Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elnarə
Elnarə — Azərbaycanlı qadın adı. Nar-alov mənasındadır, odlu qız deməkdir. Elnarə Xəlilova — Azərbaycan müğənnisi və aktrisası.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı. Elmar Məmmədov — "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri.
Elnarə Abdullayeva
Elnarə Abdullayeva (17 iyun 1972, Çuxanlı) — Azərbaycan müğənnisi, Xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti (2015). == Həyatı == Elnarə Abdullayeva 1972-ci ilin iyunun 17-də Qobustanın Çuxanlı kəndində kasıb bir ailədə dünyaya göz açıb. Daha sonra Ağaxan Abdullayevin tələbəsi olaraq ondan muğamın sirrlərini öyrənir. Onun 2006-cı ildən musiqiçi və prodüsser Asif Kərimovla birgə fəaliyyətə başlamasıyla xanəndənin bütün yaradıcılıq tərzi dəyişdi. 2000-ci illərdə Gilan albom şirkəti ilə müqavilə bağlayaraq "Elnarənin Musiqi Dünyası" adlı ilk albomunu çıxardı. 2015-ci ildə Heydər əliyev sarayında ilk solo konserti baş tutdu. Daha sonra 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görüldü. 2016-cı ilin mart ayında 3 gün Heydər Əliyev sarayında konserti baş tutdu.
Elnarə Akimova
Elnarə Akimova (28 yanvar 1978, Sumqayıt) — ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (2017), dosent (2014), Nizami adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri (2018), "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Elnarə Akimova 28 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995-1999-cu illərdə bakalavr, 1999-2001-ci illərdə magistr təhsili alıb. 2001-2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik, 2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin və "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. === Ailəsi === Ailəlidir, iki oğlu var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Elnarə Akimova 2001-ci ildən ədəbiyyat tarixçisi kimi elmi fəaliyyətə və çağdaş ədəbi prosesdə tənqidçi kimi fəaliyyətə başlamışdır.
Elnarə Dadaşova
Elnarə Dadaşova (25 iyun 1952) — Azərbaycan bəstəkarı və sənətşünası, xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == Bəstəkar Elnarə Dadaşova 1952-ci ildə İçərişəhərli Dadaşovların ailəsində anadan olmuşdur. Altı yaşında olanda vaxtı ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibində olan Bülbül adına musiqi məktəbinə ilk addımlarını atır. 11 il milliyyətcə latış olan ilk müəlliməsi Qudelis İvetta Adolfovnadan musiqinin sirlərinə yiyələnmişdir. Onun qeyri-adi yaradıcılıq istedadı həmin illərdən hiss olunmuşdur. Elnarə Dadaşovanın bəstəkarlıq istedadını hiss edən müəllimləri ona bu sahədə istiqamət verməyə çalışırdılar. Bu məqsədlə də o, 9-cu sinifdən Nazim Əliverdibəyovun məsləhətilə Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım onu bir bəstəkar kimi istiqamətləndirir. Dadaşovanın ilk əsərləri Avropasayağı səslənirdi. Lakin Ədilə Hüseynzadənin tövsiyəsi ilə tez bir zamanda gənc bəstəkar milli ruhda çox sayda əsər bəstələdi.
Elnarə Dərziyeva
Elnarə Dərziyeva (12 aprel 1980, Tovuz) — Əməkdar jurnalist, Lider TV-nin xəbərlər departamentinin prodüser və redaktoru. == Həyatı == 1980-ci il mayın 12-də Tovuz rayonunda anadan olmuşdur. 1986-cı ildə A. S. Puşkin adına orta məktəbə gedib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin Radio və televiziya jurnalistikası ixtisasını bitirmişdir. == Fəaliyyəti == Elnarə Dərziyeva 1998-ci ildə jurnalistika fəaliyyətinə başlamışdır. Əsasən sosial və kriminal sahədəki araşdırmaları ilə fərqlənib. 1998-ci ildə mart ayının 5-dən etibarən, "Bu gün" qəzetində jurnalist kimi çalışmışdır. Daha sonra 4 il müxtəlif qazetlərdə: "Elçi", "Faktor", "Bu gün", "Yeni Avrasiya", qəzetlərində öz yazıları ilə tanınıb. 2001-ci ildə "Lider" televiziyasında işə qəbul olur və ilk olaraq "Üç bucaq" verilişi, daha sonra "Kriminform" verilişində müxbir kimi fəaliyyət göstərib.
