Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avstriyalı Elyanora
Vizeyli Elyanora
Elyanora Giorgi
Avstriyalı Elyanora (hersoqina)
Düsseldorflu Elyanora Maqdalena
Elyanora (Akvitaniya hersoqinası)
Akvitaniyalı Elyanora (fr. Éléonore d'Aquitaine; oks. Alienòr d'Aquitània; 1122, Bordo, Akvitaniya hersoqluğu – 1 aprel 1204[…], Puatye) — Akvitaniya hersoqinası. Fransa kralı VII Lüdovik və İngiltərə kralı II Henriylə baş tutan evlilikləri səbəbilə, bir müddət hər iki dövlətin kraliçası olmuşdur. Uzun illər cənub-qərbi Fransanı idarə edən Puatye sülaləsinin varisi olaraq Orta əsrlər dövründə Avropanın ən güclü və zəngin qadınlarından biri idi. Atası X Uilyamın vəfatının ardından 1137-ci ildə hələ 15 yaşında ikən hersoqina oldu. Elə həmin il Fransa kralı VI Lüdovikin oğlu ilə evləndirildi və çox keçmədən qaynatasının vəfatıyla əri VII Lüdovik taxta çıxdı. Beləcə, Fransa kraliçası olan Elyanoranın bu nigahdan 2 qızı dünyaya gəldi. 1147-ci ildə baş tutan İkinci Səlib yürüşündə əriylə birlikdə müqəddəs torpaqlara səyahət etdi. Ancaq oğul varisi verə bilmədiyi üçün əri tərəfindən boşanmağa məcbur edildi.
Araqonlu Elyanora (Portuqaliya kraliçası)
Elyanora Qonzaqa (1598-1655)
Elyanora Qonzaqa (1630-1686)
Kastiliyalı Elyanora (Navarra kraliçası)
Elyanora Plantagenet (Kastiliya kraliçası)
Elyanora Plantagenet (isp. Leonor Plantagenet; sentyabr 1161 – 31 oktyabr 1214, Burqos, Kastiliya və Leon) — Kastiliya kralı VIII Alfonsonun xanımı, Kastiliya kraliçası. Eyni zamanda İngiltərə kralı II Henrinin qızıdır. Təxminən 1161-ci ildə Normandiyanın Domfront kommunasında dünyaya gəldi. Atası İngiltərə kralı II Henri, anası isə Akvitaniya hersoqinası Elyanora idi. Anası daha öncə Fransa kralı VII Lüdoviklə evlənmişdi və bu evlilikdən onun 2 bacısı vardı. 1170-ci ildə 9 yaşlı Elyanora siyasi məqsədlərlə 15 yaşlı Kastiliya kralı VIII Alfonso ilə evləndirildi. Bu yolla atası Akvitaniyanın cənub sərhədlərini qorumaq istəyirdi. VIII Alfonso isə Navarra krallığına qarşı siyasi müttəfiq axtarışında idi. Bu siyasi evliliyin nəticəsi olaraq 1177-ci ildə II Henri sərhəd bölgəsinə ordu yürütdü və burada Navarra krallığından gələ biləcək hücumlara qarşı tədbirlər gördü.
Avstriyalı Elyanora (Polşa kraliçası)
Portuqaliyalı Elyanora (Müqəddəs Roma imperatriçası)
Eleanora Ruzvelt
Araqonlu Eleonora
Araqonlu Eleonora (isp. Leonor de Aragón; 20 fevral 1358 – 13 avqust 1382) — Araqon kralı IV Pyotrun qızı və Kastiliya kraliçası. == Həyatı == Eleonora atasının üçüncü evliliyindən dünyaya gəlmişdi və kralın ən kiçik övladı idi. Qardaşlarından ikisi - Con və Martin Araqon kralı olsa da, heç birinin oğul varisi dünyaya gəlmədi. Eleonora 18 iyun 1375-ci ildə Kastiliya kralı I Conla Soriyada evləndirildi. Bu evliliklə Araqon və Kastiliya arasında 1374-1375-ci illərdə bağlanan atəşkəs gücləndirildi. Cütlüyün bu evlilikdən 3 övladı dünyaya gəldi: Henri (1379-1406) Ferdinand (1380-1416) Eleonora (13 avqust 1382) Yeddi il davam edən evliliyin ardından Eleonora 13 avqust 1382-ci ildə doğum əsnasında vəfat etdi. Dünyaya gələn qız uşağına onun adı verilsə də, eyni gün uşaq vəfat etdi. == Mənbə == Previté-Orton, Charles William (1960). The Shorter Cambridge Medieval History.
