Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Etimad Başkeçid
Muradov Etimad Murtuz oğlu (Etimad Başkeçid; 14 iyul 1966, İpnari, Dmanisi rayonu) — azərbaycanlı şair, yazıçı, jurnalist, tərcüməçi. == Həyatı == Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1973-1983-cü illərdə Kirovisi orta məktəbində təhsil alıb. 1988-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin (2007-2008) və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri (2011), "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi (2004-2005), universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru (2005-2007), Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi (2009-2010), Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi (2011-2012) olub. Hazırda Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşıdır. 2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü (2008-2009) olmuşdur.
Etimad Əsədov
Etimad Əsədov (1963–2018) — Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" ictimai birliyinin sədri. == Həyatı == Əsədov Ehtimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970–1980-ci illərdə həmin kənd orta məktəbini bitirib.1982–1984–cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. Ailəli idi. İki övladı yadigar qalıb == Qarabağ müharibəsində iştirakı == 1991–ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib. == İctimai fəaliyyəti == 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri" ictimai birliyinin sədri olmuşdur.
Kuzmanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Etimad Telefonu (2001)
Etimad telefonu (rus. Телефон Доверия) — Azərbaycan filmi. == Məzmun == Filmdə gender probleminə toxunulmuşdur. Filmin qəhrəmanı Rəna (Fatimə İbrahimbəyova) gənckən zorlama qurbanı olur. Bu travma onun ömürlük faciəsinə çevrilir. İllər keçəndən sonra onun başına bu oyunu gətirən adamla (Fəxrəddin Manafov) rastlaşdıqda Rəna başına gələn hadisələri yalnız etimad telefonuna danışa bilir. == Film haqqında == Film YUNESKO-nun sifarişi ilə çəkilmişdir. Filmin büdcəsi 12000 dollardır.
Mir Mehdi Etimad
== Həyatı == Mir Mehdi Məhəmməd oğlu Etimad (Natiq) 1900-cu ildə Təbrizdə anadan olub. Doğulduğu şəhərdə Molla Yusifin köhnə tərzli təhsil verən məktəbində dini təhsil almış, sonra təhsili Mirzə Əbülqasım Xanın yeni tərzli təhsil verən məktəbində davam etdirmiıdir. Buranı bitirdikdən sonra "Talibiyyə" mədrəsəsində ali təhsili başa vurmuşdur. Burada bir çox elmlərə yiyələnən Etimad bununla kifayətlənməmiş, ədəbiyyat biliyini genişləndirməyə başlamışdır. Gənc yaşlarından ədəbiyyata bağlanan Mir Mehdi Etimad İranda azadlıq şüarlarını dilə gətirən ilk şairlərdən idi. O, bədii yaradıcılıqla yanaşı xalq təhsili sahəsində də fəaliyyət göstərmiş, Təbrizdə açdığı "Etimad Mədrəsəsi"ndə on beş il gənclərə dərs demişdir. Bu illər ərzində Etimad həm bədii yaradıcılıqla məşğul olmuş, həm də müəllimlik etmişdir. Onun şeirlərində bir çox əxlaqi tərbiyəvi məsələlərə toxunulur, elmi və ədəbi əsərləri oxucular tərəfindən maraqla qarşılanır. Rza Şah dönəmində yazdığı "Ayineyi-Əxlaq" kitabı 20, "Bədr-i-Qeyu-Əl-Səbyaiv" və "Mənazeyi-Ədəbi" kitabları isə 8-10 dəfə təkrar çap edilmişdir. Sonralar qələmə aldığı "Əlifbayi-Cədid", "Gül Qönçəsi", "Töhfəlül-Səbyaiv", "Gəlinlər Bəzəyi", "Çərşənbə Bazarı" əsərləri də böyük oxucu rəğbəti qazanmışdır.