Elnarə Kərimova
Elnarə Kərimova (1962) — tanınmış azərbaycanlı xormeyster, Azərbaycanın xalq artisti (2018). Türkiyənin "Orfeon" kamera xorunun və TRT-nin böyük xorunun bədii rəhbəri və baş dirijoru. == Həyatı == Elnarə Kərimova Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri olmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. == Ailəsi == Həyat yoldaşı Tərlan Quliyev Azərbaycan Dövlət Kamera Orkestrində skripka ifaçısıdır. Hazırda Türkiyədə operada çalışır. Oğlu Türkiyədə doğulub.
Elnarə Tofiqqızı
Elnarə Niftəliyeva və ya Elnarə Tofiqqızı (tam adı:Niftəliyeva Elnarə Tofiq qızı) — ədəbi tənqidçi, Milli Kitab Mükafatının ekspert qrupunun üzvü, 2012–2013-cü illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı. == Həyatı və təhsili == Elnarə Tofiqqızı 1977-ci il 24 dekabrda Yevlaxda anadan olmuşdur. Yevlax şəhərindəki 4 saylı orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bakalavr (1994–1998) və magistr (1998–2000) pillələri üzrə qırmızı diplomla bitirib. E.Tofiqqızı 2013-cü il 20 sentyabrda "Medi Sina" klinikasında cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişmişdir. == Ailəsi == Anar Niftəliyevlə ailəli olub. İki övladları var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2001–2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun folklor ixtisası üzrə aspirantı olub. 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibliyində çalışıb, 2002-ci ildən AMEA Ədəbiyyat İnstitutunun Folklor Mərkəzində, daha sonra isə Folklor İnstitutunda elmi işçi olub. 2011-ci ildən Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekan müavini, 2012-ci ildən isə dekanı olub.
Elnarə Təhməzova
Elnarə Təhməzova (tam adı: Təhməzova Elnarə Telman qızı; d.1982, Bakı) — azərbaycanlı aparıcı. == Həyat və fəaliyyəti == Təhməzova Elnarə Telman qızı 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Suraxanı rayonunun 285 saylı orta məktəbini bitirmişdir. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissoru fakültəsinə qəbul olmuşdur. 2002-ci ildə bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi ilə təhsilini başa vurmuşdur. ANS TV-də çalışmağa başlamazdan öncə digər telekanallarda fərqli vəzifələrdə çalışmışdır. 2017-ci ildə ailə həyati qurub. Hazırda İngiltərədə yaşayır. === Fəaliyyəti === 2004–2005-ci ildə Space MTRŞ (müstəqil teleradio şirkəti) — müxbir-aparıcı "Açıq qapı" (tok şou), "Hər şey vətən üçün" (hərbi vətənpərvərlik) proqramlarında çalışıb. 2006–2009-ci ildə Lider TV (Lider Media Holdinq) — aparıcı-redaktor "Lider Əsgər" (hərbi vətənpərvərlik), "Səhər" (musiqili-əyləncəli), "Xeyli Xəbər" (mədəniyyət xəbərləri), "Kim?
Elnarə Xəlilova
Xəlilova Elnarə Sabit qızı (1 oktyabr 1980, Bakı) — Azərbaycan müğənnisi və aktrisası. == Həyatı == === Uşaqlıq illəri === Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib. 13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub. === Gənclik illəri === 1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb.
Elmar Abdullayev
Abdullayev Elmar Şahmar oğlu — Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş mühəndisi, texnika elmləri doktoru. == Həyatı == Elmar Abdullayev 26 yanvar 1947-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olub. 1953-cü ildə R.Qulubəyov adına Şəfəq kənd orta məktəbinə daxil olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1970-ci ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuşdur və bu günə kimi əmək fəaliyyətini bu institutda davam etdirir. 1977-ci ildə namizədlik, 2003-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək neft-kimya ixtisası üzrə texnika elmləri doktoru adına layiq görülmüşdür. Dissertasiya işi Ali Attestasiya Komisiyası tərəfindən kimya sahəsində 2003-cü ilin ən yaxşı işi kimi qəbul olunmuşdur. 1978-ildə SSRİ XTNS-nin bürünc medalını qazanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1973-1978 illərdə kiçik elmi işçi, 1978-1994-cü illərdə baş elmi işçi, 1994-2004-cü illərdə aparıcı elmi işçi, 2004-2012-ci illərdə laboratoriya rəhbəri, 2012-2014-cü illərdə baş texnoloq, və hal-hazırda institutun baş mühəndisi vəzifəsindədir. Kimya və texnika üzrə 4 fəlsəfə doktoru hazırlamışdır.
