Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Enigmatic Feeling
Enigmatic Feeling (azərb. Anlaşılmaz hiss‎) — Yaponiyanın Ling Tosite Sigure rok qrupunun sinqlı. Sony Music Entertainment Japan tərəfindən 5 noyabr 2014-cü ildə buraxılmışdır. Mahnı 2014-cü ildə "Psycho-Pass 2" anime serialının açılış mahnısı olmuşdur.
Wedding Peach
Wedding Peach (yap. 愛天使伝説ウェディングピーチ, azərb. Sevgi Mələyinin Əfsanəsi: Toy Şaftalısı‎) — Kunihiko Yuyama tərəfindən yaradılmış yapon anime serialı. == Personajlar == == Xarici keçidlər == Wedding Peach — Internet Movie Database saytında.
The Fading
The Fading — 2000-ci ildə vokalçı İlya Badrov və gitaraçı Boris Aranoviç tərəfindən Tel-Əvivdə yaradılan İsrail metal musiqi qrupu. == Haqqında == Qrupun ilk konserti 2003-cü ildə Tel-Əvivdə Asylum klubunda baş tutmuşdur.2005-ci ildə qrup öz debüt EP "Instruction for Self Destruction" adlı albomunu çıxartmışdır.2007-ci ildə qrup özünün ikinci EP "Chaos in Flesh" adlı albomu çıxartdıqdan sonra, The Fading İsraildə bütün konsertlərdə və festivallarda Eternal Gray və Whorecore Betzefer kimi qruplarla birgə çıxış edir. 2008-ci il avqustun 1-də qrup Almaniyada Metal Battle Wacken müsabiqəsində İsraili təmsil edir, dünyanın hər yerindən digər 15 qrupla ilə yarışaraq, festivalda The Fading müsabiqənin qalibi elan edilib.2009-cu ildə qrup özünün ilk debüt studio "In Sin We'll Find Salvation" adlı albomu buraxdıqdan sonra,Open Air Wacken festivalında albomunu təqdim edib. Rəsmi relizi avqustun 3-cü Avropa ölkələrində keçirilib.2010-cu ildə qrup "In Sin We'll Find Salvation" albomun "The Sin Collector" mahnısına ilk kliplərini çəkdirmişdir. 2011-ci ildə qrup Kiyevdə In Flames ilə və Tel-Əvivdə Children Of Bodom,2012-ci ildə isə Arch Enemy ilə Moskva və Sankt-Peterburqda konsertlərdə çıxış etmişdir.
Stock-keeping unit
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
Frekinq
Hidravlik parçalama üsulu və ya frekinq — şist nefti çıxarma üsulu. == Sağlamlığa və ekologiyaya təsiri == Frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur. Bu metod ekologiyaya, xüsusən içməli suyun çirklənməsinə səbəb ola bilər.Bu metod müxtəlif təbii kataklizmlərə səbəb olur. Frekinq metodunun tətbiqi 2013-cü ildə ABŞ-nin Ohayo ştatında çoxsaylı zəlzələlərə gətirib çıxarıb.
Redinq
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Aleksandr Fleminq
Aleksandr Fleminq (ing. Sir Alexander Fleming, 6 avqust 1881[…], Lokfayld[d] – 11 mart 1955[…], London) — penisillini kəşf edən şotland əsilli Böyük Britaniya bakterioloqu. == Fəaliyyəti == Aleksandr Fleminq Şotlandiyanın Lokfayld şəhərində anadan olub. İki il Kilmernokdakı akademiyada təhsil aldıqdan sonra Birinci Dünya Müharibəsi başlayana qədər Müqəddəs Meri xəstəxanasında işlədi. Müharibə dövründə cəbhələrdə oldu. Cəbhələrdə qulluq etdiyi müddət ərzində əskərlərin infeksiyalar səbəbindən qorxunc şəkildə ölmələrinə şahid olmuşdu. Müharibədən sonra Müqəddəs Meri xəstəxanasına geri döndü və tədqiqatlarını antiseptiklər mövzusunda gücləndirdi. Aleksandr Fleminq hər iki kəşfini də 1920-ci illərdə təsadüf nəticəsində etmişdir. İlk kəşfi olan lizosom Aleksandr Fleminqin içində bakteriya şəbəkəsi olan qabların içinə asqırması nəticəsində meydana gəlmişdir. Bir neçə gündən sonra müşahidə etdi ki, mukusla təmasda olan bölgədəki bakteriyalar ölüb.Londonda Müqəddəs Meri xəstəxanasında (ing.
