Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vera Fiqner
Vera Nikolayevna Fiqner Filippova (əsl adı: rus. Ве́ра Никола́евна Фи́гнер Фили́ппова; 25 iyun (7 iyul) 1852, Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 15 iyun 1942[…], Moskva) — inqilabçı siyasi fəal. Hökumətin inqilabi devrilməsinə nail olmaq məqsədilə terrordan istifadəni müdafiə edən gizli Narodnaya volya (azərb. Xalqın iradəsi‎) qrupunun lideri Fiqner 1881-ci ildə II Aleksandrın uğurlu sui-qəsdinin planlaşdırılmasının iştirakçısı idi. Daha sonra tutulan Fiqner məhkəmə iclasınadək 20 ay birnəfərlik kamerada qalmış, məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilmişdi. Cəza sonradan dəyişdirilmiş və Fiqner daxili sürgünə göndərilməzdən əvvəl 20 il Şisselburq qalasında həbs edilmişdir. Fiqner yaşadıqlarını qələmə aldığı, bir çox dilə tərcümə edilmiş memuarına görə beynəlxalq səviyyədə şöhrət qazandı. 1917-ci il Fevral inqilabından sonra o, inqilabi fədakarlığın qəhrəmanlıq ikonası kimi qəbul edilir və bu illər ərzində xalq arasında lider kimi ad qazanır. Sonralar Fiqner SSRİ-də Keçmiş Siyasi Məhbuslar və Didərginlər Cəmiyyətində (1935-ci ildə ləğv edilib) məşhurlaşır. Fiqner 1937-ci il repressiyalarından qurtula bilmiş və 1942-ci ildə 89 yaşında təbii səbəblərdən vəfat etmişdir.
Seigler
David Stanley Seigler (ing. David Stanley Seigler, 1940) — ABŞ botaniki. 2003. Phytochemistry of Acacia sensu lato. Ed. Pergamon. 873 pp. 1998. Plant secondary metabolism. Ed.
Mariya Leitner
Mariya Leitner (d. 30 dekabr 1981; Vipiteno, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Mariya Leitner İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Miracle Aligner
"Miracle Aligner" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu Everything You've Come to Expect-dən dördüncü sinql. 28 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılmışdır. Mahnı Aleks Törner, müğənni Aleksandra Savior və prodüser Ceyms Ford tərəfindən yazılıb. "Miracle Aligner" barokko-pop, soul-pop və sofisti-pop janrında olan mahnıdır. Savior mahnın kokain satıcısı haqqında olduğunu deyib. Musiqi videosu Londonda yerləşən Hotel Café Royal-da rejissor Saam Farahmand tərəfindən lentə alınıb. Video "İtalyan dastanı" üçləməsinin sonuncu hissəsidir, klipdə Keyn və Törnerin bəzəkli otaqda kamera qarşısında rəqs etdiyi göstərilir. Musiqi videosu 16 may 2016-cu ildə yayımlandı və qrupun ən populyar videosu oldu. The Last Shadow Puppets mahnını "Le Grand Journal" və "The Late Late Show with James Corden" televiziya verilişlərində canlı olaraq ifa edib. Mahnı ilk olaraq Törnerin ağlına gəlmişdi.
Şteffen Fetzner
Steffan Fetzner (17 avqust 1968) — Qərbi Almaniyanı və Almaniyanı təmsil edən stolüstü tennisçi. Steffan Fetzner Qərbi Almaniyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Steffan Fetzner Almaniyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Steffan Fetzner Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 4-cü pillənin sahibi olub.
Carl Reiner
Karl Rayner (ing. Carl Reiner; 20 mart 1922, Bronks, Nyu-York, ABŞ — 29 iyun 2020, Beverli-Hillz, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Qustav Fexner
Qustav Teodor Fexner (alm. Gustav Theodor Fechner‎; 19 aprel 1801[…] – 18 noyabr 1887[…], Leypsiq, Saksoniya[…]) — alman psixoloqu, dünyada ilk eksperimental psixoloqlardan biri, psixofiziologiya və psixofizikanın banisi. Onun fikirləri XX əsrin bir çox alim və filosoflarına, o cümlədən: Ernst Max, Vilhelm Vundt, Ziqmund Freyd və s. təsir etmişdir. Fexner S = K log ⁡ I {\displaystyle S=K\log I} formulunun yaradıcısı hesab olunur ki, bu da orqanizmlə psixika arasında elmi əsaslandırılmış əlaqənin mövcudluğunu sübut edir. "Psixofizikanın elementləri" əsərində o, fiziki stimulun böyüklüyü ilə psixi proseslərin miqyası arasındakı əlaqəni izləmək üçün yol təklif edərək bunu "psixika-bədən" dualizmi probleminin həlli hesab etdi. 19 aprel 1801-ci ildə Bad Muskau yaxınlığındakı Qross Zerxen şəhərində, Aşağı Lausitzdə anadan olmuşdur. Atası keşiş idi. Qustav dindar ailədə böyüməsinə baxmayaraq, sonradan ateist olmuşdur. O, Sorau və Drezdendə və Leypsiq Universitetində təhsil almış, burada Ernst Heinrix Veber ilə fiziologiya və Karl Brandan Mollveide ilə riyaziyyat üzrə təhsil alıb.
