Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Faiq
Faiq — Azərbaycanlı kişi adı. Faiq Hüsiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008) Faiq Süleyman Paşa — Faiq Əlizadə — 20 yanvar şəhidi.Faiq MəmmədovFaiq Məmmədov (professor) — professor.
Faiq (ad)
Faiq — Azərbaycanlı kişi adı. Faiq Hüsiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008) Faiq Süleyman Paşa — Faiq Əlizadə — 20 yanvar şəhidi.Faiq MəmmədovFaiq Məmmədov (professor) — professor.
Faiq Abdullayev
Faiq Məmmədəli oğlu Abdullayev (26 dekabr 1936, Naxçıvan – 17 iyul 2021, Bakı) — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, Almaniya və Fransada keçirilən elmi konqreslərdə təmsil etmişdir. == Elmi nailiyyətləri == Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənayə tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi == Elmi əsərləri == Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir. == Mükafatları == 1970 — "Rəşadətli Əməyə görə" medalı 1977 — Şablon:"Qırmızı əmək bayrağı" ordeni (SSRİ) "Qırmızı əmək bayrağı" ordeni medalı 1981 — SSRİ Nazirlər Sovetinin mükafatı laureatı == Xarici keçidlər == ABDULLAYEV Faiq Məmmədəli oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov . 2005.
Faiq Adıgözəlov
Faiq Mehdi oğlu Adıgözəlov (1 sentyabr 1996; Nemətabad, Yevlax, Azərbaycan — 10 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Adıgözəlov sentyabrın 1-i 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olub. Ailədə 3 qardaşın kiçiyi olub. Nemətabad kəndi, tam orta məktəbdə təhsil alıb. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətini Daşkəsən rayonunun təmas xəttində keçib. Hərbi xidmətdən tərxis edildikdən sonra 2017-ci ildə yenidən müddətdən artıq hərbi xidmət qulluqçusu kimi orduya qayıdıb. Faiq bir neçə dəfə keçirilən ordu oyunlarının iştirakçısı olub, beynəlxalq ordu yarışlarında isə ölkəmizi təmsil edib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Faiq Adıgözəlov Suqovuşan, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Faiq 2020-ci il oktyabrın 10-da düşmən mövqeyinə hücum zamanı qəhrəmancasına şəhid olub. Yevlaxda torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Adıgözəlov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Faiq Ağayev
Faiq Balağa oğlu Ağayev (29 dekabr 1971, Bakı) — Azərbaycanın populyar və estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.. == Yaradıcılığı == Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir. Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.
Faiq Balabəyli
Balabəyli Faiq Ağaş oğlu (23 fevral 1964, Sabirabad, Astraxanbazar rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971–1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981–1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992–1994-cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib.
Faiq Baxşəliyev
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Faiq Bağırov
Faiq Nüsrət oğlu Bağırov (13 noyabr 1962, Bakı) — diplomat. == Həyatı == 1962-ci il noyabrın 13-də Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1983-cü ildə Sovet İttifaqında hərbi tərçüməçi, 1984–1986-cı illərdə isə baş hərbi tərcüməçi kimi çalışıb. 1986–1988-ci illərdə Bakıda Xarici Tələbələr Şurasında mütəxəssis olub.
Faiq Bağırzadə
Bağırzadə Faiq Məmməd oğlu (20 mart 1926, Bakı – 30 mart 1988, Bakı) — geologiya elmləri doktoru (1964), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983), Əməkdar elm xadimi (1980), Bakı Dövlət Universitetinin rektoru və Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Haqqında == Faiq Bağırzadə 20 mart 1926-cı ildə Bakı şəhərində anadan olmuş, 132 saylı orta məktəbi bitirmişdir. Ali təhsilini 1940-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Geoloji-kəşfiyyat fakültəsində alan Bağırzadə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. == Əmək fəaliyyəti == Faiq Bağırzadə əmək fəaliyyətinə 1949-cu ildə "Qobustanneftqaz kəşfiyyatı" trestinin kontorunda mühəndis-geoloq olaraq başlamışdır. O, həmçinin 1949-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Neft və qaz yataqlarının geologiyası kafedrası nəzdində aspiranturaya daxil olmuşdur. 