Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Etanol
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. == Tərkibi == Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Etanolamin
Etanolamin- HO-CH2CH2-NH2 - (2-aminoetanol, trivial adı kolamin), sadə stabil aminospirtdir, birli amin və birli spirtdir. Dietanolamin - (NH(CH2CH2OH)2) və trietanolamin kimi (N(CH2CH2OH)3) bu maddə də monoetanolamin adlandırılır. == Fiziki xassəlləri == Qatı yağvarı mayedir (T qayn. 170 oC), zəif amin iylidir, su ilə bütün nisbətlərdə qarışır. Etanol, benzol, xloroformda yaxşı həll olunur. == Alınması == Sənayedə etanolaminin alınması ammoniumun etilenoksidə birləşməsi ilə az miqdarda suyun iştirakıyla həyata keçirilir. Proses 1 mərhələlidir, 90-130 oc və 710 Mpa təzyiqdə aparılır. Nəticədə 78.3 % mono-, 16 % di- və 44% trietanolamin alınır. == Kimyəvi xassələri == Etanolamin- zəif əsaslıdır. Mineral və güclü üzvi duzlarla duzlar əmələ gətirir.
Metanol
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. == Tarixi == Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. == Alınması == Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
İspaniya metanol zəhərlənməsi
İspaniya metanol zəhərlənməsi — 1963-cü ildə İspaniyada baş verən kütləvi zəhərlənmə. Zəhərlənmənin əsas səbəbi Qalisiya bölgəsinin Orense şəhərindən olan tacir Rogelio Akviların satdığı təhlükəli miqdarda metanol tərkibli içkilər olmuşdur. Rəsmi məlumata görə 51 nəfər ölmüş və 9 nəfər kor olmuşdur. Amma qeyri-rəsmi mənbələrə görə ölüm sayı 1000–5000 arasında olmuşdur. == Səbəb == Rogelio Akvilar içkilərin tərkibinə ümumilikdə 175.000 litr metanol qatmışdır. Bu onun üçün daha sərfəli və qazanclı idi. Belə ki, metanol etil spirtinə nəzərən daha ucuz idi. Həmçinin Rogelio Akvilar Viqo şəhərində yerləşən "Lago e Hijos" adlı şirkətə də metanol satmışdır.İlk ölüm halları 1963-cü ilin fevralında Lansarotedə müşahidə olunmuşdur. Əczaçılar bu zəhərlənmənin səbəbini fikirləşərkən 4 ölüm halının eyni şənlikdə baş verdiyini müşahidə etdilər. İçkilərin analiz edilməsindən sonra zəhərlənmənin səbəbinin metanol olduğu məlum olmuşdur.
Eranos
Eranos, Yeranos — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Eranos kəndi rayon mərkəzindən 16 km məsafədə, Göyçə gölünün yaxınlığında yerləşir. Erməni mənbələrində kəndin adı həm də Yaranos formasında qeyd edilmişdir. == Toponimi == Toponim aran (eran) etnoniminə -os şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.1728-ci ilə aid mənbədə Qarni nahiyəsində kənd adı kimi göstərilmişdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Azərbaycan xalqının atnogenezində mühüm rol oynamış qədim türk mənşəli Aran tayfasının adını əks etdirir. Kəndin adı Aran tayfasının adından və yunan mənşəli "os" şəkilçisindən ibarətdir. Azərbaycanın qədim tarixində üç mə'nada "Aran" sözü iştirak еdir.
Etalon
Etalon (fr. etalon) — müəyyən edilmiş qayda ilə təsdiq edilmiş, yenidən istehsal və saxlanması üçün istifadə edilən fiziki ölçü vahidi == Haqqında == 1)meyar, müəyyən edilmiş ölçü vahidinin dəqiq nümunəsi;2) məcazi mənada: hər hansı bir şey üçün ölçü nümunəsi, müqayisə üçün nümunə, əyar;3) ölçü vahidlərinin elm və texnikanın səviyyəsinə müvafiq böyük dəqiqliklə əks etdirilməsinə, saxlanılmasına və verilməsinə xidmət edən ölçü nümunəsi və ya ölçü cihazı. Məsələn, metrin etalonu. Milli etalon — ölkə daxilində istifadə üçün rəsmi qəbul edilmiş etalon. Beynəlxalq etalon — beynəlxalq razılaşma nəticəsində qəbul edilmiş etalon. == Həmçinin bax == Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Standl.