Yüksək Etimad (1975)
== Məzmun == Film-portret Keşlə Maşınqayırma Zavodunun frezerçisi, SSRİ Ali Sovetinin deputatı Oqtay Bağırova həsr olunmuşdur. Filmdə beşillik planı üç ildə yerinə yetirən fəhlənin əmək fəaliyyətindən bəhs olunur. == Festivallar və mükafatlar == 1)1975-ci ildə Bakıda sovet xalqının Böyük Vətən müharibəsində Qələbəsinin 30 illiyinə həsr olunmuş XII Respublika özfəaliyyət incəsənət müsabiqəsi Film Azərbaycan Kinematoqrafçılar İttifaqı, AHİŞ və Azərbaycan Mədəniyyət Nazirliyinin I dərəcəli Diplomuna və Mükafatına layiq görülmüşdür.2)1975-ci ildə Moskvada Film fəhlə sinfi haqqında ən yaxşı film kimi keçmiş SSRİ XTNS-nin Fəxri Fərmanına və qiymətli Hədiyyəyə layiq görülmüşdür.
İstehlakçı etimad İndeksi
İstehlakçı etimad İndeksi (ing. Consumer Confidence Index, CCI) — əhalinin istehlak və yığımları ilə ifadə etdiyi iqtisadiyyatın vəziyyətinə dair nikbinlik dərəcəsi olaraq təyin olunan istehlakçı güvənini ölçmək üçün hazırlanmış bir göstərici. == ABŞ İstehlakçı etimad İndeksi == ABŞ-də İstehlakçı Güvən İndeksi, qeyri-hökumət təşkilatı Konfrans Şurası tərəfindən hər ay dərc olunur və 5.000 ailənin nümunəsinə əsaslanır. Hədəf faiz dərəcəsi seçilərkən Federal Ehtiyat Sistemi tərəfindən istifadə olunur və eyni zamanda səhm qiymətlərinə təsir göstərir. İstehlakçı güvən indeksi 1967-ci ildə ölçülməyə başladı və 1985-ci il səviyyəsi 100-ə bərabərdir. İndeksin 40% -i iqtisadiyyatın mövcud vəziyyəti haqqında fikirlər, qalan 60% -i isə gələcək şərtlərin gözləntilərinə cavab verir. İstehlakçı güvən indeksi respondentlərin yaşına, gəlirinə və bölgəsinə görə mövcuddur. İstehlakçı güvənini ölçən digər tanınmış bir göstərici, 1940-cı illərdən bəri Michigan Universiteti tərəfindən nəşr olunan İstehlakçı Hissləri İndeksidir. Hər iki indeks eyni uzunmüddətli trayektoriyanı izləyir, lakin ayrı aylarda əks siqnalları verə bilər. == İstehlakçı Rəy İndeksi == Hesablama metodologiyasına görə istehlakçı hissləri indeksi istehlakçı güvən indeksinə bənzəyir.
Azərbaycanda Etimad Referendumu (1993)
Azərbaycanda Etimad Referendumu- 29 Avqust 1993-cü ildə Sürət Hüseynovun çevrilişindən sonra keçirilən prezident Əbülfəz Elçibəyə etimad referendumu. == Haqqında == 1993-cü il avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi olmuşdur. Referendumda "Siz Azərbaycan Respublikasının Prezidentinə etimad edirsiniz mi?" sualı verilmiş, seçici siyahılarına salınmış 4.097.367 vətəndaşın 3.767.928 nəfəri seçkilərdə iştirak etmiş, 92,02 faizi Ə.Elçibəyə etimad göstərilməsi əleyhinə səs vermiş, yalnız 77.730 nəfəri, yaxud 2,1 faizi ona etimad göstərmişdir. Seçici fəallığı 91,6% olmuşdur.
Etimad telefonu (film, 2001)
Etimad telefonu (rus. Телефон Доверия) — Azərbaycan filmi. == Məzmun == Filmdə gender probleminə toxunulmuşdur. Filmin qəhrəmanı Rəna (Fatimə İbrahimbəyova) gənckən zorlama qurbanı olur. Bu travma onun ömürlük faciəsinə çevrilir. İllər keçəndən sonra onun başına bu oyunu gətirən adamla (Fəxrəddin Manafov) rastlaşdıqda Rəna başına gələn hadisələri yalnız etimad telefonuna danışa bilir. == Film haqqında == Film YUNESKO-nun sifarişi ilə çəkilmişdir. Filmin büdcəsi 12000 dollardır.