1951–1953-cü illərdə "Azneft" Birliyinin "Dənizdə kəşfiyyat qazması" trestinin "Neft Daşları" idarəsində mühəndis-geoloq işləmişdir. Habelə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji-Kəşfiyyat İnstitutunun çöl tematik partiyasında mühəndis-geoloq və partiya rəisi vəzifəsində çalışmışdır.Faiq Bağırzadə 1952–1954-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Neft və qaz yataqlarının geologiyası kafedrasında assistent vəzifəsini icra etmiş, 1954–1962-ci illərdə kafedranın baş müəllimi və dosenti işləmiş, 1962–1965-ci illərdə isə Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji-kəşfiyyat fakültəsinin dekanı olaraq fəaliyyət göstərmişdir.Faiq Bağırzadə 1964–1965-ci illərdə Myanma İttifaqı Respublikasın Ali və Orta İxtisas Təhsili Nazirliyinin xətti ilə Ranqun Texnoloji İnstitutunun professoru vəzifəsinə təyin olunmuşdur. Həmin institutda məruzələrlə çıxış edən Bağırzadə ingilis dilində "Neft və yeraltı geologiya" mühazirələr məcmuəsini çap etdirmişdir.Professor 1965–1970-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı vəzifəsini icra etmişdir. Eyni zamanda 1966–1970-ci illərdə Neft və qaz yataqlarının geologiyası kafedrasının professoru və kafedranın müdiri təyin olunmuşdur.Faiq Bağırzadə 1970-ci ildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. Onun fəaliyyəti dövründə Tətbiqi riyaziyyat fakültəsi təşkil olunmuş, yeni kafedralar açılmış və institutlararası elmi-tədqiqat hesablama mərkəzi fəaliyyətə başlamışdır.Faiq Bağırzadə Bakı Dövlət Universitetinin Elmi Şurasının sədri vəzifəsini icra etmişdir.
Faiq Bulud
Faiq Bulud (1950, Qars, Türkiyə) — Türkiyə yazıçısı. == Həyatı == Faiq Bulud 1950-ci ildə Qarsda anadan olub. Ankara Qazi Təhsil İnstitunun Rəsm içi fakültəsinə daxil olsa da təhsilini yarımçıq qoyub. 1972-ci ildə Suriyadan Livana keçərək Fələstin Azadlıq Təşkilatının sıralarına qoşulub. İsrail ordusunun həyata keçirdiyi bir əməliyyat zamanı beş güllə yarası alaraq əsir düşüb. MOSSAD tərəfindən 20 gün dindirildikdən sonra İsrail məhkəməsi tərəfindən həbs cəzası aldı. 1980-ci ilə qədər — 7 il 2 ay İsrail həbsxanasında cəza çəkdi. == Əsərləri == Dərsim raporları, İstanbul, 2013, −427 səh. Ali'siz Alevîlik, Berfin Yayıncılık, 2011. Hasan Sabbah Gerçeği ve Eşitlikçi Dervişan Cumhuriyetleri, Berfin Yayıncılık, 2014.
Faiq Cabbarov
Faiq Cabbarov — Azərbaycan futbolçusu.
Faiq Cəfərov
Faiq Cəfərov (fizioloq) — tibb elmləri doktoru (1990), professor (1991). Faiq Cəfərov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı (27.12.1995).
Faiq Hüsiyev
Faiq Hüsiyev (tam adı: Hüsiyev Faiq Nuruş oğlu; d.7 noyabr 1970, Sumqayıt, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008).Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini (2009-2015); Teleradio Akademiyasının rektoru (2015-2021); AZTV Analitik qrupun rəhbəri (2021 h/h). == Həyatı == Faiq Hüsiyev 7 noyabr 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 30 saylı orta məktəbi bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1991-1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. 1993-1995-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir işləyib. 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd" mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub. 1997-1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika" redaksiyasında redaktor vəzifəsində, 1998-2005-ci illərdə "Beynəlxalq proqramlar" redaksiyasında böyük redaktor vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları" departamentinin rəisi vəzifəsində işləyib. 2007-2009-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Tv.
Faiq Həsənov
Faiq Həsənov (şahmatçı) — şahmat hakimi. Faiq Həsənov (kimyaçı) — Kimya elmləri namizədi (1981) Faiq Həsənov (gizir) — şəhid.
Faiq Kəlbəliyev
Faiq Kəlbəliyev(tam adı:Kəlbəliyev Faiq İsfəndiyar oğlu) — texnika elmlər doktoru, professor. == Həyatı və təhsili == Kəlbəliyev Faiq İsfəndiyar oğlu 17 fevral 1937-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkəradab kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutun (indiki Neft Akademiyası) energetika fakültəsini bitirmişdir. 1964-cü ildə keçmiş SSRİ Elmlər Akademiyası Energetika İnstitutunun aspiranturasını bitirmişdir. == Fəaliyyəti == === Elmi və pedaqoji fəaliyyəti === 1965-1968-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Energetika İnstitutunda baş elmi işci olmuşdur. 1968-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasında çalışır. 1983-cü ildən buxar və qaz turbinləri və istilik elektrik stansiyaları kafedrasının müdiridir. Tədqiqatları maddələrin kritikdən yüksək parametrlərində işləyən qurğularda istilik mübadiləsinin və temperatur rejimlərinin öyrənilməsinə həsr olunmuşur. Bu sahədə elmi məktəbin yaradıcısıdır. 100-ə yaxın elmi-metodik əsərin, o cümlədən 10-dan çox dərslik və dəsr vəasitinin müəllifidir.