Elmar Babanlı
Elmar Babanlı ( 28 sentyabr 1982, Bakı şəhəri) — cüdo üzrə beynəlxalq dərəcəli hakim, "Neftçi İdman Klubu" İctimai Birliyinin idman və sağlamlıq məsələləri üzrə baş meneceri, Azərbaycan Cüdo Federasiyasının baş katibi (2015-ci ildən). Tofiq Babanlının oğludur. == Həyatı == Elmar Babanlı 28 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun Muğanlı kəndindəndir. 2005-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Elmar Baxşiyev
Elmar Baxşiyev (3 avqust 1980-ci ildə Qusarda anadan olub) — Azərbaycanlı keçmiş peşəkar yarımmüdafiəçi. O, Azərbaycan milli futbol komandası ilə 30 oyunda iştirak etmişdir. == Karyerası == 19 yanvar 2012-ci ildə Baxşiyev Qəbələ klubu ilə bir illik müqavilə imzalamışdır. 25 mart 2014-cü ildə Baxşiyev 2013-14 mövsümünün sonunda karyerasına bitirəcəyini açıqlamışdır. == Karyera statistikası == === Klub === 19 May 2012 tarixində yenilənib === Milli komanda === 9 İyun 2009-cu il məlumatlarına əsasən.
Elmar Bayramlı
Elmar İsa oğlu Bayramlı (2 sentyabr 1998; Qazax rayonu, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Bayramlı 1998-ci il sentyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Elmar Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Bayramlı sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.11.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmar Bayramov
Elmar Bayramov (28 dekabr 1986, Lənkəran) — Azərbaycan kinorejissoru == Həyatı == Elmar Bayramov 28 dekabr 1986-cı ildə Lənkəran şəhərində Bayramovlar ailəsində doğulmuşdur. 1993–2004-cu illərdə orta təhsilini Lənkaranda 4 saylı Humanitar Təmayüllü Məktəb Liseydə almışdır. 2005–2010-cu illərdə Bakı Dövlət Universitetinin Biblioqrafia ve informasiya fakültəsində ali təhsil almışdır. 2004-cu ildən 2007-ci ilə qədər "Kontakt Kopoeyra İdman Klubu"nda, 2007-ci ildən 2016-cı ilə qədər "Azərbaycan Kapoeira Federasıyası"nda müəllim vəzifəsindən, federasiya prezidenti vəzifəsinə qədər yüksəlmişdir. 2016-cı ildən reklam və film lahiyələrinin sayı çoxaldığına görə Azərbaycan Kapoeira Federasiyasından və World Capoeira Federation dan ayrılmalı olur. 2013–2015-cı illərdə Sport Service Company və Beynəlxalq idman yarışları, seminarların əsas təşkilatçılarından biri və baş Rəqəmsal Dizayneri vəzifəsində çalışıb. 2011-ci ildən sosial mövzularda ssenariler yazmağa başlayıb. İlk sosial video çarxı 2013-cü ildə "Ekoloji missiya" layihəsi idi. 2013-cu ildə "Eşq Səfəri" sənədli filmini İraqda çəkib və 2014-cu ildə Bakı, İstanbul, Moskva və London səhərlərində təqdimatları olmuşdur. 2016-cı ildə "Eşq səfəri" sənədli filmi Tehranda 3-cu International Arbaeen Award Beynelxalq Film Festivalının qalibi olmuşdur.2013-cu ildə Black Garden Company adlı video prodakşının təsisçilərindən biri olaraq 2018-cı ilə qədər müxtəlif commersiya videoları ve filmləri istehsal edir.
