Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fərqanə
Fərqanə (özb. Farg'ona [Фарғона]) — Özbəkistanda şəhər. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir. Əhalisi 182,800 nəfərdir (1999). 420 km qərbində Daşkənd, 75 km şərqində Əndican şəhərləri var. Böyük İskəndərin çatdığı ən son bölgə olduğu təxmin edilir. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklerinden Divanu Lügati't-Türkdə; "Oğuzlarla Oğuzlara uyanlara görə "kənd", Türklərin böyük bir qisminə görə "şəhər" deməkdir. Bundan alınaraq "Fərqanə" qəsəbəsinə "Özkənd" adı verilmişdir, "kəndimizin şəhəri" deməkdir." və burada "الا Ala" "Fərqanəyə yaxın bir yaylaq adı." Ala adında bir yayla olduğunundan söz eder. Bejshu'nun Çinə Kronik üçüncü bölümündə (VII. yüz il başlarında) Fərqanə, Boxan adı ilə tanınır.
Fərqanə Mehdiyeva
Fərqanə Habil qızı Mehdiyeva (19 fevral 1964, Ərəbqardaşbəyli, Salyan rayonu – 2 may 2020, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (–2020), "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri (–2020). Prezident təqaüdçüsü. == Həyatı == Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib.Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.Fərqanə Mehdiyeva 2 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Yaradıcılığı == Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb. === Kitabları === “Çəkdiklərim mənə bəsdi!”, “Deyirlər şirindi dünya”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq...” === Məqalələri === Şeirlərinə bənzəyən şair (Məmməd Tahir-60), Ədalət. - 2015.
Fərqanə Qasımova
Fərqanə Qasımova (Qasımova Fərqanə Alim qızı) — Azərbaycan xanəndəsi. == Həyatı == Fərqanə Qasımova 6 avqust 1979-cu ildə anadan olmuşdur. 1996-2000-ci illərdə Milli Konservatoriyanın Opera və Xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır 2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir. 1996-cı ildən başlayaraq, atası – xanəndə A.Qasımovla birgə H.Əliyev adına sarayın (1998, 2000, 2005, 2006-cı illərdə), M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (2004) səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə – Rusiyada (Moskva, 2000), Almaniyada (Aaxen, 1999), İsveçrədə (1998), Fransada (Paris, 2001), Avstriyada (Vyana,1999-2005), Belçikada (1999), İngiltərədə (London, 2000), Yaponiyada (Tokio, 2005), İtaliya (Parma, 2007), Polşada (Vroslav, 2007) və s. – iştirak edib. 2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür. 1999–cu ildə Avropada A. Qasımovla birgə "Dərin okean məhəbbəti" adlanan diski çıxıb.
Fərqanə Quliyeva
Fərqanə Tələt qızı Quliyeva (29 aprel 1957 – 22 sentyabr 2022) — Aktrisa. == Həyatı == Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Fərqanə hadisələri
Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır. == Hadisə == 1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.
Fərqanə vadisi
Fərqanə vadisi (özb. Farg‘ona vodiysi, qırğ. Фергана өрөөнү, tac. водии Фaрғонa) — Orta Asiyada Qərbi Türkistan olaraq adlandırılan bölgədə yerləşən vadi. Tyan-Şan, Zərəfşan və Hissar dağları ilə əhatələnib. Fərqanə vadisi hazırda Rusiyanın siyasi və hərbi cəhətdən müdaxilə etdiyi qaynar nöqtələrdən biridir. Ərazidə su problemi yaşanmaqdadır.
Fərqanə vilayəti
Fərqanə vilayəti — Özbəkistanda vilayət.
Fərqanə yemişanı
Fərqanə yemişanı (lat. Crataegus ferganensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan ağacdır. Yaşlı nüsxələrdə hündürlüyü 5,9 m, gövdəsinin diametri 6,8 sm olur. Vegetasiya dövrü may ayından oktyabr ayınadək davam edir. Surətlə böyüyür. İyun ayında 7 gün ərzində çiçəkləyir. Meyvələri avqust ayında yetişir. == Ekologiyası == Dağ yamaclarında və çaylarının sahillərində, kolluqlarda bitir.