Helen Fildinq
Helen Fildinq (19 fevral 1958, Morli) - İngiltərə yazıçısı və senaristi. Ən məşhur əsəri 1988-ci ildə yaratdığı Londonda tək yaşayan qadın obraz Bridcit Cons və onun haqqında çəkilən filmlərdir. Onun romanları olan "Bridcit Consun gündəliyi" və "Bridcit Cons: Məntiqin sərhədi" romanları 40-dan çox ölkədə nəşr olundu və 15 milyon nüsxəsi satıldı. Eyniadlı filmlər də böyük uğur qazandı. "The Guardian" qəzetinin apardığı anketdə "Bridcit Consun gündəliyi" XX əsrdə həyat tərzini ən yaxşı əks etdirən 10 romandan biri seçildi.Hazırda Helen Fildinq Bridcit Cons seriyasının 3-cü romanını yazmağa davam edir (2012-ci ildən). == Həyatı == Helen Fildinq 19 fevral 1958-ci ildə İngiltərənin şimalında, Lids çəhərinin yaxınlığındakı Morli şəhərində anadan oldu. Mədən işçilərinin jaketləri üçün xüsusi parça istehsal olunan fabrikdə atası müdir kimi işləyirdi. Atası 1972-ci ildə öldü və anası Nilli hələ də Yorkşirdə yaşamaqdadır. Fildinq təsilinə Veykfild Qız Məktəbində 3 qardaşı ilə başladı. Oksfor Sent-Anna Kollecində ingilis dili təhsili aldı və 1978-ci ildə Edinburq festivalına Oksford şou qrupunun üzvü kimi qatıldı.
Henri Fildinq
Henri Fildinq — (22 aprel 1707, Somerset, İngiltərə – 8 oktyabr 1754, Lissabon, Portuqaliya) ingilis yazıçıdır. Yaradıcılıq fəaliyyətinin əksər hissəsini pyeslər təşkil etsə də, o daha çox, 1749-cu ildə nəşr olunmuş, klassik dünya ədəbiyyatının ən ilk nümunələrindən biri olan "Tom Cons" adlı iri həcmli romanı ilə tanınmışdır. Yazıçı, 1754-cü ilin 8 oktyabrında 47 yaşında, Portuqaliyanın paytaxtı Lissabonda vəfat etmişdir.
Paul Fleminq
Paul Fleminq (alm. Paul Fleming‎; 5 oktyabr 1609[…] – 2 aprel 1640[…], Hamburq, Müqəddəs Roma imperiyası[…]) — alman şairi. == Həyatı == Martin Opitsin çoxsaylı şagirdləri və davamçıları arasında Fleminq öz orijinallığı və daha istedadlı olması ilə seçilir. Onun şeirləri sünilikdən uzaq səmimi bir dillə yazılmışdır. Bir çox müasirlərindən fərqli olaraq o, nikbin, həyatsevər bir şairdir. Vətənin başına gələn fəlakətlər onu düşündürsə də, kədərləndirsə də, narahat etsə də, bədbinləşdirmir, ümidsizləşdirmir. Fleminq pastor /protestant keşişi/ ailəsində anadan olmuş, Leypsiqdə latın məktəbində oxumuş, sonra tibb öyrənmişdir. Adam Oleari ilə birlikdə 1633-1639-cu illərdə Rusiyaya və İrana səyahət etmişdir. Paul Fleminq səfərdən qayıdandan bir qədər sonra 1640-cı ildə Hamburqda ölmüşdür. == Yaradıcılığı == 1631-ci ildə latınca yazdığı aşiqanə şeirləri çap olunmuşdur.
Sendford Fleminq
Sendford Fleminq (ing. Sandford Fleming; 7 yanvar 1827, Kerkoldi[d], Fayf[d] – 22 iyul 1915) — Kanadanın dəmiryol şəbəkəsini yaratmış mühəndis. == Həyatı == Sendford Fleminq 7 yanvar 1827-ci ildə Şotlandiyada anadan olub. 14 yaşında topoqrafın köməkçisi kimi işləyib. 18 yaşında qardaşı ilə birgə Kanadaya köçür. Bir çox böyük şəhərləri gəzdikdən sonra, nəhayət Piterboroya yerləşirlər. Sendford Fleminq 1849-cu ildə Kanadada universitetə daxil olur. Sendford Fleminq 1851-ci ildə "Üçqəpiklik bəbir" ilk Kanada markasını yaradır. Fleminq topoqraf kimi çalışırdı. 1855-ci ildə ona Şimali Kanada Dəmir Yolunun aparıcı mühəndisi vəzifəsi verilir.
Viktor Fleminq
Viktor Fleminq (23 fevral 1889, Pasadena, Kaliforniya, ABŞ – 6 yanvar 1949) — Amerika kinorejissoru, operatoru və prodüseri. == Həyatı == == Yaradıcılığı == "Küləklə sovrulanlar" (Gone With the Wind) — 10 "Oskar" (1939). Dünya kinosunda ilk rəngli filmlərdən biridir. Marqaret Mitçellin eyniadlı əsəri əsasında rejissor Viktor Fleminq tərəfindən çəkilən, məşhur ingilis aktrisası Vivyen Li və Klark Qeyblin mükəmməl ifası ilə yaddaqalan filmdir. "Küləklə sovrulanlar" filminə görə "Oskar" mükafatı alıb.
