Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Farux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Remus Faur
Remus Faur (6 iyun 1989) — Rumıniyalı biatlonçu. Remus Faur Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Remus Faur birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Faur 26:03.3 saniyəlik nəticəsi ilə 87 atlet arasında 68-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Fau-2
“Fau-2” (alm. V-2 — Vergeltungswaffe-2‎, qisas silahı; digər adı — alm. А-4 — Aggregat-4‎, aqreqat) — dünyada uzaq mənzilli ilk ballistik raket. Raket alman konstruktor Verner fon Braun tərəfindən hazırlanmış və İkinci dünya müharibəsinin sonlarına yaxın Vermaxtın silah arsenalına alınmışdır. İlk dəfə Yerin kosmosdan şəklini çəkmişdi. Raket qəzaya məruz qaldı, lakin kamera olan qutunu çıxarmaq mümkün olmuşdu. Raketin ilk buraxılışı 1942-ci ilin martında, ilk hərbi məqsədli buraxılışı isə 8 sentyabr 1944-cü ildə baş tutmuşdur. Buraxılan döyüş raketlərinin sayı 3225 olub. O, əsasən mülki əhaliyə (2700-ə yaxın insan həlak olub, əsasən Böyük Britaniya ərazisi, xüsusən də sahəsinin irimiqyaslılığı ilə seçilən London şəhəri) qorxutmaq məqsədilə istifadə edilib. Raket birpilləli olub, maye yanacaqla işləyən raket mühərrikinə malik olmuş, şaquli şəkildə buraxılmış və trayektoriyanın aktiv hissəsində proqram mexanizmi və sürəti ölçmək üçün alətlərlə təchiz edilmiş avtonom giroskopik idarəetmə sistemi işə düşüb.
Yeva-Mariya Aux
Yeva-Mariya Aux (alm. Eva-Maria Auch‎; 21 sentyabr 1955, Lyuterştadt-Aysleben) — Almaniya və Şərqi Avropada tarix professoru, din və siyasət müəllifidir. 2010-cu ildən Berlin Humboldt Universitetinin Tarix şöbəsində Azərbaycan tarixi kafedrasının müdiridir. == Bioqrafiyası == Yeva-Mariya Aux 1955-ci ildə Lyuterştadt-Aysleben şəhərində anadan olub. Bakıda ərəb və islam dillərini öyrənmişdir və Leypsiqdə rus dilinə əlavə tərcüməçi diplomu almışdır. 1985-ci ildə Universitetdə müasir və yaxın tarixdə doktorluq dərəcəsini almışdır, Qrayfsvald universitetində (alm. Universität Greifswald (EMAU)‎). Mövzu: "Liviya inqilabının tarixi mənşəyi, gedişi və nəticələri, liderlərinin ictimai konsepsiyası və daxili siyasətində İslama xüsusi diqqət yetirilməsi" (1969-1983). " 1991-ci ildə Qrayfsvald universitetində Şərqi Avropa tarixini öyrətməyə icazə almışdır. 1999-cu ildə Bakı Qərb Universitetinin fəxri doktoru dərəcəsini almışdır.
Yurd-Aux məscidi
Yurd-Aux məscidi (çeç. Ширча-Юртар маьждиг) — Dağıstan Respublikası Kazbek rayonu, Kalininaul (Yurd-Aux) kəndində ən qədim məscid. Məscidin əsası 1904-cü ildə yerli sakinlər tərəfindən qoyulmuşdur. Məscid yerli Ayxa kəndinin memarlıq abidəsidir. Tək minarəlidir, günbəzsizdir. Hazırda məscid yerli dindarların ibadətgahı kimi fəaliyyət göstərir. Ötən əsrin sonlarında məscid əsaslı şəkildə təmir edilmişdir. Yerli əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == Yurd-Aux kəndinin qədim hissəsində fəaliyyət göstərən çeçen məscidi XX əsrin memarlıq abidəsi kimi tanınır. Yerli tarixçilərin dediyinə görə, köhnə, dağılmış vəziyyətdə olan məscidin yerində tikilmişdir.
Daur
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
FARK
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Fadu
Fadu (port. fado, lat. fatum — tale) — ənənəvi portuqal musiqisinin xüsusi janrı. Janrın emosional yükü, portuqalca "saudadi" (port. saudade) adlandırılan, tənhalıq, nostalji, kədər və məhəbbət əzabının mürəkkəb ahəngindədir. Janrına görə portuqal gitarasının müşayiəti altında ifa olunan lirik solo nəğmənin bir növüdür. 27 noyabr 2011-ci ildə fadu YUNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.
