ÇARX

I
сущ.
1. колесо:
1) круг, вращающийся на оси и служащий для приведения в движение средств передвижения. Araba çarxı колесо арбы (телеги), velosiped çarxı велосипедное колесо, vaqonun çarxları колеса вагона, qabaq çarxlar передние колеса:
2) предмет той же формы, служащий для передачи и регулирования движения в механизмах, устройствах. Dişli çarx зубчатое колесо (шестерня), sükan çarxı рулевое колесо, nazim çarx маховое колесо (маховик), işlədici çarx ведущее колесо, dirsəkli valın dişli çarxı шестерня коленчатого вала, ötürmə qutusunun dişli çarxı шестерня коробки передач
2. точило, точилка, точильный круг, точильный станок. Çarxa çəkmək см. çarxlamaq ; bıçağı çarxda çarxlamaq точить нож на точиле
II
прил.
1. колёсный. Çarx yağı колесная мазь
2. точильный (предназначенный для точки режущих инструментов). Çarx daşı точильный камень (точильный круг)
◊ fələyin çarxı колесо фортуны (о судьбе и её превратностях); zamanın çarxı колесо времени; çarx vurmaq крутиться, вертеться; çarxı döndü kimin судьба изменила кому, фортуна отвернулась от кого
ÇARHOVUZLU
ÇARXCIQ
OBASTAN VİKİ
Dişli çarx
Dişli çarx - üzərində silindrik və ya konik səth üzrə dişlər kəsilmiş qasnaqdır. O başqa dişli çarxla təmasda olaraq dişli ötürmənin əsas elementi sayılır. Maşınqayırmada dişli çarxlar diametrindən asılı olaraq aparan və aparılan olaraq iki qrupa bölünürlər. Vallarda fırlanma momentini ötürmək üçün dişli çarxlar cüt-cüt tətbiq olunurlar. Əgər dişli çarxın diametri kiçikdirsə onda fırlanma momenti dövrlər sayı ilə tənzim olunur. Onu da qeyd etmək lazımdır ki, dişli çarx ötürməsi mexaniki gücü artırmaq üçün tətbiq olunmur, beləki onun girişində mexaniki enerji, çıxışındakından çox ola bilməz. Çünki, mexaniki iş bu halda fırlanma momenti və sürəti ilə mütənasibdir. Ona görə də momenti artırma dişli çarxın sürətini azaltmaq deməkdir. Nəticədə onların hasili (kənar qüvvələrin təsirini nəzərə almadıqda) sabit qalır. Dişli çarxaların aşağıdakı növləri vardır: Dişin eninə profillinə görə fərqlənənlər.
Çarx qolu
Çarxqolu fırlanma oxu ətrafında tam dövrdə tsiklik hərkət edən çarxqollu-sürgüqollu mexanizmin bəndidir. İrəli geri hərəkətin fırlanmaya v əksinə çevrilməsinə xidmət edir. Əsasən lingli və dişli-lingli mexanzimlərdə aparıcı rola malikdir. Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004. - 688 s.
Çarx çörəyi
Çarx çörəyi (az-əbcəd. چرخ چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramında hazırlanır. 500 q düyü unu 500 q ağ un 375 q qatı yağ 350 q şəkər tozu 5 ədəd yumurta sarısı 150 q qatıq 1 çay qaşığı qabartma tozu 1 yemək qaşığı hil tozu 4 yemək qaşığı gülab İlk olaraq yağı hamar olana qədər qarışdırıcı ilə qarışdırıb, sonra şəkər tozunu üstünə töküb və 4 dəqiqə qarışdırıcı ilə qarışdırın ki içi boş və yüngül olsun. Sonra hil tozu ilə yumurta sarısını əlavə edib və yenidən bir qarışdırıcı ilə qarışdırın. Daha az qarışdırırıq. İndi qabartma tozunu qatıqla qarışdırıb, hazırlanandan sonra , gülabı üzərinə töküb qarışdırın, sonra qatıq əlavə edib qarışdırın.Tərkiblərimizi yaxşı qarışdırıldıqdan və maddələr hamar olduqdan sonra bir dəfə düyü unu və ağ un əlavə etdikdən sonra əlimizin barmaqları ilə qarışdırmağa və yoğurmağa başlayırıq (təbii ki, xəmir yağlandığı və bərk olduğu üçün çox yoğurmamalıyıq).Xəmiri top(yuvarlaq) şəklinə çıxartmaqdan sonra freezer bag ilə üstünü örtüb bir sərin yerdə 4-5 saat qoyun qalsın. çörək qalıbını ətçəknə quraşdırırıq. Dincəlməkdən sonra xəmiri yenidən yumşalıncaya qədər çox yüngül yoğurun.İndi ətçəkənə töküb və dəyirmanın içindən keçirin, sonra xəmiri qayçı ilə istədiyiniz ölçüdə kəsin.Çörəyin üzünə döyülmüş püstə töküldükdən sonra sobada 15-20 dəqiqə 175° temperaturunda hazırlanmalıdır.