Fərqanə zanbaqcası
Valuyev zanbaqcası (lat. Fritillaria walujewii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Mövlanə Muzeyi
Mövlanə Muzeyi Konyada yerləşən, öncədən Mövlanənin köşkü sayılan kompleksdə 1926-cı ildən bəri fəaliyyət göstərən muzeydir. "Mövlanə Türbəsi" olaraq da adlandırılır. Muzey 1927-ci ilin martın 2-də açılmışdır. 1954-cü ildən etibarən isə Mövlanə Muzeyi kimi adlandırılır. (Yaşıl Qübbə) deyilən Mövlanənin türbəsi dörd qalın sütun üzərində tikilmişdir. O, gündən sonra tikinti işləri heç bitməmiş, 19-cu əsrin sonuna qədər tikilən əlavələrlə davam etmişdir. Osmanlı sultanlarının bir qisminin Mövləvi təriqətindən olması səbəbindən türbə xüsusi bir önəm əldə etmiş və yaxşı qorunmuşdur. Muzeyin əhatə dairəsi bağçası ilə birlikdə 6.500 m² ikən aparılan genişləndirmə işləri nəticəsində əhatə dairəsi 18.000 m²-ə çatmışdır. Muzeyin bağçasında yerləşən və I Səlim tərəfindən tikilən kiçik su hövzəsi tikilisi Germiyanoğulları bəyliyi tərəfindən hədiyyə edildiyi deyilir.Kompleksə giriş ödənişli olan dövrdə aid olduğu Mədəniyyət Nazirliyinə ən çox gəlir gətirən ikinci muzey idi. (Birinci Topqapı sarayı muzeyi.) Türbə, Mövlanənin ölümündən sonra inşa edilmişdir.
Rövşanə Ağasəfqızı
Rövşanə Ağasəfqızı == Haqqında == 6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.
Rövşanə Bektaşi
Rövşanə Ağasəfqızı == Haqqında == 6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.
Fərqanə vilayəti (dəqiqləşdirmə)
Müasir Fərqanə vilayəti — Özbəkistanda vilayət
Mövlanə Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Neftçi Fərqanə FK
Neftçi (Fərqanə) — Özbəkistanın futbol klubu == Tarixi == 1962-ci ildə yaranıb.
Fərqanə-qıpçaq dili
Fərqanə qıpçaq dili və ya qıpçaq-özbək dili — VII əsrin ortalarından başlayaraq Mərkəzi Asiya ərazisində şərqi qıpçaq dilindən ayrılması nəticəsində formalaşmış qırğız-qıpçaq dili (Cənubi Altay dilinin ayrılması əvvəllər güman edilir). Sonralar qalan şərqi qıpçaq dialektləri müasir qırğız dilinin əsasını təşkil etmişdir. Yevgeni Polivanovun fikrincə, Fərqanə-qıpçaq dili hələ 1920-ci illərdə ayrıca idiom kimi fəaliyyət göstərmişdir.Müasir dövrdə Fərqanə qıpçaq dilinin ən azı bəzi dialektləri qıpçaq-noqay arealının idiomları ilə oxşarlıqlar göstərir.
Fərqanə qıpçaq dili
Fərqanə qıpçaq dili və ya qıpçaq-özbək dili — VII əsrin ortalarından başlayaraq Mərkəzi Asiya ərazisində şərqi qıpçaq dilindən ayrılması nəticəsində formalaşmış qırğız-qıpçaq dili (Cənubi Altay dilinin ayrılması əvvəllər güman edilir). Sonralar qalan şərqi qıpçaq dialektləri müasir qırğız dilinin əsasını təşkil etmişdir. Yevgeni Polivanovun fikrincə, Fərqanə-qıpçaq dili hələ 1920-ci illərdə ayrıca idiom kimi fəaliyyət göstərmişdir.Müasir dövrdə Fərqanə qıpçaq dilinin ən azı bəzi dialektləri qıpçaq-noqay arealının idiomları ilə oxşarlıqlar göstərir.
Çovqan
Çövkən, bəzən çovqan — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir."Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar. Rəssam Elçin Muxtar Elxan "El-oba oyunu, xalq tamaşası" kitabında yazır: Professor Kamran İmanovun sözlərinə görə, müasir Azərbaycan dilində "çövkən" termini "çovqan" kimi də səslənir və "Azərbaycan dilinin izahlı lüğət"lərində bu sözün mənası "at üstündə ucu əyri çomaqla top-top oyunu" kimi təsvir edilir.