Fagus
Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi. == Fıstıq meşələri == Azər­bay­can­da ən ge­niş ya­yı­la­nı fıs­tıq me­şə­lə­ri olub res­pub­li­ka­nın ümu­mi me­şə fon­du­nun 32 fa­i­zə qə­dər­dir. Ki­çik Qaf­qa­zın cə­nub ya­ma­cı ra­yon­la­rın­da (La­çın, Qu­bad­lı, Zən­gi­lan) və Nax­çı­van MR-dən baş­qa fıs­tıq res­pub­li­ka­nın bü­tün dağ ra­yon­la­rın­da bi­tir. Ki­çik Qaf­qa­zın cə­nub ra­yon­la­rın­da fıs­tı­ğın ya­yıl­ma­sı­na qu­ru kon­ti­nen­tal iq­lim şə­ra­i­ti ma­ne­çi­lik tö­rə­dir. Ki­çik Qaf­qaz dağ­la­rın­da fıs­tı­ğın şərq sər­hə­di Dağ­lıq Qa­ra­bağ­da Had­rud və Xo­ca­vənd ra­yon­la­rı ara­sın­da Kirs da­ğı­nın şi­mal his­sə­sin­də mü­şa­hi­də olun­du. Bö­yük Qaf­qa­zın şi­mal-şərq mak­ro­ya­ma­cın­da fıs­tı­ğın şərq sər­hə­di Ata­çay və Tığ­çay höv­zə­sin­də­dir. Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da me­şə bit­ki­si­nin, o cüm­lə­dən fıs­tı­ğın şərq sər­hə­di şi­mal mak­ro­ya­ma­ca nis­bə­tən qərb­dən ke­çir. Fıs­tı­ğın şərq sər­hə­di­nin be­lə qı­sal­ma­sı fik­ri­miz­cə cə­nub mak­ro­ya­ma­cın­da iq­li­min xey­li qu­raq ol­ma­sı­dır, bu­ra­da in­sa­nın tə­sər­rü­fat fə­a­liy­yə­ti də mü­hüm rol oy­na­mış­dır. Res­pub­li­ka­mı­zın dağ­la­rın­da müx­tə­li­fot­lu, to­pal­lı, ölü ör­tük­lü, çə­tir­yar­paq­lı, qa­ra­çöh­rə­li, su­balp, dəf­nə­gi­las­lı fıs­tıq me­şə tip­lə­ri ya­yıl­mış­dır.
Faiq
Faiq — Azərbaycanlı kişi adı. Faiq Hüsiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008) Faiq Süleyman Paşa — Faiq Əlizadə — 20 yanvar şəhidi. Faiq Məmmədov Faiq Məmmədov (professor) — professor. Faiq Məmmədov (geoloq) — geoloq.
Faiz
Faiz — ədədin yüzdə bir hissəsi, "%" ilə işarə olunur. Riyaziyyatın mühüm anlayışlarından biridir. Sözün özü mənşəcə latın sözü olub (per centum), mənası "yüzdə" deməkdir. 1885-ci ildə Parisdə Matye de la Porta "Kommersiya hesabına rəhbərlik" kitabını nəşr edir. Həmin kitabda faiz hissəsindən danışılır ki, bu da "cto" kimi işlənirdi (cento-nun qısaldılmış forması) və nəşriyyatçı çap xətası nəticəsində bu sözü "%" kimi yazmışdır. O zamandan da faiz işarəsi kimi bu cür istifadə olunmağa başlanılmışdı. == Müəyyənləşməsi == Ədədin faizini tapmaq üçün onu 100%-ə bölüb, verilən faizə vurmaq lazımdır. Faizə görə ədədi tapmaq üçün alınmış ədədi 100%-ə vurub, verilən faizə bölmək lazımdır. Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb, 100%-ə vurmaq lazımdır. Onluq kəsri faizlə ifadə etmək üçün onu 100%-ə vururlar: 0,35 = 0,35 • 100% = 35%; 2,3 = 2,3 • 100% = 230% və s.
Faks
Faks (ing. Fax,Telecopying,Telefax) — skanerləşdirilmiş və çap olunmuş materialı telefon vasitəsilə (mətn və şəkillər də), adətən bir printer və ya digər çıxış cihaza bağlı bir telefon nömrəsinə ötürülməsidir.
Fakt
Fakt (lat. factum — "baş vermiş", "olmuş") — reallığın təsdiq forması. Fakt anlayışı müxtəlif elmlərdə insan fəliyyətinə uyğun olaraq müxtəlif formalarda qəbul edilir. Cəmiyyətdə "fakt" dedikdə "həqiqət"in bir hissəsi başa düşülür. Faktların qəbuluna bəzən konkret şərait və psixologiya təsir edir. İnsanlar bir qayda olaraq gördüklərini fakt kimi qəbul edirlər. Elmi fakt – nəticə çıxarmaq və təsdiq etmək üçün əsas olan hadisə. Elmi biliyin əsasını təşkil edən element. Ancaq bununla belə insanın qəbul etdiyi "modelə" sığışmayan reallıqlar situasiyadan asılı olaraq istər-istəməz fakt kimi diqqəti cəlb edə bilər. == İstinadlar == == Həmçinin bax == Reallıq == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həmdə Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Fano
Fano — İtaliyanın Marke regionunda şəhər.