Elmar Cəfərov
Cəfərov Elmar İlham oğlu (2 may 1995, Novoivanovka, Gədəbəy rayonu – 2020 və ya 6 noyabr 2020, Şuşa) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 2 may 1995 ci ildə Gədəbəy Rayonunun Nova İvanovka kəndində anadan olmuşdur. Nişanlı idi. == Hərbi xidməti == Azərbaycan Xüsusi Təyinat Qüvvələrindən olan Cəfərov Elmar İlham oğlu 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə iştirak etmişdir. Elmar 2- ci Qarabağ müharibəsindən əvvəl Aprel döyüşlərində də igidcəsinə iştirak etmiş və ayağında qəlpə qalmışdı. Cəfərov Elmar İlham oğlu İkinci Qarabağ müharibəsində çox güclü döyüşçü kimi tanınmış və tək məqsədi düşmənləri qovmaq yox, öldürüb torpaqlarımızdan onları birdəfəlik yox etmək olmuşdur. O, həm snayperçi, həm də topçu idi. Xəyalı polis olmaq olan İgidimiz, xəyalının gerçəkləşdiyi ərəfədə Vətənin ona ehtiyacı olduğunu bilmiş və öz borcunu ödəmək üçün Qarabağa yollanmışdı. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qolundan yaralanmış, çox qan itirməyinə rəğmən döyüşə davam etmiş və son olaraq isə çənəsinə dəyən qəlpə ilə Şəhid olmuşdur. Şəhidimizin anasının qarşısında baş əyir və bütün Şəhidlərimizin Ruhunun şad olmasını diləyirik.
Elmar Daşdəmirov
Elmar Seymur oğlu Daşdəmirov (23 noyabr 2001; Qarabağlı, Salyan, Azərbaycan — 18 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Daşdəmirov 2001-ci ilin noyabr ayında Salyan rayonunda doğulub. == Hərbi xidmətləri == Elmar Daşdəmirov 2020-ci il yanvarın 7-də həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar Daşdəmirov Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərində savaşıb. 18 oktyabr 2020-ci ildə Tap Qaraqoyunlu istiqamətində gedən döyüşlərdə şəhid olub. Salyanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Daşdəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Daşdəmirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Daşdəmirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elmar Hüseynov
Elmar Hüseynov (tam adı: Elmar Sabir oğlu Hüseynov; 17 iyul 1967, Bakı, Azərbaycan SSR, SSRİ — 2 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı müstəqil jurnalist, "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı, "Monitor" jurnalının yaradıcısı və baş redaktoru. Hüseynov kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi.2005-ci ilin martında Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub. Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlamışdır. Qətldən on səkkiz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş, 4 aylıq idi. 2006-cı ilin sonlarında jurnalistin ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət ediblər. == Həyatı == Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub.
Elmar Həsənov
Elmar Mamedov
Elmar Elçin oğlu Mamedov (7 iyul 2001; Mahamalar, Balakən rayonu — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Mamedov 2001-ci il iyulun 7-də Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2008-2019-cu illərdə R.Baxışov adına 218 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elmar Mamedov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Mamedov oktyabrın 6-da Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmar Mirzəyev
Elmar Şahin oğlu Mirzəyev (1 may 1995; Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Mirzəyev 1995-ci il mayın 1-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2016-cı ildən hərbi xidmətə başladı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Elmar Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Mirzəyev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. 16 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Elmar Möhsümov
Elmar Rövşən oğlu Möhsümov (3 dekabr 1997, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Möhsümov 1997-ci il dekabrın 3-də Kəngərli rayonunun Xok kəndində anadan olub. 2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Elmar Möhsümov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elmar Möhsümov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Möhsümov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Möhsümov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Möhsümov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. == Təltifləri == (26. iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.
Elmar Məhərrəmov
Elmar Məhərrəmov (şahmatçı) — azərbaycanlı şahmatçı, qrossmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrossmeysteri. Elmar Məhərrəmov (tarixçi) — tarix üzrə fəlsəfə doktoru.
Elmar Məmmədov
Elmar Məmmədov (bankçı) - "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri. Elmar Məmmədov (sədr) - “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri.