Yüksək etimad (film, 1975)
== Məzmun == Film-portret Keşlə Maşınqayırma Zavodunun frezerçisi, SSRİ Ali Sovetinin deputatı Oqtay Bağırova həsr olunmuşdur. Filmdə beşillik planı üç ildə yerinə yetirən fəhlənin əmək fəaliyyətindən bəhs olunur. == Festivallar və mükafatlar == 1)1975-ci ildə Bakıda sovet xalqının Böyük Vətən müharibəsində Qələbəsinin 30 illiyinə həsr olunmuş XII Respublika özfəaliyyət incəsənət müsabiqəsi Film Azərbaycan Kinematoqrafçılar İttifaqı, AHİŞ və Azərbaycan Mədəniyyət Nazirliyinin I dərəcəli Diplomuna və Mükafatına layiq görülmüşdür.2)1975-ci ildə Moskvada Film fəhlə sinfi haqqında ən yaxşı film kimi keçmiş SSRİ XTNS-nin Fəxri Fərmanına və qiymətli Hədiyyəyə layiq görülmüşdür.
İmam Hüseyn bəlağəti (Etimad)
İmam Hüseyn bəlağəti və ya əsil adı ilə Bəlağətul-Huseyn (ərəb. البلاغة حسين‎) — Ayətullah Seyid Mustafa Musəvi Ali Etimadın İmam Hüseynin (ə) xütbələri, məktubları və hikmətli sözlərindən ibarət kitabı. Əsərdə döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğu bir daha təsbit edilir. == Məzmun == Məzmun və tərtib etibarilə “Nəhcül-Bəlağə”yə bənzəyən “İmam Hüseyn Bəlağəti” kitabı döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin (ə) eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğunu göstərən dəyərli əsərdir. Kitabın orijinallığı da o həzrəti (ə) biz oxuculara məhz bu yöndən tanımağa imkan verməsində özünü büruzə verir. Kitabın tərcümə olunmasında məqsəd mömin bacı və qardaşlarımızı İmam Hüseynin (ə) şəxsiyyəti ilə daha yaxından tanış etməkdir. == Nəşr == Kitab 2018-ci ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 160 səhifədə 57x86 ölçüsündə çap edilib.Əsər 2018-ci ildə həm də Aslan Həbibov tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Bəlağətül-Hüseyn" adı ilə Bakıda Nurlar nəşriyyatında çap edilib. Bu tərcümə 2019-cu ildə KainatFilm Studiyasında Elşən Rüstəmov və Rauf Ağakişiyev tərəfindən səsləndirilmiş, Hüseyn Həsənov və Camal İbadovun səs rejissorluğu ilə, Süleyman Fərzəliyev, Xeyrulla Zeynalov və Ziya Məlikov tərəfindən kitabın səsli (audio) variantı hazırlanıb. == İstinadlar == == Həmçinin bax == Nəhcül-Bəlağə == Xarici keçidlər == "İmam Hüseyn Bəlağəti" ( (az.)). qedimqala.az.
Etihad Airways
Etihad Airways (Ərəb: الإتحاد, əl-itiħād), Birləşmiş Ərəb Əmirliklərinin bayraq daşıyıcı və ikinci böyük hava yolu şirkəti. 2003-ci ildə qurulan Etihad Airways, uçuşlarını Abu Dabi Beynəlxalq Havalımanından həyata keçirir. 120-dən çox nöqtəyə 117 təyyarə flotuyla uçuş edən Etihad Airways, əsasən Asiya və Avropa ölkələrinə uçur. Ayrıca Okeaniya, Afrika və Şimali Amerikaya da uçuşlarıda vardır. 2012-ci ildə Etihad Airways, 23%-lik artımla 10.3 milyon adamı daşımışdır.