Dina Ulyanova
Eleonora Evelinq
Eleonora Evelinq (Marks; alm. Eleanor Aveling [Marx]‎; 16 yanvar 1855 – 31 mart 1898) — Böyük Britaniya sosialist və qadın hərəkatının fəal üzvü. == Həyatı == 1855-ci il yanvarın 16-da Londonda anadan olmuşdur. O, Karl Marksın kiçik qızı, ingilis sosialisti Eduard Evelinqin isə həyat yoldaşı və silahdaşı olmuşdur. Eleonora 1898-ci ildə martın 31-də Londonda vəfat etmişdir. == İnqilabda rolu == Eleonora Britaniyada ilk sosialist təşkilatının yaradıcılarından biri olmuşdur. O, bununla yanaşı "yeni tred-yunionlar" hərəkatında fəal iştirak etmiş, qadınlar arasında böyük iş aparmışdır. İkinci İnternasionalın bir sıra konqreslərində tərcüməçi olmuşdur. O, İngiltərə və Almaniyanın sosialist mətbuatında fəal iştirak etmişdir. Atası K. Marksın bir sıra əsərini çapa hazırlamışdır.
Eleonora Hüseynova
Eleonora Hüseynova (1947, Bakı – 22 yanvar 2019, Bakı) — Azərbaycanlı diplomat. == Həyatı == Eleonora Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2019-cu ilin yanvar ayının 22-də vəfat etmişdir. == Fəaliyyəti == Eleonora Hüseynova 1994–2004 Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, 2004–2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olmuşdur.
Eleonora Kejova
Eleonora Kejova (28 dekabr 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eleonora Kejova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Eleonora Romanova
Eleonora Romanova — 17 avqust 1998-ci ildə Ukraynanın Krasnodon şəhərində anadan olub. Ukraynalı bədii gimnastdır. Dünya Çempionatının 2, Avropa Çempionatının isə 1 qat bürünc medalçısıdır. Vətənini 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi. == Həyatı == Eleonora Romanova 17 avqust 1998-ci ildə Ukraynanın Krasnodon şəhərində anadan olub. == Karyerası == Eleonora Romanovanın ən böyük uğurları Dünya və Avropa Çempionatlarına təsadüf edir. Eleonora Romanova 2014-cü ildə İzmirdə, 2015-ci ildə isə Ştutqartda Dünya 3-cüsü olmuşdur. Həmçinin Eleonora Romanova 2015-ci ildə Belarusun paytaxtı Minsk şəhərində Avropa Çempionatının 3-cüsü olmuşdur. Eleonora Romanova 2015-ci ildə Ukraynanı Avropa Oyunlarında təmsil etdi.
Nemoral lekanora
Nemoral lekanora (Elmi adı - Lecanora nemoralis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Tallomun diametri 10 sm, nazik, hamar, dənəvər və azacıq çatvaridir. Apotesilər iridir, diametri 2 mm-ə çatır. Tallom üzərində səpələnmiş komacıq formasındadır. Apotesi diski sarımtıl qəhvəyidən qəhvəyiyə kimi, cavan apotesilər çökük yaşlılar isə qabarıqdır. Tallomun qıraqları qalındır, əyri dişvaridir, talloma nisbətən açıq rənglidir. Tallom KOH təsirindən saralır. Mezofit növdür, apotesilər vasitəsi ilə çoxalır. Quba rayonu, şəhər mərkəzi parkında (cükədə); Qusar rayonu caqar kəndi ətrafında, meyvə bağında (almada); Qəbələ rayonu Muxas kəndi ətrafında meşədə (ağcaqayın), 660–1250 m hündürlükdə rast gəlinir.
Eleonora qızılquşu
Eleonora qızılquşu (lat. Falco eleonorae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Eleonora Marks
Eleonora Evelinq (Marks; alm. Eleanor Aveling [Marx]‎; 16 yanvar 1855 – 31 mart 1898) — Böyük Britaniya sosialist və qadın hərəkatının fəal üzvü. == Həyatı == 1855-ci il yanvarın 16-da Londonda anadan olmuşdur. O, Karl Marksın kiçik qızı, ingilis sosialisti Eduard Evelinqin isə həyat yoldaşı və silahdaşı olmuşdur. Eleonora 1898-ci ildə martın 31-də Londonda vəfat etmişdir. == İnqilabda rolu == Eleonora Britaniyada ilk sosialist təşkilatının yaradıcılarından biri olmuşdur. O, bununla yanaşı "yeni tred-yunionlar" hərəkatında fəal iştirak etmiş, qadınlar arasında böyük iş aparmışdır. İkinci İnternasionalın bir sıra konqreslərində tərcüməçi olmuşdur. O, İngiltərə və Almaniyanın sosialist mətbuatında fəal iştirak etmişdir. Atası K. Marksın bir sıra əsərini çapa hazırlamışdır.