Faiq Mirzəyev
Faiq Mirzəyev — azərbaycanlı aktyor, teleaparıcı. == Həyatı == 1965-ci ildə Quba şəhərində anadan olub. 1972-ci ildə Quba şəhəri 2 saylı orta məktəbinin 1-ci sinfinə gedib. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsinə daxil olub və 1992-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Musiqili Komediya teatrına dəvət alıb. O eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında və “İlham” miniatür teatrının səhnəsində də bir sıra yaddaqalan obrazlar yaradıb. Faiq Mirzəyev 1996-cı ildən sənət taleyini televiziyaya bağlayaraq Qubada fəaliyyət göstərən “Xəyal“ və “Qütb” televiziyalarının təşəkkül tapmasında böyük əmək sərf edib. O, 2007-ci ildən Azərbaycanda ilk rəqəmsal televiziya kimi fəaliiyətə başlayan və yayım dairəsi daha geniş olan RTV-nin yaranmasıda fəal iştirak edib. Bu televiziyada o, aparıcı kimi işə başlayaraq yaradıcılıq departamentinin direktoru vəzifəsinə qədər yüksəlib. RTV-də çalışdığı 5il müddətində Faiq Mirzəyev yerli televiziya kadrlarının hazırlanmasnda və bir çox müəllif verilişlərinin ərsəyə gəlməsində nəinki bir müəllif və aparıcı kimi hətta çox bacarıqlı rejissor kimi də fəaliyyət göstərmişdir. Hal-hazırda Faiq Mirzəyev ARB TV-də ömrünü Azərbaycan teatr və kino sənətinə həsr etmiş korifey sənətkarlarımızın,elm, təhsil və siyasət sahəsində caləşan görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən “Ömrün fəsilləri” verilişinin layihə rəhbəri, aparıcısı və rejissorudur.
Faiq Musayev
Faiq Nəsib oğlu Musayev — alim, kimya elmləri doktoru, ABŞ-nin Virciniya Universitetinin professoru. == Həyatı == Faiq Musayev 1952-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. Həmin universiteti Lenin təqaüdü ilə bitirmişdir. == Elmi fəaliyyəti == Hərbi xidməti başa vurduqdan sonra AMEA-nın Qeyri-üzvi və Fiziki kimya İnstitutunun "Quruluş kimyası" laboratoriyasında elmi fəaliyyətə başlamışdır. Kompleks birləşmələrin sintezi, quruluşu və xassələrinin öyrənilməsi sahəsi üzrə elmi tədqiqat işləri ilə məşğul olmuşdur. 1979-cu ildə elmlər namizədi, 1991-ci ildə doktorluq dərəcəsi almışdır. 1993-cü ildən 1998-ci ilədək Tayvanda "Quruluş kimyası" laboratoriyasında fəaliyyət göstərmişdir. 1998-ci ildə Yeni Zelandiya, Braziliya və ABŞ-dən dəvət almışdır. 1998-ci ildən ABŞ-nin Virciniya Universitetinin "Quruluş kimyası" laboratoriyasında çalışır.
Faiq Mustafayev
Faiq İsmayıl oğlu Mustafayev (1923, Bakı – 1977, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Bariton səsli müğənni 1952-ci ildən ADOBT-nin solisti olub (müəyyən fasilələrlə). Respublikanın əməkdar artisti idi, səhnədə canlı və təbii görünürdü. Səsini obrazın xarakterinə uyğun olaraq məharətlə idarə edə bilirdi. Əsas partiyaları: Həsən xan ("Koroğlu"), Nofəl ("Leyli və Məcnun"), Süleyman ("Arşın mal alan"), Şahvələd ("Aşıq Qərib"), Əbdüləli bəy ("Sevil"), Tonio ("Məzhəkəçilər"), Qraf Tomson ("Qaratoxmaq qadın"), komendant ("Kornevil zəngləri"), Aleko ("Aleko").
Faiq Məmmədov
Faiq Məmmədov (aqronom) — kənd təsərrüfatı elmləri doktoru, professor. Faiq Məmmədov (geoloq) — neftçi-mühəndis, Rusiyanın əməkdar geoloqu.