Ayxan Çarxın
Ayxan Çarxın (1962, Ərzurum) — Türkiyəli xüsusi təyinatlı polis. Susurluq Qəzasında adı tətikçi köhnə xüsusi təyinatlı polis olaraq keçmişdir. Özü Uğur Dündarın Arena adlı xəbər proqramında etdiyi şərhlərlə adından son zamanlarda danışdırmışdır. Ayxan Çarxın 1000 adamın edamını reallaşdırdığını iddia edərək hər kəsi çaşdırmaqla qalmayıb Uğur Dündara "sizin də edamınızı bir siyasətçi istəmiş, lakin Abdullah Çatlı bu hadisəyə maneə olmuşdur" şərhi ilə diqqət çəkmişdir.
Folkirk çarxı
Folkirk çarxı (ing. Falkirk Wheel) — Şotlandiyada Forth and Clyde Canal ilə the Union Canalı əlaqələndirən fırlanan gəmi qaldıran qurğudur. Gəmi qaldırıcı Millennium Link layihəsinin bir hissəsi kimi 1930-cu ildən bəri ilk dəfə olaraq iki kanalı yenidən birləşdirib və açılışı 2002-ci ildə olub. Gəmi qaldırıcının adı yaxınlıqdakı Folkirk şəhərinin şərəfinə adlandırılıb. Edinburqla Qlazqonu yenidən birləşdirən və əsas Şotland kanallarını bərpa etmək üçün hazırlanmış plana Şotland Müəssisələri Şəbəkəsi (ing. Scottish Enterprise Network), Avropa Regional İnkişaf Fondu (ing. European Regional Development Fund) və Millennium Commission, yeddi yerli hakimiyyət orqanlarının maliyyə dəstəyi və yardımı ilə British Waterways tərəfindən rəhbərlik edilib. Çarx gəmiləri 24 m-dək hündürlüyə qaldırır, ancaq Union Canal akvedukdan 11 metr daha yüksəkdir. Gəmilər Union Canal və çarxın yuxarısına çatmaq üçün iki şlüzün içərisindən keçməlidirlər. Folkirk çarxı dünyada bu tipli yeganə fırlanan qayıq qaldırıcıdır.
Çarxana
Çarxana (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Çarxana (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Çarxana (Qəbələ)
Çarxana — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Çarxana kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır. 1846-ci ilin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində maldarlıqla məşğul olmuş və sonralar oturaq həyata keçmiş çarxana (dörd evli) tayfası salmış və kənd də onların adı ilə adlandırılmışdır. Kənd Qaraçayın sahilində, Hacallı düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 817 nəfər əhali yaşayır. Qara Əhmədov — tarix elmləri doktoru, professor, Azərbaycanda arxeologiya sahəsində ilk elmlər doktoru, AMEA-nın müxbir üzvü. Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, tərəvəzçilik və maldarlıq təşkil edir. Kənddə Qara Əhmədovun ev-xatirə muzayi var. Kənddə Çarxana kənd məscidi dini icması fəaliyyət göstərir.
Çarxana (Siyəzən)
Çarxana — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Çarxana kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir. Əsl adı Çaparxana olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, əvvəllər burada çaparxana (poçt məntəqəsi) var idi. Sonralar yaranmış yaşayış məntəqəsi ərazinin əvvəlki adını saxlamışdır. Çarxana çaparxana sözünün fonetik variantıdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalisinin sayı 80 nəfərdir və tatlardır (2009-cu il).
Çarxana bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çarxaçu
Çarxaçı – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Çarxaçı oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. XIX əsrin əvvəllərində Xaltan kəndindən ayrılmış ailələr tərəfindən salınmış bu kənd sahilində yerləşdiyi Çarxaçu çayının adını daşıyır. Carxacu Quba rayonu ərazisində çay. Gilgil çayının sağ qoludur. Hidronim carx (su üzərində qurulmuş dəzgah) və cu (tat dilində "ağac") sözlərindən düzəlib "üzərində ağacişləmə dəzgahı qurulmuş çay" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 233 nəfər əhali yaşayır.
Çarxaçı
Çarxaçı – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Çarxaçı oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. XIX əsrin əvvəllərində Xaltan kəndindən ayrılmış ailələr tərəfindən salınmış bu kənd sahilində yerləşdiyi Çarxaçu çayının adını daşıyır. Carxacu Quba rayonu ərazisində çay. Gilgil çayının sağ qoludur. Hidronim carx (su üzərində qurulmuş dəzgah) və cu (tat dilində "ağac") sözlərindən düzəlib "üzərində ağacişləmə dəzgahı qurulmuş çay" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 233 nəfər əhali yaşayır.