Faiz Əhməd Faiz
Faiz Əhməd Faiz (13 fevral 1911, Sialkot, Britaniya Hindistanı – 20 noyabr 1984, Lahor) — Pakistan şairi, tənqidçi, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı(1962), Beynəlxalq "Lotos" mükafatı laureatı(1975). Urdu və Pəncab dillərində yazmışdır. 1979-cu ildən "Lotos" jurnalının baş redaktoru idi. Sülh və demokratiya, milli azadlıq uğrunda mübarizə yaradıcılığının başlıca mövzusudur. "Kədərli naxışlar" (1941), "Küləyin əlləri" (1952), "Zindan şerləri" (1957), "Sinay vadisi" (1971), "Dost şəhərində axşamlar" (1977) və s. şer toplularının, "Mizan" (1962), "Bizim milli mədəniyyətimiz" (1976) məqalə kitablarının müəllifidir. Bəzi serləri Azərbaycan dilinə tərcümə olunmuşdur.
Arnold Fank
Arnold Henrix Fank (alm. Arnold Heinrich Fanck‎; 6 mart 1889[…], Frankental[d], Bavariya – 28 sentyabr 1974[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) — alman kinorejissor, operator, montajçı və memuarist, dağ filmləri janrının banisi və ən böyük nümayəndəsi. 1920-1930-cu illərdə alman kinosunun ən görkəmli nümayəndələrindən biri. Arnold Funk yüksək təhsil almış, 1915-ci ildə geologiya üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun mövzusu Sankt-Qallen fosilləri idi. Fank ən məşhur filmlərini Veymar Respublikası illərində çəkib. Onlardan biri də “Müqəddəs dağ” əsəridir. Bu film Venesiya Film Festivalında Qızıl medala layiq görülmüşdür. Film tarixçiləri rejissorun Üçüncü Reyxdəki mövqeyini qiymətləndirməkdə fərqlənirlər. Onların bəziləri Fankı nasist rejiminin minionu kimi səciyyələndirirsə, digərləri onun o dövrdə persona non qrata olduğunu iddia edirlər.
Daur acıçiçəyi
Daur acıçiçəyi (lat. Gentiana dahurica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Daur dili
Daur dili (daqur dili, daxur dili) — daurların dili. Monqol dilləri ailəsinin kidan qrupuna aiddir. Monqol dillərindən daha zəngin fonetikasına görə fərqlənir. Leksika sahəsində mancur, çin dilləri, həmçinin tunqus-mancur dilləridən, xüsusi ilə evenk dilindən xeyli sözlər götürmüşdür. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Грамматики: Поппе Н. Н. Дагурское наречие М., 1930. Martin S.E. Dagur Mongolian. Grammar, Text, and Lexicon (pdf, 4.8 Mb, 1961) Arxivləşdirilib 2014-07-26 at the Wayback Machine на сайте Алтаика.
Daur durnası
Daur itburnusu
Daur itburnusu (lat. Rosa davurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Daur kirpisi
Daur kirpisi (lat. Mesechinus dauuricus) — Kirpilər fəsiləsinə aid kirpi növü. == Xarici görünüş == Bu növ ölçülərinə görə elədə böyük deyildir. Rəngləri parlaq-qum, tünd-qonur rəngdə olur. Ölçüləri: uzunluğu 19,5—29 sm, quyruğu 25–37 mm, çəkimisi isə yaşdan asılı olaraq 600—1400 q arasında dəyişir. Başı konusvari olub uzun çənəyə malikdirlər. Qulağı elədə byük deyildir. Uzunluğu isə 29–34 mm-dir. Adi Kirpidən fərqli olaraq baş nahiyyəsində xətt yoxdur. == Yayılması == Daur kirpiləri əsasən Zabaykal diyarının çöl, meşə çöl ərazilərində yayılmışlar onlars həmçinin Monqolustanın şimal-şərq və Çinin şimal ərazilərində yayılmışdır.
Daur qulançarı
Daur qulançarı (lat. Asparagus dauricus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Daur silsiləsi
Daur silsiləsi və ya sadəcə Daur (rus. Даур) — Rusiya Federasiyasındə, Yəhudi muxtar vilayətində orta yüksəklikli silsilər və və dağ massivləri. == Haqqında == Qranit və kristallik şistlərdən ibarətdir. Cila çayının yuxarı axınından Uldurqa çayının mənbəyinədək şimal-şərq istiqamətində 300 kilometrlik bir məsafədə uzanır. Silsilənin maksimal nöqtəsi 674 metr yüksəklikdə olan Daur dağıdır. Silsilənin aşağı hissəsində geniş yarpaqlı musson tipli meşələr üstünlük təşkil edir. Daur dağının zirvəsində isə onları iynəyarpaqlı meşələr əvəz edir. Silsilənin yamaclarında nadir bir gəlincik növü olan solonqoy və ya dağ gəlinciyi, bəzi nadir yırtıcı quşlar və kəpənəklər yaşayır.
Daur simisifuqası