Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Faytinq oyunu
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Darlinq
Darlinq (ing. Darling) — Avstraliyanın cənub-şərqindən axan çay, Murrey çayının sağ qolunu təşkil edir. Uzunluğuna görə Avstraliyanın ikinci çayıdır. Yuxarı axarlarda Kalqoa çayı ilə birləşənə qədər Dumerik, Makintayr və Bauron adlanır. Başlanğıcını Nyu-İnqlend silsiləsindən Bourk şəhəri yaxınlığından götürür. Çayın uzunluğu 2740 km təşkil edir. Hövzəsinin sahəsi 710000 km²-dir. Əsasən yağış və yer altı suları ilə qidalanır. Səviyəsi 6–8 m arasında dəyişir. Quraq illərdə aşağı axarları quruyur.
Fistinq
Fistinq (ing. Fisting) ― seksual fəaliyyət zamanı əlin bütünlükdə yaxud qismən vagina və ya anusa daxil edilməsi halı. Barmaqlar sıxıldıqdan və əl yumruğa çevrildikdən sonra sözügedən hərəkət icra edilir. Fistinqin adətən cinsi partnyorla müştərək formada edildiyi müşahidə olunsa da, partnyor olmadan da edilə bilər.
Raftinq
Raftinq — raft adı verilən qayıqlarla, təpəsi yüksək çaylarda edilən bir çay idmanıdır. Raftinqde əsl olan içində olduğunuz raftı aşırtmadan, kürəklə istiqamətləndirərək qayalar və maneələr arasından keçirməkdir. Raftinq, 6 ilə 8 şəxsiyyət komanda halında edilər və müvəffəqiyyətli ola bilmək tək bədən kimi hərəkət edən bir sıra ola bilməkdən keçər. Bu idmanda çay çətinlik dərəcəsinə görə altı dərəcəyə ayrılarlar. 6. dərəcə ən çətin yarışma yolu , 1. dərəcə isə ən asan yarışma yolu ifadə edər.
Altinq
Altinq (isl. Alþingi "Ümumi yığıncaq") — İslandiyanın parlamenti. Altinq 930-cu ildə açılmışdır. Bu göstərici ilə Altinq Avropada fəaliyyətə başlamış ilk parlament hesab olunur. İslandiyanın milli parlamenti Altinq (tərcümədə-ümumi yığıncaq) adlanır. O, dünyada ən qədim parlament hesab olunur. İlk dəfə olaraq parlament 930-cu ildə Tinqvelir adlı yerdə toplanıb. Bununla da, İslandiya dövlətinin əsasının qoyulması hesab olunur. Altinqin toplandığı ərazi Tinqvadlvatn adlı gölün sahilində yerləşib. Tinqvadlvatının özəlliyi ondan ibarətdir ki, göl iki materik tavasının üzərində yerləşib: Şimali Amerika və Avrasiya.
Martin
Martin — ad. Bu soyadı olanlar Vilyam Martin — ingilis təbiətşünası. Bu adı olanlar Martin Haynriş Klaprot — Alman kimyaçısı. Martin Val — Danimarka botaniki.
Amblyseius martini
Amblyseius martini (lat. Amblyseius martini) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius martini Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bartanq çayı
Bartanq çayı (digər adları Оksu/Аksu, digər dillərdə Muqrab) — Əfqanıstan əyaləti olan Bədəxşanda yerləşən, Pənc çayının sağ qolunu əmələ gətirən və tacik Qorno-Badaxşan muxtar vilayətinə aid olan çaydır. Çayın uzunluğu — 528 kilometrdir. Hövzəsinin sahəsi 24 700 km² təşkil edir. == Hidroqrafiya == Çay Çakmaktın dağlıq gölündən axır, Əfqanıstanın ekstremal əyaləti olan Badaxşan əyalətindən şimal-şərqdə yerləşmişdir. Badaxşanın təxminən 30 kilometr məsafəsindən axıb keçir. Əsasən buzlaqların və qarların əriməsi nəticəsində çay qidalanır. Maksimal çayın su bolluğu iyul ayında müşahidə olunur. Mənbəyində orta illik suyun sərf edilməsi 128 m³/san təşkil edir. == Adları == "Оksu/Аksu" — qırğ. Ак суу — bəyaz su, təmiz su mənasına gəlir.
Cuzeppe Tartini
Cuzeppe Tartini (8 aprel 1692[…], Piran[d], Venesiya Respublikası[…] – 26 fevral 1770[…], Padova[…]) — Barokko dövründə yaşayıb yaratmış italyan bəstəkar və skripkaçı.
Devid Hardinq
Devid Hardinq (avqust 1961, Oksford) — İnvestisiyaların idarə olunması üzrə Vinton Qrup-un yaradıcısı və rəhbəridir. == Həyatı == 1961-ci ilin avqustunda İngiltərədə, London şəhərində anadan olmuşdur. Kembric Universitetində təbiət elmləri üzrə təhsil almışdır.
Florens Hardinq
Florens Klinq Hardinq (ing. Florence Harding; 15 avqust 1860[…], Marion[d], Ohayo – 21 noyabr 1924[…], Marion[d], Ohayo) — ABŞ-nin Prezidenti Uorren Hardinqin həyat yoldaşıdır.