Fərqanə vilayəti (Rusiya imperiyası)
Fərqanə vilayəti (rus. Ферганская область) — Rusiya imperiyasının inzibati ərazi vahidi.
Biləv çovqanı
Biləv çovqanı- Culfa r-nunda təbii mərz adı. == Toponimik izah == Culfa r-nunda təbii mərz adı. Naxçıvan əyalətinin Azadçiran nahiyəsində Bilav kimi qeyd olunmuşdur. Mənbədə kənd həm də Ağacanlı adlandırılmışdır. Bu məlumatdan aydın olur ki, kənd «Biləv» adlı yerdə Ağacanlı adlı nəslin məskuílaşması nəticəsində yaranmışdır. Biləv kəsici alətləri itiləmək üçün istifadə edilən daş. Kəndin yaxınlığında «Bilav» mineral bulaqlar vardır.
Aleksandr Dovqan
Aleksandr Dovqan (9 fevral 1988) — Hücumçu kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Astana-Tulpar MFK futzal klubunda çıxış edir.
Covqan (Marağa)
Covqan — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Caharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 21 km şimal-şərqdədir.
Çovqan (dəqiqləşdirmə)
Çovqan və ya Çövkən — atüstü oyun. Çovqan (musiqi) — qədim Azərbaycan musiqi aləti. Çovqan oyunu (film, 1979) — Qədim oyun haqqında film.
Çovqan (musiqi)
Çovqan, və ya Çövkən — qədim türk hərbi musiqi aləti. == Tarixçə == Əfzələddin Xaqani şeirlərində çovqan alətinin adına tez-tez rast gəlinir . Ordu hücuma başlamazdan öncə hərbi orkestrin önündə səsləndirilən çovqan həm yürüşün başlandığını bildirir, həm də ifa olunan təranənin vəznini, ritmini saxlayır. XVI əsrdən etibarən bəzi Avropa ölkələrinin hərbi orkestrlərində çovqanabənzər alətdən istifadə edirlər. == Quruluşu == Alət uzun bir dirəyə bağlanmış zənglər, zınqırov və cınqıraqlardan ibarətdir. Dirəyi, sapı yerə vurularaq səsləndirilirdi.
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi qısametrajlı sənədli televiziya filmi rejissor Xürrəm Sultan tərəfindən İctimai televiziyada istehsal edilmişdir. Film İslam və təsəvvüf dünyasında tanınmış şair Mövlanə Cəlaləddin Rumi haqqındadır. == Məzmun == Film İslam və təsəvvüf dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, panteizm fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlanə Cəlaləddin Rumi haqqındadır.
Ovğan (Piranşəhr)
Ovğan (fars. اوغن‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (21 ailə).
Ovğan (Sərab)
Ovğan (fars. اوغان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,600 nəfər yaşayır (360 ailə).
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi (film)
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi qısametrajlı sənədli televiziya filmi rejissor Xürrəm Sultan tərəfindən İctimai televiziyada istehsal edilmişdir. Film İslam və təsəvvüf dünyasında tanınmış şair Mövlanə Cəlaləddin Rumi haqqındadır. == Məzmun == Film İslam və təsəvvüf dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, panteizm fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlanə Cəlaləddin Rumi haqqındadır.
Mövlanə Hacı Abdulla Həmid Əfəndi Hacı Mustafa Əfəndi oğlu
Əfəndizadə Hacı Məcid Əfəndi ( Mövlanə Hacı Abdulla Həmid Əfəndi Hacı Mustafa Əfəndi oğlu; 1829, Şamaxı - 1908, Şamaxı) - Şamaxı Məktəbbr Komissiyasmın sədri, Bakı Qəza Müsəlman Məclisinin sədrİ, Quberniya qazısı, görkəmli maarifçi və dində reformator. == Həyatı == Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndİndəndir. Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Ilk təhsilini atasının mjllaxanasıda almsş, sonra da 3 il Şamaxıda dünyəvi təhsil almışdır. Atasınm təkidi ib 1846-cı ildə İstanbula gəlir. Aii Ruani məktəbinə daxil olur. Orada İlahİyyatla yanaşı tarix, coğrafıya və nücum tlmləri üzrə də təhsil alır. 4 üdən sonra oranı müvəffəqiyyətlə biürib "Əfəndi" titulu alır. Dini və dünyəvi təlısilin ərəb sistemini də öyrənmək istəyir. Bu məqsədlə Vətənə dönmədən Bağdada üz tutur.