Paul Karpenter Stendli (ing. Paul Carpenter Standley, 21 mart 1884 – 2 iyun 1963, Tequsiqalpa) — Amerika botaniki. == Elmi əsərləri == «Flora of New Mexico». Wooton, Elmer Ottis. — Lehre: Cramer, 1972, [Nachdr. d. Ausg.] Вашингтон, 1915. «Flora of Glacier National Park Montana». Стэндли, Пол К. — Lehre: Cramer, 1969, Author. repr.
Staniol
Staniol (lat. stanpit-qalay) qalaydan və ya onun qurğuşunla ərintisindən hazırlanan nazik (0.008-0.12 mm) vərəq, yaxud lent. Elektrotexnikada kondensator hazırlanmasında, yeyinti məhsullarının qablaşdırılmasında və s. istifadə olunur. Sənaye praktikasında staniol alüminium folqa ilə əvəz olunur.
Etnos
Etnos (yun. ἔθνος / éthnos, azərb. xalq‎) — sözün dar mənasında, nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaya malik, habelə öz vəhdətini insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusu. Etnos üzvlərinin öz qrup vəhdətini dərk etmələrinə etnik özünü dərketmə deyilir; bunun da zahiri əlaməti özünü adlandırma — etnonimdir. Etnosun sabitliyi bir sıra amillərlə, ilk növbədə endoqamiya ilə bağlıdır. Etnos üçün varislik, fasiləsiz inkişaf, habelə zaman çərçivəsində dəyişmə səçiyyəvidir. Bütün bunlara etnik (etnogenetik) proseslər deyilir. Həmin proseslər nəticəsində yeni etnik hala keçid baş verə bilər. Etnoqrafik tədqiqat obyekti mənasında etnos termini XX əsrin əvvəlində yaranmış və rus alimi S.M.Şirokoqorovun (1887—1939) adı ilə bağlıdır. Etnik proseslərin içərisində konsolidasiya və assimilyasiya xüsusi yer tutur.
Tanos
Tanos (ing. Thanos) – Marvel Comics nəşriyyatı tərəfindən 1973-cü ildə yaradılmış komiks personajı. Maykl Fredrix və Cim Starlin tərəfindən yaradılmış və ilk dəfə "Iron Man" komiksinin 55-ci sayında peyda olmuşdur. Məsləhətçinin oğlu, Starfoksun qardaşıdır. Personaj ilk dəfə "Qisasçılar" filmində Deymon Puate tərəfindən canlandırılmışdır. "Qalaktika Mühafizəçiləri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qisasçılar: Sonsuzluq savaşı" və adsız Qisasçılar sikvelində Coş Brolin tərəfindən canlandırılmışdır. Bunlardan əlavə, Tanos bir çox videooyun və teleserialda görünmüşdür. Tanos IGN-in "Ən yaxşı 100 komiks supercinayətkarı" siyahısında 47-ci yerdə, Wizard-ın "Ən yaxşı supercinayətkarlar" siyahısında 22-ci yerdə, "Complex" jurnalının "Ən yaxşı 25 komiks supercinayətkarı" siyahısında 21-ci yerdə göstərilmişdir. == Yaradılması == Yazıçı-rəssam Cim Starlin Tanos personajını hələ kollecdə psixologiya oxuyarkən fikirləşmişdir. O, personajın görünüşü üçün Cek Körbinin Darksayd personajından ilhamlandığını etiraf etmişdir.Tanos ilk dəfə 1973-cü ildə "Iron Man" komiksinin 55-ci sayındakı bir hekayədə peyda olmuşdur.