Harriet Martino
Harriet Martino (ing. Harriet Martineau; 12 iyun 1802[…], Noric – 27 iyun 1876[…], Emblsayd[d], Kambriya[d]) — ingilis ilk qadın sosioloq. == Həyatı == Martino səkkiz uşağın altıncısı olaraq 12 iyun 1802-ci ildə İngiltərənin Noriç şəhərində anadan olmuşdur. Martinonun atası Tomas (1764–1826) sahibkar idi. Anası Elizabet Renkin (1772–1848) isə kiçik biznes sahibi idi. == Ölümü == Harriet Martino 27 iyun 1876-cı ildə "The Knoll"da bronxitdən öldü. O, Key Hill qəbiristanlığında anası ilə birlikdə dəfn edildi.
Jelson Martins
Jelson Dani Batalya Martins (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ˈʒɛɫson mɐɾˈtĩʃ]]]; 11 may 1995-ci ildə anadan olub) — Primyera liqa təmsilçilərindən olan Sportinq CP klubunda və Portuqaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Leonard Uaytinq
Leonard Con Uaytinq (ing. Leonard John Whiting) — Böyük Britaniya aktyoru. == Həyatı == Leonard Uaytinq 30 iyun 1950-ci ildə Londonun İslinqton rayonunda anadan olmuşdur. O, Artur Leonard Uaytinq və Marqaret (Peqqi) Coys Uaytinqin (Sallivan) ailəsində doğulmuşdu. Beləcə Leonardın əsli həm ingilis, həm irland və müəyyən qədər də qaraçı sayılırdı . Londonun Kamden rayonunda yerləşən "St.Richard of Chichester" kollecində təhsil almış və "Romeo və Cülyetta" filminə dəvəti ilə bağlı həmin kolleci iki həftəyə bitirmişdir. Leonard öz karyerasını hələ 11 yaşında müğənni kimi başlamışdı. Leonardın xüsusi səs imkanları onu Londonun şimalında yerləşən katolik kilsəsinin xoruna gətirib çıxarır. O, həmin xorda uşaqlar arasında ilk soprano səsə malik şəxs idi. 13 yaşında isə ona teatrda gedən "Oliver!" müziklində rol almaq nəsib olur .
Martina Barta
Martina Barta (çex. Martina Bárta; 1 sentyabr 1988, Praqa) — Çexiyalı caz müğənnisi. O, vokalist və eyni zamanda valtorn ifaçısıdır. Martina 4 To The Bar adlı Frankfurt-Mayndan olan caz qrupunda fəaliyyət göstərmişdir. 2017-ci ilin fevral ayında Çex telekanalı ČT Martina Bartanın Çexiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Müğənninin müsabiqədə ifa edəcəyi mahnı olan "My Turn" mart ayında dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra Martina 9 may tarxində baş tutan Avroviziyanın birinci yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə isə Martina 83 xalla 13-cü yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Martina Barta 1 sentyabr 1988-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində anadan olmuşdur.
Martina Centofani
Martina Centofani (d. 19 may 1998) — İtaliyanı təmsil edən bədii gimnast. Martina Centofani 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Centofani 2015-ci ilin Dünya Çempionatının qızıl və gümüş medalını qazanıb. == Karyerası == Martina Centofani 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sofiya Lodi, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Martina Dabkovska
Martina Dabkovska (25 may 1989) — Polşanı təmsil edən bədii gimnast. == Karyerası == Martina Dabkovska Polşanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Martina Kariddi
Martina Kariddi (isp. Martina Cariddi; 30 may 2001, Madrid) — ispaniyalı aktrisa. == Həyatı == Kariddi 30 may 2001-ci ildə Madrid şəhərində ispan ata və italyan ananın övladı olaraq dünyaya gəlmişdir.
Martina Mitseli
Martina Mitseli (22 oktyabr 1973, Roma) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Martina Mitseli, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Martina Mitseli, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Martina Çentofanti
Martina Centofani (d. 19 may 1998) — İtaliyanı təmsil edən bədii gimnast. Martina Centofani 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Centofani 2015-ci ilin Dünya Çempionatının qızıl və gümüş medalını qazanıb. == Karyerası == Martina Centofani 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sofiya Lodi, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Martina Ştossel
Martina Stoessel (isp. Martina Stoessel; 21 mart 1997, Buenos-Ayres) — argentinalı müğənni, aktrisa, rəqqasə. == Həyatı == 21 mart 1997-ci ildə dünyaya gəlib. Anasının adı Mariana Muzlera, atasının adı Alejandro Stoessel, qardaşının adı isə Francisco Ştosseldir. 2016-cı ildə Pepe Barroso ildə partnyor olub.
Martine Crefcoeur
Martine Crefcoeur (nid. Martine Crefcoeur; 23 may 1935 – 18 aprel 2020) — Hollandiya teatr və kino aktrisası.
Martini-Henri
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.
