Astek təqvimi
Astek təqvimi - tarixin müəyyən dövrlərində Mərkəzi Amerika xalqları tərəfindən qəbul edilmiş zaman ölçüsü.
== Haqqında ==
Astek təqvimi ilk dəfə 3500 il bundan əvvəl olmeklər tərəfindən istifadə olunmuş və sonralar Meksikanın mərkəzi hissələrində yaşayan xalqlar, o cümlədən mayyalılar, sapoteklər və asteklər tərəfindən qəbul edilmişdir. Onların təsəvvürlərinə görə bu zaman ölçüsü ilahi mənşəyə malikdir və həmçinin insanlara xoşbəxtliyi, bədbəxtliyi və neytral həyatı bəxş etmək qüdrətinə malikdir.
Asteklər yalnız ilk iyirmi ədədi tanıyırdilar, lakin buna baxmayaraq onlar bu ədədlərin kombinasiyasından çox böyük rəqəmlər alırdılar.
Astek təqvimi hərəsi 20 gündən ibarət olan 18 ayı nəzərdə tuturdu. İl 20X18+5=365 gün idi. Burada 52 illik sikl tətbiq olunurdu. Hər sikl 13 illik 4 dövrəyə bölünürdü. Hər siklin sonunda 13 gün artırılırdı. Beləliklə, hər il üçün orta müddət 365,25 gün alınırdı.