu. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARPACIQ ARPACIQ, QAROVUL (silahda)

Etimologiya

  • ARPACIQ Tüfəngdə və s. nişan almaq üçün çıxıntıdır. Formaca arpa dənəsinə (kiçiyinə) bənzədiyi üçün belə adlandırılıb
ARPA-SAMAN
ARPALAMA

Digər lüğətlərdə