Ronan Fanninq
Ronan Fanninq (1941 – Yanvar 2017) — İrlandiyalı tarixçi. Fanninq Dublin Universitet Kollecinin müasir tarix fakultəsinin professoru olmuşdur. Həmçinin o, Dublin Universitet Kollecinin Tarix Məktəbi və Arxivlər bölməsinin arxiv direktoru vəzifəsində də çalışmışdır. Fanninq İrlandiya Kral Akademiyasının üzvü olmuş, İrlandiya Bioqrafiya Kataloqu və İrlandiyanın Xarici Siyasət Sənədlərinin idarə heyətinə üzv seçilmişdir. O, Sunday Independent qəzetinin siyasət, tarix və ən son hadisələr bölmələri üzrə yazarı olmuşdur. Ronan Fanninq 18 yanvar 2017-ci ildə 75 yaşında vəfat etmişdir. == Nəşrləri == Documents on Irish Foreign Policy by Catriona Crowe, Ronan Fanning, Michael Kennedy, Dermot Keogh, Eunan O'Halpin. Royal Irish Academy, ISBN 1-904890-03-2 (1-904890-03-2) Independent Ireland, Educational Company of Ireland, The, ISBN 0-86167-301-8 (0-86167-301-8) The Irish Department of Finance, (1922-58) by Ronan Fanning, Institute of Public Administration (Ireland) Staff Hardcover, Institute of Public Administration, ISBN 0-902173-82-0 (0-902173-82-0) Religion and Rebellion by Judith Devlin, Ronan Fanning, University College Dublin Press, ISBN 1-900621-03-7 (1-900621-03-7) The Lives of Eliza Lynch by Michael Lillis and Ronan Fanning, Gill and Macmillan (September 2009). Ronan Fanning, list of publications.
Siti Hartina
Siti Hartina (23 avqust 1923 - 28 aprel 1996) İndoneziyanın ikinci prezidenti Suxartonun həyat yoldaşı. O, ümumiyyətlə indoneziyalılar üçün İbu Tien olaraq bilinir, eyni zamanda Siti Hartina Suxarto (yazıdakı fərq Holland Koloniyasi dövrünün yazılışından ibarətdir) kimi tanınır. Madam Suxarto da Suxarto üçün yaxın gizli və bir siyasi məsləhətçi olmaqla geniş tanınmışdı.
Fırtına
Tufan(və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Bartın
Bartın (türk. Bartın) — Türkiyənin Bartın ilinin inzibati mərkəzi. Şəhərdən keçən Bartın çayından dənizə getmək mümkündür. Türkiyədə dəniz nəqliyyatına uyğun tək axarsudur. == Etimologiya == Qurulduğu Bartın axınının qədim adından (Parthenios) adını alan şəhər, Pafaqoniyanın qədim şəhərlərindən olan Sesamos (Amasra), Kromna (Kurucaşile) və Erythinoi (Çakraz) sərhədlərindədir. Bartın çayına Roma dövründə Parthenius deyilirdi. Axın sahilində qurulan şəhər Partheniya adlanırdı. Zamanla bu ad Bartına çevrildi. == Tarixçə == 7 sentyabr 1991-ci ildə il statusu almışdır. Bartının 4 ilçəsindən biridir.
Fırtına (personaj)
Fırtına (ing. Storm) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlarin ən tanınmış üzvlərindən biridir. 20th Century Fox tərəfindən çəkilən 5 İks-adamlar filminin 4-ündə yer almışdır. Len Veyn və Deyv Kokrum tərəfindən yaradılmış və ilk dəfə "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında (may, 1975) görünmüşdür. == Bioqrafiya == Əsl adı Ororo Munroedir. Anası N'Dare Keniyadakı bir qəbilənin şahzadəsi, atası Deyvid Munroe ABŞ fotoqrafıdır. Onlar evləndikdən sonra Manhettendə yaşamağa başlayırlar. Ororo burada anadan olur. Amma ailəsi ilə çox vaxt keçirmir.
Fırtına (tablo)
Fırtına (it. La Tampesta) italyan rəssam Corconenin 1506-1508 illərə aid intibah əsəri. Əslən Venesiyalı əsilzadə Gabriele Vendramin tərəfindən hazırlanan rəsm əsəri indi İtaliyada Venesiyada Gallerie dell'Accademia -da sərgilənir. İncəsənət tarixçilərinin müzakirələrinə baxmayaraq əsərin mənası hələ də müəmmalı olaraq qalır. Əsər rəssamın ilk rəsmi olaraq bilinir. == Təsvir və şərhlər == Əsərin sağ tərəfində bir qadın yanında körpəsi ilə oturub. Qadın 1530 -cu illərdən bəri olan “Çingənə” kimi təsvir olunub. İtaliyada rəsm “La Zingara e il Soldato”(“Qaraçı qadını və Əsgər”) və ya La “Zingarella e il Soldato” (“Qaraçı qızı və Əsgər”) olaraq tanınır. Uzun bir çubuq və ya nizə tutan adam, rəsmin sol tərəfində t, təsvir edilib. O gülümsəyərək sağ tərəfə baxsa da onun bu tərəfdə oturan qadına baxdığı görünmür.