David Stanley Seigler
David Stanley Seigler (ing. David Stanley Seigler, 1940) — ABŞ botaniki. == Əsərləri == 2003. Phytochemistry of Acacia sensu lato. Ed. Pergamon. 873 pp. 1998. Plant secondary metabolism. Ed.
Calanthe augusti-reigneri
Calanthe vestita (lat. Calanthe vestita) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis vestita (Wall. ex Lindl.) Kuntze Phaius vestitus (Wall. ex Lindl.) Rchb.f. Preptanthe vestita (Wall. ex Lindl.) Rchb.f.
Five Finger Death Punch
Five Finger Death Punch — ABŞ metal qrupu. Qrup 2005-ci ildə Zoltan Bathori və Jeremi Spenser tərəfindən quruldu. 2006-cı ildə isə basçı Matt Snell və vokalist İvan Moody qrupa qatıldı. Qrupun qısa adı (FFDP vəya 5FDP) deyə adlandırılır. Qrupun ilk debüt "The Way of the Fist" adlı albomları 2007-ci ildə bıraxıldı. FFDP daha sonra Korn,Chimaira, All That Remains və Disturbed qrupları ilə birgə konsertlərə qatıldı.
Feillər
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s… Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s… Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s… Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s… == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Yucin Viqner
Yucin Viqner (ing. Eugene Wigner və ya mac. Wigner Jenő Pál, 17 noyabr 1902[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 1 yanvar 1995[…], Prinstom, Nyu Cersi) — macar əsilli ABŞ fiziki və riyaziyyatçısı, fizika üzrə Nobel mükafatı laureatı. "Kəşf etdiyi fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə" 1963-cü ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Yucin Viqner 1902-ci il noyabr ayının 17-də Avstriya-Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 3-cü sinifə başlayana qədər evdə xüsusi müəllimlər tərəfindən hazırlıq görən Yucin 9 yaşında məktəbə getmişdir. Onun riyazi problemlərə marağı da məhz bu vaxtdan başlamışdır. 11 yaşına çatdıqda tuberkulyoz diaqnozu ilə 6 həftə Avstriyada dağ sanatoriyasında müalicə alsa da, sonradan bu diaqnozun səhv olduğu meydana çıxmışdır. Vaqnerin ailəsi yəhudi əsilli idi, lakin dindar bir ailə deyildi. O, orta məktəbi 1915–1919-cu illərdə Fasori İvangelikus gimnaziyasında oxumuşdu.
Fənər balığı
Dəniz şeytanı, Fənər balığı (lat. Lophius piscatorius) — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də Aralıq və Qara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır.
Toro (fənər)
Toro ( "işıq səbəti", "işıq qülləsi") - daş, ağac və ya metaldan hazırlanan ənənəvi yapon çırağıdır. Yapon memarlığının digər elementləri kimi toro da Çin mənşəlidir. Yaponiyada torolar adətən buddist məbədlərinin qarşısında xətt boyunca düzülərək yolu işıqlandırırdı. Heyan dövrü ərzində onlar şintoist məbədləri, həmçinin həyət evlərində istifadə olunmağa başlamışdır. Daş və tuncdan olan çıraqlardan saxlanılanlardan ən qədimi Nara şəhərində tapılmışdır. Tayma-ci məbədində Nara dövrünə aid edilən daş çıraq vardır. Azuçi-Momoyama dövründə (1568- 1600) bu daş çıraqlar yapon çay mərasimləri ustaları sayəsində populyarlıq qazanmışdır. Belə ki bu çıraqlardan çay bağlarının bəzədilməsində istifadə olunurdu. Tezliklə onlar öz ehtiyaclarının ödəmək üçün yeni müxtəlif növ çıraqlar ixtira etməyə başladılar. Müasir bağ və parklarda onlar dekorativ məqsədlə saxlanılır və yola, suya və ya bina divarlarına yaxın yerdə yerləşdirilir.
Qırmızı fənər məhəlləsi
Qırmızı fənər məhəlləsi (ing. red-light district) — seks şoplar, striptiz klubları və seks-kinoteatrları kimi fahişəlik və seks təmayüllü müəssisələrin toplandığı şəhər ərazisinin bir hissəsi. Dünyanın bir çox böyük şəhərlərindəki ərazilər qırmızı fənərlər məhəllələri kimi beynəlxalq məşhurluq qazanıb. Qırmızı fənər məhəlləsi termini fahişəxanalarda istifadə edilən qırmızı işıqlı işarələrdən qaynaqlanır.