Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Empire Ants
Empire Ants — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca üçüncü studiya albomu "Plastic Beach"-də səsləndirilmiş mahnı. Mahnıda İsveçin trip-hop qrupu Little Dragon-un solisti Yukimi Naqano xüsusi qonaq qismində çıxış edir. Mahnı Deymon Albarn və Little Dragon qrupunun üzvləri tərəfindən yazılmışdır. == Yazılması == Deymon Albarn Little Dragon qrupu haqqında ilk dəfə onların musiqisinin pərəstişkarı olan partnyoru Suzi Vinstenlidən eşitmişdi. Little Dragon-un vokalisti Yukimi Naqano etiraf edir ki, əməkdaşlığa başlamazdan əvvəl Gorillaz haqqında ümumiyyətlə heç bir məlumatı olmayıb. Yukimi Naqano əvvəlcə Gorillaz ilə əməkdaşlıq ideyasına açıq deyildi və tərəddüd edirdi. Yukiminin meneceri ona məlumat verib ki, Gorillaz-ın arxasında dayanan şəxs 1990-cı illərin tanınmış İngiltərə rok qrupu olan Blur-un üzvü Deymon Albarndır. Bu xəbəri alanda Yukimi, Deymonun hələ də musiqi hazırladığını öyrənəndə təəccüblənib. O, ifadəsində bildirib ki, "əvvəlcə Gorillaz ilə əməkdaşlıq etməyin nə qədər böyük bir iş olduğunu başa düşməyib, çünki onların nə qədər məşhur olduğunu bilmirdi". Yukimi Naqano bir neçə gün boyunca Albarnın Londondakı şəxsi studiyası "Studio 13"-də onunla birlikdə çalışıb.
Epir (periferiya)
Эпи́р (yun. Περιφέρεια Ηπείρου) — Yunanıstanın 13 periferiyasından biri, Epir tarixi regionun cənub hissəsini əhatə edir. Epir və Qərbi Makedoniya desentralizasiya idarəsinə daxildir. Əhalisi 336.856 nəfər. Sahəsi 9203,217 km². Sıxlığı 36,6 nəf/km². Ən böyük şəhəri və inzibati mərkəzi — Yanina şəhəridir. 2010-cu ildə periferiarx Aleksandros Kaxrimanis (Αλέξανδρος Καχριμάνης) seçilmişdir.
Epir çarlığı
Epir çarlığı (yun. το Βασίλειο της Ηπείρου), həmçinin Epir dövləti və ya Epir despotluğu (yun. Δεσποτάτο της Ηπείρου) — 1204-cü ildə Dördüncü Səlib yürüşündən sonra özünü Bizans imperiyasının varis dövlətlərindən biri hesab edən, Angellər sülaləsinin bir qolu tərəfindən qurulan yunan dövləti. O, Nikeya imperiyası və Trapezund imperiyası ilə birlikdə Bizans imperiyasının qanuni varisi olduğunu iddia etmiş, hökmdarları 1227–1242-ci illərdə qısa müddətə özlərini imperator elan etmişdilər (bu dövrdə daha çox Fessaloniki imperiyası adlanır).
Epir despotluğu

Epir dövləti

Qədim Epir çarlığı
Epir çarlığı — qədim yunan dövləti. Epirotların vətəni cənubda Etoli İttifaqı, Şərqdə Fessaliya və Makedoniya, qərbdə isə illiriyalılar ilə həmsərhəd idi. Qısa müddət ərzində (e.ə. 280-275-ci illər) çar Epira Pirr öz vətənini yunan dünyasının ən güclü dövləti etmiş və onun ərazisində Roma respublikası ilə bərabər mübarizə aparmışdır. Banisi Mixail Angel Duka, paytaxtı isə Arta olub. Etnik tərkibinə yunanlar, albanlar, slavyanlar və vlaxlar daxil idilər. Bəzi vilayətlərdə azad kəndli, digərlərində feodal torpaq mülkiyyəti üstün yer tuturdu. Antik dövrdə Epir və Yunanıstan ellin tayfalarını məskunlaşdırdılar, lakin epirotlar kiçik kəndlərdə yaşadılar, şəhər-dövlətləri yaradan cənub qonşularından çox fərqləndilər.
Epir və Qərbi Makedoniya
Epir və Qərbi Makedoniya (yun. Αποκεντρωμένη Διοίκηση Ηπείρου — Δυτικής Μακεδονίας) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Epir və Qərbi Makedoniya periferiyaları daxildir. Əhalisi 620.545 nəfər. Sahəsi 18.654,623. Sıxlığı— 33,26 nəfər. İnzibati mərkəzi — Yanina şəhəridir. Hazırda Baş katibin vəzifəsini icra edir Vasilios Mixelakis (Βασίλειος Μιχελάκης). Desentralizasiya idarəsi 2011-ci ildə genişmiqyaslı inzibati islahatlar və «Kallikratis» proqramı çərçivəsində yaradılmışdar (Qanun 3852/2010). İdarə və maliyyəni istifadə edərək, mərkəzləşdirilmiş idarəetmə şəhərsalma, ətraf mühit və enerji siyasəti, meşə təsərrüfatı, miqrasiya və vətəndaşlıq sahələrində idarə olunur. Bundan əlavə, mərkəzləşdirilməmiş administrasiyalar birinci və ikinci səviyyəli inzibati vahidlərə nəzarət edirlər: icmalar (dima) və ətraf mühit, bu halda Epirus və Qərb Makedoniyada iki cəbhədə 30 icma.