Butanol-1
Butanol-1 – (n-butanol, n-butil spirti) C4H9OH – biratomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Rəngsiz, özlü, sivuş yağının xarakter iyini verən mayedir. Üzvi həlledicilərlə qarışır. Metanol, etanoldan və propanoldan fərqli olaraq suda nisbətən həll olur – 100 q suda 7,6 q butanol. Su ilə 55,5% (kütlə) butanol 92,4oC-də qaynayan azeotrop qarışıq əmələ gətirir.. == Istehsalı == Sənayedə butanol aşağıdakı üsullarla alınır: Nikel-kobalt katalizatorun iştirakı ilə 1,0-1,5 MPa təzyiqdə propilenin oksosintezindən (Reppe üsulu) Asetaldehiddən (asetaldol və kroton aldehidi alınmaqla) mis, misxrom və ya nikel katalizatorun iştirakı ilə hidrogenləşməsindən. Qida xammalının aseton-butil qicqirdılmasından. == Tarixi arayış == Butanolun istehsalına XX əsrin 10-cu illərində Clostridium acetobutylicum bakteiyasının iştirakı ilə başlanılmışdır. Istehsal üçün xammal kimi şəkər qamışı, şəkər çuğunduru, qarğıdalı, buğda, manioka (tropik bitki), sonralar isə sellülozadan istifadə olunmuşdur. 50-ci illərdən neftin qiyməti düşdükdən sonra neft məhsullarından alınmağa başlandı.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oktanol-1
Oktanol-1 – üzvi maddə olub, yağ spirtlərinin sinfinə aiddir. Sitrus efir yağlarının tərkibində (qreypfrut yağında, apelsin yağında) olur. Spirtdə, petroleyn efirində yaxşı, suda isə pis həll olur. Tünd yağlı-sitrus iylidir. == Alınması == Sənayedə oktanol Tsiqler üsulu ilə etilen və trietilalüminumdan əmələ gələn spirtlərin rektifikasiyası ilə alınır: Al(C2H5)3 + 9 C2H4 → Al(C8H17)3 + 3O + 3H2O → 3 C8H17OH + Al(OH)3Oktanolu həmçinin oktan tuşusu və onun efirlərinin, eləcə də, kokos yağından alınan yağ turşularının oktil efirlərinin hidrogenləşməsindən alırlar. == Tətbiqi == Parfüm kompozisiyalarının, ətirlərin və qida esensiyalarının tərkib hissəsi kimi tətbiq olunur. n-Oktanol – su binar sistemi famakoloji kimyada tətbiq olunur, belə ki, bir çox birləşmələrin lipofilliyini qiymətləndirmək üçün əlverişli modeldir. C.Hansh oktanolu lipidlərlə formal oxşar olduğuna görə (uzun alkil zənciri və həm protondonor, həm də akseptor xassələr göstərən funksional qruplar) lgP-ni təyin etmək üçün standart həlledici kimi qəbul etmişdir. == Təhlükəsizliyi == Selikli qişanı qıcıqlandırır, görmə və parenximal orqanlara (qaraciyər, dalaq, mədəaltı vəz və s. ) təsir göstərir.
Etan
Etan — alkanlar sinfinə daxil olan üzvi birləşmə. Təbiətdə təbii qaz, neft və digər karbohidratların tərkibində rast gəlinir. Maraqlıdır ki, Saturn planetinin təbii peyki olan Titanın səthində aşağı temperatur (−180 °S) şəraitində metan-etan qarışığından ibarət olan maye göllər mövcuddur. == Tarixi == Etan ilk dəfə 1834-cü ildə Maykl Faradey tərəfindən kalium asetatın suda məhlunun elektrolizindən almışdır. Ancaq o bu reaksiya məhsulunun metan olduğunu düşünərək araşdırmalara son verdi. == Fiziki xassələri == Etan rəngsiz, iysiz qazdır. T=-100 °S temperaturda sıxlığı ρmaye.=0,561 q/sm³-dir T=25 °S temperaturda sıxlığı ρqaz.=0,001342 q/sm³ və ya 1,342 kq/m³-dir. == Kimyəvi xassələri == Etanın kimyəvi formulu C2H6-dır. Etan karbonla hidrogenin birləşməsindən əmələ gəlib.
Etol
Etol ( q.yun. Αἰτωλός) — yunan mifologiyasında personaj. O, Endimionun dəniz pərisindən olan oğludur. Başqa bir versiyaya görə, Etol Zevsin ilə Protogeneyanın, ya da Oyneyin oğludur.Etol Pronoyanın həyat yoldaşıdır. Onun oğulları Plevron və Kalidondur. == İstinadlar == == Əlavə ədəbiyyat == Роберт Грейвс.