İstehlakçı etimadı
İstehlakçı etimadı — istehlakçıların iqtisadiyyatın ümumi sağlamlığına və şəxsi maliyyə vəziyyətlərinə nikbin baxma dərəcəsini ölçən iqtisadi göstəricidir. Bir istehlakçı yaxın və yaxın gələcək iqtisadiyyatına və şəxsi maliyyəsinə arxayın olsa, qənaət edəcəyindən çox xərcləyəcəkdir. İstehlakçı güvəni yüksək olduqda, istehlakçılar daha çox alış-veriş edirlər. İnam az olduqda, istehlakçılar daha çox qənaət etməyə və daha az xərcləməyə meyllidirlər. Aylıq İstehlakçı Güvən Trendi, istehlakçıların iqtisadiyyatın mövcud vəziyyəti və şəxsi maliyyə vəziyyəti ilə əlaqədar olaraq yaxşı iş tapmaq və qorumaq qabiliyyətinə dair fikirlərini əks etdirir. İstehlakçı inamı ümumiyyətlə iqtisadiyyat genişləndikdə artır və iqtisadiyyat müqavilə bağladıqda azalır. ABŞ-də bunun birja performansının geridə qaldığına dair bir dəlil vardır. == Tətbiqi == İnvestorlar, istehsalçılar, pərakəndə satıcılar, banklar, fikir tədqiqatçıları və dövlət qurumları hərəkətlərini planlaşdırarkən fərqli istehlakçı güvən ballarından istifadə edirlər. İstehlakçı güvənindəki böyük dəyişiklikləri proqnozlaşdırmaq bacarığı, müəssisələrin istehlakçıların yeni alış-veriş etmək istəklərini qiymətləndirməsinə imkan verir. Nəticədə, müəssisələr fəaliyyətlərini tənzimləyə və hökumət vergi gəlirlərindəki dəyişikliklərə hazırlaşa bilər.
Əqil Etimadi
Əqil Etimadi (23 aprel 1987, Tehran, İran) — Azərbaycan əsilli Niderland futbolçusu, qapıçısı. Etimadi 2011-ci ilin dekabr ayından Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Niderlandın Herenven II, Herenven, Emmen, Vindam və Qroningen klublarında ikinci, üçüncü və birinci qapıçı olmuşdur.
Azərbaycanda dini etiqad azadlığı
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununa görə Azərbaycanda hər kəsin öz dininə etiqad etmək hüququ var. Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. Bununla belə dövlətimiz din sahəsinə qayğı və dəstək göstərir. Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali qanunda göstərir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur. Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Beynəlxalq qurumlar tərəfindən Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir. Hər dinin nümayəndəsinin öz yeri, öz ibadət tərzi var.
E'timad ü səltənə
Məhəmmədhəsən xan Müqəddəm (1843, Marağa, Şərqi Azərbaycan ostanı – 1896, Tehran)-İranda çap işinin yaradıcılarından biri, tərcüməçi == Həyatı == Məhəmmədhəsən xan Hacı Əli xan oğlu 1843-cü ildə Marağa şəhərində andan olmuşdu. Tehran Darülfünunu bitirmişdi. O, Iran dövlətinin böyük şəxsiyyətlərindən biri idi. Cənubi Azərbaycanda və Iranda еlmi dərnəklərin təşkilində, rəsmi qəzеtlərin yaradılmasında, yayılmasında, maraqlı əsərlərin tərcüməsində, yеni əsərlərin yazılmasında onun böyük xidməti vardı. Iyirmi bеş il ərzində mətbuat və maarifin ağırlığı Məhəmmədhəsən xanın çiyninə düşmüşdü. Məhəmmədhəsən xan Müqəddəm 1869-cu ildə Səniüddövlə ləqəbini almış, dövlət nəşiriyyat idarəsinə, еləcə də saray tərcümə idarəsinə başçılıq еtmişdi. 1871-ci ildə dövlət, milli və еlmi qəzеtlərin nəşri ona tapşırılmışdı. Məhəhəmmədhəsən xan sonralar Еtimadüssəltənə ləqəbini daşıyırdı. XIX yüzilin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başladı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı.