Avstriyalı Eleonora
Avstriyalı Eleonora (ing. Eleanor of Austria; fr. Éléonore d'Autriche) (15 noyabr 1498, Leuven – 18 fevral 1558) — Avstriya hersoqinası və Kastilya vəliəhdi, fərqli zamanlarda Portuqaliya və Fransa kraliçası. Kastilya kraliçası Yuannanın qızı olması səbəbilə bəzi mənbələrdə Kastilyalı Eleonora olaraq da anılır. == Həyatı == === İlk illəri === Eleonora 1498-ci ildə Kastilya kraliçası Yuanna və Kastiliyalı Filipin ilk övladı olaraq Belçikanın Löven şəhərində dünyaya gəldi. Anası Yuanna katolik monarxlar — Araqonlu Ferdinand və Kastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I Maksimilyan və Burqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra Eleonora bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Uşaq yaşlarında Eleonora İngiltərə kralının böyük oğlu və gələcəkdə İngiltərə kralı olan Henriylə nişanlandı. Ancaq çox keçmədən kral vəfat etdi.
Eleonora Giorgi
Eleonora Giorgi (it. Eleonora Giorgi; 21 oktyabr 1953, Roma) — italyan aktrisası, rejissoru, ssenaristi və prodüseridir. == Bioqrafiyası == Eleonora Giorgi ilk dəfə böyük ekranda "Tarantulanın Qara qarnı" (1971) filmində epizodik Made rolunda görünmüşdür. İlk baş rolunu Salvatore Samperinin rejissoru olduğu "The Misfit" (1974) filmindəki Mariuccia obrazı ilə almış, burada onun partnyoru müğənni və bəstəkar Domeniko Modunyondu olmuşdur. O, 80-ci illərin italyan komediyalarında aparıcı qadın rollarının ifaçısı kimi şöhrət qazanmışdır. Eleonora Giorgi məşhur italyan komediyaçıları Adriano Çelentano, Renato Pozzetto, Conni Dorelli, Karlo Verdone ilə partnyor kimi çıxış etmişdir. 1979-cu ildə o, naşir Angelo Rizzoli ilə evlənmiş və 1984-cü ildə ondan boşanmışdır. 1988-ci ildə kinodan ayrılaraq ailəsi və uşaqları ilə fermada yaşamağa başlamışdır. 1993-cü ildə italyan aktyoru Massimo Civarro ilə evlənmiş və 1996-cı ildə yenidən boşanmışdır. 2003-cü ildə Giorgi 80-ci illərin komediyalarında onun əsas rəqibi olmuş Ornella Mutinin baş rolda oynadığı "Kişilər və Qadınlar, Həqiqət və Yalan" filminin rejissoru, ssenari müəllifi və prodüseri olmuşdur.
Eleonora Ruzvelt
Anna Eleonora Ruzvelt (ing. Anna Eleanor Roosevelt; 11 oktyabr 1884[…], Manhetten, Nyu-York ştatı – 7 noyabr 1962[…]) - ABŞ-nin prezidenti Franklin Delano Ruzveltin həyat yoldaşıdır. Teodor Ruzvelt onun dayısıdır. Uşaqlıq vaxtında anasını və atasını titrmişdir. Anası difteriya xəstəliyindən, atası isə içki səbəbindən vəfat etmişdir. Onu nənəsi böyütmüşdür. 4 mart 1933-cü il və 12 aprel 1944-cü illər ABŞ-nin ilk ledisi seçilir.
Vizeulu Eleonora
Vizeulu Eleonora (port. Leonor de Viseu) (2 may 1458, Beja – 17 noyabr 1525, Lissabon) — Portuqaliya kralı II Conun xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Portuqaliya kralı I Eduardın oğlu İnfant Ferdinand, anası onun əmisi qızı İnfanta Beatrisdir. Luttikhuizen, Frances (2016). Underground Protestantism in Sixteenth Century Spain. Vandenhoeck & Ruprecht. p. 30. ISBN 9783647551104 Stephens, Henry Morse (1903). The story of Portugal.