Ataol Bəhrəmoğlu
Ataol Bəhrəmoğlu (d. 13 aprel 1942, İstanbul) — şair, yazıçı, tərcüməçi, ədəbiyyatşünas. == Həyatı == Ataol Bəhramoğlu 13 aprel 1942-ci ildə İstanbulda anadan olub. Əslən Azərbaycandan olan atası Hikmət Bəhramoğlunun şərəfinə şeirlərini "Bəhramoğlu" imzasıyla yazıb, amma onun ilk imzası atasının boya-başa çatdığı Gorus bölgəsinin şərəfinə Ataol Gorus olub.
Elano Blumer
Elano Blumer (14 iyun 1981) — Braziliya məşqçisi və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu.
Ethno metal
Çox da geniş yayılmayan etno metal janrı Hard rok ritmləri ilə ənənəvi xalq musiqisinin sintezindən yaranmışdır. Bu mənada onu folk metalın törəməsi ya da alt-janrı saymaq olar. Amma etno metal bəzi fərqləndirici xüsusiyyətlərə malikdir. İlk növbədə bu janra mənsub mahnılar folk metalda olduğu kimi şən və hərəkərli yox, adətən qaranlıq yaxud qorxulu əlval-ruhiyyədə olur. Folk metal qrupları aid olduqları xalqın folklorundan təsirləndiyi halda ethno metal dünyanın ucqar ölkələrindəki müxtəlif etnik qrupların yaradıcılığından və çalğı alətlərindən istifadə edir, bu mənada tipik folk-metaldan daha mürəkkəb və zəngindir. Ən məşhur qruplara Spi-Ritual (və onun sələfi Betray My Secrets), Dilum Tverem, Balkandji, Tenochtitlan, Senmuth misal göstərmək olar.
Krotonlu Teano
Krotonlu Teano (Θεανώ) (ən tezi 600, Krotone, Kalabriya – ən geci 500) — İlk pifaqorçu qadın. == Həyatı == Ən məşhur pifaqorçu qadın kimi tarixə düşüb. Bəs niyə məhz pifaqorçu? Ona görə ki, ilk qadın filosofların Pifaqorun çevrəsində yetişməsi haqqında fikirlər vardır. Bu çevrədəki fikir adamlarının onun riyazi bilgilərinin və fəlsəfəyə aid düşüncələrinin dəstəkləyicisi olduğunu qəbul edirlər. Krotonlu Theano da bu fikir adamlarından biridir. E. ə 550-ci ildə sonrakı dövrdə yaşayan Krotonlu Theano eyni zamanda Pifaqorun həyat yoldaşı olub. Əri kimi riyaziyyata maraq göstərən Theano Pifaqordan fəlsəfə öyrənib. Ərinin ölümündən sonra “Pifaqor məktəbi”ni idarə etmişdir. Bəs Krotonlu Theanonun düşüncələri necədir?
Tanon boğazı
Tanon boğazı - Filippinin Visayas bölgəsindəki Neqros və Sebu adalarını ayıran boğaz. Təqribən 160 km (100 mil) olan boğaz Visayan dənizi ilə Mindanao dənizini (Bohol dənizi) birləşdirir. Onun eni cənubda ən dar nöqtəsi ilə birlikdə 5–27 km arasında dəyişir. Boğaz şimalda ən böyüyü Bantayan olan Don adaları tərəfindən qapadılır. San Karlos, Neqros Okkidental, Bais, Neqros Oriental ve Toledo, Sebu dərin su limanlarına sahibdir. Tanon boğazı Bais Sitidən hərəkət edən tur qayıqları ilə balina və delfin müşahidəçiliyi ilə məşhurdur. == Qorunan ərazi == Tanon Boğazı Qorunan Dəniz Mənzərəsi 1998-ci il tarixli 1234 saylı bəyannaməyə əsasən prezident Ramos tərəfindən yaradılmışdır. 5.000 km2-dən çox ərazi ilə Filippindəki ən böyük qorunan dəniz ərazisidir. == Mifologiya == Sebuano mifologiyasında Sebuanonun böyük tanrısı Kaptanın üç qanadlı nəhəng elçilərindən biri (Sinoqo) istənilən şəxsi istənilən şeyə çevirə bilən qabığı oğurladığı üçün cəzalandırıldı. Elçi Sinoqo yaraşıqlı kişi və "Kaptanın sevimlisi" idi.