Ehtimal
Ehtimal (alm. Wahrscheinlichkeit‎; fr. Probabiltè; ing. Probability; lat. Probabilitas; osm. tr. probabilitas; osm. tr. ihtimaliyet; ər. إحر اًن دُّ ) – mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlarEtibar MəmmədovEtibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - ParazitoloqEtibar Aslanov — Etibar Babayev — Etibar ƏliyevEtibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılovEtibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Etiraf
Etiraf (Tolstoy)
Etiraz
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Timqad
Timqad (ərəb. تيمقاد‎ ) — Əlcəzairdə, Aures dağlarında yerləşən qədim Roma şəhəri idi. Şəhər təxminən 100-cü illərdə imperator Trayan tərəfindən qurulmuşdur. Şəhərin tam adı Colonia Marciana Ulpia Traiana Thamugadi idi. Trayan şəhərə bu adı anası Marcia, böyük bacısı Ulpia Marciana və atası Marcus Ulpius Traianusun xatirəsinə vermişdi. Müasir Əlcəzairdə, Batna şəhərindən təxminən 35 km şərqdə yerləşən xarabalıqlar Roma şəhər planlaşdırmasında istifadə edilən ən yaxşı mövcud nümunələrdən birini təmsil etməsi ilə diqqət çəkir. Timqad 1982-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Etimologiya == Timqadın köhnə adı olan Marciana Traiana Thamugadi'nin birinci hissəsi - Marciana Traiana - roma dilindədir və qurucusu imperator Trayan və bacısı Marciananın adını ifadə edir. Adın ikinci hissəsi - Thamugadi "zirvə" mənasını veriri və şəhərin qurulduğu yerin bərbərcə adıdır. == Tarix == Şəhər imperator Trayan tərəfindən, təxminən 100-cü illər ətrafında hərbi koloniya kimi qurulmuşdur.
Cənubu göstərən araba
Cənubu göstərən araba (çin. ənən. 指南車, sadə. 指南车, pinyin: zhi3 nan2 che1) — Qədim Çində icad edilmiş, əks əlaqə prinsipi ilə işləyən ilk naviqasiya cihazı, bələdçi arabası. Araba üzərində hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq cənubu göstərən insan fiquru quraşdırılmışdır. Mexanizm maqnit kompas prinsipinə söykənmirdi. Orta əsrlərə qədər geniş tətbiq olunan cənubu göstərən araba dövrünün ən mürəkkəb mexanizmlərindən sayılırdı. Əfsanəyə görə cənubu göstərən araba e.ə. 2600 il qabaq sarı mperator Huan-di zamanında icad edilmişdir. Həqiətə uyğun ola biləcək digər bir fərziyəyə əsasən isə cənubu göstərən araba Ma Tszyun tərəfindən 200-265- ci illərdə Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün hazırlanmışdı.
Yol göstərən işıq
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.
Eliad
Eliad (31 yanvar 1990, Rişon LeZion, Mərkəz dairəsi) — musiqiçi. == Biblioqrafiya == Nahum İraq və türk əsilli ailədə anadan olub. Orat Ramat Yossef junior orta məktəbində və Ramot orta məktəbinin Bat Yama musiqi sinifində təhsil alıb. 2008-ci ildə o, SAXAL-a baş çəkib, təhsil və gənclər korpusu qrupunda müğənni kimi xidmət edib. Onun xidməti ilə paralel olaraq, TripL istehsalçı etiketinin debüt albomu üzərində işləmişdir == Karyera == === Aktyorluqda === 1997-ci ildə Eliad uğurlu "Şəmş" seriyasında bar kimi iştirak etməyə başlayıb. 1998-ci ildə "Ben-Qurion" filmində çəkilib və Popeye And son filmində dublyaj edib. 2004-cü ildə o, "HaPijamot" da qonaq rolunu oynayıb, 2009-cu ildə o, cazı "Joniur Baktana" da dublyaj edib, 2011-ci ildə isə "Alifim" də çıxış edib.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi.XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.