Yan Fleminq
Yan Lancaster Fleminq (28 may 1908 – 12 avqust 1964) — Ceyms Bond xarakterinin yaradıcısı və romanlarının müəllifi ingilis jurnalisti və yazıçısı. II Dünya Müharibəsində dəniz zabiti olaraq vəzifə yerinə yetirən yazıçı böyük qardaşı Peter Fleminq kimi İngiltərənin Eton Kollecindən məzun olmuş və buradan hərbi məktəbə davam etmişdir. Yazdığı casusluq romanları filmlərə uyğunlaşdırılmış və ona dünya səviyyəsində şöhrət qazandırmışdır.
El Fenninq
El Fenninq (ing. Elle Fanning; 9 aprel 1998) — amerikalı aktrisa və model.
Məhəmmədəli Fərdin
Məhəmmədəli Fərdin (fars. محمّدعلی فردین‎ Müḥəmməd-‘əlī Fərdīn; 7 aprel 1930, Tehran – 6 aprel 2000, Tehran) — iranlı aktyor. İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri idi. Məşhur aktyor Huşəng Azəroğlu ilə birlikdə "Gənc-i Qarun" filmində də rol alıb.
Con Ambroz Fleminq
Con Ambroz Fleminq (ing. John Ambrose Fleming, 29 noyabr 1849[…] və ya 1849, Lankaster[d], Lankaşir – 18 aprel 1945[…] və ya 1945, Sidmut[d], Devon qraflığı) — İngiltərə fiziki və elektrik mühəndisi. == Kəşfləri == Elektrik dünyasına bir çox ixtira qazandıran Fleminqin ən tanınmış icadı elektrik diodu lampasıdır. 1883-cü ildə Tomas Edison elektrik lampası üzərində işlər apararkən içi boşaldılmış lampada iki elektroddan birinin qızdırılması zamanı soyuq elektroda bir axının baş verdiyini müşahidə etmişdi. Bu zaman Tomas Edisonla işləyən Fleminq bu hadisə ilə maraqlanaraq öyrənməyə qərar vermişdir. 1900-cü ildə Fleminq iki elektrodlu lampadan istifadə edərək radio dalğalarının alına biləcəyini və düz axına çevrilə bildiyini tapmışdır. Fleminq lampasında bateriya ilə qızdırılan bir elektroddan (katod) yaranan elektrik axını soyuq elektroda (anod) hərəkət edirdi. Anoda bir siqnal bağlandıqda siqnalın katoddan pozitiv olduqda axın davam edirdi, amma neqativ olduqda kəsilirdi. Beləliklə, gələn siqnalların ancaq bir istiqamətdə irəliləməsini təmin edən bu lampanın bir radio dövrəsinə yerləşdirilməsi ilə bir daşıyıcı dalğa ilə göndərilən radio dalğalarını qəbul etmək mümkün idi. Fleminqin 1904-cü ildə patentini aldığı elektrik diodu lampası ABŞ-də De Forest tərəfindən üçüncü elektrod da əlavə edilməsi ilə daha da təkmil olmuşdur.
Mandell-Fleminq modeli
"Mandell-Fleminq" modeli (ing. Mundell–Fleming model) — açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır. Bu modelin yaradıcısı Nobel mükafatı laureatı RRobert Mandelldir. "Mandell-Fleminq" modeli "IS-LM" modelinin inkişaf etdirilmiş formasıdır. Belə ki, hər iki model də pul və əmtəə bazarlarının arasındakı əlaqəyə əsaslanır və qiymətlərin sabit olduğu qısamüddətli dövrdə məcmu gəlirdəki dalğalanmalara nəyin səbəb olduğunu araşdırır. İki model arasındakı əsas fərq “IS-LM” modelinin qapalı iqtisadiyyatı, "Mandell-Fleminq" modelinin isə açıq iqtisadiyyatı tətqiq etməsidir. "Mandell-Fleminq" modeli kiçik açıq iqtisadiyyatı tətqiq edir ki, burada sözügedən iqtisadiyyat dünya maliyyə bazarlarında istədiyi qədər borc ala və istədiyi qədər borc verə bilər. Nəticə etibarı ilə iqtisadiyyatdakı faiz dərəcəsi dünya faiz dərəcəsi ilə eynidir. R. Mandell 1963-cü ildə yazdığı əsərində bu fərziyyəni niyə etdiyini göstərir: “Əldə etdiyim nəticələri mümkün olan ən sadə şəkildə əks etdirmək və siyasi məsələləri ən kəskin şəkildə önə çıxarmaq üçün, bir iqtisadiyyatın dünya səviyyəsində müəyyənləşən faiz dərəcəsindən fərqli fazi dərəcəsi təqdim edə bilmədiyi vəziyyətdəki tam kapital h’r’k’tliliyi fərziyyəsini irəli sürürəm. Bu fərziyənin vəziyyəti şişirtdiyi düşünülə bilər, amma bu beynəlxalq maliyyə əlaqələrinin təsirinin əhəmiyətini ən yaxşı şəkildə göstərir”.