Tanos Mikruçikos
Tanos Mikruçikos (13 aprel 1947, Patras Yunanıstan — 28 dekabr 2019, Afina, Yunanıstan) — bəstəkar və siyasətçi. == Həyatı == Tanos Mikruçikos 13 aprel 1947-ci ildə Yunanıstanın Patras şəhərində anadan olmuşdur. 1994-1996-cı illərdə Mədəniyyət Naziri vəzifəsini icra etmişdir. Haris Alexiou'nun ifa etdiyi Mia Pista Apo Fosforo (ΜΙΑ ΠΙΣΤΑ ΑΠΟ ΦΩΣΦΟΡΟ) adlı mahnının bəstəkarıdır. Bu mahnı Azərbaycanın Xalq Artisti Aygün Kazımova tərəfindən şairə Xanım İsmayılqızının sözlərinə Vətən anadır olaraq səsləndirilmişdir.
Ballads en Espanol
Ballads en Espanol — Roxette qruppunun ispan dilində albomudur.
Urqe Etkol (İşembay)
Aznay (başq. Үрге Этҡол, rus. Верхнеиткулово) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. == Küçələri == Drujba Zəki Vəlidi Zelyonaya Kaqılçan Lesnaya May Molodyojnaya Noyabr Seleuk Sentralnaya Şkolnaya == Tanınmış şəxsləri == Alfiya Aktubina (9 oktyabr 1955) — Başqırd jurnalist və tərcüməçi, Başqırdıstan Respublikası Əməkdar Mədəniyyət işçisi (1997). Dina Arslanova (27 iyul 1953) — jurnalist, Başqırdıstan Respublikası Əməkdar Mədəniyyət işçisi (1998), SSRİ jurnalistlər ittifaqının üzvü (1978), RF, BR. Mavletbay Qaynetdinov (14 may 1938 — 6 iyun 2014) — başqırd estrada müğənnisi, BR xalq artisti (1993), BMSSR əməkdar artisti (1984). Rinat Yulmuxammedov (17 yanvar 1957) — Sovet və Rusiya riyaziyyatçısı, fizika-riyaziyyat elmləri dokoru (1987), professor (1993). == Əhali == == Ədəbiyyat == Сныткина, М. «Здоровая семья – основа нации»: женсовет село Иткулово / М. Сныткина // Восход (газета).- 2010.- 24 дек.- С.2.
1-ci Etkol (Baymak)
1-ci Ektol (başq. 1-се Эткол, rus. 1-е Иткулово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd 1-ci Etkol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 26 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 71 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
2-ci Etkol (Baymak)
2-ci Etkol (başq. 2-се Эткол, rus. 2-е Иткулово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Niqəmət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Kənd Talkas gölünün sahilində yerləşir. rayon mərkəzindən (Baymak): 37 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 84 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Şaqarqazi Şaqibaloviç Qabdiyev (1898-1979) - başqırd şairi. Hamit Xujiaxmetoviç Almuxametov - improvizator.
Etno-dini münaqişə
Etno-konfessional münaqişə və ya Etno-dini münaqişə — dini fərqin etnik mənsubiyyəti daha da artırdığı etnik qarşıdurmanın formalarından biridir. Fərqli sivilizasiyalarda (Qafqaz, Balkanlar) inkişaf etmiş xalqların yaşadığı bölgələrdə xüsusilə qabarıq formaları özünü göstərir. Ərəb-İsrail qarşıdurması, Cezayir müharibəsi, Bəlucistan, Şimali İrlandiya, keçmiş Yuqoslaviya, Çeçenistandakı etnik-konfessional qarşıdurmaların səsləndirilən nümunələridir. == Ədəbiyyat == Богатырёв К. А. Крымские татары и развитие этноконфессионального конфликта в регионе в 90-х гг. XX века (Политика и общество). 2009. 58–65. Булгакова М. В. Этнорелигиозный конфликт: некоторые аспекты проблемы (Актуальные проблемы гуманитарных и естественных наук). 2009. 1–9.