Elmar Məmmədyarov
Elmar Məhərrəm oğlu Məmmədyarov (2 iyul 1960, Bakı) — Azərbaycan siyasətçisi və diplomat, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri (2003–2004), Azərbaycan Respublikasının xarici işlər naziri (2004–2020), AFFA İcraiyyə Komitəsinin üzvü. == Həyatı == Əslən Culfa rayonundan olan Elmar Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində Məhərrəm və İzida Məmmədyarovların ailəsində anadan olub. Onun atası Məhərrəm Məmmədyarov alimdir və 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür. Elmar Məmmədyarov 1977-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" bölməsinə daxil olub və 1982-ci ildə həmin ali təhsil müəssisəsini bitirib.O, ingilis, rus və türk dillərini bilir. Lakin bəzi mənbələrdə Azərbaycan dilini zəif səviyyədə bildiyi qeyd olunub. Sabiq nazir bu səbəbdən mütəmadi olaraq tənqid olunmuşdur. === Ailəsi === Anası İzida İbrahimbəyova Fuad İbrahimbəyovun qızıdır.Atası Məhərrəm Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür. Elmar Məmmədyarov Kamilla Məmmədyarova ilə ailəlidir, Emin və Riad adında övladları var. Oğlu Riad Məmmədyarov 2019-cu ildə ABŞ vətəndaşı Aleks Zapalla adlı xanımla evlənib. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cu ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya elmləri namizədidir. 1995–1999-ci illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-ci illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Elmalı
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Elmira
Elmira — qadın adı. Elmira Cəfərova — Elmira Kərimova — Elmira Əliyeva — Geologiya-mineralogiya elmlər doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014) Elmira Abasova — musiqişünas, pedaqoq. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967).
Elmlər
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu.Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı).
Elmаr Allahverdiyev
Elmar Saleh oğlu Allahverdiyev (4 noyabr 1986, Cəfərabad, Şəki rayonu) — Azərbaycan hərbi xadimi, kəşfiyyatçı. == Həyatı və təhsili == Elmar Allahverdiyev 4 noyabr 1986-cı il Şəki rayonu Cəfərabad kəndində anadan olub. 2002–2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2005–2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil almışdır. 2009–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit, 2010–2011-ci isə illərdə Silahlı Qüvvəllərin təlim-tədris mərkəzi Kəşfiyyat ixtisaslaşdırma kurslarını keçmişdir. == Fəaliyyəti == 2010–2013-cü illərdə Bakı şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, N saylı hərbi hissədə Taqım komandiri kimi çalışıb; 2013–2016-cı illərdə Tərtər rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri; 2016–2017-ci illərdə Goranboy rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri; 2017-ci ilin may ayında "Tərtər işi" zamanı şərlənib tutulub və ən ağır işgəncələrə məruz qalıb. Bu hadisələrdən sonra Elmar Allahverdiyev ordudan tərxis edilib. 2020-ci ilin oktyabr ayında işğal altında olan torpaqların azadlığı uğrunda başlamış hərbi əməliyyatlarda könüllü olaraq yenidən ordu sıralarına qatılaraq kəşfiyyat bölük komandiri vəzifəsində iştirak etmişdir. 2020-ci il 5 noyabr tarixində Daşaltı kəndi istiqmətində gedən döyüşlərdə yaralanmışdır. 2021-ci il 9 avqust tarixində könüllü olaraq ordu sıralarından ehtiyata buraxılmışdır. == İştirak etdiyi döyüşlər == 2016-cı il aprel ayında düşmən işğalı altında olan Seysulan kəndinin azad oluması uğrunda döyüşlərdə kəşfiyyat komandiri kimi iştirak edib.
Əldərə
Əldərə, Aldərə — Yelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.Digər adı Əlidamı. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında qeyd edilmişdir. XIV–XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur. == Toponimi == Toponim qədim Azərbaycan dilində "qırmızı" mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) "dərin çuxur" mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və "qırmızı dərə" mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Kənd "Əli dərədə" yarandığına görə həmin dərənin adını qəbul еtmişdir. Həmin dərədə yеrləşən və Əlidərə adlanan göl isə XX əsrin 30-cu illərində Alidzor adlandırılmışdır === Aldərə çayı === Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Araz çayına axıb tökülür. == Əhalisi == Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Əmmamə
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.