TELEOLOGİYA

[yun. Teleos – məqsəd, logos – təlim, söz] – aləmdə obyektiv, insan fövqündə duran məqsədlərin və məqsə-dəuyğunluğun mövcudluğu haqqında dini-fəlsəfi təlim.
TEİZM
TEODİSEYA
OBASTAN VİKİ
Teleologiya
Teleologiya (lOH.talos — nəticə, məqsəd və …logiya) məqsəd və məqsədəuyğunluq doktrinasıdır. Bu təlim məqsədləri (məqsədə uyğunluğu və ya məqsədə yönəldilmə qabiliyyətini) Tanrı tərəfindən müəyyən edilən (H. Volf) və ya təbiətin daxili səbəbləri hesab edilən (Aristotel, Q. Leybnits) təbiət hadisə və proseslərinə aid edir. Teleoloji anlayışlar arasındakı fərqlərdən asılı olmayaraq, onların hamısı təbiətdə və cəmiyyətdə baş verən prosesləri antropomorfizm ruhunda dərk etmək, yəni onların insan fəaliyyəti kimi əvvəlcədən müəyyən edilmiş hansısa məqsədə uyğun olduğunu təsəvvür etməklə xarakterizə olunur.

Digər lüğətlərdə