Çarxqollu-sürgüqollu mexanizm
Çarxqollu-sürgüqollu mexanizmi porşenin irəli-geri hərəkətini fırlanma hərəkətinə (məsələn: daxili yanma mühərriklərində) və əksinə çevirməyə xidmət edir. Çarxqollu-sürüngəc mexanizmini hissələri iki qrupa bölünür, bunlar hərkətli və hərkətsizdirlər: hərəkətli olanlar: porşen, sırğalarla birlikdə, porşen barmağı, sürgü qolu, dirsəkli val yastıqlarla birlikdə və çarx qolu, nazimçarx. hərəkətsiz olanlar:silindrlər bloku (daxili yanma mühərriklərində baza hissə sayılır), silindrlər başlığı, nazimçarx, mufta, silindrlər blokunun başlığı, bərkidici hissələr, kipləşdiricilər, tutqaclar Daxili-yanma mühərriklərində Qazın təsiri altında porşen aşağıya, dirsəkli vala tərəf hərəkət edir. "Porşen-sürgü qolu" və "sürgü qolu-val" cütlüyünü köməyi ilə porşenin xətti hərkəti dirsəkli valın fırlanma hərkətinə çevrilir. Hidravlik dönmə mexanizmində (əks sxem) Dirskli val xaric momentin təsirindən fırlanma hərkəti icra edir. Onun bu hərkəti "val-sürgü qolu-porşen" zənciri vasitəsilə porşenin xətti hərkətinə çevrilir. Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004.
Çarxı
Çarxı — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. Kənddə 2 məktəb, 1 xəstəxana, 4 mağaza, 2 məscid, 1 poçt şöbəsi, bələdiyyə və kənd icra nümayəndəliyi fəaliyyət göstərir. Çarxı kənd bələdiyyəsi 1999-cu ildə yaradılmışdır. Tərkibi Çarxı və Xanlıqoba kəndlərindən ibarətdir. Çarxı kəndinin əhalisi 7000 nəfərdir və bu baxımdan Xaçmazın ən böyük və əhalisi çox olan kəndi sayılaraq, əhalisi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Çarxı bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İdarəetmə çarxı
İdarəetmə çarxı və ya lever, təyyarəni idarə etmək üçün nəzərdə tutulan xüsusi qurğu. Lever; qanadcıq və rul kimi nəzarət səthlərini hərəkət etdirmək üçün istifadə olunur. Qanadcıq ilk növbədə təyyarənin yuvarlanma oxunda yatış həyata keçirməsini; hündürlük sükanı isə tanqaj hərəkətlərini təmin edir.
İnduktivlik çarxı
İnduktivlik çarxı - radiotexnika qurğusudur. Silindrik və ya halqa formasında olan dielektrikin ətrafında burulmuş (dolama, spiral və ya dolama-spiral), xüsusi lak ilə izolyasiya edilmiş elektrik naqillərdən ibarətdir. İnduktivlik çarxı xeyli induktivliyə malik olaraq nisbətən kiçik elektrik tutumu və kiçik aktiv müqaviməti ilə fərqlənir. Nəticədə, induktivlik çarxından axan dəyişən elektrik cərəyanda ləngimə müşahidə olunur, elektrik impulsun formasında müəyyən səbəblərə görə yaranmıs əngəllər yox olur. Radiotexnikada, elekron cihazlarında, kompüterlərdə geniş istifadə olunur.
Şeytan çarxı (Bakı)
Şeytan çarxı — Bakı bulvarında attraksion. "Şeytan çarxı" attraksionunu Hollandiya şirkəti Dutch Wheel quraşdırıb. 28 adi və daha rahat oturacaqlarla və stolla təmin edilmiş 4 VİP kabinədən ibarətdir. VİP kabinələrdə 8 deyil, 4 sərnişin otura bilər. Attraksiona eyni vaxtda 240 sərnişin yerləşə bilir. Yeni “şeytan çarxı”nın diametri 60 metrdir, o, köhnə attraksiondan 3 dəfə böyükdür. 2014-cü ildə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Su çarxı
Su çarxı — çarxın oxuna tökülən suyun enerjisini (hidravlik enerji) fırlanma hərəkətinin enerjisinə çevirmək üçün mexaniki qurğu. Su müəyyən bir səviyyəyə qalxdıqda, bu səviyyəyə uyğun gələn potensial enerji orada saxlanılır, buna görə də düşən su iş görə bilər. Tərs çevrilmə gəmilərdə hərəkətverici kimi istifadə olunan avar çarxlarında istifadə olunur.

Digər lüğətlərdə