Faiq Nağıyev
Faiq Orucəliyev
Orucəliyev Faiq Hacı Murad oğlu - texnika elmləri doktoru, professor, Azərbaycan MEA müxbir üzvü == Həyatı == Orucəliyev Faiq Hacı Murad oğlu Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə "Neft yataqlarının istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1963-cü ilə qədər "26 Bakı komissarı adına" NQÇİ-də neft hasilatı üzrə operator, elmi-tədqiqat istehsalat işləri sexinin (ETİİS) baş mühəndisi işləyib. 1963-1997-ci illərdə Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, baş elmi işçi, laboratoriya rəhbəri olub. 1968-ci ildə "Qaz-kondensat yataqlarının işlənilməsinin hidrodinamik ünsürləri" mövzusunda namizədlik, 1981-ci ildə isə "Qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin qaz-hidrodinamiki əsasları" mövzusunda doktorluq dissertasiyasiyaları müdafiə etmişdir. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. == Elmi fəaliyyəti == Orucəliyev F.H. neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alimdir. Elmi tədqiqatların sahəsi: flüid və kollektorların real xassələrinin tam nəzərə alınması ilə qaz-maye karbohidrogen sistemlərinin laylarında süzülmə prosesinin qaz-hidrodinamiki modelləşdirilməsi üsullarının işlənilməsi; müxtəlif rejimlərdə və işlənilmə sistemlərində uçucu neftlərin qaz-kondensat, qaz-kondensat-neft yataqlarının işlənilməsinin kompleks layihə edilmə üsullarının yaradılması; mürəkkəb lay proseslərinin xüsusiyyətlərinin öyrənilməsi. Orucəliyev F.H. 180-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 5 müəlliflik şəhadətnaməsi alıb.
Faiq Qalayçiyev
Faiq İsrafil oğlu Qalayçiyev (16 dekabr 2001; Kortala, Balakən rayonu - 2 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Qalayçiyev 2001-ci il dekabrın 16-da Balakən rayonunun Kortala kəndində anadan olub. 2008-2019-cu illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Faiq Qalayçiyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq Qalayçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faiq Qalayçiyev noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.[1] Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Faiq Qarayev
Faiq Əli oğlu Qarayev (d. 11 yanvar 1959, Ağstafa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan voleybol oyunçusu və məşqçisi. == Həyatı == === Erkən illəri === Voleybolla Bakı şəhəri 70 nömrəli məktəb-liseyində yeddinci sinifdən məşğul olmağa başlayıb. Öz məktəbi ilə Bakı və Azərbaycan çempionu olub. İlk voleybol məşqçisi Yuri Alekseyeviç Qlotkov olub. === Məşqçi fəaliyyəti === 1984-cü ildən məşqçi fəaliyyətinə başlayıb. 1987-ci ildə Faiq Qarayevin baş məşqçilik etdiyi BMKZ (keçmiş "Neftçi") SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989/90-cı mövsümdə bürünc mükafata yiyələnib.1991-ci ildə Türkiyədə olsa da, vətən üçün darıxan Qarayev 1992-ci ildə Bakıya qayıtdı. 1991-ci ildə komanda SSRİ kubokuna yiyələnib, 1993-cü ildə CEV kuboklar kubokunda 2-ci yer tutub. Onun məşqçiliyi altında Azərreyl QVK 2002-ci ildə Top-Komanda Kubokunu, 2011-ci ildə isə Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanıb. 2015-ci ildə Azərbaycan qadın milli voleybol komandasının məşqçisi təyin olunub.
Faiq Qasımov
Faiq Qasımov (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Faiq Qasımov (aktyor) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti.
Faiq Quliyev
Faiq Quliyev (kardioloq)
Laissez-faire
Laissez-faire (azərb. buraxın etsinlər‎) — iqtisadiyyati sistem, harda ki, dövlət iqtisadiyyata müdaxilə etməməlidir. Adam Smit qanununu mənimsəmişdir. Dövlətin müdaxiləsi xüsusi sektorun çıxara bilmədiyi və ya edə bilmədiyi mövzularda olmalıdır; müdafiə etmə, təhlükəsizlik, ədalət kimi. Əgər dövlət çox vergi alsa, vergilər istehsalı qısacağından ötəri ölkə durğunluqla qarşı-qarşıya qala bilər. Bu müdaxilə həm iç həm də xarici iqtisadiyyat üçün etibarlıdır. Əgər dövlət vergilərlə bir malın idxalatını azaltsa bu, içəridə o malın istehsalının təkəlləşməsini artırmaqdadır. Beynəlxalq əmək bölgüsündən faydalanmaq üçün məhsulların ölkələr arasında sərbəstcə mübadilə edilməsi lazımdır.